Ağ Kəpənək (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 718
Səs ver:
(səs: 0)
Bir kitabda belə deyilirdi.
"Birinə çox güvənirsənsə, həmin insana bir silah vermiş olursan. Mərdisə səni qoruyar, namərddisə səni həmin silahla vurar"
Məndə Sərdarın əlinə bir silah vermişdim. O məni həmin silahla, eyni yerdən iki dəfə vurdu. Bir Aydını döydürtdüyündə, birdə onun ölümünü məndən gizlətdiyində...
Sənə verdiyim həmin silahla, səni vurmaq mənə borc olsun. Mən indi qorunmasız idim. Özümə buna hazırlamamışdım. Kəpənəyin bir günlük ömrünün olmasını qəbullanmamışdım. Ruh kimi onların yanından ayrılıb, Danielin maşınına tərəf getməyə başladım. Hər ayaq atışımda, kürəyimdən vurulmuşa dönürdüm. Daniel maşının yanında məni gözləyirdi. Maşının yanına çatdığımda, əl atıb qarşı oturacağın qapısını açmaq istədiyimdə, əlimin üstünü bir əl örütdü. Əlindəki orta barmaq üzüyündən Sərdarın olduğunu başa düşdüm. Sağımda bitən Sərdara, böyük nifrətlə baxıb onu itələdim. "Çəkil yolumdan qatil!" dedim, içimdəki bütün qəzəb hissi ilə. Bu qəzəb hissi bütün hüceyrələrimdə dolaşırdı indi.

"Mənə qulaq asmadan hec yerə getməyəcəksən Lena! Mənə qulaq asmalısan... Sənin bu insanla getməyinə göz yuma bilmərəm!" dedi

"Sən nə ixtiyarla mənlə hələdə danışa bilirsən?! Bura qədər imiş Sərdar Qarayev! Bura qədər! Mən sənin əcəlinəm daha!"

"Çək vur onda məni! Hirsin soyuyacaqsa öldür məni! Amma mən sənin getməyinə icazə verməyəcəm. Gəlirsən mənimlə"

Qolumdan tutub məni arxasıyca sürüklədiyində, ayağımı yerə dirəyib qolumu əlindən çəkməyə başladım. Bu sırada Fiko yanımıza gəlib, məni Sərdarın əlindən almağa çalışırdı.
"Sərdar bəsdi! Bəsdi! Əl çək, Lenadan... Az əzab ver ona..." deyə, titrək səs tonunda danışdı. Sərdar isə qolumu daha möhkəm sıxırdı. Elə bil, ilk günki adam geri dönmüşdü. İnsanlar dəyişməzdi. Mən bunu vaxtında başa düşməli idim.

"Sən bu işə qarışma Fikrət! Bu məsələ bizim ikimizin arasında baş verən bir seydi. Mənə qatil deyirsə, məni öldürmək istəyirsə vaxt itirmədən indi edə bilər. İndi hər seyə son verə bilər!" dedi

Nifrətlə gözlərinin ən dərininə baxdım. Səni burda öldürməyin mənə hec nə qazandırmazdı. Səni yaşayaraq öldürəcəkdim mən. Əzab çəkə - çəkə öləcəkdin. Sənə o vicdan əzabını daddıracaqdım!

"Mənə yaşatdığın hər seyi, Allahda sənə yaşatsın!" dedim, dişimin dibində. Qolumdan tutduğu əlini yavaş - yavaş boşaltdı. Tam boşaltdığında məni Fikonun üstünə möhkəmcə itələdi. Fiko məni qolları arasına alıb qucaqladığında, Sərdar arxasını çevirib maşınına tərəf getdi. Maşına minib işə salaraq son sürətlə yanımızdan keçdi. Mən isə bir qatilin köməkçisinə sarılı olduğumu indi dərk edib, ondan ayrıldım. Bizim çox gözəl münasibətimiz ola bilərdi. Aydın ölməsəydi...

"Mənə düşmanınmışam kimi baxma. Sən mənə elə baxdığında mən ölürəm" dedi.

"Səndə düşmansan! Sənində ondan bir fərqin yoxdu! Gözümün içinə baxa - baxa mənə yalan dedin. Aydının ölməsini mən başqa bir adamdan öyrəndim! Hanı mən sənin bacın idim?! Sən mənə ölüm ayağında olan, sevdiyim adamın yanına belə aparmadın. Son dəfə onu görə bilmədim... Mən dərdimi kimə deyim?! Mən içimdə çəkdiyim ağrını acını kimə başa salım?! Ölürəm Fiko, ölürəm... Məndə ölürəm!" dedim

Göz yaşlarım təkrar sözümə baxmamışdı. Gözlərimin yaşının qurumayacağını bilirdim. Onlar ağlamayan insanı, ağlatmışdılar...
Göz yaşımı silərkən gözüm, maşınına söykənib hər iki əlini sinəsində birləşdirən Danielə sataşdı. Sanki, bir tamaşa izləyirmiş kimi bizə uzaqdan baxırdı. Axı onun nə vecinə olsun, burda yaşananlar...

Getməli olduğumuzu onun üz mimikalarından başa düşüb, Fikonun sol qoluna möhkəm vuraraq yanından keçdim. Siz təkcə mənim nifrətimi qazandınız. Həmdə, bunu özünüz istəyərək!
Maşına mindim. Daniel maşını işə saldı. Yola düşərkən tək düşündüyüm sey Aydının ölümü idi. Ölüm... Ölüm o demək idiki, bir daha həmin insanı görə bilməyəcəkdim. Nə səsini eşidəcəkdim, nə onu görə biləcəkdim. Nə də onu qucaqlayacaqdım... Bunları düşündükcə ürəyimin ortasına bir ağrı otururdu. Ağrı kürəyimə, sinəmə qədər yayılmışdı. Məni incidirdi. Göz yaşımı içimə ataraq ağlamağım, nəfəssiz qalmağıma səbəb olmuşdu. Eynən Aydının nəfəssiz qalması kimi...

***

Yol boyu yola hec fikir verməmişdim. Başımı aşağı salıb ağlamaqla məşğul idim. Danieldə yox kimi bir sey idi. Hec səsin çıxartmamışdı. Danışmaması işimə gəlmişdi. Bu ölümü bilən bir tək mən idim. Bunu ailəmə necə deyəcəkdim?
Bu gün başa düşdümki, ən böyük iki üzlü özüm imişəm. Hər zaman hamıya hər sey yaxşı olacaq, səbr edin, ayaqda qalın deyirdim. Həyatın bir gün bizim üzümüzə güləcəyini, bizədə yaxşı gün göstərəcəyini danışıb dururdum. Amma həyat bizə ən böyük zərbəsini vurdu. Mənim indi ayaqda durmağa halım yox idi...
Maşının dayandığını dəqiqələr sonra fərq eləmişdim. Oda açılan qapıdan...
Daniel qapını açmışdı. Ayaqlarımda bir güc tapıb aşağı düşdüm. Qarşımda eynən Sərdarın evi kimi böyük bir villa vardı. Bu mafiya və varlı insanların, əl çəkilməz olan böyük sarayları... Həmin sarayki, içində xoşbəxtlik yox idi. Onun yerinə dərd, kədər və pul vardı.

"Yeni evin buradı. Ümüd edirəm burda üzün gülər" dedi

Mənim üzüm bundan sonra çətin gülər. Gülmək üzdə yaranan bir təbəssüm deyildi. İnsan içi ilə gülə bilmirdisə hər sey boşuna idi.

"Mənə indi hər yer cəhənnəmdi..." dedim

Mənə elə bir ifadə ilə baxdıki, bu vaxta qədər hec bir acı çəkməməsi mənə məlum oldu. Başa düşməzdi məni. Bəlkədə ona görə boş təsəlli belə verməmişdi mənə.

"Sən, sən sevdiyin insanı itirmisənmi? Bu vaxta qədər acı çəkmisənmi?" deyə soruşdum.

"Acı çəkə bilmirəm. Həyata bir dəfə gəlirik. Mən vaxtımı ona görə acı çəkməyə xərcləyə bilmərəm. Zamandan gedir. Sən indi ağlayırsan. Sevdiyin insanı itirmisən. Bu mənə qəribə gəlir"

"Sevməyin necə bir sey olduğunu bilsən, qəribə gəlməz"

"Sevmək boş işdi. Onada vaxt xərcləmirəm mən. Yox bir, birini al qoy ürəyinin başına. Oda sənə hər dediyini elətdirsin. Belə yaşamaq olar? Bunun ona görə darıxmağı var, nə bilim qucaqlamağı var. Hələ ürəyi gecə on ikidə nəsə istəsə onu tapıb almağı var. Bunuda keçdim, hələ qızların nazını çəkmək var. Bu bekar adamların işidi. İşin gücün yoxdusa sevə bilərsən. Mənlik deyil, mən almayım"

"Sən düyanın ən gözəl hissindən məhrum edilmisən. Birini sevmək, çox gözəl bir seydi. Düşün, ürəyinin içində birini gizlədirsən. O sənim dünyan olur. Arzun, xəyalın, istəyin olur. O olmadıqda, hər sey dağılır. Geriyə hec nə qalmır"

Arzumda, xəyalımda Aydının ölməsi ilə bitdi. Tək həqiqətim, beynimdəki intiqam hissidi. İntiqam soyuq yenilən bir yemək idi. Məndə yeməyin soyumasını gözləyəcəkdim...

Qapını açdıqdan sonra evə giriş etdik. Qulağıma səslər gəlirdi. Bu səsin qaynağı televizorun açığı olmasına görə idi. Qonaq otağına tam giriş etməsəmdə kənarda dayanıb baxırdım. Qonaq otağında on səkkiz yaşı olar ya olmaz, tünd sarı saçlı qız oturmuşdu. Telefonla oynayırdı. Daniel yanımdan keçib ona tərəf getdiyində, qız başını telefondan qaldırdı. "Sonunda gələ bildin" dedi, bezmiş bir halda.

"Nə o, prenses darıxmışmı mənim üçün"

"Ürəyim sıxılırdı. Həm Samu məni əsəbləşdirir. Ona bir sey dey Daniel"

"Of, off, off. Samu, Samuu hardasan" deyə Daniel səsin ucaldaraq danışdı. Mən isə bomboş olanları seyr edirdim. Qapının kənarında qalmışdım. Qız mənim varlığımı yenicə görmüş kimi "Bu kimdi, Daniel?" dedi. Daniel mənim yanıma gəlib dayanaraq "Mənimlə yaşayacaq. Adı Lenadı. Lena bu gördüyün qızda mənim bacım Lauradı" dedi. Bacısı imiş. Beynim durmuşdu deyə çox seyi başa düşməkdə çətinlik çəkirdim. Mənə bu tanışlıqlar lazım deyildi. Mənə bir otaq lazım idi. Ruhumu o otağa təslim edib, saatlarca ordan çıxmamaq istəyirdim.

"Demək digər qalan, boş otağı bu qız üçün hazırlatmısan. Nəysə mənə nə, mən telefonumla məşğul olum" dedi

Dodaqlarımı aralayıb otağıma çıxmaq haqqında bir sey demək istədiyimdə, yuxarıdan adım səsləri gəldi. Piləkandan aşağı bir oğlan düşürdü. Eyni Danielə bənzəyirdi. Saçları, dəri rəngi, gözləri...

Məni görər görməz "Vauu, bu nə gözəl qızdı" dedi. Hər zaman belə açıq sözlümü idi? Sanki, başqa dərdim yox imiş kimi bunu düşünməyimdə ayrı bir axmaqlıq idi.

"Samu, Samuu sənə hər gördüyün qıza sulanma demişəm!" dedi

"Sən hələdə bu qızın kim olduğunu demədin. Səhvənmi gəlib düşüb bura. Yolunumu itirib"

"Sənin bu boşboğaz danışığın olmasa yaxşı olar.
Qızın adı Lenadı. Mənimlə yaşayacaq"

Oğlan düz dibimdə bitmişdi. Daniel onun qolundan tutub kənara çəkdi. Mənə dönüb "Lena bilirəm indi, sənə çox maraqlı deyil. Amma gördüyün bu boşboğaz oğlanda, mənim başıma bəla olsun deyə, dünyaya göz açan qardaşım Samueldi. Normalda burda yaşamır. Kefi istəyəndən istəyənə gəlir" dedi. Göz qırpmaqla kifayətləndim. Danışmayacaqdım. Bir gündə bu qədər yeni insan tanımaq mənə bəs etmişdi. İçimdə böyük bir yas olarkən...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 718
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri