Ağ Kəpənək (45-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 449
Səs ver:
(səs: 0)
Laura qucağımdan yerə qoydum. Əsəblə qapıya tərəf yaxınlaşdım. Qapını açdığımda, qapı arxasında dayanın Fiko olduğunu gördüm. Hər zaman belə, yersiz zamanlarda gəlməyi bacarırdı! Üzündə böyük gülüş ilə içəri keçdi. Mənsə ona qaşqabalı şəkildə baxırdım. Qonaq otağına tərəf irəllədiyində "Evə niyə gəlmisən?" dedim. Qəbul, mənasız sual idi. Amma əsəbimi nəydənsə çıxmalı idim.
"Başa düşmədim. Evə gəlməyədə səndən icazə almalıydım?" dedi
"Bir zəhmət, alaydın"
"Sərdar yaxşısan sən?"
"Əlayam. Hətda mükəmmələm!" dedim, əsəbimi gülüşüm ilə basdırmağa çalışarkən. Dönüb Lauraya baxdığımda, Lauranın altdan - altdan güldüyünü gördüm. Fikoya tərəf məsumca yaxınlaşıb "Keç əyləş. Sənə çay gətirim" dedi.
"Mən özüm özümə gətirərəm. Yorularsan sən"
"Yorulmaram Fiko. Adi çaydıda, əlimə yapşıb qalmayacaqki"
"Belə istəklisənsə, yaxşı. Çayımı bir az açıq edərsən"
"Baş üstə..." deyə, nəzakətlə danışdığında donub qaldım. O xoş üzündən mənə hec göstərmirdi. Ancaq Fikoya gəlincə isə, işlər dəyişirdi. Fiko masa arxasına keçdiyində, məndə mətbəxə Lauranın yanına keçdim. Tam dibində dayanıb, asta səslə "Fiko, bütün işləri korladı" dedim. Bir balaca gülümsəmiş kimi olduğunda, utancaqlıqla gülüşünü üzündən silib "Vaxtında gəldi" dedi.
"Sən onun çayını ver. Sonrada üstünü dəyiş. Gedək"
"İmkan versən, çayı verəcəm"
"Məndə çay istəyirəm... Amma bilirəmki öz əlim və qolum var. Öz çayımı özüm süzməliyəm"
"Tamda demək istədiyimi dedin"
"Arada çox qəddar olursan"
"Qəddar olmaq sənin işindi"
"Sənə ki, qarşı ola bilmirəm..." deyib, dibinə daha çox soxulduğumda boğazını təmizləyib kənara duraraq, çay bardağını əlinə aldı. Fikonun yanına getdiyində, gözlərimi ondan çəkmək məcburiyyətində qaldım. Bu qız mənim beynimin içini ələ almaqla məşğul idi. Onları aşağıda qoyub, yuxarı çıxdım. Üstümü dəyişib, bir az otaqda fırlandım. Marketə gedəcəkdim. Kim gedəcəkdi? Mən gedəcəkdim...
Laura ilə marketə gedib gəlməyimizin üstündən saatlar keçmişdi. Hava yavaş - yavaş qaralmağa doğru gedirdi. Fikoda evdə yox idi. Laura ilə baş başa qalmışdıq. Divanda uzanıb, qulaqcıq ilə mahnı dinləyirdi. Məndə divanın künc hissəsinə keçib oturdum. Diqqətimi oyanatdığı ayaq barmaqları çəkdi. Ayaqlarında hec nə yox idi. Adət görən qadınlar, bədənlərini isti saxlamalı deyildilərmi? Dizinə yavaşca toxunduğumda, yumduğu gözünü açıb, qulaqcığın bir tayın qulağından çıxardaraq "Nə var?" dedi. Xoş danışsaydı, ölərdi! Mən xanımı düşünüm, xanımda nə var desin!
"Ayaqların" dedim
"Ayaqlarımı çəkən deyiləm. Uzanmaq mənə yaxşı gəlir"
"Onu demirəm. Ayaqlarında hec nə yoxdu. Corab geyin"
"Corab geyinəndə ürəyim sıxılır"
"Corab geyinmək, sənə lazımdı axı"
"Of! Səndə lap Daniel kimi"
"Yerini de, mən gətirim geyindirim"
"Sən mənə corab geyindirmək? Həmdə öz xoşun ilə"
"Baxıramda xoşuna getdi"
"Həmdə necə! Kiçik qara rəngli çamadana bax. Üstdə olmalıdı elə" dediyində, qalxdım ayağa. Ağrılı olduğundan bu gün ona yaxşı davranmaq keçirdi ürəyimdən. Yuxarı otağına çıxıb, dediyi çamadanı açdım. Amma üstdə corab görə bilmədiyimdən, üstünə yerləşdirmiş gecə paltarlarını kənara qoydum. Çamadanın içini eşib, corab tapdığımda gözümə bir sey dəydi. Gözümə dəyən sey, şəkillər oldu. Çamadanın içinə yerləşən şəkilləri əlimə alıb baxdığımda, şəkillərdə olanın Fiko olduğunu gördüm. Fikonun şəkilləri Lauranın çamadanında nə gəzirdi? Sualıma cavab tapa bilmədim. Şəkili olduğu kimu çamadana yerləşdirib, əlimə ağ rəngli sport corablarından birini alıb otağından çıxdım. Şəkil isə məni düşündürürdü...
Yanına gəldiyimdə, təkrar yerimə keçib oturdum. Ayağını dizlərimin üstünə yerləşdirib "Geyindir" dedi. Corabın bir tayını ayağına keçirdim. Digərinidə geyindirdim. Amma ağılım hələdə şəkilin yanında qalmış vəziyyətdə idi.
Laura uzanıqlı vəziyyətindən qalxıb, mənim yanıma oturaraq "Dava etmədən, geyindirdin" dedi. Dava edəsi, halda deyildim...
Cavab vermədiyimi görüb, dibimə qədər girərək "Hey nə oldu? Sakit qalmada sən. Sakit qalanda ürəyim sıxılır" dedi. Başını sinəmə yasladı, "Sıxıldım..." deyərkən. Saçlarının özünə məxsus qoxusu burnuma dolduğunda, hər seyi boş verib qolumu onun qoluna atıb, qucaqladım. İsti nəfəsi boynumda gedib gəlirdi. Burnunda boynuma sürütüb "Sənə həbs olmaq keçir, içimdən" dedi. Məni özünə həbs etmişdi. Bundan xəbərsiz idi. Boyun ardıma daha çox soxulduğunda, özümü ona təslim etmiş vəziyyətə gəlib çatmışdım. Sanki, az əvvəl Fikonun şəkilləri onun çamadından çıxmamış kimi... Yadıma düşdüyündən "Belə niyə edirsən?" dedim. Nəhayət danışa bilmişdim.
Məndən bir az aralaıb "Hormon. Hormanlara görə, belə edirəm..." deyərək, qalxdı yanımdan.
İçimi içimi yeməkdənsə, ona şəkilləri gördüyümü deməli idim. "Mən çamadında bir sey gördüm..." dedim, başımı aşağı salıb. Nə idi, şəkillərin mənası?
"Nəyi?" dedi, asta səsi ilə.
"Şəkilləri..." dedim, başımı qaldırıb ona baxaraq.
"Sənə get çamadanımı qarışdır demişdim?!"
"Qarışdırmadım! Qarışma çıxdı! Nə gəzir, o şəkillər səndə?"
"Sənə hesab verəcək deyiləm!"
"Fikonun şəkilləri səndə nə gəzir!"
"Sərdar səni bağışlamağı istəyirsən?"
"Bu sualın söhbətimizə hec bir aydiyyatı yoxdu. Söhbətdən qaçmağa çalışma!"
"Var. Ən çox bu söhbətə aydiyyatı var. Əgər Fiko ilə mənim aramı düzəltsən, səni bağışlayacam"
Ondan eşitdiyim sonuncu cümlə, məni yerdən yerə vurmuş kimi oldu. Fiko ilə mənim aramı düzəlt demək nə olurdu? Ondamı xoşlanırdı? Mənə belə yaxın davranarkən, ürəyində olan insan O, idimi?
"Mən uzun müddətdi, Fikodan xoşlanıram. Və bu evədə Fiko üçün gəlmişəm. Başda sənə yaxın olmaq istəmədim. Sadecə ehtiyyaclarım, səndən uzaq qalmağıma icazə vermədi" dedi.
Məndən yenə ehtiyyac deyə bəhs etmişdi. Dediyi kimi, onun üçün sadecə bir ehtiyyac idim. Ehtiyyacını ödəmək üçün var idim. Yoxsa, mənim kimi birinin yanında niyə qalsın. Mənim kimi birini özünə niyə yaxın buraxsın?
"Bunu mənə niyə etdinki?" dedim, illər sonra yenə eyni çarəsizlik ilə.
"Gizlətmək istədim. Alınmadı... Tapdın şəkilləri. Məndə hər seyi açıb danışmaq məcburiyyətində qaldım. Kömək edəcəksən mənə?" dedi
"Sən dəqiq Fikonu istəyirsən?"
"Həə. Onun mənim olmasını istəyirəm. Onunla aramı düzəltsən səni bağışlayacam"
"Ara yerdə mənlə əyləndin..." dedim, bu həqiqəti qəbullanaraq. Ən pisidə, ona bu mövzuda əsəbləşə bilməməyim idi. Nə deyə, bilərdimki? İxtiyarım yox idi...
"Əylənmədim. Ehtiras hissimə qapıldım. Mən ən çılğın yaş dövründəyəm. Mənim üçün belə seylər çox normaldı. Mən normal qarşılayıram. Səndə normal qarşıla" dedi
Özünü mənə öyrəşdirdikdən sonra necə normal qarşılaya bilərdimki? Bunu etməyə haqqı yox idi... Hec ağılıma gəlməzdi, Fikodan xoşlanması. Amma yox, ona yaxşı davranmağından bilməli idim. Bilməli idimdə, ancaq mənə qarşı olan yaxınlığıda məni çaşdırmışdı. Məni bağışlaması üçün son çarəm bu idi. Özüm öz əllərim ilə, onu Fikoya təslim etməli idim. Etməli idim, bunu.
"Kömək edəcəm..." dedim, dilimi udmuş kimi. Başımı qaldırıb, mavi gözlərinə baxdığımda gözlərinin içinin parıldadığını gördüm. Mən bu gözləri hec vaxt, belə parıltmamışdım...


(Dina' nın dilindən)

Daniel ilə bərabər bağçada yerləşən masa ətrafında oturmuşduq. Mənim baxışlarım göyüzünün üstündə idi. Onun isə baxışları mənim. Hər göyüzünə baxdıqca, yadıma Aydın düşürdü. Və Aydın, mənə burda hansı səbəbə görə olmağımı xatırladırdı. Danielin mənə heyranlıqla baxan baxışlarını görüb, gülümsədim. Bu gözlərə, gülümsəmədən qala bilməzdim. "Mənə az bax. Fikirim səndə qalır" deyib, açıq danışdım onunla.
"Mənimdə istəyim, fikirinin məndə qalmasıdı. Son günlər özünü, işə o qədər qapdırmısanki mən yadından çıxmışam" dedi
"Mən işimi görürəm. Məndən canavar yaratmaq sənin ən böyük arzun idi. Arzun reallaşır"
"Amma belə olduqda, mən səni az - az görürəm. Səni az - az görmək isə, mənim ürəyimə ziyandı"
"Ürəyinin içindəki mənəmsə, problem yoxdu"
"Həm ürəyimin içindəsən, həmdə ürəyimin özüsən" deyərkən, barmaq uclarını masanın üstündə olan barmaq uclarıma toxundurdu. Xırda toxunuş, ürəyimi necə sürətləndirə bilərdi? Barmaq uclarına biganə qala bilməyib, əlim ilə əlini tutdum. Əllərimizə baxıb gülümsəyərək "Əllərin, əllərimə çox gözəl yaraşır" dedi. Bu sözünə xırda təbəssüm etdiyimdə, telefonumun zəng səsi qulaqlarıma gəldi. Masa üstündə olan telefonumun ekranına baxdığımda, Rüfətdən zəng gəldiyini gördüm. Ona vaxt vermişdim. Deyəsən, vaxtı dəyərləndirmişdi...
Əlimi Danielin əlindən çəkib, telefonu əlimə aldım. Telefonu açaraq "Alo" dedim. Bir - iki saniyəliyinə səs gəlmədi. Ardından "Qəbul edirəm..." dedi. Üzümə geniş gülüş yayıldı. Qəbul edəcəyini bilirdim. Mən səsizlikdən yana olduğumda "Amma bir şərtim var. Bu işi mənim etdiyimi Sərdar bilməyəcək" dedi. Şərti qəbul etmək olardı. "Sərdar sənin dediyini bilməyəcək. Buna tam dəqiq əmin ola bilərsən. Sabah səhər sənə bir yer deyəcəm. Ora gələrsən, görüşərik" deyərək, telefon danışığını sonlandırdım. Danielə tərəf döndüyümdə "İş hazırdı. Qəbul etdi" dedim. Ayağa qalxıb yanıma gələrək "Yenədə ehtiyyatlı ol. Mənim gözüm Rüfətdən su içmir" dedi. Nə edə bilərdiki mənə?
"Narahat olma. Sabah onunla görüşüb, bütün sual işarələrinə nöqtə qoyacam"
"Məndə gələcəm səninlə"
"Tək getməyim daha məqsədə uyğundu. Öz işimi özüm görəcəm"
"Dina, səni tək hec yerə göndərməyəcəm!"
"Canavar olmağımdan qorxursan" deyərkən, Xəyalənin bizə tərəf gəldiyini gördüm. Xəyalə, Sərdarın qarşısına yalnız bir dəfə çıxmışdı. Onunda ortalığa çıxmasının vaxtı idi. Boşuna su, çörək vermirdim ona. Yanımıza gəlib çatdığında "Evdə tək ürəyim sıxıldı" dedi.
"Nə edək? Sənin yanına yeni bir adam gətirim?" dedim
"Niyə aqressiya ilə danışırsanki"
"Çünki, ancaq yeyib yatırsan. Mən səni bura yeyib yatmağa gətirməmişəm!"
"Görürəm... Sabah Sərdarın qarşısına yenə çıxacam. Mən başqa bir sey deməyə gəldim. Daniel icazən olarsa, kazinoya gedib qumar oynayardım"
Danielin cavab verməsini gözlədim. Danieldən niyə icazə alırdıki? Daniel bir az mən tərəfə yaxınlaşıb "Orda tanıdıq adamlar ola bilər. Səni tanısalar, sənin üçün hec yaxşı olmaz. Yaxşısı evdə oturmağındı" dedi.
"Tanımızlar. Kim nə bilir, kimə nə etdiyimi? Pul qazanmaq istəyirəm"
"Sənin bu pul sevdan axrına çıxacaq"
"Pul həyat deməkdi, Daniel. Məndə həyatımı yaşamaq istəyirəm" dediyində, bu söhbətə daha çox dayana bilməyib "Səsinizi kəsin. Başım şişdi. Səndə hara gedirsənsə, çıx get" dedim. Xəyalənin Daniel ilə danışması məni qıcıqlandırırdı. Onu bu evə almalı deyildim!
"Daniel apararsan məni?" deyə, danışdı Xəyalə. Xoş üzümü bir kənara atıb, əsəbi üzüm ilə Danielə baxdım. Daniel üzümü gördüyündə, gülməmək üçün özünü güclə saxlayıb "Olar. Apararam" dedi. Daniel ölməkmi istəyirdi?
"Mən onda gedim hazırlaşım" deyərək, yanımızdan ayrıldı Xəyalə. O gedər getməz, Danielin qoluna bir yumruq atıb "Sən kimi hara aparırsan?!" dedim. Üzünü büzüşdürüb qolunu tutaraq "Yavaş. Mənimkidə candı. Ayı deyiləm mən" dedi. Mən nə deyirəm, bu nə deyir!
"Məndə gedəcəm!" dedim
"Sən hara?"
"Sən hara, məndə ora!"
"Dina, bizim işimiz qumardı. Qısqanmağın yersizdi"
"Mən iş falan bilmirəm! Məndə yanında gedəcəm!"
"Sən məni həqiqətən qısqanırsan?"
"Verdiyin suala bax! Hər kiçik hüceyrəm belə, səni qısqanır!" dediyimdə, dodağının kənarı gülüş ilə qıvrıldı. 'Nəyə gülürsən?' dərəcəsində ona baxdığımda, ani hərəkətlə əli ilə belimi qavrayıb, məni özünə yaxınlaşdırdı. Bu yaxınlığımıza görə, gözlərim mavi gözlərinin ən dərininə kilitlənib qaldı. O, mənə özümü fərqli hiss etdirirdi. Çünki, hər seyi ilə fərqli idi.
"Mənimdə hər kiçik hüceyrəm, sənin hər zərrənə tək - tək aşiqdi..." dedi.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri