Ağ Kəpənək (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3 274
Səs ver:
(səs: 0)
Çarpayıda oturub boş - boş ətrafa baxırdım. Ağlamaqdan gözlərim qan çanağına dönmüşdü. Bizim qismətimiz bu idimi? Mən qismətim ilə barışmalı idimmi?
Hər duyğunu indi eyni anda hiss edib, eyni anda yaşayırdım. Ən çoxda çarəsizliyi...
Çarəsiz qalıb 'Razıyam' dediyimdə, çarəsizliyin necə bir şey olduğunu damarlarımda axan qan kimi hiss etdim. Qorxuda vardı... Bu qorxu məni vahiməyə salmışdı. Mən öz ölümüm ilə, Aydının sağ qalmasını seçmişdim. Aydını həmin yerdən xəstəxanaya apardıqlarında mənidə bu evə gətirmişdi. Yarım saatdan çox idi bu otaqda olduğum. Onun gəlişini gözləyirdim... Mənə sahib olmasını... Necə iyrənc bir sey idi, etdiyi təklif... Mənim razı olmağımda, onun etdiyi təklifdən geri qalmırdı. Kim olsa 'Ölürsə ölsün, bundan sənə nə?' deyərdi. Mənim üçün adi bir insan olsaydı, məndə elə deyərdim. Amma insan sevdiyi insan olunca, hər seyə boyun əyərmiş. Ona qarşı olan hisslərimi bu gün öyrənməyim, mənim ən böyük şanssızlığım oldu. Mən ona doya - doya qucaqlaya bilmədim. Onun sevgisinə doymadan, ölümünün dadına doymaq istəmədim...

Qapının qulpunun tərpəndiyini gördüyümdə göz bəbəklərim genişləndi. Qapı açıldı. İçəri Sərdarın daxil olduğunu gördüyümdə tez ayağa qalxdım. Qapını astaca örtüb, məni başdan aşağı alçaldıcı baxışları ilə süzdü. Bu baxışlara daha çox məruz qala bilmədən, başımı aşağı əydim. Boğazıma oturan qəhər, məni boğurdu...
Hər seyin üstümə - üstümə gəldiyini düşünürdüm. Bu otaqda onunla tək idim. Onun istəyi isə mənə sahib olmaq idi. İrəli gəldiyini addımının səsindən bildim. Azca məsafədə ayaq saxlayıb "Başını qaldır" dedi. Başımı qaldırmağa cəsarətim yox idi. Əllərimi bir birinə keçirib sıxdım. Sanki, iyirimi dörd yaşım yox idi. Qarşısında on səkkiz yaşlı, qorxaq biz qız vardı. Bu mən idim...

"Başını qaldır!" deyə tələbkar səsi ilə danışdığında, qorxduğumdan başımı qaldırıb gözümü qaçırdaraq ona baxdım. Dediyini etdiyim üçün dodağının kənarı azca qıvrıldı.
"Soyun" dedi, soyuq səslə. Bu sözünə gözlərim daha çox böyüdü. Səsim çıxmadan başımı 'Yox' mənasında yelləyə bildim.

"Mənim sözümü iki eləmədən soyun!" dedi

Əllərimi bir birindən ayırıb, titrəməkdə olan əllərim ilə köynəyin düymələrin yavaşca açmağa başladım. Düymələri açmağa əlim gəlmirdi...

Baxışların ara sıra məndən qaçırtdığını gördüyümdə, köynəyimdən azad oldum. Qarşısında sadecə büslaqatrlə qalmışdım. Bu başıma gələn ən böyük utanc verici hadisə idi. Əllərimi çarpaz şəkildə edib sinəmi tutdum. Yanında soyunmaqdan qorxan adam, onunla necə bu yatağa yatacaqdı? Hər fikirim məni daha dəli edirdi. Mənim yanıma bir addım daha atıb aramızdaki məsafəni tamami ilə itirdi. Əlini çılpaq belimə atıb, məni özünə tərəf çəkdi. Gözümü möhkəmcə yumub sıxdım. Ölmək istəyirdim. Ölsəydim, ruhum kirlənməzdi...
Ölsəydim, ruhum ən azından təmiz qalardı. Soyuq əlləri, isti bədənim ilə bərabər içimidə ürpətmişdi. Saclarımda hiss etdiyim ağırlıq ilə saclarımı qoxladığını bildim. Hec cürə geri çəkilmək şansım yox idi... Özümü sıxıb durmuşdum. Onu görməmək üçün göz qapaqlarımı möhkəmcə bağlamışdım. Dodaqları saçlarmın üstündə gəzinməyə başladı. Saçlarımı dodaqları ilə kənara itdikcə, isti nəfəsini qulaq ardımda hiss etdim. Qulağımda doğru "Əgər bir daha başına belə bir sey gələrsə, özünü satma. Aydının ölməyini sec. Çünki, Aydında ölməyi seçərdi. Sevdiyi qadına bir başqasının toxunmasını deyil..." dedi.

Göz qapaqlarım bir anda açıldı. Əli belimdən boşalaraq, məndən aralı dayandı. Nə demək istəmişdi? Bir söz deməyə dilim söz tutmadığı üçün, onun sözünün davam etdirməsini gözlədim.

"Səninlə yatacağımı həqiqətən düşündün?" dedi

"Zarafat edirsən mənimlə?" dedim. Nə dönürdü ətrafımda mənim?

"Bu zarafat deyildi. Bu güvən testi idi. Güvənilər bir qız imişsən. Lakin, özünü satmağa dəyməzdi. Bu həyatda hec kim üçün özünü fəda eləmə. Fədakar olmaq lazım deyil"

"Mən hec nə başa düşmürəm"

"Sən mənim nə dediyimi başa düşə bilmərsən. Başını boşuna yorma... Sevin, sevin ki qarşına mənim kimi insan çıxıb"

"Sən adam öldürürsən! Aydın sənə görə ölür!"

"Az əvvəl qarşımda quzu olarkən, yenidən şirə döndün. Nə məsələdi, sənə var gücünə sahib olmağımı istəyirsən sən?"

"Səndən iyrənirəm!"

Bu anda onun telefonu çaldı. Telefonu açıb qulağına qoydu. Üzünün rəngi qaçdı. Mimikası hec oynamasada, üz çöhrəsinə narahatçılıq çökdü. Nə zəngi idi, bu zəng?
Hec danışmadı. Eləcə telefonu söndürüb, cibinə yerləşdirdi. "Pis xəbər var?" deyə marağıma səbəb ola bilməyib soruşdum.

"Aydın... Aydın komaya düşüb" dedi

Dünyam başıma təkrar yıxıldı... Komaya düşüb dedi? Əllərimi saclarıma keçirib aşağı çökdüm. Səsimi içimə atıb, səsizcə göz yaşıma boğuldum. Ölməsin Tanrım... Yalvarıram sənə, bizə bir şans daha tanı. Bizim arzularımızı yarımçıq qoyma. Göz yaşımı silib, başımı yerdən qaldırdım. Qan çanağına dönən gözlərimlə, içimdə olan bütün nifrətlə ona baxıb "Hər sey sənin günahındı! Onu ölümə sürükləyən sən oldun! Sən qatilsən! Qatil!" dedim. Yox, bu acı hec nə ilə keçən deyildi. Dinmək bilmirdi... Sözlər bəs etmirdi. Qanadırdı içimi.

"Ölməyəcək..." dedi, uşaq başı aldadırmış kimi.
Yerə əyilib köynəyimi əlinə alaraq mənə uzadıb "Al geyin. Geyindikdən sonra bir seylər yemək üçün aşağı düş. Gözləyəcəm səni" dedi. Qarşısında yarı çılpaq vəziyyətdə qaldığımı yeni dərk etdiyimdən tez köynəyi əlindən alıb geyinməyə başladım. Arxasını çevirib gedərək otaqdan çıxdı. Bu günün tarixi yadımdan hec silinməyəcəkdi. Məni nəfəs ala - ala öldürmüşdü bu gün. Ürəyimə bir neçə dəfə xəncər salaraq...

***

Ən sonda məcbur qalıb otaqdan çıxdım. Piləkandan qorxu ilə aşağı düşdüm. Qulağıma televizor səsi gəlirdi. Piləkanın tam bitən nöqtəsində dayanıb ətrafa baxdım. Geniş qonaq otağı vardı. Mətbəxi amercan sayağı idi. Mətbəxlə qonaq otağının arasına böyük masa qoyulmuşdu. Addım atıb bir az irəli gəldiyimdə, qonaq otağında böyük yumru divan olduğunu gördüm. Həmin divanda Fiko oturmuşdu. Fikoda burda idi. Nə edəcəyimi, nə reaksiya verəcəyimu bilmədiyim üçün yavaş adımlar ilə onun yanına tərəf getdim. Otaqda hərəkətlənməni hiss etmiş olacaqki, başını arxaya çevirib baxdı. Məni gördüyünə hec də şok olmadı. Məndə sakitcə divanın digər başına keçib oturdum. Televizoru söndürdü. Rahat bir tərzdə "Necəsən?" dedi. Necə olacaqdım? Ölü kimi...

"Hec olmadığım qədər əlayam" dedim

"Həqiqətən necəsən?"

"Bərbad"

"Keçəcək"

"Sən manyaksan!"

"Onu bilirəm, bilmədiyim bir sey de"

"Nifrət etdiklərimin arasına səndə daxilsən! Aydın ölsə səndə günahkarsan. Hərçənənd, sən bu vaxta qədər neçə adam öldürmüsən. Bu sənin üçün su içmək kimi bir seydi. Mən kimə nə deyirəm hə?"

Bunu deməyim ilə Sərdar aşağı düşən gördüm. Üstünü dəyişdirmişdi. Qara rəngli spartivini şalvar, üstünədə qara rəngli sadə qısa qol futbolka köynək geyinmişdi. Evdə normal adam kimi görünə bilirmiş...

"Fiko qalx ayağa. Çay dəmlə, yeməyədə nəsə hazırla" dedi

"Hec nə edən deyiləm. Yorğunçuluqdan ölürəm"

"Canının deyəsən təpik istəyir sənin. Mən isə çay istəyirəm çay"

"Mən çayçı deyiləm"

"Çöldə yatmalı olacaqsan bu gün!"

"Rahat qoyma oturam!" deyə danışıb ayağa qalxdı. Mətbəxə tərəf getdi. Mətbəx açıq olduğundan nə etdiyi görünürdü. Qaz sobasını yanıdırıb, çayı qoydu. Qaz sobasının sol yanına söykənib bizə baxdı. Sərdarda divana oturub ona öldürücü baxışlarını yollamaqla məşğul idi.

"Nə boş - boş dayanmısan? Yemək etdə. Acından ölürəm" dedi Sərdar.

"Yumurta pomidor yeyirsənsə bişirim. Başqa hec nə edən deyiləm"

"Nə edirsən et, bircə yeməyə nəsə olsun"

"Lenada yeyir?"

"Lena adam deyil?"

Mənim adım keçirdi söhbətdə. Sərdar cavab verməyim üçün üzümə baxanda "Yeməyəcəm" dedim. Sərdar Fikoya göz vurub "Yeyir. Sən üç nəfərlik hazırla" dedi. Gözümü süzdürüb başımı sol tərəf üstə çevirdim. Mən yemək istəmirdim. Mənim ağılım Aydının yanında idi. Hə birdə digər ailə üzvlərimin...

Yemək hazır olduğu üçün məcbur qalıb masa arxasına keçdim. Hər seyi hazır edib, çayıda gətirdiyində Fiko "Nuş et" dedi. Boğazımdan hec nə keçməzdi mənim.

"Hec nə olmamış kimi, özümü apara bilmərəm" dedim

"Bizə öyrəşsən yaxşı olar" dedi Sərdar.

"Sizə niyə öyrəşməliyəm?"

"Çünki, Aydın komadan çıxana qədər burda bizlə qalmalı olacaqsan. Məndən xəbərsiz bu evdən hec yerə çıxmayacaqsan"

Olmayan işhtahım daha çox qaçdı. Sırada nə vardı?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri