Ağ Kəpənək (46-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 2226
Səs ver:
(səs: 0)
Dina'nın dilindən

Bir gün Sonra

Rüfəti, Danielin istifadə etmədiyi bir bağ evinə çağırmışdım. İçəri evə keçib onun gəlişini gözləyirdim. Tək gəlmişdim. Danielin yanımda gəlməsini istəməmişdim. Evin içində o baş, bu başa gedib gəldiyimdə qapının açıldığını hiss etdim. Qapını bilərəkdən açıq qoymuşdum. Tamda düşündüyüm kimi, Rüfət qapını açaraq içəri keçmişdi. Baxışlarımız onunla kəsişdiyində "Bir az geçikdin. Gələn dəfə tam vaxtında gəl" dedim. Sözümə qarşılıq, ikrah hissi ilə güldü. Mənim tərəfə yavaş adımlar ilə gələrək "Bura gəlməyim, özü böyük işdi" dedi. Adımını kəsib, kürəyini soyuq divara yasladı. Dayandığını gördüyümdə "Qəbul edəcəyini bilirdim. İndi vaxt itirmədən, mənə malın hardan gəlib, hara təhvil veriləcəyini nöqtə və vergülünə qədər danışacaqsan" dedim
"Tələsmə Dina. Atalar nə deyib? Tələsən təndirə düşər"
"Bu günün işini, sabaha qoymaq olmaz Rüfət! Mənə qarşı artistlik etmə!"
"Səni tanımaq olmur. Amma sən yenədə bilməli idinki, mən Sərdarı satmaram!" deyərək, belindən bıçaq çıxartdı. Bıçağın ucun divara sürətə - sürtə mənim yanıma gəlib çatdı. Bir bıçaqla qorxudacaqdı məni?
"Silahı sıxıb qaçıb getməklə, iş olmur Dina. Sən çox səhv elədin. Bu iş çox səhv adamı seçdin!" dediyində, onun bu mənasız çıxışlarına içimdən dayanmaq keçmədi. Ayağımı qaldırıb, əlindəki bıçağa bir təpik atdım. Bıçaq yerə düşdüyündə, bir təpiyidə qarın boşluğuna keçirtdim. O, məni yaxşı tanımırdı! Əyildiyi yerdən, yerə düşən bıçağı götürmək istədiyini gördüyümdə ayağım ilə bıçağı uzağa itələdim. Bu hərəkətimə əsəbi gülüşlə gülüb, ayağa qalxmağa başladı.
"Daniel, səni bir canavardan fərqsiz edib. Amma canavarlarında başın üzərlər" deyərək, əlini təkrar belinə atdı. Bu dəfə belindən kiçik, amma iti bıçaq çıxartdı. Bu bıçaqlar bitməyəcəkdi!
Qapıda dayanan Danieli gördüyümdə, fikrim iki saniyəliyinə yayınmış oldu. Yayınan fikirim ilə, Rüfət üstümə gəlib, qolumu arxaya buraraq özüdə arxama keçdi. Bıçağıda tam boğazıma dirəmişdi. Bu məni yenə qorxutmurdu. Çünki, əsəbi idim. Danielin gəlişinə əsəbləşmişdim. Məni hec yerə tək göndərmirdi!
"Bax sevgilində gəldi" deyə, Rüfət qulağıma pıçıldadığında, Daniel "Rüfət oyununu bitir. Dinanı burax. Yoxsa canavarım sənin axrına çıxar" dedi. Madam, mənə bu qədər güvənirsən, bəs niyə arxamca gəlirsən adam?!
"Bu dəfə işlər siz deyən kimi olmayacaq..." deyərək, bıçağın ucunu boğazıma dirədi. Daniel biz tərəfə yaxınlaşmağa başlayıb "Əllərindən olmaq istəmirsənsə, o lənət bıçağı at yerə! O bıçağın ucu, Dinanın boğazın bir az daha deşmiş olsa, səni burda gülləyə düzərəm!" dedi. Daniel bizə yaxınlaşdıqca, Rüfət özü ilə birgə məni geriyə aparırdı. Danielin onunla göz təması qurduğunu gördüyümdə, əlimi yuxarı qaldırıb boğazıma bıçaq dirədiyi əlindən tutub yuxarıya qaldıraraq, dirsəyim ilə çənəsinə bir təpik atıb onun əlindən canımı qutardım. Mənim onun yanından ayrılmağım ilə Daniel, onun yaxasına yapışıb başı ilə ona bir kəllə atdı. Kəllənin təsirindən yerə yıxıldığını gördüyümdə, Danieli kənara çəkib yerdəki bıçağı götürərək, Rüfətin üstünə etdim. Rüfətin üstünə çıxıb, bıcağı onun boğazına tutaraq "Bıçaqdan bu cür istifadə edirlər! Sənin boğazını elə bu dəqiqə üzəcəm! Əclaf! Mən səni bura söz danışaq deyə, gətirdim. Mənlə oyun oyna deyə, deyil!" dedim. İnsan başlı, yola gəlmiş olsaydı dünya dağılacaqdı?
"Deyəcəm... Hər seyi deyəcəm..." dedi, nəfəs nəfəsə qalarkən. Əgər deyəcəkdinsə, bu qədər hadisə nəyə lazım idi?!
"Yox! Mən sənin axan qanını görmədən rahatlaşmayacam!" deyib, bıçağı boğazından çəkdim. Bıçağı düzünə tutub, qulağına tərəf gətirdim. Qulağı ilə bıçaq arasına sadecə bir millimter məsafə saxlayıb, bıçağı yerə sapladım. Bunun nəticəsində, qulağı azca kəsildi. Və onun dilindən "aaa" nidaları tökülməyə başladı. Axan qanı gördüyümdə, içimə azda olsa rahatlıq gəldi.
Arxadan gülən bir səs eşitdim. Dönüb arxama baxdığımda, Daniel gülüşünü saxlamağa çalışıb "Mənim balaca mafiyam, adamın üstündən qalx ayağa. Sən vampir deyilsən. Sən canavarsan" dedi.
"Hədiyyəsiz qalxmaram"
"Ürəyin təki hədiyyə istəsin. Sən nə istəsən, alaram sənə"
"Qumarxanalarının birini mənim adıma keçirt"
"İstədiyin qumarxana olsun. Birini deyil onunu keçirdərəm. Sən qalx day, ayağa!"
"Elə bil məndə, adamın üstünə oturmağa çox maraqlıyam. Qalxıram!" deyib, Rüfətin üstündən durdum. Qısqanmağada vaxt tapmışdı! Rüfət əlini qulağına tutub, acısını çəkərkən Danielin qarşısına keçib "Sən arxamca niyə gəldinki? İmkan vermirsən işimi görməyə!" dedim.
"Darıxdım. Gəlim bir baş çəkim dedim. Gələn kimidi, bıçağı boğazında görüb dəliyə döndüm"
"Dəliliyin üstündə qalıb hələdə!"
"Adamın üstünə çıxsan, təbiki qalar! Hec mənim üstümə çıxmamısan"
"Səni tərbiyəsiz! İstəyirsənsə, sənində qulağını qanada bilərəm. Sən istəyərsən, istəyərsən. Dəlisən çünki!"
"Sənin əlindən gələcək, ölümədə razıyam mən" deyib, mavi gözlərini gözlərimə dikərək məni məst etdi. Bu adam, işimin gücümün içindədə mənə qayğı göstərməsindən geri qalmırdı. Ammaki, mən bunlara aldanmayacaqdım. Bura nə üçün gəldiyimi unutmayacaqdım! Döndüm, Rüfət tərəfə. Mənə bu gün burda, hər seyi danışacaqdı...
Danielin maşınına minib yola düşmüşdük. Amma getdiyimiz yol bizim evin yoluna oxşamırdı. Hara aparırdı məni?
"Biz hara gedirik?" dedim
"Sənə çox əziz və doğma olan yerə"
"Aydının məzarına?"
"Yox. Səni ailənin yanına aparıram"
"Sənə onlar ilə görüşmək istəmədiyimi demişdim!"
"İstəsəndə, istəməsəndə ailənlə yenidən görüşəcəksən. Özünü buna hazırla"
Onlar məni istəmirdi. İstəməyə - istəməyə necə görüşlərinə gedim? Hər kəsə qarşı soyuqqanlı olan mən, onlara qarşı gəldiyimdə köməksiz insandan fərqsiz olurdum. İnsan ailəsindən keçə bilməzmiş...
Binaya giriş etdiyimizdə hələdə qərərsız idim. Ya məni evdən yenə qovsalar? Həm bu şəkildə qarşılarına necə çıxacaqdımki?
"Daniel, geri qayıdaq" dedim
"Geriyə dönüş yoxdu"
"Sənin bu israrını başa düşmürəm! Hazır hiss etmirəm özümü"
"Gedəcəklər... Getmədən onları son dəfədə olsa görməlisən. Yoxda peşman olacaqsan. Mən sənin yanındayam"
Bax, indi işlər dəyişmiş olmuşdu. Ürəyimin üstünə böyük ağırlıq çökmüşdü. Əvvələr bir olan ailə, indi paramparça idi..
Özümdə güc tapıb, qapını döyməyə başladım. Daniel isə piləkənların ən sonunda dayanmışdı. Qapını üzümə kimin açacağını bilmirdim. Bəlkədə, açıldığı kimi bağlanacaqdı...
Saniyələrin ardından qapı üzümə azca açılmağa başlayaraq "Akif nə tez gəll -" deyən Jalənin, deməsi ilə məni görüb susması bir oldu. Akif evdə yox idi..
Uzun aradan sonra Jaləni görmək, həm üzümü azca güldürmüş, həmdə içimi yandırmışdı.
"Mən gəldim..." dedim, bütün qırğınlıqları bir kənara atmaq istərmişcəsinə. Ağlamaq hissimi içimdə basdırmağa çalışaraq "Sizə gəldim..." dedim.
Jalənin rəngi birdən birə bəyazlaşdı. Gözlərinin içi anidən doldu. İndi nə olacaqdı? Qucaqlasam, qollarım boş qalmış olacaqdımı?
"Səən? Aylar sonra gəlmisən..." deyib, qapını üzümə bağlamağa çalışdı. Ayağımı qapının arasına yerləşdirib, bağlanmasına icazə vermədim. Əlim ilə qapını açıb, içəri keçdim. İçəri keçməyim ilə, əvvələr bizim olan otaqdan Sabirin çıxdığını gördüm. Oda məni ilk gördüyündə, şoka düşdü. Gözümü ondan çəkdiyimdə, Jalənin ağlayan gözləri ilə qarşılaşdım. "Çıx get evimizdən! Akif gəlməmiş çıx get! Lena, get..." dedi, əlini qapıya uzadarkən. Aylar olmuşdu, doğmalarımın dilindən öz adımı eşitmədiyim.. Adım, Jalənin dilinə nə gözəldə yaraşırmış. Mən indi onlara hər seyi izah etməyim üçün, çox gec qaldığımı bilirdim. Lakin, artıq qaçıb gedəsi bir yerim yox idi. Həqiqətlərlər üzləşməli idim. Sabir yanıma gəlib "Hansı üzlə gəlmisən?! Ev satılıbe... Zəhmətlə, əziyyətlə aldığımız evi satdıq! Nədi? Nəyə gəlmisən? Evi satdığımız üçün, təbrikə gəlmisən?!" dedi, möhkəmdən qışqıraraq. Haqq etmişdim. Bu qədər, nifrəti kini haqq etmişdim...
Susmuşdum. Susqunluğum özümə belə xoş gəlməzkən, qapının arxasından gələn səs "Bunun bu evdə nə işi var?!" dedi. Dönüb arxama baxdım. Mən Akif üçün, daha 'bu' adlanan şəxs idim. İndi isə hec nəyi...
Akifə baxdığımda, onun yanına gələn Danieli gördüm.
"Bax bu adam, bizim evi alan adamdı! Sənə görə, satdığımız evin!" dedi, Akif.
O, adamı tanıyırdım. O, adamdan başqa hec kimim yox idi mənim. Buna bir daha əmin olduğumda, yanlarından keçib Danielə tərəf qaçdım. Başım Danielin sinəsinə dəydiyində, məni qolları arasına aldı. Tək rahatlıq tapdığım yer burası idi. Onun sinəsinə, öz yaşlarımı sərbəst buraxdım...
Ağlayışımı hiss etdiyindən, məni özünə tərəfə daha çox basdırdı. Ardından "Bu ailə demək deyil... Ailə belə olmur... Bu evi aldığım kimidə, sizə bağışlayıram. Çünki, deyəcəklərimdən sonra gedəcəyinizə inanmıram" dedi. Bu sözünə başımı qaldırmağa başladım. Onlara hər seyi deyəcəkdimi?
Başımı qaldırdığında, Akiflə göz gözə gəldim. Həm əsəbi idi, həmdə düşüncəli... Danielin boğazına yapışmamaq üçün özünü güclə tutmuş kimi idi.
"Aydın... Aydın öldüyü üçün, Lena sizi tərk etdi" dedi
Və mənim ayaqlarım təkrar, yerdən kəsilmiş kimi oldu...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2226
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri