Ağ Kəpənək (42-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 2 854
Səs ver:
(səs: 0)
Barmaq ucları yaramın üstündə gəzdikcə, içimdə ürpənmə baş qaldırırdı. Barmaqlarımı sinəmin üstünə yaslayıb, başını qaldıraraq mənə baxdı. Gözlərinə kədər çökmüşdü. Az əvvəlki sevinci yox idi. Boyu mənim boyumdan balaca olduğundan altdan yuxarı mənə baxmağa davam edərək "Bu yaralarının izi keçib gedəcək. Amma sən məndə izi keçməyəcək yaralar buraxmısan..." dedi. O yaraları hec vaxt sağalada bilməyəcəkdimmi mən? Apardığım bağışlanmaq mübarizəsi boşunamı idi?
"Laura, mən səndə elə yara açmaq istəməmişdim. Mən əlimdən gələn hər seyi edirəm..." dedim
"Nə etsəndə, məndəki yara hec vaxt keçməyəcək"
"Çəkdiyin acını azda olsa dindirməyə çalışıram"
"Dinmir..."
"Dindirmək istəyirəm..."
"O yaranın sahibi sənsən. Necə dinsinki?"
Sualı ilə susdurdu məni. Yara açan mən idim. Açdığım yaranı isə bağlaya bilmirdim. Susaraq onu izləməyə davam etdim. Susqunluğumu gördüyündə, barmaq uclarını yaralarımın üstündən çəkdi. Əlimi əlinə aldı... Əlim əllərində idi...
Əlimi niyə tutdu, deyə düşünərkən əlindəki futbolka köynəyi əlimə yerləşdirdi. Hə, köynək verdiyi üçün tutmuşdu. Başqa nə üçün tuta bilərdiki, əziz ürəyim?!
"Tez geyin. Aşağı tez düş. Gözlədilməyi sevmirəm. Çünki, qurd kimi acam. Hələ üstəlik hazırladığın yeməklərə xalda verəcəm" dedi
Sözünü deyib otaqdan çıxdı. Məndə köynəyi geyinməyə çalışdığımda, gözüm toxunduğu sinəmin üstünə sataşdı. Mənə toxunmuşdu. Həmdə barmaq ucları ilə... Barmaq uclarının toxunuşu çox zəif idi. Canımı hec yandırmamışdı...
Köynəyimi geyindəkdən sonra aşağı düşdüm. Aşağı düşdüyümdə, qulağıma Fiko ilə Lauranın gülüş səsi gəldi. Nəsə danışıb gülürdülər. Mən masa arxasına keçib əyləşdiyimdə, ikisidə gülüşünü kəsdi. Nəyə güldükləri mənə maraqlı gəldi... "Mən gələn kimi gülüşünüzü niyə kəsdiniz?" dedim, kotletdən boşqabıma qoyarkən.
"Sən gülən sey deyil, onun üçün" dedi Laura.
"Niyə adam deyilləmi mən?"
"Adamsanmı?"
"Adamam"
"Odunsan!"
"Hər iki sözünün biri odundu. Mən odunluq etmirəm!"
"Etdiyin seyə tamda odunluq deyilir"
Ya Rəbbim! Mən bu qıza söz çatdıra bilmirdim. Yenə durduq yerə nə odunluq etdimki? Fikoya tərəf baxdım. Fiko, çoxdan qabına yemək çəkib yemək ilə məşğul idi. Lauranın bir sey yemədiyini görüb "Nə vaxt yemək fikirin var?" dedim. Ac olduğunu deyir, amma hec nə yemir.
"Sən nə vaxt, qabıma bir sey yerləşdirsən onda" dedi
"Onuda mən edəcəm?"
"Əlbətdə"
"Neçə dəqiqədi ac - ac oturub mənim gəlişimi gözləyirsən?"
"Bəs nə bilmişdin? Qabıma çoban salatı əlavə elə"
"Allah sənə o əli nə üçün verib?!"
"Sən mənə öyrəşsən yaxşı olar! Sonrada deyirki mən odun deyiləm! Arada güzgüzdə özünə bax. Necə odun olduğunu gör!"
"Odun olsaydım, sənə meyvə şirələri hazırlamazdım!"
"Mən adi su istəyirəm! Su gətir!" dediyində, artıq səbrimin dolub daşdığını hiss edirdim. Dözə bilmirdim mən bu qıza! Dözüləcək kimidə deyildi!
Fiko "Mən gətirirəm. Yetərki dava etməyin" deyərək ayağa qalxdığında, Laura "Otur aşağı. Sərdar gedib gətirəcək!" dedi.
Yox, vallah bu qızın mənim canıma qəsdi vardı.
"Otur Fiko, otur. Laura məni canımdan bezdirməsə, əl çəkən deyil məndən!" deyib qalxdım. Mətbəxə keçib adi su süzərək gətirdim. İstədiyi kimi çoban salatınıda qabına əlavə etdim. Nəhayət, yeməyə başlamışdı. Çox şükür Allahım, ölmədən bu günü göstərdin mənə. Çoban salatı bitdikdən sonra spagetti əlavə etdim. Onuda iştahla yeməyə başladı. Görünən o idiki, çox acmışdı. Yedikcə, sudanda içib "Ohh doydum" dedi. Səssiz qalmağın tərəfdarı oldum. Ağızımı açıb bir sey demiş olsaydım, odun olmuş olacaqdım!
"Sənə xal vermədim hec. Demək çoban salatına iki xal verirəm" dedi
"Haqqsızlıq edirsən. Adi pomidordan, xiyardan hazırlanan salatdı. Xüsusi olaraq nə əlavə etməliydimki?!"
"Pendir. Mən pendirli sevirəm"
"Gələn dəfə pendirli hazırlayaram!"
"Kotletə bir xal verirəm"
"Ona niyə? Adi ətdidə ət!"
"Ürəyim elə istəyir! Spagettiyə isə üç xal verirəm. Çünki, adi xəmirdən hazırlanmışdı"
"Sənədə yaranmaq olmur!"
"Sizə nuş olsun. Mən çıxıram otağıma. Yarım saatdan sonra mənə az şəkərli qəhvə hazırlayıb, otağıma gətirərsən" deyərək, masadan qalxdı. Xanıma bax! İşim gücüm yoxdu, oturub onun nazı ilə oynayacam! Zərrə qədər mimika oynatmadan "Qəhvə gətirməyəcəm" dedim.
"Eşitmədim?"
"Eşitdin. Sözü təkrar elətdirmə mənə"
"Yarım saat sonra qəhvəm hazır olsun!"
"Olmayacaq"
"Olmasa, çıxıb gedəcəm!"
"Məni çıxıb getməklə qorxutma. Gecə vaxtı hec yerə çıxıb gedə bilməzsən. Mən sənin hər dediyini edən deyiləm"
"Hmm. Demək belə oldu?"
"Belə oldu"
"Yaxşı" deyərək, üzümə kinayə ilə gülüb yuxarı çıxdı. Oh dünya var imiş. Hər dediyini etmək məcburiyyətində deyildim. "Adamı belə yola gətirərlər" dedim, Fikoya baxarkən.
"Yola gəldimi səncə?"
"Həə gəldi. Elə bilir hər dediyini edəcəm"
"Etməyəcəksənmi?"
"Bu saatdan sonra yox. Bezdim vallah, canımı bezdirdi. Bir azda onun burnu sürtülsün"
"Əminsəmi?"
"Bu nə sualdı? Hec olmadığım qədər əminəm"
"Onda birdənə piləkana bax"
Dediyini edərək, başımı yuxarı mərtəbənin piləkanına çevirdiyimdə Lauranı aşağı düşən gördüm. Üstünə dəri ceket geyinmişdi, əlində də çantası vardı. Həqiqətənmi getmək eşqinə düşmüşdü? Qapı kənarına çatdığında, tez ayağa qalxıb yanına gəldim. O, isə ayaqqabılarını geyinməklə məşğul idi.
"Gecə vaxtı hara gedirsən?!" dedim.
"O qəhvəni hazırlamasan, gedəcəyimi demişdim!"
"Hec yerə getməyəcəksən. Ayaqqabılarını çıxart, çıx yuxarı!"
"Elə gedəcəmki nə izim qalacaq, nə də tozum!" deyərək, qapını açdı. Gedirdi... Bu qız dəli idi. Onun istədiyi olmadı deyə, getmək dəliliyin neçənci səviyyəsi idi? Arxasıyca çıxıb "Yaxşı... Yaxşı, Allahın bəlası. Yarım saata qəhvəni hazır edəcəm. Getmə!" dedim. Əsəbdən özümə yer tapa bilmirdim. Addımını saxlayıb dayandı. Onun yanına çatıb, gülən simasına baxdım. Səssizcə geri evə qayıtdı. Onun ardınca evə daxil oldum. Qapının kənarında dayandığını gördüyümdə "Ayaqqabını soyunub, evə keçmək fikirin yoxdumu?" dedim. Başını aşağı salıb, ayaqqabılarına baxaraq dodaq altı gülümsəndi. Ağılından nə keçdiyini təxmin etmək o qədərdə çətin olmadı. Növbəti istəyi, ayaqqabılarını çıxartmaq istəməsəydi! Aşağı əyilib, ayaqqabısının bir tayını çıxartdım. Digərinidə çıxartdıqdan sonra "Bir daha belə sey olmasın. Yoxsa üzümü görə bilməzsən!" dedi. Yanımdan tez qaçıb yuxarı çıxdı. Fiko yanıma gəldiyində, üzündə gülüş yarandığını gördüm. Gülüşünü saxlamağa çalışırdı.
"Nə oldu, bəs dediyini etməyəcəkdin?" dedi
"Sonra Fiko, sonra. İndi çox əsəbiyəm"
"Həmdə əminliklə danışdın. Heyif əmin danışmağından"
"Əsəbimi səndən çıxmağımı istəyirsən?!"
"No. Noo. Nooo"
"Onda gözümə görsənmə!" deyərək, birbaşa mətbəxə daxil oldum. Masanı hec yığışdırmadım belə. Nə məlum, bizim dəlinin qəhvəsi gec gəldi deyə hər an çıxıb gedə bilərdi! İşimin başına qoyulub, qəhvə çıxartdım. Qəhvə çıxartdımda, qəhvənin hazırlanmasını hec bilmirdimki. Düşündümdə, mən hec nə bilmirmişəm. Hər seyi öyrənmək lazım idi. Yaxında, mənə bu gediş ilə keksdə bişitdirərdi. Yox, vallah gülməyin. Ciddiyəm. Mənə bunları elətdirən insan, onuda elətdirərdi. Nəticədə, yola gəlməz bir dəli ilə eyni evin içində yaşayırdım mən...


(Dina'nın dilindən)

Yenə həmin yerdə idim. İlk dəfə Aydın ilə bərabər narkotik satdığımız yerdə. Amma bu dəfə bura gəliş səbəbim tamam fərqli idi. O vaxt Lena, olaraq gəlmişdim. İndi isə Dina...
Və bu dəfə bura mal satmağa deyil, Rüfət ilə danışmağa gəlmişdim. Bu vaxta qədər Sərdara qarşı çox səssiz qalmışdım. İndi isə işimin başına keçmək vaxtı idi. Rüfətin maşınına tərəf arxadan irəllədim. Qarşı oturacağının qapısını açıb, ani sürətlə maşına oturdum. Məni gözləmədiyindən şoka düşdüyündə "Salam. Göydən düşmə kimi, oldum bilirəm" dedim, simamı xoş tutaraq.
"Lena? Sənin nə işin var burda?" dedi
"Lena deyil, Dina"
"Dina, sualımın cavabını verəcəksən?"
"Qısa kəsib, birbaşa söhbətə keçəcəm. Bura bir məqsədlə gəlmişəm. Sənə bir sey təklif edəcəm"
"Nə təklifi?"
"Mənə Sərdar üçün xaricdən gələcək olan, malın hansı yerə gətirləcəyini deyəcəksən"
"Dina sənin belə zarafatlarının olduğunu bilmirdim hec"
"Zarafatmı? Sən vaxtında Sərdara pul ilə satıldın. Sərdarın verdiyi pulların, iki qatını verəcəm sənə. Səndə mənə malın nə vaxt və hara gəldiyini deyəcəksən!"
"Mən Sərdarı satmaram! Sərdarı satsam, Sərdar yaşatmaz məni!"
"Bəlkə Sərdar yaşadar, amma mən hec yaşatmaram!" deyərək, əlimi belimə atıb silahımı çıxartdım. Silahımı ona tuşlayıb "Vuraram Rüfət! Mənim itirəsi bir seyim yoxdu..." dedim. Mən hər seyimi çoxdan itirmişdim. Həmdə onun sayəsində...
Əlini belinə atmaq istədiyini gördüyümdə "Əsla! Əsla silahını çıxartmağa çalışma!" dedim. Əlini belinə atdığı kimi geri çəkdi.
"Bu nə cəsarətdi?! Mənə etdiyin təklifi Sərdara deməyəcəyimi hardan bilirsən?!" dedi
"Sən Sərdara bir sey demiş olsan, sənin sonun olar. Səni bitirərəm!"
"Hec nə edə bilməzsən mənə!"
"Edə bilmərəmmi? Sərdarın qarşısına çıxıb, sənin onu satdığını deyərəm!"
"İnanmaz sənə!"
"İnanar Rüfət, inanar. Həyatını təhlükə altına atma. Sənə 24 saat vaxt verirəm. Fikirləş və mənə zəng et. Çalış təklifimi qəbul et. Yoxsa Sərdardan əvvəl, səni mən yaşatmaram!" deyib, maşınından aşağı düşdüm. Maşının arxasına çatdığımda, belimə yerləşdirdiyim silahı təkrar çıxartdım. Maşının arxa təkərlərinə atəş açdım. Silah səsinə, Rüfət çölə çıxıb "Sən özündən çıxmısan! Nə etdiyini düşünürsən?!" dedi. Məndən bir az aralıda dayanmış Rüfətə baxdım. Qisas bütünlükə içimi bürümüş vəziyyətdə idim. Tam ayaqqabısının ucunun yanına, bir atəş yenə açdım. Bunu gözləmədiyindən tez geri çəkildi. "Mənim bu işdə zarafatım yoxdu Rüfət! Belə zarafat olmur!" deyərək, təkrar atəş açdım. Məncə, ciddi olduğumu beləcə qəbullanmış olacaqdı...

***

İşim bitdikdən sonra evə gəldim. Ağılımın evdə bir yerlərdə qaldığı həqiqət idi. Bir yandan evdə Xəyalə var idi deyə, digər yandan isə Lauranın xaricə getməsinə görə. Xəyalə işinidə həll edəcəkdim. Sabahdan onuda Sərdarın qarşısına çıxardacaqdım. Artıq Sərdara dünyasını dar etməyin vaxtı idi. Gözüm ortalıqda kimisə axtarırdı. Amma hec biri ortalıqda yox idi. Bəlkə yenə eyni otaqda idilər?! Ağılıma gələn bu fikir ilə tez yuxarı mərtəbəyə qalxdım. Danielin otağının qapısını açdığımda, otağın qaranlıq olduğunu gördüm. Bu nə demək idi? Bu dəfə O, getmişdi Xəyalənin otağına?! Qapını möhkəmcə bağlayıb, Xəyalənin otağına tərəf getdim. Qapını birbaşa açdığımda, otağına içinə baxdım. Çarpayısına uzanmışdı. Tək idi... Məni görüb "Qorxdum" dedi. Daneil burda da yox idi. Evəmi gəlməmişdi?
"Daniel evə gəlməyib?" dedim
"Evdədi"
"Otağında deyildi"
"Az əvvəl başqa otağa daxil olduğunu gördüm"
"Yaxşı. Sən otağından çıxma!"
Qapını bağladım. Başqa otaqmı? Gözüm otaqların qapısını gəzdiyində, bir otaq qapısına sataşdı. O otağın qapısıda Lauranın otağı idi. Lauranın otağının qapısını açdığımda, otağın işığının yanıqlı olduğunu gördüm. İçəri keçdim. İçəri keçdiyimdə, Danielin yastığı qucaqladığını gördüm. "Daniel nə edirsən?" deyib yanına yaxınlaşdım. Əslində nə etdiyini çox gözəl bilirdim. Yanına oturarkən "Darıxdım... İlk gündən, dəli kimi çox darıxdım" dedi.
Darıxmışdı deyə, yastıqda qoxusunu axtarırdı...
"Onu sən özün göndərdin" dedim
"Onun yaxşı olması üçün göndərdim. Amma mən onsuzluğa dözə bilmirəm. Gül qoxusu bir anda burnuma doldu. Nə edəcəyimi bilmədim... Tez otağına qaçıb, yastığını qoxladım. Bəlkə, qoxusu azda olsa üstünə çökər deyə..."
"Zəng et, danış"
"Danışmaq istəmir. Deyəsən mənə küsüb... Haqqıda var. Tez tələsiy göndərdim onu. Mesajlarıma güclə cavab verir"
"Bir az qalıb geri qayıtsın məncə. Sən ilk gündən bu dərəcə darıxırsansa, sonraki günləri təsəvvür etmək istəmirəm"
"Məndə elə düşünürəm... Dina..."
"Nə Daniel?"
"Səni qucaqlasam? Bəlkə, içimdəki hiss azda olsa getmiş olar"
"Mən onun qədər gözəl qoxmuram. Üstümdən barıt qoxusu gəlir" dedim, həm yarı ciddi həmdə gülərək. Əlindəki yastığı çarpayının bir yanına atıb, əllərimdən tutdu.
"Mənim həqiqətən səndən başqa kimsəm yoxdu. Təkcə, sən varsan..." dedi
Yenə eyni söhbət. Kimsəsiz olduğunu, onu nə vaxtsa tərk edib gedəcəyimi düşünürdü. Nə idi, onu belə düşündürməyə vadar edən səbəb?
"Daniel, qorxma. Mən hec yerə getmirəm. Hər zamanda səninlə qalacam. Sənin qorxun boşunadı" dedim
"Boşuna deyil... Gün gələcək, səndə yanında məni istəməyəcəksən"
"Sən belə düşünən adam deyildin. Düşüncələrin dəyişib"
"Mən çox pisəm..." deyərkən, səsində olan yorğunluğu hiss etdim. Onu bu qədər yorğun edən sey nə idi?
Özünü yaxşı hiss etməsi üçün əllərimi əlindən ayrıb, onu qucaqladım. Qucaqlayışma qarşılıq verib, məni özünə daha çox sıxdı. Sanki, qaçıb gedəsi bir yerim var imiş kimi...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri