Ağ Kəpənək (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 591
Səs ver:
(səs: 0)
Necə belə asanlıqla, əlin qolun sallayaraq içəri keçmişdi. Bu qorumalar hara baxırdı?
Mənə tərəf atdım atdıqca, mən geriyə - geriyə atdım atırdım. Aramızda nə qədər məsafə az olsaydı, o qədər yaxşı olardı.

"Üzünün rəngi niyə ağardı? Elə bil qatil görmüsən" dedi

"Sən bura necə gələ bildin?!"

"Ayaqlarımla" dedi, çox rahat tərzdə. Mənimlə əylənirmiş kimi görsənirdi. Ona istədiyini verməyəcəkdim. Qorxumu kənara atacaqdım.

"Bu dəqiqə qışqırıb bütün adamları sənin başına yığacam!" dedim

"Qışqır"

"Zarafat etmirəm mən!"

"Məndə etmirəm. Qışqır... Səsinə səs verən olacaqmı gör"

"Necə yəni?"

"Adamlar Sərdarla gedib. Cəmi iki adam qalıb. Onlarda özümünküdü. Rahatam mən, səndə rahat ol"

"Yenidən gəlmək səbəbin nədi? Kabus kimi hər yerdə bitirsən artıq!"

"Darıxdım. Başımı qatmaq üçündə buranı seçdim. Yanına gəlmək mənim üçün bir az çətin oldu. Babat pul xərclədim. Amma olsun, sənə qurbandı"

Beynindən keçənlərə özü gülmüşdü. Mən isə tikan üstündə dayanmışdım. Nə etmiş ola bilərdi? Sərdar bunun üçünmü getmişdi?

"Nə etmisən?" dedim

"Sərdarın içi mal ilə dolu olan, bir neçə məkanın yanğına vermişəm. Az əvvəl ona görə tez tələsik evdən çıxdı. Vay vayy indi necədə pis olub. Yazıq... Axşam gələndə onu təsəlli edərsən"

"Sərdar sənin etdiyini bilsə səni öldürəcək! Və mən ondan bu dəfə hec nə gizlətməyəcəm!"

"Lena xanım, mən insanlara yaxşılıq etmişəm. Sərdar insanları zəhərləyir. Sənin sevdiyin oğlanda həmin zəhərə görə komada yatmırmı? Bir az böyük düşün"

Onu ikinci görüşüm idi. İkinci görüşüm olmasına baxmayaraq, məni eyni yerdən vururdu. Aydından...

"Mən səni səhərdə başa düşmədim. İndidə başa düşə bilmirəm. Sən tam olaraq məndən nə istəyirsən. Niyə mənim yanıma gedib gəlirsən" dedim

"Səni burdan xilas etməyə gəlmişəm. Mənimlə gəlməlisən. Mənimlə gəlsən, həyatın qaydasında gedəcək"

"Eyni sözü təkrar edib durma! Səni tanımıram!"

"Məndə Sərdar kimi qatiləm. Fərqimiz yoxdu. Fərqimiz olmadığına görə mənim yanımda da darıxmazsan. Mən qoymaram səni darıxmağa"

"Sənlə hec yerə gəlməyəcəm. Qarşıma neçə dəfə çıxırsansa, çıx bu qərarım dəyişməyəcək!"

Sıxıntılı bir şəkildə bir iç çəkdi. Mavi gözlərini açıb yumub, dodaqlarının arasında kiçik ritim tutdu. Tam şizofren insana bənzəyərdi indi. Divanın arxa tərəfindən irəlləməyə başladı. Mən isə divanın qarşısında idim. Arxa tərəfdən yanıma gələcəyini bildiyim üçün, onun adımlarını diqqətlə izlədim. Divanın başına gəlib çatdığını gördüyümdə "Yaxınlaşma!" deyə qıqşırdım.

"Olmadıki, sən oyunu qaydasına görə oynamırsan. Mən səni tutmalı idim" dedi

"Manyak! Əl çək məndən. Sən tam şizofrensən"

"Mən və şizofren olmaq? İlk qızsan mənə belə deyirsən. Normalda qızlar məni görəndə, yaraşıqlısan deyib boynuma atılırlar. Nəsə bu gün hər sey tərs gedir"

"Sənin normal həyatım varmıki, qızlarda sənə elə desin!"

"Bir tanısan məni, məni çox sevəcəksən. Mən Sərdar kimi deyiləm. Mənim yanımda hara istəsən, gəlib gedəcəksən. Mən normal həyat tərafdarıyam. Normal insan olduğuma görə"

"Anormalsan!" deyə, dediyimdə Danielin telefonuna zəng gəldi. Telefonu açıb qulağına qoyduqdan sonra, qarşı tərəfin sözünü dinləyib "Gəlsin. Mənim üçün hava xoşdu" dedi. Telefonu söndürüb cibinə yerləşdirdi. Gülərək "Fiko gəlir. Gözün aydın olsun" dedi. Vaxt keçmədən qapı səsi gəldi. Dönüb qapıya tərəf baxdığımda, Fikonun gəldiyini gördüm. İçimə böyük rahatlıq oturdu indi. İçəri addımını ata - ata, Danielə gördü. Mən isə Fikoya tərəf qaçdım. Onu qucaqlayıb "Gəlməyinə sevindim" dedim. Ondan aralaşdığımda, əlini belimə atdı. "Nəsə edib sənə?" deyə məndən soruşduğunda "Yox. Mən yenədə qorxdum" dedim. Bu uzaq məsafədən Danielə baxdı. Fikonun baxışları çox sərt idi. Hələdə məni buraxmamışdı. Daniel isə divanın künc hissəsinə oturub "Necə süprizdi? Keçmiş dostum..." dedi. Dostum? Dost idilərsə necə düşman olmuşdular?

"Sənin bu evdə nə işin var?! Sən bu evə necə girə bilmisən?! Səni bu həyətin torpağına basdırmamaq üçün mənə normal açıqlama et!" deyə Fiko qışqıraraq danışdı. Əlini belimdən çəkib, məndən aralanaraq Danielə tərəf getdi. Danielin yanına çatanda onun yaxasından yapışdı. Daniel isə əllərini yuxarı qaldırıb "Hey keçmiş dostum, bir az sakit ol" dedi. Gülürdü. Nəyə gülürdü? Əsəbi gülüşdə deyildi... Həqiqətən manyak kimi gülürdü. Bu vəziyyət ona ləzzət edirmiş kimi...

"Sən etmisən?! Məkanları sən yanğına vermisən! Sənin dərdin nədi hə?! Məsələ tam bağlanıb gedərkən, yenidən açıb Sərdarın yarasını qanadırsız! İnsan ol, Daniel! İnsan deyilsənsədə insan ola bilməyi sına!" dedi

Daniel gülüşünü dayandırıb, onu itələdi. Fiko tarazlığını saxlayıb yerə düşmədi. Daniel divanın başından qalxıb "Niyə rahatsız oldun belə? Sizin mənə etdiyinizi məndə sizə edirəm! Mənim bu işdə hec bir günahım yox idi. Siz başlatdınız! Siz məni bunları etməyə vadar elədiniz! İndi qarşıma keçib mənə insanlıq dərsi vermə!" dedi. Fikonun yanından keçib getmək istədiyində, Fiko onun qolundan tutub onu saxladı.

"Bu evə gəlib, Lenanı qorxutmağın bədəlini çox pis ödəyəcəksən!" dedi

Danielin baxışları məni tapdı. Mənə həm qəzəblə baxdı. Qolunu Fikonun əlindən çəkib çıxartdı. "Qorxutdum səni?" deyib yanıma tərəf gəldi. Qarşımda dayanıb "Halubki, mən Sərdar kimi sənə qarşı zorakılıq etmədim" dedi.
Nə idi bu? Özünü acındırma, şəkili falanmı? Qarşımdan düz keçib getdi. Arxaya dönüb baxmadım belə. Sadecə qapı səsi eşitdim. Getmişdi... Qarşıma baxdım. Fiko çox əsəbi görünürdü. Hec nə deməyib divana oturdum. Dizlərim sözümə baxmayıb, əsirdi. Dizlərimin əsməsi yeni tutmuşdu. Hər qorxduğunda belə olurdu. Fiko yanıma oturub başını aşağı saldı. Məndən fərqli O, ayaqlarını yerə vurub dururdu.
"Daha əvvəl gəlmişdi bura" dedi
"Səhər gəlmişdi"
"Niyə deməmisən?!"
"Sən evə gəlməmişdin"
"Sərdara deyə bilərdin"
"Sərdara desəydim məni otağa kilitləyərdi! Mən isə bunu istəmirəm!"
"Hec nə etməzdi... Sən onun dediyi hec bir seyə qulaq asma. Şeytan kimidi, O. İnsanı yoldan çıxartmaq üçün yaradılıb"
"Aranızda nə keçib danışacaqsan mənə?"
"Yox nə qədər az sey bilsən, sənin üçün o qədər yaxşı olar"
Daha nə qədər hər seydən uzaq tutulacaqdım. Hər seyin içində idim. Mən bura gəlib düşmüşdümsə, hər seyi bilməyə haqqım yox idimi?
"Xəyalə, kimdi" dedim
"Sən onu hardan bilirsən?"





(Part 5)
"Siz danışanda eşitmişəm"
"Eşitməmisən, bizə qulaq asmısan!"
"Mən bilmək istəyirəm Fikrət! Mən hec nə bilməsəm, sizin tərəfinizdə ola bilmərəm! Mən sizdən nifrət etmək istəmirəm..."
"Sənin bu hər seyi öyrənmək marağın bir gün məni öldürəcək"
Danışması üçün gözümü qırpmadan gözlərinə baxdım. Gözlərini məndən qaçırdıb "Dik, dik baxma elə" dedi. Çəkməyib baxmağa davam etdim. Çəkmədiyimi görüb "Yaxşı, təslim oluram" dedi. Nəhayət gözlərimi qırpdım. Düz baxmaqdan gözlərim incitmişdi.
"Sənə demişdimki, Sərdar məni tapıb gətirəndə evdə biri daha vardı. O Xəyalə idi. Sərdarın sevgilisi idi. Hətda öz canından çox sevdiyi biri deyək. Biz üçümüz iki otaqlı evdə yaşadıq. Hər sey çox gözəl gedirdi bizim üçün. Günlərin bir günündə evimizə çoxlu pul gəlməyə başladı. Bu pulların qaynağı, Sərdarın zəhər satmağından qaynaqlanırdı. Başlarda Xəyalə olmaz, çıxıb gedərəm falan dedi. Sərdarda Xəyalənin belə danışdığını görüb, bu işi atmağı düşündü. Daha işləmək istəmədiyini, manfiyanın başçısına dediyində oda razılaşdı. Sevinmişdik buna. Amma nə biləydik ki, hamısı oyundu. Küllü miqdarda malın itirilməsini Sərdarın boynuna yazdı. Düşünki, Aydının başına gələnləri biz daha əvvəl yaşamışıq...
O qədər pulu verə bilmədik. Sərdarla Xəyaləni tutmuşdular. Sərdarın yaşaması üçün, Xəyaləyə iyrənc bir təklif edildi. Təklif, mafiyanın başıcısı ilə yatmaq oldu. Oda qəbul etdi. Onunlada Sərdar yaşayarkən, öldü" dedi.
Mən Fikodan hər yeni sey öyrəndiyimdə, dəhşət içində qalırdım. Sərdarın mənə etdiyi təklifi xatırladım. Məndə qəbul etmişdim. Amma Sərdar mənə toxunmamışdı...

(Part 6)
"Xəyalə indi hardadı?" dedim
"Onunla yatdıqdan sonra evə gəlmişdi. Günlərlə eyni evin içində, hər ikisidə yaşayan ölü oldu. Həftələrdən sonra danışmağa başladılar. Onda hər sey dəyişmişdi. Sərdar özünü günahkar sayırdı. Ölməsini seçə bilərdi, deyə düşünürdü. Xəyalə isə dəyişmişdi. Bir gün gecə yarısı evdən çıxdı. Bir daha evə qayıtmadı. Çox sonralar sorağı gəldiki, həmin mafiya başçısının evindədi. Artıq onun qadını idi. Bahalı həyatı seçdi. Ya da bilmirəm öz qürurunu satmışdı deyə, onu bu yol daha asand gəldi. O xəbəri eşitdikdə, Sərdar yıxıldı... Qadınlara nifrət etmək səbibidə ordan yaranır. O gündən Sərdar daha güclü olacağına söz verdi. Və bacardı" dedi
Xəyalənin sonu... Sərdar mənə toxunsaydı, mənim sonum nə olardı? Ürəyimin üstünü sıxıntı basdı. Keçmişi təkrar etməmişdi... Onda da bir mərhmət vardı. Baxmayaraqki, mənlə yaxşı rəftar etməsə belə... Bu gün eşitdiklərim mənə bəs edirdi, deyə Fikonun yanından ayağa qalxdım. Otağıma gedib, qaranlığa çökməliydim. Gedər ayaq Fiko "Dayan, son bir sey daha deməliyəm sənə" dedi. Sözünün ardın gətirməsi üçün ona tərəf döndüm.
"Biz Aydının, ölümcül hala qədər döyülməsini tapşırmamışdıq. Gözünü qorxutun yetər demişdik. Aydını döyən adamla, Aydının arasında bir problem var imiş. Ona görədə onu o qədər çox döyüb. Sərdar bunu biləndə, onun cəzasını kəsdi. Biz belə olsun istəməmişdik..." dedi

Daha bilmədiyim bir çox sey vardı. Eynən bunlara bənzər, bir necə sey kimi...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 591
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri