Ağ Kəpənək (39-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 025
Səs ver:
(səs: 0)
Mənə atılan ünvana gəlib çatmışdım. İlk dəfə idi əlim, ayağım əsirdi. Kaş onu evə qədər aparsaydım. Küçənin başında saxlamaqla çox səhv etmişdim. Yoxsa Laura evində olacaqdı. Davudun adamlarının əlində deyil. Lauranın evə gəlmədiyini görən Samuel, Danielə zəng edəcəkdi. Danieldə bütün Bakını ayağa qaldəracaqdı. Hər sey tamda Lauranın dediyi kimi olmuşdu. Mən isə Danielə zəng edib bir sey demək istəmirdim. Tək istəyim Lauranı alıb getmək idi. Verdiyi ünvan onların öz məkanları idi. Dəmir qapını itələyib içəri keçdim. İçəri keçməyim ilə, yerdə çöküb oturan Lauranı gördüm. Baş ucunda Davud dayanmışdı. Ətrafında isə beş adam vardı. Davud məni gördüyündə, əyləncəli şəkildə "Vay ürək yeyib tək gəlmisən" dedi. Görəsən özü ürək yediyinin fərqində idi? Bu qızın, Danielin bacısı olduğunu bilirdi? Məncədə bilmirdi. Bilsəydi başından böyük işlərə əl atamazdı. İri addımlarım ilə yanına yaxınlaşıb "Qızı burax. Nə işin varsa mənimlə həll et!" dedim.
"Yox mənim nə qızı buraxmaq fikirim var. Nə də səni. Hamımız bərabər əylənərik"
"Mən səni çox gözəl əyləndirəcəm!"
"Sən deyil, mən əylənəcəm" deyib, arxadakı adamlara göz vurdu. Onun göz vurması ilə, arxadan belimə dayanan silahı hiss etdim. Və arxadakı adam əlini çiynimə ataraq, məni aşağı çökəltdi. Hələki, bir sey etmirdim. Çünki, etdiyim hərəkətin cəzanısı Lauraya çəkdirməklərini istəmirdim. Hec kimə deyildə, Lauraya baxdım. Laura mənə tərəf sürünərək gəlib "Sən bura tək başına gəlməli deyildin. Səni tələyə saldılar" dedi. Özümə söz vermişdim. Hər nə olursa olsun onu burdan qutaracaqdım. "Sən hec nədən qorxma. Bir azdan hər ikimizdə burdan gedəcəyik" deməyim ilə qulağıma Davudun gülüş səsi gəldi. Davud bizim kimi aşağı çöküb, başını aramıza salaraq "Söhbətinizi böldüyüm üçün, bağışlayın. Amma sən düşündüyün kimi hec nə olmayacaq" dedi. Bizi burda nə qədər tuta bilərdiki? Ayağa qalxıb, Lauranın qolundan çəkişdirərək onun kürəyini divara yasladı.
Mən isə nə etmək istədiyinə baxırdım. Əgər ağılından tərs bir sey keçirtsəydi, onun sonu öz əlimdən olacaqdı.
Lauranın qarşısına keçib, ona baxdığını gördüyümdə "Ağılından belə keçirtmə!" dedim. Onun üstünə getmək istədiyimdə, adamlarının hər ikisi qollarımdan tutdular. Lauranın rənginin dəyişdiyini gördüm. Qorxmağa başlamışdı...
Davud əlini Lauranın pencəyinə atıb, çıxartmaq istədiyində Laura onu itələməyə çalışdı. Amma bu hal Davuda zövq verdiyindən, onun çırpınışlarına məhəl qoymadan üstündəki pencəyi çıxardıb atdı. Bu görüntü, əsəblərimi alt üst etmişdi. "Ona toxunma! Toxunma!" deyə möhkəmdən qışqırdım. Davud gülərək mən tərəfə dönüb "Toxunsam nə edə bilərsənki?" dedi.
"Əlini saxla! Yoxsa səni yaşatmaram!"
"İddialı çıxışlar edirsən. Amma təsüfki boş çıxışlardı. Mən bu gözəlliyə toxunacam, səndə seyr edəcəksən"
"Ona barmağının ucu belə deyməyəcək! Bu işin zarafatı yoxdu Davud... Zarafata salma bu məsələni"
"Artıq gecə yarısı düşüb. Mən səhərə qədər gözünün qarşısında, bu gözəlliyə toxunmağı düşünürdüm. Bəs mən indi nəyi seyr edim? Bəlkə ona toxunmamağın qarşılığında səni səhərə qədər döydürüm?"
"Döy... Nə edirsənsə et. Amma ona barmağının ucu dəyməsin..." dedim, Lauraya baxarkən. Gözləri ilə 'Olmaz' deyirdi. Olardı... Başaa çarəm yox idi.
"Yox Sərdar yox. Səhərə qədər döyülsən, sənə nəsə olar. Razılaşma..." dedi, ağlayan səsi ilə.
Üç il əvvəl, köməyinə çata bilməmişdim. Səsinə səs verə bilməmişdim. İndi isə ölsəydimdə, qalsaydımda onu Davudun əlindən xilas edəcəkdim. "Vaxt gedir. Döyün..." dedim.
Davudun daha çox xoşuna getmişdi, razılaşmağım. İlk zərbəni O, endirdi. Üzümə bir yumruq atdı. Sonra ikinci bir yumruq gəldi. Mənə hər yumruq atdığında, gülürdü. Lauraya baxmamağa çalışırdım. Onun gözlərindən axan yaşı görmək istəmirdim. Davud mənə vurmağı kəsib "Gecə uzundu. Səhərə qədər bolca vaxtımız var" dedi. Saatın neçə olduğunu bilmirdim, səhərə nə qədər qalıb onu belə bilmirdim. Yalnız tək istəyim, Lauraya bir sey olmaması idi. Arxadan kürəyimə möhkəm zərbə endirildi. Bunun nəticəsində yerə yıxıldım. Yerə yıxıldığımda sağdan - soldan, ayaqla təpiklər vurmağa başladılar. Mən isə sadecə döyülməyi gözə aldım. Onların hərəkətinə əks bir sey etmiş olsaydım, Lauranın həyatın təhlükəyə atmış olardım. Yoxsa başqa vaxt olsaydı, hamısını döyüb yerə sərmiş olardım...

***

Taqətim qalmamışdı... Gözüm gah yumulub, gah açılırdı. Amma son beş dəqiqə olardı, məni döyməyi kəsmişdilər. Qulağıma qarışıq səslər gəlirdi. Bu səslərin içində Lauranın ağlayış səsidə vardı. Mən isə özümdən getmək vəziyyətində idim. Eşitdiyim qədəri ilə Davudun atası, Azər gəlmişdi. Və oğlunu danlamaqla məşğul idi. Çünki, özü Lauranın Danielin bacısı olduğunu bilirdi.
"Mənə səhərdən Danielin bacısı olduğunu niyə demirdi?! Mən nə edəcəm indi?" deyə, isyanın eşitdim Davudun. Gözüm qapansada, bəzi seyləri eşidə bilirdim. Qapı açılmışdı. Hə, qapı açıldı. Qapının açılması ilə silah səsi gəldi. Yuxarı silah açılmışdı. "Bitdin sən Davud! Bitdin!" deyə, eşitdiyim səs Danielin səsinə oxşadı. Özümdə güc tapıb göz qapaqlarımı azca aralayıb ətrafa baxdığımda, Danielin Lauranın üstünə qaçadığını gördüm. Onu möhkəmcə bağrına basdığında, gözü yerdə yatan mənə taxıldı. Mənim al qanın içində olduğum vəziyyətə məna verməyə çalışdı...
Lauradan ayrılıb, ayağa qalxaraq Davudun yaxasına yapışıb "Sən öldün! Mənim qarşımda atan belə dayana bilməz!" dedi.
"Vallah mən, bu qızın sənin bacın olduğunu bilmirdim. Ata bir sey ata"
"Mənim bacım oldu olmadı, bir qadını gecə yarısı tutmaq nədi hə?! Dağ başıdı bura?!"
"Mən hec nə etmədim ona... Mən bir balaca əylənmək istədim..."
"Mən sənə çox böyük əyləncə yaşadacam!" deyib, əlini belində olan silaha atdı. Silahı çıxartması ilə, Davudun biləyindən tutub özünə tərəf çəkdi. Və onun ovuc içinə silahı basdıraraq ateş açdı. Azər oğlunu onun əlindən almaq istədiyində "Yaxınlaşma! Sənidə vuraram! Hec kim, mənim bacıma bunu edə bilməz. Sən dua elə oğlunu itlərə yem etmirəm!" dedi. Davudun səsi bütün məkana yayılarkən, digər əlinində ovuc içinə bir güllə sıxdı. Gözü dönmüşdü. Davud əlinin ağrısından yerə çöküb qışqırarkən, adamlardan biri Danielin üstünə gəlməyə başladı. Daniel onada dizindən ateş açdı.
"Elə etməyinki, sizin hamınızı gülləyə düzüm! Azər oğlunun canın bu dəfə sənə bağışlayıram. Gələn dəfə onu canından edərəm!" dedi
Laura onun tərəfinə gəldi. Onu qucaqladığında "Gedək burdan" dedi. Lauranın isə gözləri məni tapdı. Danielin qollarından ayrılıb mənim yanıma gələrək "Onu almadan getməyək..." dedi. Danieldə aşağı yanıma çökdü. Bilirəm onunda yadına keçmiş düşmüşdü. Eynən mənim kimi...
Danielin bir sey demədiyini görən Laura "Mənə toxunmasınlar deyə, döyüldü... Onu burda qoymayaq Daniel. Xahis edirəm səndən. Onun ölməsinə icazə verməyək" dedi. Bizdən kənarda olsan səslərə qarşı kar idim. Tək eşitdiyim səs Lauranın səsi idi. Danielin mənə insaf edib, etməyəcəyini bilmirdim. Amma Lauranın, ürəyinin gözəlliyi məni məst etmişdi.
"Onun həqiqətən xilas olmasını istəyirsən?" dedi Daniel. Laura başını aşağı yuxarı edərək onu təsdiq etdi. "Yaxşı. Qismətdə düşmanımı xilas etməkdə var imiş" deyərək, əlini altdan kürəyimə salıb məni qaldırmağa çalışdı. Ayaqda durmağa halım olmadığından, Danielə söykəndim. Məkandan məni çıxartdığında, maşının arxa oturacağına uzatdı. Laurada arxa oturcağa minərək, başımı dizinə yasladı. Havanın aydınlıq olması diqqətimi çəkmişdi. Bütün gecəni döyülmək, məni haldan hala salmışdı. Daniel maşını işə saldığında Laura, "Daniel xəstəxaya sür. Sərdarın vəziyyəti yaxşı deyil" dedi. Üzümə hər an ağlayacaqmış kimi baxırdı. Əllərini saçlarıma keçirmiş, oxşayırdı...
Güclədə olsa, dodaqlarımı aralayıb "Evə aparın... Fiko, baxacaq mənə" dedim. Gerisini çoxda xatırlamadım. Həm gözlərim yumuldu, həmdə beynimin içi...

***
(Danielin dilindən)

Sərdarı evə qoyduqdan sonra bir başa Samunun evinə keçdik. Bu dəfə Lauraya qarşı çox əsəbi idim. Və onu sözlərim ilə qıracağımıda çox yaxşı bilirdim. Lakin, mən bu işə əl atmasaydım hər sey dahada pis olacaqdı. Gecədən bəri, Samuel ilə dəliyə dönmüşdük. Gecədən bəri, hər daşın altında onu axtarırdım. Günahı olduğunu bildiyindən, gözümə günahkar kimi baxırdı. Bu baxışla baxdığında yumşalacağımı düşünürdü.
"Daniel... Mən, mən sənə hər seyi danışacam" dediyində, əsəbimdən yanında dayandığım stola bir təpik atdım.
"Kəs səsini! Bu vaxta qədər sənlə insan kimi danışmağa çalışdım. Sən isə məni yox sayıb, Sərdarın yanına qaçdın! Hər seyi bilirəm Laura! Axşam onunla cluba getdiyinidə bilirəm. Tanrı eşqinə sən nə etməklə məşğulsan?! Sən onun yanında nə gəzirsən?!" dedim
Hər seyi öyrənmişdim. Və onun yanında olmasını, əsla qəbul etmək istəmirdim. Susmuşdu. Susqunluğunun içində, qulağıma ağlayış səsi gəldi. Kaş bilsə, mənimdə içimə oturan ağlamaq hissini... Kaş bilsə, bu gün bütün gecəni ağılıma həmin səhnənin gəldiyini... Kaş bilsə, içimdəki qorxunu...
"Ağlama Laura... Səhvi edib, ağlama... Mənim bu gecə nələr yaşadığımı başa düşə bilməzsən. Başına bir daha elə sey gəlmiş olsaydı, inanki silahın birin öz başıma sıxardım..." dedim
Ağlayış səsini anidən kəsdi. Mavi gözlərini, mənim mavi gözlərimə dikdi. Ona o gecəni xatırlatmağa məcbur qalmışdım...
"Mənim on beş yaşım yoxdu. Mən bir şokalada aldanacaq yaşda deyiləm... Həm Sərdar mənə bir sey olmasın deyə, bütün gecə döyüldü. Qorudu məni..." dedi
Hər iki sözündən biri, Sərdar idi. Hələ üstəlik Sərdarı orda qoyub, gəlmək istəməmişdi. Aşağı Sərdar, yuxarı Sərdar... Nə qədər davam edəcəkdi belə?
"Sabah, Norveçə bilet alacam. Sənin getmək vaxtın çoxdan gəlib çıxıb" dedim, qəlbini daha çox qırmamaq üçün. Amma fərqində deyildiki, öz qardaşının qəlbini paramparça etmişdi.
"Al... Məndə getmək istəyirəm. Qaldıqca səni pis vəziyyətdə qoyuram" dedi
"Mən səndən ayrı bir saniyə belə qala bilmirəm... Sən isə məni buna məcbur edirsən. Burda qalsan, səni hər itirdiyimdə Sərdarın yanında tapacam. Mən isə bunu istəmirəm"
"Mən bu gecə yetəri qədər bərbad gün yaşadım. Gedib yatmaq istəyirəm"
"Gecəni sənə zəhər edənlərlə, mənim işim çox olacaq hələ. Hec kim sənin yuxuna haram qata bilməz"
"Səni çox sevirəm..." deyərək, ayağa qalxıb yanıma gəldi. Onun bir sözü qəlbimi ələ keçirdirdi. Uzaqlığa dözə bilməyib, onu özümə tərəf çəkərək qucaqladım.
"Mənim tək istəyim səni qorumaqdı... Başqada bir sey etdiyim yoxdu" dedim
Gülümsünərək məndən aralandı. Üzümə möhkəm öpüş qonduraraq öz otağına daxil oldu. Məndə evdən çıxdım. Yol üstündə Samuelə zəng etdiyimdən rahat idim. Harda olsa gələcəkdi evə. Axşamda gəlib baş çəkəcəkdim.
Öz evimə gəlib çıxdım. Ətrafa baxdımda, Dina gözümə dəymədi. Onu görmək ümüdü ilə evə gəlmişdim. Mətbəxdə səs eşitdiyimdə, mətbəxə tərəf getdim. Qapı kənarından baxdığımda, mətbəxdə olanın Xəyalə olduğunu gördüm.
"Dina evdədi?" dedim
"Yox evdə deyil. Bir az var çıxıb. Sənə nəsə lazımdısa hazırlaya bilərəm"
"Yox hec nə istəmirəm"
"Hara gedirsən?"
"Otağıma..." deyərək, yuxarı çıxdım. Dina yox idisə, aşağıda qalmaq mənasız idi. Otağıma çıxıb çarpayıma uzanmaq istədiyimdə, qapı açıldı. Xəyalə otağıma daxil olaraq, qapını bağladı. Onun nə işi vardı ki otağımda? Çarpayıdan qalxıb "Niyə gəlmisən?" dedim
"Otağıma gedirəm dedin. Məndə gəldim"
"Yaxşısan sən? Mənim otağımda sənin nə işin var?"
"Sən çağırdın məni"
"Mən səni niyə çağırım?! Bax, bu gün bərbad gün keçirmişəm. Rahatlanmağa ehtiyyacım var"
"Mən səni rahatlaşdırıram. Hazır evdə boşdu. Hec kimdə yoxdu" deyərək, əlini köynəyinin düymələrinə atdı. Onun nə demək istədiyini indi başa düşmüşdüm! Ayağa qalxıb, yanına gələrək əlini saxladım.
"Məni başqaları ilə səhv salma! Sənin bədənin lazım deyil mənə!" dedim
"Nə fərqi var? Ya mənlə yatdın, ya da bir başqası ilə?!"
"Sənə nə? Çıx otağımdan mənim! Düymələrinidə bağla!"
Hirslə düymələri bağlamağa başladı. Fərqi o idiki, mən hec kimlə yatmırdım. Dina həyatıma girəndən, yatağıma başqa qadın almamışdım. Və almağada niyyətli deyildim...
Qapını açıb onu otaqdan çölə çıxartdım. Çölə atmağım ilə dəhlizin başında Dinanı gördüm. Xəyalə aşağı düşərkən, oda mənim yanıma gəlməyə başladı. Bir qaşı havada idi. Qapısı açıq qalan otağıma keçdiyində, qapını bağladım.
"Onun otağında nə işi vardı?!" dedi
"Söz deməyə gəlmişdi"
"Nə sözü deyirdi?"
"Mətbəxə aid bir sey idi"
"İnandırıcı gəlmədi. Üzündən zəhər yağırdı!"
"Sən nə bilmək istəyirsənki?"
"Səni onun yanında görmək istəmirəm! Evdən bir saatlıq yoxa çıxıram, gəlib görürəmki sənin otağından çıxır!"
"Dina, qısqanclığının yeri deyil inan. Mənə ona baxmaram hec"
"Həə, yəni başqalarına baxarsan?!"
"Aman Tanrım!" deyib, başımı buladım. Safmı idi? Saf nömrəsinəmi yatırdı? Gözümün ondan başqasını baxmadığını görmürdümü? Hərçənd baxmasada, bizdən bir sey olmayacağını çox gözəl bilirdim...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri