Ağ Kəpənək (24-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3 819
Səs ver:
(səs: 0)
Sərdar'ın dilindən

Evə gəldiyimdən bəri, evin içində özümə yer tapa bilmirdim. Bunun səbəbkarıda, Lena idi. O, qız mənim beynimi çox qarışdırırdı. Beynimin içinə daxil olmuşdu. Və ordan getmirdi...
Bu gün ki, məclisə gələcəyini hec bilməzdim. Onu elə halda görəcəyimi, hec düşünməmişdim. Hər seyi ilə çox gözəl idi. Hətda mənə içki badəsini qaldırarkən, belə...
Daniel ilə getmişdi. Daniel onu istədiyi kimi yetişdirirdi. Onda şeytan havası yaratmağı bacarmışdı. Onun özüdə bir şeytan idi. Ağıllı və hiyləgər...

Mən bir kənara oturmağı bacarmışdım. Fiko isə bir yerdə dayanmırdı. Evin içində addımlarının sayının itirmişdim. Hərəkəti artıq beynimə toxunurdu. Daha çox bu gedib gəlmələrə dözə bilməyib "Fiko otur aşağı. Başım fırlanır gedib gəlməyindən!" dedim.

"Otura bilmirəm. Boğuluram Sərdar! Daniel gözümüzün qarşısında, Lena ilə bərabər idi. Lenanın yanında biz olmalı idik. O deyil!" dedi

"Sənin bu, Lena sevdana görə mənim başım ağrımalıdı? Otur aşağı!"

"Sənində onu düşündüyünü bilirəm. Mən sənin içini bilirəm adam"

"Onu düşünməyim, onu geri qaytaracaq? Onun sevdiyi adam bizə görə öldü. Bizə görə... Ona görədə bizim yanımızda deyil, Danielin yanındadı. Daniel onu yanında saxlamağı bacarır"

"Yanında saxlamır. Beynin yuyur! Danielin ən gözəl bacardığı iş budu. Qan tökmədən, vurmadan döymədən, dili ilə hər seyi etdirməyi bacarır. Lenada artıq bizim bir düşmanımızdı. Bizə düşman gözündə baxırdı. Ən ağrıma gedən seydə budu!"

"Daniel ona hər seyi danışıb səncə...?"

"Vaxt itirər hec? Məncə ilk gündən danışıb" dedi, Fiko nəhayət oturarkən. Ağılım üç il əvvələ getdi. Üç il əvvəl gözüm çox dönmüşdü. O qədər dönmüşdüki, balaca qız öz əllərim ilə Danielin düşmanına təslim etmişdim. Həmin əclaf ona hec nə etməyəcəm, sadecə Danielin qorxmasını istəyirəm demişdi mənə. Ona toxunmayacağına söz vermişdi. Məndə onun sözünə aldanıb, Lauranı ona vermişdim. Həyatımın ən böyük ikinci səhvini onda etmişdim. Necə aldana bilmişdim? Hələdə, ağılım ala bilmir... Hələdə, düşünəndə dəliyə dönürəm. Balaca qızın görüntüsü gözümün qarşısından getmir. Hə, birdə Danielin nifrət dolusu baxan mavi gözləri...

O hadisəyə görə Fiko mənlə dörd ay danışmadı. Fiko verməyək, onun sözünə inanmayaq demişdi mənə. Mən isə insanlar verdiyi sözü tutar, deyib vermişdim. Kaş, verməz olaydım...

"Ağılın yenə o günə getdi?" deyə, Fiko məni fikirimdən ayıltdı.

"Hərdən düşünürəm ki, Xəyalə həyatımda olmasa idi necə olardı. Bu qədər qəddar biri olmağımı bacara bilərdimmi" dedim

"Sən qəddar deyilsən. Qəddar kimi görünməyi seçirsən. Hər ikisidə fərqli - fərqli seylərdi"

"Lenada qəddarlaşır. Yeni bir düşmanla bu gün üz üzə dayanmışdıq. Dans etməkləri gözümün qarşısındadı hələdə"

"Sərdar sən Lenaya qarşı, mənim bilmədiyim hər hansısa bir hisslər bəsləyirsən?"

Verdiyi suala nə 'Hə' deyə bildim. Nə də yox...
Mənə bu hisslər yad idi. Mən bu hisslərin toruna bir daha düşməzdim. Həm məni düşmanki kimi görən bir qıza qarşı, bir hisslər bəsləməyim hec düzgün olmazdı. Əgər elə hiss bəsləmiş olsaydım, mən özüm öz sonumu gətirmiş olardım. Çünki, sevgi insana hər seyi elətdirmək gücünə malik bir sey idi. Lena, Aydına görə bu qədər sey etmişdi. Sevməsəydi etməzdi... Ona görə, bəzi dahilər dünyanı sevgi xilas edəcək deyir. Mən isə xilas olunmaq istəmirəm...

(Lena'nın dilindən davam)

Məndən ayrılıb tez göz yaşlarını sildi. Boşluğuna gəlmişdi deyə düşünürəm, ağlaması.
"Ağlamağımı hec kim bilməsin" deyib üzünü pəncərəyə çevirdi yenə. Pəncərədən onun əksini gördüyümü bilmirdimi? Çiynində bir ton yük var imiş kimi görünürdü burdan baxanda. Qayğılı görünürdü. Bu qayğı Lauradan qaynaqlı idi.

"Mavi gözlərindən axan, son göz yaşını mən gördüm. Mirvari dənəsi kimi qiymətlidi" dedim

"Lena... Mənə tutulma. Mənə tutulmaq kimi bir səhv etmə. Çünki, biz normal insanlar deyilik"

"Sən `ay deyilsən, sənə tutulam. Özünü çoxda böyük bir sey zənn etmə"

"Vau.. Təmas bağılımısı olan qızdan belə bir söz eşitmək" deyərək mənə tərəf döndü. Az əvvəlki üzündən geriyə bir sey qalmamışdı. Göz yaşıda, qayğısıda getmişdi. Yenə soyuq idi siması. Bir addım atdı. Aramızda məsafə qalmışdı. İki addım atdı. Aradaki məsafə bir az azaldı. Dodaqlarının hər iki tərəfini qıvrıldıb "Üçüncü addımımı atdığımda, qollarımda olacaqsan. Qaç özünü qurtar" dedi. Canım hec oyun oynamaq havasında deyildi. Baxışlarımı qısdım, ona qarşı. Geriyə bir addım atıb, böyük zövqlə gülümsündüm.

"Adımları düzgün say. Üç adımda deyil, dördüncü adımda yanımda ola bilərsən" dedim

"Bu varinatın xoşuma getdi. Artıq varinat atmağıda öyrənmisən. Səni yola gətirmək o qədərdə çətin deyilmiş"

"Səndən daha ağıllı olacağımdan qorxursan?"

"Məndən daha ağıllı olmaqmı? Buna ancaq gülərəm. Düz gecədən, səhərə qədər"

"Məni çox xəfivə alırsan. Mən acılarımla hər sey edərəm. Edəcəmdə"

"Sənin beynini doldurmasaydım, hec nə edə bilməyəcəkdin"

Geriyə doğru atdığım adımı qarşıya atdım. Ona çatıb, aramızdaki olan məsafəni bitirmək üçün daha iki adım atdım. Aramızdaki məsafə tam itmişdi. Sol qulağına tərəf əyilib, əlimi çiyninə yerləşdirərək kicik pıçıltım ilə "Daniel..." dedim.

"Bunu etmə Lena. Sən oyunu düzgün oynamırsan. İstifadə edirsən, qadın olmağından" dedi

Güldüm. Gülüşüm qulağında hiss edildiyindən, boynunu azacıq büküb düzəltdi.

"Mən hec nə etmədim. Adını pıçıldadım qulağına" dedim

"Səsinin tonu, məni özümdən çıxartmağa bəs edir. Od ilə oynayırsan" dedi

Mən qazanmışdım bu oyunu. Üzünə böyük qələbə ilə baxdım. Çox vaxt itirməyib, sol yanağına dodağımı basdıraraq kiçik öpüş qondurdum. Onun üzünə hec baxmadan yanından çəkildim.

Əlimi sağ ol mənasında edib, otaqdan çıxdım. Aşağı düşdüm. Aşağıda Samuel ilə Laura yanaşı oturub bir film izləyirdilər. Məndə səssizcə tək kresloya oturub, yarıdanda olsa filmi izləməyə başladım. Ara - sıra baxışlarım Lauraya tərəf çevrilirdi. Diqqəti filmdə idi. Samuel isə saniyələr keçməmiş əlləri Lauranın saçlarında olurdu. Saçlarını oxşayırdı...
Samuelində görülməyən tərəfləri vardı? Laura görməsədə, Samuel baxışlarımı tutdu.

"Nə baxırsan elə. İstəyirsən gəl sənində saçlarını oxşayım" dedi

"Gözüm sataşdı!"

"Mənim cazibə qüvvəmə dayana bilmirsən. Etiraf et"

"Manyak kimi danışma. Uşaqsan uşaqlığını bil"

"Elə bil özünün 40 yaşı var. Off Allahım. Bu qadınların özünü böyük göstərmək istəyi olmayayada"

"Samuel sən həmişə beləsən?!"

"Hə, həə həmişə belə sevimliyəm"

"Sevimli deyilsən! Sevimsiz, əsəb pozucu bir varlıqsan!"

Əsəbimdən qollarımı sinəmdə birləşdirdim. Bu uşaqla yola getmək hec alınmırdı! Aşağı düşən Daniel ortada nə baş verdiyini bilmək üçün bizi süzdü. Samuel ilə Lauranın arasına oturub "Qarşı cəhbədə vəziyyət necədi?" dedi, mənə baxıb.

"Qardaşından soruş!" dedim

"Samu onu əsəbləşdirmə deməmişdim sənə?"

"Onu əsəbləşdirmək zövüq alıram. Bax ona, gör necə əsəbidi" dedi, Samuel.

"Yadıma düşmüşkən, sən öz evinə niyə getmirsən?"

"Qovursan məni evindən"

"Qovmuram. Səbəbini bilmək istəyirəm"

"Bura daha maraqlı gəlir" deyib mənə göz vurdu. Başa düşdüm. Qəsdən edirdi. Məni əsəb xəstəsi etmək üçün. Bu danışığımız Lauranın üzündə gülümsəmə yaratmışdı. Daniel, Lauranı sağ qolunun altına, Samueli isə sol qolunun altına alıb hər ikisini qucaqladı. Hər üçü qucaqlaşmışdı. Mənim üçün bu qucaqlaşma çox sey ifadə edirdi. Bizdə qucaqlaşırdıq...
Onları qucaqlaya bilmirdimsə, bu iki qol mənim nəyimə lazım idi. Ailəm üçün burnumun ucu göynədi. Mənim onların bu görüntüsündə yerim yox idi. Ayağa qalxdım. Bu görüntüyə daha çox baxma bilməzdim. Ürəyim qaldırmazdı. Daniel gedəcəyimi başa düşdüyü üçün "Hara belə?" dedi.

"Siz qucaqlaşın... Mən yatmağa gedirəm" dedim

"Orda qalma. Səndə gəl yanımıza. Yanımızda sənədə yer olar" dedi, Laura.

Lauranın bu təklifi məni gülümsütdü. Onlara tərəf getdiyimdə, Daniel Samueli qucaqlamağı buraxıb, qolları arasına məni aldı. Bu davranışa bir qəribə olmadım, deyil. Samueldə kənardan mənə sarıldı. Onlarla idim. Onları qucaqlamışdım. Dizimin üstündə olan əlimdən Laura tutdu. Laura mənə azda olsa bir güvən vermişdi. Mən bu ailənin içində gün keçdikcə dəyişilirdim...

***

Üstümdə dünəndən qalma yorğunluq olsada, yuxudan ayılmağı bacarmışdım. Bu gün bir sey etmək istəyirdim. Bütün gecə bu fikiri düşünmüşdüm. Ona görə fikirimi Danielə deməli idim. Daniel evin çölündə idi. Göyüzünü seyr etməklə məşğul idi. Yanında dayanıb "Göyüzünəmi aşiqsən?" dedim.

"Yox. Göyüzünün parçalı buludlarına baxıram. Mənə bənzəyirlər" dedi

"Bu gün elə bil soyuğuq"

"Soyuq yox məsafəli"

"Məsafə?"

"Axşam yatanda düşündüm. Sənlə aramızda məsafə olmalıdı. Məsafəyə diqqət edə bilməsək, sonumuz pis olar"

"Qəbul. Olaq məsafəli. Məndə sənə bir sey demək istəyirdim"

"Eşidirəm"

"Mənə pul lazımdı. Sərdarın pulun özüm qaytarmaq istəyirəm. Borc verərsən mənə?"

"Üzünə çırpaçaqsan pulu?"

"Eynən" dedim, ağlımdaki şeytanlıqla. Daniel ilə aramızdaki məsafə mənim işimə gələcəkdi. Mən başqa adamla məsafəni pozacaqdım.

"Qurbandı sənə. Yetərki işini gör" dedi

"Digər işimdə var"

"O nədi?"

"Sərdarı özümə aşiq etdirmək..." deyib ona döndüm. Ən gözəl qisas növüm bu olacaqdı!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri