Ağ Kəpənək (40-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 463
Səs ver:
(səs: 0)
Məni qısqanmışdı... Mənə qarşı hissləri var idimi görəsən? Yoxsa bu qısqanclığı sıradan bir sey idimi? Qısqanclığının hansı mənada olmasını ölçmək üçün ona baxdım. Əsəblə "Nə baxırsan mənə elə?" dedi. Açıq danışmaqdan zərər gəlməzdi. "Qısqandın məni" dedim.
"Mən yeddi aydı sənlə yaşayıram. Qısqanmaqda haqqımdı!"
"Lena kimi davranırsan... Dina belə deyildi... Dinanın dünyasında bu hissə yer olmamalıdı"
"Bu günlükdə, Lena olum..." dediyində, səsindəki kədəri hiss etdim. Keçmişi üçünmü darıxmışdı?
Divanın küncündə oturub, başını aşağı salmışdı. Bu görüntüsünə dözə bilməyib, yanına oturdum. Əlimi qaldırıb, saçlarını oxşamaq istədim. Amma əlim havada qalmışdı... Bəzi şeylər mənim canımı çox incidirdi. İstədiyim vaxt, ona toxuna bilmirdim. O mənim, olmazım idi...
Əlimi aşağı salıb "Canını nə sıxıb sənin? Əgər Xəyaləyə görə pis oldunsa, hec nə olmadı aramızda. Vallah olmadı..." dedim. Başını qaldırıb, üzümə saf təbəssüm ilə güldü.
"Ailəm üçün darıxmışam... Onlarda gedəcəklər... Evi alan birini tapıblar..." dedi
Ən böyük məsələmiz bu idi. Onlar getsəydi, Dinanı özünə gətirə bilməyəcəkdim. Onlar getməməli idi. Hər kəs bəzi həqiqətləri bilməli idi. Evi alan adam isə mən idim. Getmələrini yuvadmaq üçün almışdım. Yarı pulu verib, yarı pulunu hələdə saxlamışdım. Beləcə biraz daha vaxt qazanmaq istəyirdim. Əlimi Dinanın əllərinə uzatdım. Əllərindən möhkəmcə tutub "Sən pis olma. Mən bu işi yoluna qoyacam" dedim.
"Necə? Evi satıblar, Daniel... Yazını çıxardıblar. O evdə nə xatirələrimiz vardı bizim. O xatirələr silinir, gedir"
"Evi alan mənəm. Başım qarışıq olduğundan sənə hec nə deyə bilmədim"
"Evi sən alsanda, onlar getməyəcəkmi?"
"Gedişlərin yuvadıram"
"Nəyə görə?"
"Qarşılarına çıxmağın üçün. Bu işə son verməlisən. Daha nə qədər gizlincə onları izləyəcəksən? Gəl, mənə qulaq as"
"Off, hec nə bilmirəm... Akif məni evdən qovdu... Qovduda sözdü? Məni evdən atdı... Onun məni görməyə gözü yoxdu. Üstəlik bu görüntümdə, hec olmaz..."
"Mənlə gedək. Yanında məndə olum. Siz barışmalısız"
"Mənim səndən başqa hec kimim yoxdu. Mən həqiqətən kimsəsizəm..." deyərək, məni qucaqladı. Getdikcə, vicdan əzabı çəkməyə başlamışdım. Bu vicdan əzabı ilə baş başa qalmaq məni bitirirdi. Onu hər dəfə, bu sondu deyə qucaqlayırdım. Yenə eynən özümü sona aldadıb, qucaqladım onu. Ömrümün sonuna kimi onunla qucaqlaşaraq qala bilərdim. Amma qucaqlaşa bilmədim. Qucaqlaşmağımızı mənə gələn zəng pozdu. Ondan ayrılıb, ayağa qalxdım. Telefonu cibimdən çıxardıb, ekrana baxdım. Ekranda adsız, amma tanıdıq nömrəni görməyim ilə dondum. Dinanın "Daniel, zəng edən kimdi?" deməsi ilə, özümü ələ almağa çalışıb "Lazımsız biridi. Mən getməliyəm, Dina. Axşam qayıdacam" dedim. Onun üzünə baxmadan qapıya tərəf getdim. Qapının yanına çatdığımda "Məni öpmədən hara gedirsən? Axşama qədər sənsiz darıxaram" dedi. Qapını açmadan ona tərəf döndüm. Yanıma gəlib qarşımda dayandı. Sağ yanağına, bir öpüş qondurdum. Bununla kifayətlənə bilməyib, sol yanağınıda basdıraraq öpdüm. "Bu öpücüklər ilə axşama qədər idarə edə bilərsənmi?" dedim, üzünü əllərimin arasına alarkən.
"Bir miqdar bəs edər. Çalış, tez gəl"
"Gələcəm"
"Tez gəlsən film izləyərik? Tək film izləməyin dadı olmur"
"İzləyərik. Sən nə istəsən onuda edərik"
"Daniel sey..."
"Nə birdənəm?"
"Həyatımda olduğun üçün çox şanslıyam. İçimdə qalmasını istəmədim"
Onun saf görüntüsünə dayana bilməyib, təkrar öpdüm yanaqlarından. Yeri gəlirdi böyük bir qadın, yeri gəlirdi on yeddi yaşlı balaca qız ola bilirdi. Və mən onun balaca yanın çox sevirdim. Ondan ayrıla bilib, qapını açdım. Evi tərk edib, maşına mindim. Gedəcəyim yer bəlli idi. Gedirdim, vicdan əzabım ilə üzləşməyə...
Bir binanın, on üçüncü mərtəbəsində idim. Onun zənglərindən bezdiyim üçün yanına gəlmişdim. Qapını döyüb, açmasını gözlədim. Bir az sonra qapı üzümə açıldı. Qarşımda saçlarının qarşısını qarışdıran Aydın vardı. Yox, səhv demədim adını. Qarşımda həqiqətən canlı şəkildə dayanan Aydın var idi. "Nəhayət mənim sağ olduğumu xatırladın" deyib, kinayə ilə güldüyündə içəri keçdim. Onun bu hərəkətlərinə hər dəfə əsəbləşirdim. Sərdardan çox ona nifrət edirdim. Nifrət etməyimin səbəbi isə bizə yaşatdıqları idi. Bir başa qonaq otağına keçid etdiyimdə "Çay yoxsa içki?" dedi. Adamda olan rahatlığa bax!
"Mən bura bir sey içməyə gəlməmişəm. Sözümü deyib, gedəcəm" dedim, masa arxasından bir stol çəkib əyləşərək. Özünü tək kreslonun üstünə atıb oturaraq "Tez getmə, adam üzü görməməkdən sıxılıram. Təklikdən danışıq qabiliyyətimdə yadımdan çıxacaq" dedi. Mən bu adamı, aylardı başa düşə bilmirdim!
"Nə var, gündə - gündə mənə zəng edirsən?! Sən imkan verəcəksən mən rahat nəfəs alım?!" dedim
"Mən bilmək istəyirəmki, işlər necə gedir"
"İşlər olduğu kimidi hələ. Bir sey olanda özüm xəbər edəcəm"
"Çox ləng işləyirsiz. Lenanın qisası bu qədər niyə gec çəkdi?"
"Lenanı bu bataqlığa sürüklədin deyə, səni indi boğub öldürə bilərəm!"
"Mənə Lena lazım deyil. Sənin olsun... Mənə Sərdarın işini bitirmək lazımdı" dediyində, içimdə yaranan əsəbi basmağa çalışdım. Aylar əvvəl Aydın gözlərini açanda, ilk mənə xəbər etmişdilər. Məndə onun yanına getmişdim. Ona, səni öz yanıma alıram. Sənə güc təklif edirəm, Sərdarın işini özün bitir demişdim. Çünki, əsəbi bir insan ən böyük düşman sayılırdı. Elə bir insan hər sey edə bilərdi. Amma düşündüyüm kimi olmadı. Aydın hər seyi Lenanın üstünə yükləyib, özüdə bir qırağa çəkilib qalmağı istədi... Səbəb kimi, Sərdarın Lenaya etdiyi təklifi, Lenanın qəbul etməsi kimi göstərdi. Gözləri yumulu olsada, hər seyi eşidirmiş...
Və o gündən Lenaya qarşı içində nifrət qığılcımları yaranmağa başlamışdı. Sönmək əvəzinə günü gündən dahada alovlanırdı. Başlarda, Lenanı tanımadığım üçün dediyinə razı olub, Aydını öldü kimi göstərərək, Lenanın həyatına daxil oldum. O vaxtdan Aydın bu evdə qalırdı. Və Lenanın, Sərdarın işini bitirməsini gözləyirdi...
Mən isə artıq bu olanlara dözə bilmirdim. Başda Lenanı tanımasamda, sonradan tanıyıb çox istəmişdim... İndi onun arxasından iş çevirmək məni məhv edirdi. Ona, Aydın sağdı demək istəsəmdə deyə bilmirdim. Desəydim, onu itirəcəkdim... Mənə inanmazdı... Hər seyin Aydının başının altından çıxmasına, inanmazdı. Məni tərk edib gedərdi. Mən isə bunları gözə ala bilməyib, onsuzluqdan qorxduğumdan susurdum...
Keçmişi xatırlamağı bir kənara ataraq "Sənə min dəfədi deyərəmki, o gecə Sərdarla Lenanın arasında hec nə olmayıb! Bu nəyin nifrətdi? Lena, sənin ona yaşatdığın hec bir seyi haqq etmir!" dedim.
"Qəbul etdi... Kaş ki, öləydim elə... Bu günləri görəcəyimə, bu günləri yaşayacağıma ölərdim!"
"Qəbul etsədə, etməsədə, Yatsada yatmasada, O sənin sevdiyin qadın idi... Təkrar edirəm, sevdiyin qadın... Sən sevdiyin qadını necə üz üstü yerdə qoya bildin?!"
"Nədi? Olmaya xoşun gəlir ondan? Əvvələr belə deyildin sən. Gün keçdikcə, dəyişib başqa insan olursan"
"Aydın, bu iş bitməlidi... Mən belə yaşaya bilmirəm... Yaşmaq istəmirəm. Məni buna məcbur etmə"
"Səni saxlayan kimdi? Get, de... Amma deyə bilməzsən. Desən, Lena səni tərk edib gedər. Ona görədə otur, işin davamın gözlə. Mən daha Lenanın həyatında olmayacam. Onu bağışlayıram sənə..."
"Alçağın biri alçaq! O qız, sənə görə bu zibil işlərə daxil olub. O qız, sənə görə kimliyini atıb bir kənara! O qız, sənə görə ailəsindən olub... Ailəsindən! Sən hər kəsi ailəndən etdin... Ailənin nə halda olduğundan xəbərin yoxdu! Gəlmiş mənə burda, onu sənə bağışlayıram deyə bilməzsən! Elə sənin kimi əclafı öldü bilməsi daha məslətlidi. Nəyinki, sənin sağ olduğunu bilməsi. Ölündə, dirində ona əziyyətdi onsuz. Əziyyət!"
Ona xərcləyəsi artıq vaxtım yox idi. Ayağa qalxdım. Mənliyi yox idi bu insanın. Mənliksiz insanla danışmaq olmazdı. Cibimdə olan bid miqdar pulu çıxardıb masanın üstünə ataraq "Hələlik bunlarla idarə et. Sonrada hara getmək istədiyini dəqiqləşdir. Həyatımızdan bir dəfəlik çıx get!" dedim
"Mən Sərdarın sonun görmədən hec herə getməyəcəm"
"İşin gücün Sərdardı... Geridə qoyduqlarını hec düşünmürsən!"
"Mənə insanlıq dərsi keçmə! Sən özün Sərdarın məhv olmasını istəmirsənki?"
İstəyirdimmi? Həmdə bu gün əlimə ən böyük fürsət düşmükən... Amma Lauranın sözünü yerinə sala bilmədiyimdən, onu ölümdən xilas etdim. Aydına cavab verməyib, qonaq otağından çıxdım. Qapını açıb, özümü çölə atdım. Çox yorulmuşdum... Bu ikili oyundan çox yorulmuşdum. Lenanın Sərdara düşman olmasını istəmirdim. Aydına görə, dəyməzdi...
Ancaq Lenanıda daha yolundan döndərmək mümkün deyildi. Çünki, Dina libası onun üstünə tam oturmuşdu... Və mən Lenanı, sevəcəyimi hesaba qatmamışdım...


(Sərdar'ın dilindən)

Bir gün sonra

Qonaq otağında olan divanda uzanmışdım. Dünən bərbad vəziyyətdə olsamda, indi azda olsa sağalmışdım. Dünəndən bəri Fiko başıma pərvanə kimi dolanırdı. Mənim ondan, onun məndən başqa kimsəsi olmasının sübutu idi. Laura, mənə hec yazmamışdı... Məndə ondan, saf kimi mesaj gözləyirdim. Başımın altında olan yastığı düzəltməyə çalışdığımda, Fiko mətbəxdən sürətlə gəlib "Nə edirsən?!" dedi.
"Yastıq düzəldirəm!"
"Sənə hər seyi özüm edəcəm demişdim. Niyə çağırmırsan məni"
"Fiko, ölməmişəm sağam. Əlimdə ayağımda tutur"
"Olsun. Sən yenədə özünü gözlə. Qıza görə döyül, qızda hec sənə mesaj yazmasın"
O hardan bilirdiki, Lauranın mənə mesaj yazmamağın?
"Sən hardan bilirsənki?"
"Dünəndən bəri gözün ancaq telefondadı. Bəlkə yüz dəfə baxmısan telefona"
"Mən elə belə baxırdım. Ondan mesaj gözləmirəm!"
"Həə məndə yedim!"
"Fiko get işinin başına" deyərkən, qapı döyüldü.
"Ged aç gör, gələn kimdi" dedim
"Deməsəydin açmayacaqdım hec! Təbiki mən açacamda. Sən bir tərəfini vurub yerə uzanmısan!"
"Kefimdən uzanmamışam! Döyülmüşəm!"
"Döyülüb gəlib üstümə, hələ üzsüz - üzsüz dilidə var danışmağa"
"Ged o qapını aç! Kimdisə ürəyi partladı!"
Nəhayət mənlə sözləşməyi kəsib, qapıya tərəf getdi. Məndə yenə telefonumu əlimə aldım. Ondan bir mesaj yenə yox idi. İnsan ən azı yalandanda olsa bir 'Necəsən?' sözünü yazardı. Telefonu söndürüb, başımı qapı tərəfə döndürdüyümdə Lauranı gördüm. Əlində, iki təkərlikli çamadan vardı. Çamadanları əlindən atıb, yanıma tərəf qaçdı. Yanıma gələr gəlməz, divanın boş yanına oturub məni qucaqladı. Hə, məni qucaqladı...
Qucaqladığında, ağrınsamda ağrımı ona bəlli etməyib məndə onu qucaqladım. Ondan gələn gül qoxusu yenə burnuma doldu. "Gəldim..." deyə, pıçıltı ilə danışdığında arxada qalan Fiko "Laura, Sərdar döyülüb onu elə qucaqlamaz olmaz. Onun ağrılarını artırırsan" dedi. Laura bu sözü eşidər eşidməz, məndən ayrılıb
"Bağışla... Canını çox incitmədimki?" dedi.
Ah Fiko, ah! Səni öldürəcəm! Məni öz istəyi ilə qucaqlayan qızı, məndən ayırdın. Nəymiş ağrı çəkirmişəm! Sanki, ağrını o çəkirdi. Ağrı çəkirəmsə, çəkirəm. Sənə nə adam?! Xəbəri yox idiki, bu ağrılar mənə bir dəqiqəliyinə bütün dünyanı bağlamışdı. Çünki, onun gül qoxusunu hiss etmişdim...
"Yox. Hec ağrıtmadı..." dedim
"Bu gün yanına gələcəkdim deyə, sənə mesaj yazmadım hec"
"Mən səndən mesaj gözləmirdimki. Hec telefonu dünəndən əlimə belə götürməmişəm"
"Hm! Bəs whatsappda tez - tez xəttə olan kim idi?"
"Fiko idi. Hə, Fiko?" dedim, Fikoya tərəf çevrilib. Hə deməsi üçün gözümlə yalvarırdım... Bu isə onun çox xoşuna gedirdi.
"Whatsappı falan boş verində, de görüm hələ çamadanla niyə gəlmisən? Aylıq gəlmisən bizim evə?" dedi, Fiko.
"Tamda təxmin etdiyin kimi. Həə, aylarla sizlə qalacam"
"Zarafatdı de"
"Deyil. Sərdar qalacağımı əvvəlcədən bilirdi"
"Daniel bizi öldürər. Vallah bu dəfə sorğu sualsız öldürər"
"Danielin xəbəri olmayacaq. Daniel elə bilirki, mən Norveçdəyəm"
Təklifimi qəbul etmişdi. Bizlə yaşacaqdı. Burda mənim evimdə, mənlə... Xarabaya qalmış evimi, qoxusu ilə gül bağçasına döndərəcəkdi...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri