Ağ Kəpənək (35-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 1848
Səs ver:
(səs: 0)
Sərdar'ın dilindən
Bu gündə günə fərqli boyutda oyandım. Beynimi qarışdıran bir çox sey vardı. Hətda beynimi qarışdırmaqdan keçmişdi. Daha çox alt üst etməklə məşğul idi. Laura mənə geri dönüşlər etmirdi. Yazsamda, zəng etsəmdə hec birinə geri dönmürdü. Bu sabahda şansımı sınamaq istədim. Yenə olmadı...
Bir yandan xarici ölkədən yaxın günlərdə mal gəlməli idi. Onunda həyəcanı vardı üstümdə. İşi danışmaq üçün məkanların birinə toplanmışdıq. Sevdanın gəlməsini gözləyirdik. Onun gec qalmadığından sıxılmışdım. Masa arxasında mən, Fiko, Rüfət, Vüsal oturmuşduq. Fiko sıxıntılı nəfəs alıb verərək "Mən gözləməkdən bezdim. Görüləsi işlərimdə var. Biz başlayaq, yarıda qoşular Sevda. Evə getməliyəm mən" dedi.
"Evdə uşaq qoyub gəlmisən?" dedim
"Həə balalarım acdı. Onlara yemək verməliyəm. Yemək demiş, acmışam"
"Bir seylər sifariş et, ye. Onuda mən deyim?"
"Elə yemək yox. Cici bəbə peçeniyası istədi ürəyim" dediyində, Vüsal ilə Rüfət gülüşdü. Həqiqətəndə gülünəcək vəziyyət idi. Mafiya adamın yediyi, yeməyə bax. Ona tərs baxmaqla kifayətləndim. Fiko tərs baxışımı gördüyündə "Cici bəbə tək getmir ha. Yanında gərək südüdə ola. Yoxsa ləzzəti olmaz" dedi. Ona ciddisənmi, baxışımı atdım bu dəfə. Baxışımın mənasın başa düşdüyündən "Mən elə belə söz olsun deyə demişdimdə... Amma olsaydı, pis olmazdı. Canım istədi" dedi.
"Hamilə qadınlar kimi, canım onu istədi bunu istədi. Bezdirmə Fiko adamı, bezdirmə" dedim
"Gözünə batır elə istədiklərim. Uzağı beş manat pulun çıxacaq, ya çıxmayacaq. Məni ac qoyursan burda"
"Söz burdan çıxaq, özüm öz əllərim ilə alacam. Yetərki sus!"
"Beş manat qabağa düşdüm" deyib güldüyündə, dəmir qapı açıldı. Sevda gəlib çıxa bilmişdi. Masa yanına gəldiyidə "Bir az gecə qaldım. Bağışlayın" dedi. Fikonun yanında boş qalan stola əyləşdiyində, Rüfət "Bir azmı? Saatlardı səni gözləyirik" dedi.
Sevda ona gözün süzdürdü. Mənimsə diqqətimi, boynunda olan çiziklər çəkdi. Nəyə baxdığıma fikir vermiş olacaqki, əlini köynəyin yaxasına gətirdi.
"Boynundaki nədi?" dedim
"Elə belə seydi"
"Boynunda çizik var Sevda"
"Varsa var! Sənə nə?!"
"Sən mənim adamımsan. Sənə nə olduğun bilməliyəm yoxsa yox?!" deyib özümə hakim ola bilməyərək, səsimin tonun ucaltdım. Mən əsəbləşsəmdə, Fiko dodaq altı güldü. Baxışlarımı ona çevirdim. Nə idi gülməli olan?
Gülüşünü kəsməyə çalışıb "Bir nəfərin əl işidi" dedi. O, bir nəfər dediyi kim idi?
"Şifrəli danışma. Kim olduğunu de" dedim
"Bunu demək mənə şərəf verər. Dina edib" dedi
Dinada olan növbəti irəlləyişlərdən biri. Getdikcə adından daha çox söz etdirirdi. İlk başlardakı, Lenadan çox fərqli idi. O vaxtlarda cəsur olsada, indi daha çox gözü qara idi.
"Nəysə işimizin başına dönək!" dedim
Bura iş danışmaq üçün gəlmişdik. Dinanın məharətlərindən söhbət açmağa deyil...

***

İş danışığımız bitdikdən sonra, Fikoya söz verdiyimdən yol üstü marketə dönmüşdük. Ona cici bəbə ilə süd almışdım. Məni uşaq yerinə qoymuşdu. Evədə gəldiyimizdən bəri yeyirdi. Yeməsi əsəblərimə toxunurdu. Özünü görməmiş uşaqlara bənzətmişdi. Tərs - tərs baxmağımda bir işə yaramırdı. Başımın altına yerləşdirdiyim yastıqcanı, Fikonun üstünə atıb "Bəsdi day!" dedim
"Sənin əlindən mənə rahat yoxduye! Nə oturmusan evdə. Ged, Laura ilə maraqlan"
"Laura evdən çıxmır!"
"Mesaj yaz"
"Mesajlarıma cavab vermir"
"Nə, nəə? Sərdar Qarayevin mesajlarına cavab verilmirmi?" dedi, böyük əyləncə ilə.
"Mənlə əylənmə! Bu mövzuda əsəbiyəm!"
"Sən incə olmağı bacarmırsan. Ona görə belədi"
"İncə olmaqmı?"
"Lauraya gözəl mesajlar yaz. Bəlkə geri dönüş edər"
"Mən elə insan olmağımı bacarmıram. Mən kim, incə olmaq kim"
"Davranmasan itirəcəksən"
"İtirmərəm!"
"Laura xaricə gedəcək..." deyə qəfildən dediyində, başımın altına sökədiyim əlim boşluğa düşdü. Tez oturuş vəziyyətin alıb "Yalan atırsan!" dedim
"Yalan deyil. Qulağıma xəbər çatıb. Daniel onu xaricə göndərmək planları qurur. Bu o deməkdiki, Laura xaricə getsə sənin işin qalacaq"
"Xaricə getməmişdən, bu işi həll etməliyəm"
"İncə ruhlu ol. Bəlkə həll olunar"
"Həə istəyirsən, mələk qanadıda taxım tam olsun!"
"Olsaydı pis olmaz. Bəlkə, Laura mələklərdən xoşlanır"
"Off Fiko of..." deyib dərdləndim. Gözüm Fikonun əlində olan cici bəbəyə taxıldı. Əlindən anidən alıb, birini ağızıma atdım. Yedikcə dadı xoş gəlməyə başlamışdı. Ağızının dadını necədə bilirdi. Birində almaq istədiyimdə, geri çəkdi.
"Olmaz. Pulun sən vermisən deyə, hamısını yeməli deyilsənki" dedi
"Dərdləndim Fiko, dərdləndim... Ver yeyim"
"Dərdlisən get içki iç. Cici bəbə, nədi sənin üçün"
"Kefimi sən pozdun!"
"Sənin kefinə, soğan doğrasınlar"
"Doğradın Fiko, həmin soğanı sən doğradın!"
"Mən deyil, Daniel doğrayıb"
"Daniel tək soğan doğrasaydı, nə vardiki... Daniel bütün həyatımı doğramaqla məşğuldu"
"Səndə doğratdırma" deyib qalxdı. Gülərək yanımdan getdikdən sonra telefonumu əlimə aldım. Şansımı yenə sınayacaqdım. Fikonun dediyi, kimi bir az incə düşüncəli bir mesaj yazmalı idim. Amma mənim kimi odundan, incə mesaj çıxardımı? Orası qeyri məhcul idi...
"Buludların üstünə, iki biletim var. Birini istəməzsən?" yazaraq göndərdim. Xaricə gedəcəyini, qəsd edərək belə mesaj yazdım. Mesajımı anında oxudu. Və yazmağa başladı...
Gözlərim dörd açıldı. Yazırdı. Mənə yazırdı...
Ondan gələn mesajı, səsli - səsli oxudum.
"Açıq - açıq səni öldürmək istəyirəm yazsaydın! Məni buludların üstünə göndərmək fikiri var imiş! Səni cəhənnəmə göndərərəm!"
Oha... Məni çox səhv başa düşmüşdü. Mənim incə ruhlu olmaq nəyimə lazım? Söhbətə çox fərqli yerdən girmişdi. Bu vəziyyəti düzəltməli idim.

Sərdar: Məni səhv başa düşdün
Sərdar: Mən o mənada demədim
Laura: Nə mənada dedin?!
Sərdar: Onun incə tərəfindən düşün... Buludların üstündən, yer üzünü izləmək kimi
Laura: Yenə eyni seyə gəlib çıxır. Məni öldürüb, ruhumu göyüzünə göndərmək istəyirsən
Sərdar: Yox əsla!
Sərdar: Şeytana lənət olsun. Mən özümü sənə ifadə edə bilmirəm
Laura: Nə çərənləyirsən sən?!
Sərdar: Bax demək istəyirəmki, sənin xaricə getmək istədiyini bilirəm
Laura: Bundan sənə nə?!
Sərdar: Məni bağışlamadan, bir yerə gedə bilməzsən
Laura: Əmrin olar!
Sərdar: Əmir etmirəm
Laura: Nə edirsən?
Sərdar: Deyirəm
Laura: Sənin acığına sabah gedəcəm
Sərdar: Getmə Laura
Laura: Gedəcəm
Sərdar: Məni bağışla sonra hara gedirsənsə get
Laura: Xahis et, getməyim
Sərdar: Etmərəm
Laura: Məndə ilk təyyarə ilə gedərəm!
Sərdar: Off!
Sərdar: Xahis edirəm getmə
Laura: Yalvar :)
Sərdar: Bunu etmərəm! Çox olmağa başladın sən!
Laura: Yalvarmasan gedəcəm!
Sərdar: Yalvarıram getmə
Laura: Çox sıradan oldu. Qəbul etmirəm :)
Sərdar: Əsəbləşdirirsən məniiii
Laura: Gedim sabaha bilet alım :)
Sərdar: Yaxşı
Laura: Nə yaxşı?
Sərdar: Yalvarıram sənə getmə. Etdiyim hər sey üçün çox peşmanam. Sənə gec qaldığım üçün daha çox peşmanam. Bunu vaxtında etməliydim
Laura: Necə peşmansan?
Sərdar: Peşmanamda peşmanam
Laura: Peşmanlığın başında başqa sözdə olur
Sərdar: Nə sözü?
Laura: İt sözü :)
Sərdar: İt kimi peşmanam...
Laura: Gülürəm :)
Sərdar: Gülürsən? Çoxmu gülməlidi? Mən boyda adamı səhərdən, kukla kimi istədiyin formada fırladırsan!
Laura: Yaxşı edirəm. Layiqsən :)
Sərdar: Bizim görüşüb üz üzə danışmağımız lazımdı
Laura: Sən kimi qocayla danışacaq hec nəyim yoxdu
Sərdar: Qoca?
Laura: Qoca deyilsənki?
Sərdar: Yaşım olmasada, içimi qocaldırsan...
Laura: Bu danışığı sonlandırmaq lazımdı :)
Sərdar: Görüşmək istəyirəm
Laura: Danielidə yanımda gətirim?)
Sərdar: Ondan qorxmuram. Qorxsaydım sənə yaxınlaşmağa çalışmazdım
Laura: Sən əjdaha ürəyi yemisən
Sərdar: Kaş bunu başa düşsəydin
Laura: Başsız özünsən!
Sərdar: Özümü öldürmək dərəcəsinə gətirib çıxardırsan məni! Hər seyi özünə necə sərf edirsə elədə başa düşürsən!
Laura: Nidalarını yığışdır ha!
Sərdar: Yığışdırmasam nə edəcəksən?!
Laura: Həyatını sual altına salaram!
Sərdar: Ordan burda iki söz eşidib, mənə artislik etmə
Laura: Ya da sual altına almaqdan əl çəkdim. Bir başa kök altına salacam!
Sərdar: Kök sevirəm. Dadlı olur
Laura: Kökü dovşanlar yeyir :)
Sərdar: Dovşan dedin mənə?!
Laura: Sevimsiz dovşan
Sərdar: Smaylikində atır hələ!
Laura: Dovşan Sərdar :)
Sərdar: Yanımda olmuş olsaydın, belə dikbaşlıq etməzdin!
Laura: Etsəm nə edərsənki?
Sərdar: Xoş, olsanda hec nə edə bilmərəm...
Laura: Bax belə ağıllı ol :)
Sərdar: Mən kimi adamı, bu hallara saldın ha. Halal olsun sənə!
Laura: Səni axşam yeməyinə dəvət edirəm
Sərdar: Həqiqətənmi?
Laura: Həə. Sizin aləmdə təzə açılmış restoranlar var. Onlardan birinə gedərik
Sərdar: İnanmıram sənə
Laura: Gedirik. Mən nə istəsəm onu edəcəksən
Sərdar: Yəni, özümü camahata güldürəcəm?!
Laura: Qəbul etməsən, sənə əngəl atacam :)
Sərdar: Qəbul!
Laura: Sabah yeri və saatı atacam
Laura: İndidən sabaha başına gələcəklərə hazırlıq görsən yaxşı olar
Laura: Öpdüm Sərdar :)
Sərdar: Öpdün?
Laura: Həə
Laura: Mənə açdığın yaranın üstündən...

Son mesajından sonra duruxub qaldım. Qəribə seylər baş verməkdə idi. Bu qəribəlik məni özünə tərəf çəkməkdə idi. Sabah onunla görüşəcəkdim...
Bilirəm, mənim qədər sizdə heyrətləndiniz. Daniel varkən, biz görüşəcəkdik... Başıma daha nələr gələcəkdi?

(Dina'nın dilindən)

Samunun otağından çıxıb, öz otağıma daxil olaraq üstümü dəyişdim. Samu bütün gün can sıxıntısından deyinmişdi. Bu halı hec çəkilmirdi. Yaxşısı aləmlərə qarışmaq idi. Qumar oynamaq istəyində idim. Hərcənd hava qaralmışdı. Bir az əyləncəli olacaqdı. Otaqdan aşağı düşdüm. Danieldə mətbəxdən çıxırdı. Əlindəki su bardağını içə - içə, qapının yanına tininə söykəndi. Məni belə geyimli gördüyündən, gözünü üstümdə gəzirdi. Suyu içməyi kəsib "Hara belə?" dedi. Yanına yaxınlaşıb "Qumarxanaya" dedim.
"Səndə başıma qumarbaz çıxdın. Otur oturduğun yerdə"
"Bu nə deməkdi?"
"Hec yerə getmirsən deməkdi"
"Gedirəm"
"Getmirsən. Keçən dəfə gedəndə, başına bəla açmışdın"
"Söz sakit dayanacam. Başını bəlaya salmaycam" deyib ona əl salladım. Qapının yanına gedib ayaqqablarımı geyinməyə başladım. Ayaqqablarımı geyinib, qapını açmaq istədiyimdə Daniel əlini qapıya vuraraq qapının açılmasına mane oldu. Bu hərəkətinə qarşılıq ona tərəf çevrilməyə məcbur qaldım.
"Sən nə edirsən?!" dedim, əsəblə.
"Getmə sözünü başa düşmürsən. Olmaz getmək"
"Yersiz qısqanclıqlarını çək başımın üstündən!"
"Qısqanclıqla əlaqəsi yoxdu. Sən bəlanı maqnit kimi üstünə çəkirsən. Yenə gedib bir seylər edəcəksən. Dünəndə Sevdaya bir seylər eləmisən!"
"Sənin problemin bu imiş demək! Haqq elədi etdiyimi! Dilinə yiyəlik edərdi!"
"Sən canlı bomba olmusan..." deyə, ah çəkib danışdı. Mən hec bir sey etməmişdim hələ. Yolun ən başındaydım. Yavaş - yavaş edəcəkdim. "Qorx ki, o bombada səndə patlamayasan!" dediyimdə, əlini belimə atıb məni özünə tərəf çəkdi. Başını azca mən tərəfə yaxınlaşdırıb "Canavarlığını mənim üstümdə sınama" dedi. Gözlərim dodaqlarına endi. Dodaqlarımı incələdikcə, öz dodağımın kənarını dişlədim. Bunu hiss etdiyində, güləcək kimi oldu... Dilini çölə çıxardıb, dodaqlarının kənarına sürütdü. Bura yanırdı... Udqunmağı belə unudmuşdum. Dodaqlarıma tərəf əyildiyini gördüyümdə, gözlərimi yumdum. Saniyə keçməmiş, qulağıma qapının döyülmə səsi gəldi. Bu münasibətsiz kim idi bu saatda?! Gözlərimi bir anda açdığımda, Daniel kənara çəkilib "Qapıya baxmalıyıq" dedi. Qapının qulpuna əlimi atıb "Özüm açacam!" dedim. Və qapını açdım. Qapını açar açmaz, qarşımda dayanan mənim yaşlarda olan qız, özünü içəri atdı. Nəfəs - nəfəsə qalmışdı. Üst başından, saçlarından bəlli idiki kimdənsə qaçırdı. Amma məni düşündürən tək sey onun kim olması idi. Danielin baxışları donmuşdu. Hec hərəkət etmirdi...
Qız nəfəs alış verişlərini qaydaya salmağa çalışaraq "Məni qəbul et, Daniel... Əqrəbin adamlarından məni gizlət" dedi. Danielin donduğunu gördüyümdə, qapını möhkəmcə çırpıp bağladım. Bu qız kim ididə, bu saatda bizim evə gəlirdi. Üstəlik Danieldən kömək istəyirdi?! Qapını vurmağım ilə, Daniel sanki ayıldı. "Xəyalə...?" deyib, sual dolu baxışlar ilə ona baxdı. Xəyaləmi? Sən kim idin? Düşünməyə başladım. Qıza baxdım... Qızda tamda Qara'nın Xəyaləsi olacaq tip vardı... Bu O Xəyalədən başqası deyildi. Mən indi Sərdarın əfsanəyə çevrilən, Xəyaləsi ilə bir arada idim...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri