Ağ Kəpənək (29-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 562
Səs ver:
(səs: 0)
Bizim üçün əyləncə sayılan gecənin sonuna gəlmişdik. Daniel evin qapısını açdıqdan sonra içəri keçdik. Yorulduğumdan özümü, qonaq otağında olan divanın üstünə atdım. Danieldə yanıma gəlib, məndən bir az aralıda oturdu. Göz altı məni süzürdü. Bu gün bütün gecəni bunu etmişdi. Məni süzdüyünü bildiyim üçün, dizimi dizimin üstünə atdım. Altdan yuxarı bir baxışla mənə baxdı. Mənə lazım olan baxış bu idi.
Qəsdən "Gözlərinə sahib çıx" dedim.

"Sən sahib çıxmağıma şərait yaratmırsan"

"Hər seyi mənim üstümə atırsan"

"Sən mənim başıma bəla olursan. Təhlükəli biri olmusan. Bu gün Seymura qarşı etdiyin hərəkət gözümü oxşadı"

"Sənin tələbənəm. Dərsi düzgün vermisən"

"Sərdarla nə etdin? Detalları evə gedəndə danışacağını demişdin"

"Həə, sənə əsas yerlərin danışmadım. İndi danışacam" deyərək, onun bir az daha yaxınına keçib oturdum.

"Hec kim olmayan yerə keçdik. Əlini belimə atıb, məni özünə tərəf çəkdi. Aramızda hec bir məsafə olmadı. Sən məsafə qoysanda, Sərdar məsafəyə diqqət yetirmədi" dedim

"İnanmıram dediyinə. Hec inanmıram"

"İnanmayacaq bir sey yoxdu. Sərdar mənim həsrətimi çəkirmiş. Həm daha başqa bir seydə oldu"

"Nə oldu?"

"Az qalsın öpüşürdük" dedim, onun qısqandığını bilə - bilə.

"Öpüşürdünüz?"

"Həə"

"Mən səni öpüşmək üçün göndərmişdim onun yanına?!"

"Hər sey anidən oldu. Ağılı başından çıxdı.
Gələn dəfə yanına gedəndə, daha açıq geyinib gedəcəm"

"Ədəbli davranın bir az!"

"Dedi, mənlə ədəbli davranmayan bir insan!"

"Lenaaa" deyə adımın sonun uzadarkən, ona gülüb "Nə Lenaaa deyirsən? Nə 'a'ları uzadırsan?" dedim. Onu əsəbləşdirmişdim. Çünki, mənə əsəbləşəndə Dina deyildə, Lena deyirdi. Bunu niyə etdiyimidə bilmirdim. Lakin, canım bu gün ki əyləncənin sonun gətirmək istəmişdi. Buna görə belə etmiş ola bilərdim. Burnundan əsəblə nəfəs aldığını gördüyümdə "Zarafatın ardın gətirdim. Sən yenə inandın" dedim.

"Sənin bu zarafatların bir gün məni qəlbdən götürəcək"

"Səndə tez inanırsan hər seyi. Sənin bu cür zəkanı mən məhv etdim"

"Qadın olmağından istifadə edirsən. Sənində hiyləgərliyin budu"

"Mən hec nə etmirəm. Sən boş verədə bilərsən. Nəticədə, mən sənin üçün bir sey ifadə etmirəm"

Əlini dizinin üstünə toxundurub "Gəl, yat dizimə" dedi. "Hii?" dedim, dediyi sözün mahiyyətini başa düşməyib.

"Çox danışırsan, bəlkə susarsan belə" dedi

Bu vəziyyətə özümü yad hiss etsəmdə dediyini edib, sağ tərəf üstə çevrilərək başımı dizinə qoydum. Ən son başımı Aydının dizinə qoymuşdum. O, getdikdən sonra qayğısız qaldım. İndi Danielin belə etməsi mənə qayğı bəxş etdi. Əlini saclarımın ucunda hiss etdim. Saçlarımı incəliklə oxşayırdı. Üzünü görməsəmdə güldüyünü hiss etdim.

"Saçların uzanıb" dedi.

Çiynimə qədər uzanmışdı. Onları kəsdiyimdə çox yaralı idim. Hətda ağlaq bir qız idim. İndi hər sey dəyişmişdi. Yanımdaki adam, yarama məlhəm olmuşdu. Yara açmamışdı məndə.

"Əslində səninlə ortaq nöqtəmiz yoxdu. Ancaq yenədə yola getməyi bacararıq" dedim

"Bizim ortaq nöqtəmiz çoxdu"

"Nədi?"

"Səndə su içirsən məndə. Səndə saçını şampunla yuyursan, məndə. Səndə gecələr gec yatırsan, məndə. Və ən əsası səndə bir mafiyasan, məndə"

"Vau! Nə çox ortaq nöqtəmiz var imiş! Daniel hər seyi zarafata salırsan!"

"Sənin kimi!"

Tam söhbəti yerindən vurmuşdu. Başımı dizindən qaldırıb, ona baxdım. Onla burda bir az daha qalsaydım, söhbətimizin sonu davaya çevriləcəkdi!

"Mənim yuxum gəlir. Gedirəm yatmağa!" dedim

"Yat burda"

"Burda yatsam otağıma kim aparacaq?"

"Sən yat. Mən aparacam səni"

"Özün istədin belə olmasını!" deyib ona yaxın dayanaraq, sağ qolu altına girib başımı sinəsinə yasladım. Qolları ilə məni hələdə sıxmadığını gördüyümdə, boğazımı təmizlədim. Ona baxdığımda, dodaqlarını aralayıb "Məsa - " demək istədiyində, əlimi dodaqlarına basdırdım.

"Bu günlük məsafəni unut! Mən məsafəsiz yanında olmaq istəyirəm. Buna ehtiyyacım var Daniel" dedim

Bu sözümü dedikdən sonra başımı boyun girəcəyinə daha çox saldım. Bunun ardına hər iki qolları ilə məni möhkəmcə sardı. Onun yanında tez - tez nəfəs alırdım. Özümü hüzura təslim etmis kimi gözlərimi yumduğumda, "Mənimdə sənə ehtiyyacım var" dedi. Gülümsündüm. Gülümsəməyimin ardından, özümü rahatlıqla yuxuya təslim etdim. Bu gün burda bitirdi...

Məni otağıma gətirməsini çox az xatırlayırdım. Çarpayıya uzatdıqdan sonra üstümü örtümüşdü. Hətda əlimdən öpmüşdü. Əlimlə qalmayıb, alınımada kiçik öpücük qondurmuşdu. Danielin mənə belə yanaşması, mənə bir qadın olduğumu xatırladırdı. Bu işin içində olsam belə mənə qadın kimi rəftar edib, qadın kimi dəyər verirdi. İncə və zərif davranışları buna bir sübut idi.

Fikirimdə başqa bir kazinoya getmək vardı. Daha çox pul qazanmaq üçün. Hazırlaşıb evdən çıxaraq yola düşmüşdüm. Bu qumarxana gizlin bir məkanda idi. Məkana il giriş etdiyində qarşına normal restoran çıxırdı. Lakin, sağ küncdə yerləşən qırmızı rəngli qapının içinə girdikdə işlər dəyişirdi. Başqa bir dünyaya girmiş kimi hiss edirdi insan özünü. Məndə həmin qırmızı qapını açıb içəri keçdim. İçəri dar, ensiz və çox uzun olan bir dəhlizdən ibarət idi. Bura bununla bərabər altıncı gəlişim idi. Daniel ondan xəbərsiz bura gəldiyimi bilsəydi, məni danlayacaqdı. Bura tək gəlməyimi nədənsə sevmirdi. Mən isə sözə qulaq asmırdım. Dəhlizin sonu bitdiyində bir qoruma, qara dərili qapının yanında dayanmışdı. Əsas giriş bura idi. Qoruma məni gördüyündə, qapını açdı. Qapını açması ilə kazinoya daxil oldum. Gündüz olmasına baxmayaraq içəridə bir neçə adam vardı. Göz ucu ətrafı seyr etdiyimdə gözümə Fiko dəydi. Böyük bir təsadüf...
"Lomber stolu" masalarına keçməyibdə, adi boş yeri olan yumru masa arxasına keçid etdim. Lomber stoluna keçib pokerlərlə, vaxt öldürə bilməzdim. Nağd pul qazanmaq daha yaxşı idi.
Masada məni yaşlarında bir qadınla, iki orta yaşlı bir kişi vardı. Oyunları bitdiyində, ortaya pul ataraq məndə onlara qoşuldum. Bir gözüm Fikonun üstündə idi. Fikonun gözləri sağa - sola baxırdı. Bu işdə qəribəlik vardı. Ətrafı gözətlədikdən sonra, pencəyinin qoluna saldığı kartı ustalıqla ordan çıxartdı. Hiylə edirdi...

Burda camera olduğunu bilmirdimi? Uduş ona getdiyində, sevinmişdi. Lakin, başqa bir otaqdan iki qoruma çıxaraq onun tərəfə yaxınlaşdı. Ah, Fiko! Başına iş açmışdın. Fikonu ayağa qaldırdılar. Tam bu sırada masa ətrafında olan hər kəs bir birinə girmiş vəziyyətdə idi. Fiko, qorumaların birini vurmağa çalışasada digər qorumalar onun üstünə gəldi. Və onu həmin boz rəngli qapıya tərəf aparıb içəri keçdilər. Bu görüntüyə dayana bilmədim. Ayağa qalxıb, kartımı açıb masanın üstünə ataraq "Oyun siz olsun" dedim. Dəli cəsarətin hardan gəldiyini bilmirdim. Amma, Fikonun ardınca getmək qərarı aldım. Ona kömək etməli idim. O, vaxtında mənə çox kömək etmişdi...

Qapıya yaxınlaşıb içəri keçdim. İçəri qaranlıq idi. Digər başdan bir işıq gəlirdi. Bu məkan çox geniş bir yer idi. Yer altı dünya kimi...
Qaranlıqda getdim. Getdim, getdim... İşıq gələn yerə çatdığımda cansız bədənli bir qoruma ilə rastlaşdım. Məni gördüyündə "Sizin burda nə işiniz var?" dedi

"Ayaq yolu axtarırdım" dedim

"Bura ayaq yoluna bənzəyir?"

"Bənzəmir"

"Qayıt geri"

Bu sözü deməsi ilə çənəsinə altdan yuxarı dirsəyimin ucu ilə zərbə endirdim. Çənəsini tutduğunda, qarın əzələlərinə bir - iki yumruq keçirdib yerə sərdim onu. Bunu etdiyimdə ağılıma gələn tək sey camera olması oldu. Vaxtım yox idi mənim. Qarşımda olan qapını açdım. Böyük bir otaq idi. Qapını açmağım ilə adamlar dönüb mənə baxdı. Otaqda tək stol vardı. Stolda Fikrət oturmuşdu. Ətrafında isə dörd adam vardı. Fikrətin üzündən qan axırdı. Döyürdülər onu! Səsi zəif çıxsada "Lenaa..." dedi. Onun mənə Lena deməsi köhnə günlərimi yada saldı. Məni hər dəfə Sərdardan O, xilas edirdi. İndi mən onu necə xilas edəcəkdim?
Əsmər olan bir qoruma, yanındakına "Qızıda tutun bura gətirin!" dedi. Əlimi belimə atıb silahımı çıxardaraq onlar tərəfə tuşlayıb "Yaxınlaşmayın vuraram!" dedim.

"At o silahı yerə!" deyə, əsmər oğlan mənə tərəf gəlməyə başladı.

"Olduğun yerdə qal vuraram! Zarafat etmirəm!" dedim

Deməyim ilə belimdə ağırlıq hiss etdim. Kim idisə silahi arxadan belimə dayamışdı. Üzümü azca arxaya çevirib kim olduğuna baxdığımda, onun üzün gülürdüm. Seymur, iyrənc gülüşü ilə gülürdü! "Dünən sən şou göstərdin, indidə sıra məndədi. Mənim şouma baxacaqsan!" deyərək məni möhkəmcə yerə itələdi. Mən başımı bu dəfə böyük bəlaya salmışdım. Və burdan çıxacaq bir yolumda yox idi...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri