Çəhrayı Yalan (36-cı Bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 122
Səs ver:
(səs: 0)
Hec bu qədər qarışıq hiss etməmişdim özümü. Nə istədiyimi belə bilmirdim... Yanımda olan insana qarşı vəfasızlıq etməyim deyə, illər əvvəl sevdiyim adamı əzirdim. Bu idimi ədalət? Fəqanın mənə qarşı gizlin hisslər bəslədiyini bilirdim. Buna görədə arada qalmışdım. Ona eyni seyi yaşatmaq istəmirdim. Belə olduqda ən çox özümü incitmiş olurdum. Günəşin həqiqətləri deməsi ilə ürəyimə bir sızıltı daxil olmuşdu. Onu sevməsəm sızıldamazdı, hə ürəyim belə? O gün qəza baş verməsəydi, indi qızımı onunla bərabər böyüdəcəkdim...
Fəqana verdiyim sözü tutum deyərkən, onun canını yandırdım. Onun ürəyinin gözəlliyini niyə unutdum mən?
Gecə yarısı idi... Bu düşüncələrə görə yata bilmirdim. Ürəyim hec vaxt belə pis dərəcədə ağrımamışdı... Yata bilmədiyimi görüb Günəşi öpərək ayağa qalxdım. Otaqdan çıxdığımda mətbəxin işığının yandığını gördüm. Fəqanda mənim kimi yata bilməmişdi...
Mətbəxin qapısını açıb içəri keçdim. Masa başında oturum çay içirdi.

"Yuxu tutmadı" dedim

"Dəmli çay var. Səndə gəl içək" dedi

Qaz sobasına yaxınlaşdım. Özümə bir çay süzərək onun yanına oturum məndə. Bir birimizə qarşı açıq danışmalı idik. Qaçası bir yerimiz yox idi

"Dərdi olar içki içər. Biz çay içirik" dedim

"Çox fikirli olanda içdiyin, çayda adamı sərxoş edər çilli"

"Fəqan mən çox arada qaldım"

"Eynən məndə... Qızıma olan sevgim gözümü o qədər bürüyübki, qardaşımı yox saydım. Halbuki onu canımı verəcək qədər sevirdim"

"Mən sabah hər kəsi bu evə çağıracam"

"Çağırıb nə edəcəksən?"

"Hər kəs Cahadın gəldiyini bilir. Amma hamı qaçıb gizlənib. Bu məsələ tək başına həll olan bir sey deyil"

"Hə, yəni Günəşi məndən ayıracaqsan"

Yenə başa qayıtdıq... Bu nə idi? Mənim düşdüyüm vəziyyətin bir adı vardımı? Mən kimdən keçim indi?

"Fəqan mən səndən Günəşi ayırmaq istəmirəm. Lakin bəzi seylər varki onlar yerinə oturmalıdı"

"Sənə bir sey deyəcəm. Və sən də mənə bir cavab verəcəksən"

"Nə Fəqan?"

Masanın üstündə olan əlimdən tutdu. Düşündüyüm seyi indi etməsini hec istəməzdim. Gözlərini gözlərimə sabitlədi. Kipriklərini belə qırpımırdı...

"Mən səni sevirəm çilli" dedi

Demişdi... Məni sevdiyini demişdi... Niyə etmişdi? Onu sevmədiyimi görmürdümü? Mən sadecə ona hörmət edirdim... Əlimi əlindən çəkmək istədiyimdə icazə vermədi.

"Səni uzun müddətdi sevirəm. Səninlə keçirdiyim bu 3 il mənim üçün ən böyük hədiyyədi... Bunu necə vaxtdı demək istəyirdim. Risk edib deyə bilmirdim. Məni başa düşürsən hə çilli?"

Bir sey fikirləş Jasmin... Bu işin içindən çıxmaq üçün bir sey fikirləş

"Fəqan... Sən sənə qarşı bəslədiyim şəfqət hissini sevgi sanırsan. Düzdü mükəmməl bir insansan, hətda mükəmməl atasan..." deyib susdum. O an əlini əlimdən ayırıb ayağa qalxdı.

"Amma sevdiyin insan deyiləm..." dedi

Ah ürək sevəcək başqa insanmı yox idi? Gəldin məni tapdın...

"Necə ürək həkimiyəm hə? Öz ürəyimə söz keçirtməyi bacarmıram! Olmaz deyirəm amma mənə qulaq asmır... Asmır Jasmin" dedi

Qalxdım ayağa məndə. Secimlərimin üstünə secim gəlirdi... Belə getsə mən qızımı götürüb çıxıb gedəcəkdim. Mən qızıma ata axtarmışdım... Özümə sevgili deyil... Bu 3 il əvvəldə belə idi. Bir 3 il daha keçsə yenə belə qalacaqdı...
Səssizcə mətbəxdən çıxıb otağa keçdim. Çarpayıya uzanıb qızımı özüm tərəfə çəkərək qucaqladım. Cahadı, Günəşi qucaqlamaqdan məhrum etmişdim mən. Sanki ürəyim yox imiş kimi davranmışdım... Yanağıma axan göz yaşımı sildim. Səhər ayılanda hər sey düzəlmiş olsun Tanrım... Yalvarıram sənə mən bir yol, bir çarə göstər...

***

Yuxudan ayıldıqda yanımda Günəşi görə bilmədim. Fəqan hər halda məndən tez ayağa qalxmışdı. Yuxulu halım ilə otaqdan çıxdım.
"Günəşim" qızımı səslədim. Amma ortalıqda bir səs gəlmirdi. Mətbəxə keçib baxdım. Hec kim yox idi. Fəqanın otağına yaxınlaşıb qapını döyərək içəri keçdim. Burda da hec kim yox idi. Səhər - səhər hara getmişdilər? Həm Fəqan bu gündən işə çıxmalı idi. Öz otağıma keçib çəkməcənin üstündə olan telefonumu əlimə aldım. Fəqana zəng etdim. Fəqana zəng çatmırdı. Bu necə iş idi?
"Fəqan aç bu telefonu" deyə öz özümə deyindim. Telefonu sönülü olmazdı axı...
Çarpayıda oturub bir az ətrafa baxdım. Ətrafa baxarkən gözüm açıq qalan paltar şifanerinə sataşdı. Qapısı yarıya qədər bağlanmışdı. Ayağa qalxıb şifanerin qapısını çəkdim. Gözümə gördüyümə inana bilmədim. Günəşin paltarları yerində deyildi...
Qarışıq olan paltarları bir az daha özüm qarışdırdım. Etməzdi... Etməzdi hə? Mənim qızımı məndən alıb aparmazdı... Bu qədərdə gözü dönə bilməzdi. Bu qədər hörməti hec etməzdi...
Öz otağımdan çıxıb onun otağına keçdim. Onun geyim gardirobunu açıb baxdığımda onunda geyimlərinin olmadığını gördüm. Çamadanıda yox idi...
Göz yaşlarımı bu dəfə saxlaya bilmədim. Nəyin hirsi idi bu Fəqan? Nəyin...? Səni sevmədim deyə niyə belə etdin?

***

Saatlar keçmişdi hec birimiz ondan bir xəbər ala bilməmişdik. Yanımda indi bir tək Ramin vardı. Ramin sağa - sola gedib gəlirdi. Bir necə zənglər edirdi. Amma bizə geri qayıdan yox idi.
"O qardaşın olacaq alçağı tap mənə gətir Ramin! Mənim qızımı mənə gətir!" deyə əsəblə qışqırdım. Mən qızımsız yaşaya bilməzdim...!

"Sakit olmağa çalış Jasmin... Fəqan öz qızına bir sey edəcək deyil"

"Sakit ola bilmərəm! Qızımı məndən alıb qaçırtdı! Mən bu hərəkəti Cahaddan gözləyərkən, O mənə ən böyük zərbəni vurdu!"

"Jasmin başımı itirmişəm məndə artıq. Hər sey o qədər dolaşığa düşübki... Bir tərəfdə Cahad bir tərəfdə də Fəqan"

"Cahad bilir?!"

"İndi zəng edib dedim. Dəliyə döndü... Bu işin sonu hec yaxşı bitməyəcək"

"Cahad vaxtında yanıma gəlmiş olsaydı, indi hər sey gözəl ola bilərdi!"

"Bəzən özümü çox günahkar hiss edirəm. O gün danışmaq üçün yanına gəldi. Sizi elə görüb geri qayıtdı... Gecə yarısı düşdüyündə dayana bilmədi. Gedib nə olursa olsun danışacam dedi. Qarşısını mən kəsdim... Fəqanla bir birinizi sevdiyinizi dedim. Fəqan təkrar eyni seyləri yaşamasın deyə ona yalan danışdım. Çünki Fəqanın səni sevdiyini bilirdim"

Niyə həyatımız bir yalandan ibarət idi? Raminin üstünə düşməyə halım belə yox idi. Fəqan qızımı məndən alıb apararkən, bunun sorğu sualını etməyəcəkdim. Ancaq qızım tapıldan sonra mənə cavab verəcəklərdi!
Ramin evdə qalmağın bir işə yaramayacağını deyib Fəqanı axtarmağa getdi. Yarım saatdan sonra qapı döyüldü...
Göz yaşlarımı silib qapıya yaxınlaşdım. Bəlkədə Fəqan idi... Qızımı gətirmişdi...
Qapını açdığımda qarşımda Cahadı gördüm. Onunda gözləri eynən mənim kimi yaşlı idi. Bu dəfə əksi qızımız yanında yox idi. Uşaq kimi dodaqlarını büzüb "Günəşimiz sönüb bizim" dedi. Mənim günəşim o gedən gündən sönmüşdü. İçəri keçməsi üçün qapını açdım. Çəkinərək içəri keçdi. Qapını bağlayıb ona baxdım. Dəli kimi oni qucaqlamaq istəyirdim. Dəli kimi ona həsrət idim mən. Hec bir sey demədən bir birimizi eyni anda qucaqladıq. İllər sonra Cahadı yenə qucaqlamışdım... Qollarımı boynuna keçirdib onu möhkəmcə özümə sıxdım. Cahad isə belimdən tutmuşdu. Bir əli ilə saclarımı oxşamağa başlayıb isti nəfəsini saclarımın arasına verdi.

"Söz verirəm sənə, Günəşi tapıb sənə gətirəcəm" dedi

Tapanda özü ilədə apara bilərdi. Lakin O, yenə məni düşünüb qızımı mənə gətirəcəkdi.

"Bu sözünü tut Cahad. Qızımı mənə gətir" dedim

Saclarımı oxşayan əllərini çəkib məni bir az özündən aralı tutdu. Hər ikimizin üzündə eyni görüntü vardı. Peşmanlıq...

"Mən səni qızına yenidən qovuşduracam" deyib mənə yaxın dayanaraq dodaqlarını alınıma basdırdı. Gözlərimi yumub illər əvvəli xatırladım. Bu adam mənim çillərimi sayan həmin insan idi. Keçən illər ərzində biz dəyişsəkdə onun təmiz qəlbi dəyişməmişdi...
Gözlərimi açdığımda məndən ayrılıb əlini qapının qulpuna atdı. Get Cahad, get qızımızı bizə gətir...

Bölüm sonu

Müəllif: Goncha

Ps. Finala son bir bölüm
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 122
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri