Ağ Kəpənək (26-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 1701
Səs ver:
(səs: 0)
Qəzəbli baxışları ətrafı sarmışdı. O olduğu yerdə qalmışdı. Daniel isə əlini belimdən çəkməyərək, mənimlə bərabər ona tərəf addımlayırdı. Danielin üzündə yenə hec nə yox idi. Necə bu qədər mükəmməl olmağı bacarırdı? İynələyici səs tonunda "Bəyəndin süprizimi Sərdar?" dedi.

"Bu daş hasarlardan düşmə, adətindən əl çəkmədin. Yeni seylər kəşf et Daniel"

"Yenilər mənlik deyil. Mən köhnələrə ilişib qalmışam"

"Daniel, Daniel... Mənim evimdə, mənim həyətimin içində çox başına buyuruq danışma. Sizin ikinizidə yox etməyim saniyələrimi almaz"

"Vauu. Lena, bizim Sərdara bax. Necədə özündən əmin tərzdə danışır. Sən, sən nə edə bilərsənki?!"

"Bir dəqiqə gözləyin gəlirəm" deyərək, göz altı mənə baxıb evə daxil oldu. Daniledən ayırlmaq istədiyimdə mənə olmaz baxışlarını atıb "Yanımdan ayrılma" dedi. Onu deməsi ilə Sərdar evdən çıxıb bizim tərəfə gəldi. Əlində mənim verdiyim pul çamadanı vardı. Bizdən bir az aralı dayanıb güldü. Pul çamadanını açıb içindəki pulları yerə tökdü. Çamadanıda bir tərəfə tulladı. Əlinə cibinə atıb, kibrit çıxartdı. Kibrit çöpünü yandırıb "Seyr edin" dedi. Yanan kibrit çöpünü pulların üstünə atdı. Pullara alov dəydikcə yanmağa başladı. Ağılını itirmişdi bu insan! Sərdara baxmağa hec tənəzzül etməyib, Danielə baxdım. Gülüş vardı üzündə. Gülüşünün altında nə yatdığını bilmirdim...
Baxışları yanan pula çevirib, bir az alovu izlədi. Alovlar getdikcə sönməyə başlayarkən "Nə gözəl şou idi. Bizi bu soyuqda qızdırdığın üçün hər ikimizdə sənə təşəkkür edirik. Gözəlim, səndə öz təşəkkürünü et" dedi. Danielin hecmi əsəbi yox idi? Bu sakitliyi məni, belə dəli etmişkən, Sərdarı düşünə bilmirəm.
"Sən həmişə belə hiyləgərlik edirsən! Bu sakitliyin insanı özündən çıxarır!" deyə, Sərdar əsəblə danışdı. Əlini belinə atıb, silahını çıxartdı. İndi işlər dəyişmişdi...

Silahı bizə tərəf tuşlandığında, Daniel əlini belimdən çəkib məni arxasına aldı. Mən arxasında qalmaq istəmirdim. Təkrar qarşısına keçmək istədiyimdə qolumdan tutub məni saxladı. Onunla bu vəziyyət arasında qalarkən, Sərdar "Bir birinizi bu cür qorumaq istəyiniz, gözlərimi yaşartdı. Bir qərar verin. Mən sıxılıram belə" dedi. Mən əsəbləşirdim... Onun hər hərəkətinə əsəbləşirdim!

"Pulu yandırıb, bizə silah çəkərək özünü böyük adam sayırsan? Bu adamlıq deyil, Sərdar Qarayev!" dedim

Silahi mən tərəfə tuşladı. Burnundan nəfəs alıb verirdi. Barmağını tətiyə toxundurduğunda, "Sən bizi vurmaq istəyirsən?" dedi Daniel. Yadıma o gün düşdü... Sərdar silahı düz, beynimə tuşlamışdı. Silahın ucu ilə beynimi incitmişdi. O günə geri dönməyim ilə irəli getdim. Sərdarın tam qarşısında dayandım.

"O silahı çəkməsən, şərəfsizsən! Bu dəfə də çəkib məni öldürməzsən, mən səni vuracam o silahla!" dedim

Əlindəki silahı alıb düz ürəyimin üstünə yerləşdirdim. Ürəyim ürəyimi yesədə qorxusuz kimi görüntü verirdim. Bu silahı çəkib indi məni öldürədə bilərdi. Gözlərimiz bir birinə baxırdı. Mənim gözlərim nifrətlə baxırdı. Mənim gözlərim, Aydının qatili kimi baxırdı ona...
Aydınımı öldürmüşdü. Aydınla bərabər, ailəmədə həsrət qoymuşdu məni. Mənim bütün diqqətim onun üstündə olarkən, Daniel anidən arxadan məni qucaqlayaraq onun yanından uzaqlaşdırdı. "Burax məni, Daniel!" deyə qışırıb, əlindən qurutulmaq üçün çabaladım. Məni bir az aralıda yerə qoyub "Qal qaldığın yerdə. Tərpənmə! Dəliliyin indiyə qalmayıb!" dedi.

"Nədi? Nə var hə? Görmürsən onun artistliyini!" dedim, bizdən uzaqda olan Sərdara baxıb.

"Silah oyuncaq deyil Lena! İstəmədəndə olsa barmağını tərpətsə ateş aça bilərdi!" dedi

"Uzaq başı öləcəkdim. Məndə Aydın kimi öləcəkdim! Sərdar bu dünyada onunla qovuşmağıma icazə vermədi. Bəlkə digər cənnətdə onunla qovuşa bilərəm!" dedim

Danielə belə əsəbləşmişdim. Bu vəziyyətdə sakit qalmağı bacarmazdım mən. Onun üzündə bəlkə ilk, bəlkədə son dəfə görə biləcəyim bir hiss gördüm. Nigarançılıq vardı üzündə... Bu nigarançılığın səbəbi məni düşündürdü. Düşündüyümü gördüyündən, özünü məndən gizlətməyə çalışıb Sərdara tərəf döndü.
"Bu günlük bu qədər aksiyon yetər. Biz gedirik!" dedi

Belə gedəcəkdik? Hər sey yarıda qalmışdı. Üz üzə gəlmişkən, niyə hər seyi yarıda qoyub gedirdik biz?

***

Yol boyu əsəbimdən onunla bir kəlimə belə kəsməmişdim. Onun fikirli görüntüsü mənə maraqlıda deyildi. Amma əsəbimdən özümə yer tapa bilmirdim.

"Susum, susum deyirəm. Danışmayım deyirəm. Olmur! Sən necə belə sakit qala bilirsən? O insan sənin pulunu yandırdı!" dedim

Çoxbilmiş bir ifadə ilə üzümə baxdı. Bu hal onun xoşuna getmişdi.

"O pullar saxta idi" dedi

"Nəə?" dedim, şoka düşərək.

"Saxtaydı. Saxta pullar vermişdim sənə"

"Necə adamsan sən?! Bəlkə elə Sərdar pulları yandırmaq əvəzinə sayacaqdı! Onda nə edəcəkdim mən?!"

"Edə bilməzdi. O pulları yandıracağını bilirdim mən"

"Bu qədər dəqiq hardan bilirsən?!"

"O sənin gözəlliyini gördükdən sonra onun pul saymaq yadına düşməzdi"

Bu insan məni daha nə qədər iynələməyi düşünürdü? Sözünün sonuda, əvvəlidə mənə söz atmaq idi!

"Daniel sən belə danışdıqca, içimdə səni boğmaq istəyi yaranır!" dedim

"Sənə məsləhət verim. Sərdar ilə elə danışma. Bir az xoş danış ki, suyuna enə biləsən"

"Lənət! Kəs bu danışığı!"

"Bizim balaca canavar əsəbləşdi. Mən sussam yaxşı olacaq. Yoxsa canavarın dişləri arasında qalmaq istəmərəm"

"Cəhənnəm etdiyim məsafəni geri qaytarıram. Səninlə məsafəli olub, danışmasaq yaxşı olar. Sən danışdıqca məni çilədən çıxardırsan"

"Afərin sənə. Gözümə girdin. Məsafəni qoy rahat ol"

"Razılaşıram səninlə!"

"Lena daha bir sey var sənə deyəcəyim. Sən silah atmağı bilmirsən. Döyüşməkdəndə başın çıxmır. Özünü niyə belə bir riskə atırsan? Onları öyrən sonra nə istəyirsənsə elə"

"Bunu deməklə yadıma bir sey saldın. Sən məni tək göndərmişdin. Arxamca niyə gəldin?"

Məni düşündürən sey bu idi. Məni tək göndərmişdi. İndi isə məni ondan xilas etmişdi.

"Hec nə bilmədiyinə görə. Az əvvəldə dediyim kimi. Nə döyüş bilirsən, nə də silah tutmağı... Başına bir iş açacağını düşünüb gəldim. Haqqlı imişəmdə" dedi

Ona deyəcəyim sözümü içimə atıb, üzümü pəncərə şüşəsinə çevirdim. İndi nəsə demiş olsaydım, zeytin yağı kimi üstə çıxmağı bacarardı. Bu gün bütün günü, dilindən düşən tək söz məsafə olarkən, mən susmaqdan yana oldum. Nə desəm, məsafə sözünü atacaqdı ortalığa. Məndə məsafə saxlamağı öyrənməli idim...

Sabah açılandan içimdə narahatlıq çökmüşdü. Özümü çox narahat hiss edirdim. Elə bilirdim, sevdiklərimin başına nəsə gəlib. Çünki, mən hər zaman nə hiss etsəm düz çıxardı. Zəng etməyə həm utanırdım. Həmdə çəkinirdim...
Hansına zəng edimki? Hansı mənim üzümə baxardı? Telefonu əlimdə sıxıb otaqda o baş, bu başa gedib gəlirdim. Ürəyim ilə bacara bilməyib, Sabirə zəng etdim. Zəngimi açmasa, haqqı idi...

Telefon tam dörd dəfə çaldı... Zəngi götürən olmadı. Üzsüzlüyümə salıb, beşinci zəngi edəndə telefon üzümə açıldı. "Niyə zəng etmisən?" dedi, telefon arxasında olan Sabir. "Sabir.. Məənn" deyib dayandım. Boğazım düyümləndi. Onun dərindən nəfəs alış veriş səsi qulaqlarıma gəldi.

"Mən sənin qıvırcığın idim. Sən qıvırcığınıda, ailənidə tərk etdin!" dedi

"Elə deyil, Sabir... Vallah elə deyil... Mən çox darıxmışam. Narahat oldum... Ürəyim sıxılır bu gün"

"Hələdə ürəyinin içində bizədə bir yer var imiş!"

"Siz həmişə ordasınız... Mən sizi çox sevirəm"

"Çox sevdiyinə görə getdin?! Çox sevdiyinə görə Jaləni bu vəziyyətə saldın?!"

"Jaləə? Jaləyə nə olub" dedim, böyük təlaşla.

"Xəstədi... Günlərdi qızdırması düşmür. Sizin adınızı sayıqlayıb durur. Ağrıdan, acıdan xəstə düşdü qız" dedi

Jaləm... Mənim balaca Jaləm... Sabirin dedikləri gözümün dolmasına səbəb olarkən "Gəlirəm..." dedim. Telefonu onun üzünə söndürdüm.
Ailəmin mənə ehtiyyacı vardı... Nə olursa olsun, onların yanına getməli idim...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri