Ağ Kəpənək (47-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 386
Səs ver:
(səs: 1)
Gözümün qarşısında, Jalənin ürəyi getmişdi. Akif onun yanına qaçmışdı. Və Jaləni oyatmağa çalışdırdılar. Hər sey bir anda baş verdi. Artıq onlar, Aydının ölü olduğunu bilirdi. Mən isə donub qaldığımdan hər seyi kənardan izləyirdim. Gözüm biləyimdə olan kəpənək döyməsinə sataşdı. Mənim kəpənəyim, ağ ölüm yolunda qurban edilmişdi. Bütün günahların başında isə, Sərdar Qarayev dayanırdı. Sərdara qarşı içimdə yaranan bu nifərt mənim sonum, onun isə ölümü olacaqdı...

***

Jalə ayılından bəri, hər kəs Aydının ölməsini yenicə dərk edirdi. Yatan Əsmada, yuxudan ayılmışdı. Öyrəndiklərindən bəri ağlayırdılar. Daniel ilə mən isə onları kənardan izləyirdik. Evin ortasına yenə bir bomba düşmüşdü. Bu dəfəki, bombanı mən atmışdım. Həqiqəti bilməkləri ilə yaralamışdım onları...
Akif dəli kimi evin içində o baş bu başa gedərkən, birdən dayanaraq "Sən bunu bizə niyə daha əvvəl demədin?! Nəyi gözləyirdin, Lena?!" dedi. Aydının ölümün özüm belə gec qəbul edərkən, onlara hər seyi necə deyə bilərdim?
"Susma! Allah xatirinə, bu dəfə susma! Aydın ölüb... Aydın aylardı həyatda yoxdu və biz bunu indi bilirik. Acımızı bir yaşaya bilərdik, Lena... Hər seyin üstəsindən bərabər gələ bilərdik"
"Gələ bilməzdik Akif! Sən mənə qulaq asmadan, məni qoydun qapının ağzına. Hec düşünmədin, bu qız hara gedər... Mən məcbur qaldım. Mən məcbur qalıb, bu yolu seçdim. Siz isə məni sildiniz. Sildiyiniz gün qisas yolunu seçdim. Aydının qisasını alacam!"
"Nə faydası var bunların?! Qisas Aydını geri gətirəcək?! Həə, Lena? Sənin xəbərin yox idi, bizim nələr çəkdiyimizdən. Bizdə acı çəkirdik!"
"Siz ən azından bir birinizi qucaqlayırdınız. Amma mənim qucaqlamağa kimsəm yox idi..."
deyərkən, keçmiş günlərim yadıma düşdü. Mən tək idim. Mənə sahib çıxan təkcə, Daniel idi...
Akif dodaqlarını aralayıb bir söz demək istədiyində, Danielin bir addım qarşıya adım atdığını gördüm. Əlini yuxarı qaldırıb "Bir dayanın. Gələndən O qışqırır, bu qışqırır. Siz normal söhbət etməyi bacarmırsız? Qışqıraraa bir seyləri həll etmək olmaz. Yetəri qədər hər biriniz acı çəkmisiniz. Bundan belə çəkməməyə çalışın. Azda olsa bir birinizi başa düşün" dedi.
Sakit adam, yenə öz sakitliyini qoruyub çıxış etmişdi.
Mənsə qışqıraraq danışdığımın fərqində olmamışdım.
"Bizə Aydının öldüyünü deyirsiz, biz indi necə olmalıyıq? Bizim qışqıraraq danışmağımız normal deyilmi?!" dedi, Akif
"Aydın ölüb. Sən evin başçısansa geridə qalanları düşünərək hərəkət etməlisən. Ailəni bir arada tutmağı bacar"
"Ailəmi bir arada tutacamsa, Lena bizlə qalmalıdı. Bizlə olmadığı müddətdə, nə edib etməyi hər seyi danışmalıdı"
"Akif olmalı idin hə sən? Bax Akif, Dinanın sizin yanınızda qalıb qalmaması onun öz şəxsi fikirdi. Amma sənin bu dəlisov çıxışların məni özümdən getdikcə çıxardır. Dinaya qarşı etdiyin hərəkətlərdə, bir qram olsa belə peşmanlıq görmürəm. Yoxsa peşmansanmı? Peşmansansa, peşmanlığını dilə gətir..."
Danielin bu sözlərindən sonra, Akifin qəribə baxışları ilə üz üzə qaldım. 'Bu kimdi?' deyərcəsinə baxırdı üzümə...
"Sən tam olaraq kimsən?" dedi, Akif
"Mən tam olaraq Danieləm. Yarı olaraq Dani"
"Zarafat edər yanım var?!"
"Həyata zarafatla yanaşmaq lazımdı. Yoxsa vaxtından tez qocalarıq. Mən isə indi yaxşısı ciddi olum. Mən bu evi özüm aldımki, sizin gedişinizi yuvadım. Dina siz olmadığınız müddətdə mənlə yaşayırdı. Ona mən dəstək olurdum"
"Sən aylardı Lenanı tanıyırsan. Mən isə illərdi. Biz bir birimizin hər seyini bilirik. Sən sus"
"İllərdi tanıdığın qızın bu gün bir oğlanın qulağını bıcaqla kəsib qanatdığını bilirsənmi?" dedi, sanki ona meydan oxurmuşcasına. Akif isə mənim tam gözümün içinı baxdı. Etmişdim. Belə bir seyi etmişdim. Çünki, mən bir canavar idim...
"Bizə bundan sonra nə olacaq?" deyə, deyən Jaləyə çevrildi bütün gözlər. Məndə bilmirdim, bizə nə olacağın...
"Sənində, bizimdə səhvlərimiz oldu. Sənə qulaq asmadan, səni evdən atdıq. Sənsə bizdən Aydının ölümün gizlətdin. Bizim hər birimiz günahkarıq" dedi, Sabir.
Artıq bizim aramızda, böyük bir dağ yerləşmişdi. Mən o dağdan aşan deyildim. Nə də, onlar o dağı çıxan...
"Hər seyi bilməyiniz mənə yetər. Mən aylardı Aydının yasın tutdum. Yas tutmaq, növbəsi sizdədi... Mən gedirəm" dedim
Getməyim üçün irəli addımımı atdığımda, Akif qolumdan tutub məni saxladı. Bəzi seyləri, bağışlamaq olmurdu...
"Getmə... Getmə, Lena... Bizi tək qoyub getmə... Ayrı qaldığımız vaxtların bədəlini ödəmliyik. Bu gecə bizimlə qal" dedi
Gözümü qolumdan olan əlindən çəkib, Danielə zillədim. Daniel göz qapaqlarını açıb yumdu. Razı olmuşdu. Razı olmuşduda, mənim bir yanım razı deyildi...
"İstəyirsənsə qala bilərsən. Bütün günü söhbət edib, acınızı paylaşın" dedi, Daniel.
"Axşama qədər qalacam. Gecə gəlib məni apararsan"
"Niyə qalmırsan?"
"Qala bilmərəm... Mənim yerim sənin yanındı" dedim, ona kiçik təbəssüm edərək. Kimsəm, yoxkən O vardı...

(Sərdarın dilindən)

Günüm evdə necə keçirdi bilmirdim. Fikodan xoşu gəldiyini bildiyim gündən bu yana bir təhər idim. İçimdə bir yerlərdə bir seylərin qırıldığı dəqiq idi. Amma adını demək istəmirdim. Hər seyi bildiyimdən bu yana, Fiko ilə daha çox maraqlanırdı. Birlikdə çox vaxt keçirirdilər. Məndə hər seyi kənardan seyr edirdim. Otağımdan çıxıb, aşağı düşdüyümdə Lauranın mətbəxdə bir seylər ilə məşğul olduğunu gördüm. Mətbəxə yaxınlaşıb, soyducunun qapısını açdım. Nə axtardığımıda, hec özüm bilmirdimki...
"Özünü nə əziyyətə salırsan? Nəsə istəyirsənsə, de mən gətirim" dedi
"Lazım deyil. Çox şükür mənim öz əlim var. Öz əlimdən istifadə edirəm"
"Sən mənlə xoş rəftar etmirsən"
"Yaxşısı uzaq qalmağımdı"
"Nə oldu soyuq oldun mənə?" dediyində, soyducunun qapısını möhkəmdən örtüdüm. Hələ bir soruşurduda?
Ona tərəf dönüb, yanına gedərək "Fikodan xoşlanırsan, bunu bilə - bilə necə yaxın dayanım sənə?" dedim.
"Əvvəl necə idisə, indidə elə"
"Sən ancaq özünü düşünürsən! Mənim hisslərimi hec düşünmürsən!"
"Sənin hisslərində nə var ki?" deyə, verdiyi suala susub qaldım. Hisslərimdə, nə yox idiki...? Hər sey vardı. Amma hamısını yoxa çıxartmışdı...
Ona cavab vermək istəmədiyimdən, onun yanından ayrıldım. O isə mənim arxamca gəlib "Sualıma cavab ver" dedi. Məni qəsdən küncə sığışdırırdı...
"Hec nə yoxdu" deyə isyankar səsim ilə danışdığımda, qapının zəng səsi gəldi. Mənə xəbər etmədən, evimə kimi almışdılar?
Laura məndən cəld davranıb, qapıya tərəf özü yaxınlaşdı. Bu gündə hər işi edəsi, tərəfi tutmuşdu! Məndə onun arxasıyca getdim. Qapını gülər üzü ilə açdı. Qapı arxasında olan insanı görməyim iləsə, əsəbləşməyim bir oldu. Xəyalə bura hansı ürəklə gəlmişdi?! Laura ilə baxışdılar... Laura baxışlardan narahat olmuş olacaqki, kənara çəkilib qaldı. Onun kənara çəkilməsini fürsət bilib, qapının yanına keçdim. Xəyalənin qolundan tutub, evin yanından uzaqlaşdıra - uzaqlaşdıra "Sən mənim evimə necə əlini qolunu sallaya - sallaya gələ bilirsən?!" dedim. Həyitin ortasında, ayaqlarını yerə dirəyib getməməyə çalışdı. Əlimin altından qolunu xilas edib, "Mən bura danışmağa gəlmişəm. Əlimdə sənə aydiyyatı olan vacib məlumat var!" dedi. Nə məlumatı ola bilərdi? Məni aldadırdı!
"Sən mənim həyatımı yenidən qaralatmağa gəlmisən! Mən isə sənə hec acımadan, səni vura bilərəm!" dedim
"Can güvənliyimi qoru... Can güvənliyimi qorusan sənə çox vacib bir xəbər deyəcəm"
"Nə deyəcəksən?!"
"Söz ver. Söz ver, sonra sənə hər seyi danışacam"
"Əgərki, dediyin söz mənim üçün vacib olmasa sənin qanını bu evə axıdacam!"
"Dina. Dina adamlarından olan Rüfəti öz tərifinə keçirdib. Sənin xaricdən gələn mallarının üstünə çökmək istəyir. Mənidə sənin yanına, O göndərib. O qisas almaq ilə məşğuldu..."
"Sənə necə inanım hə?!"
"İstər inan, istərsəndə inanma. Malların oğurladığında, onsuzda mənə inanmaq məcburiyyətində qalacaqsan"
Edərdimi Dina? Niyə etməsinki... Onun sevdiyi adamı istəmədəndə olsa öldürmüşdüm mən. Bəlkədə, buna görə güclənmişdi. Daniel onu öz istədiyi canavara çevirmişdi...

(Dina'nın dilindən davam)

Gecə düşdüyündən Daniel məni evə gətirmişdi. Bu günü ailəmlə söhbətləşmişdik. Hər biri peşman olduğunu deyirdi. Mənsə peşmançılığı bağışlamayacaq qədər böyümüşdüm. Evə gələndən gözüm Xəyaləni axtarırdı. Bu gün Sərdarla görüşməli idi. Nə edib, etmədiyini bildikdən sonra yatmağı planlaşdırırdım. Mətbəxə keçib soyuq su süzərək, içməyə başladığımda mətbəxə Xəyalə daxil oldu. İçdiyim su boğazımda qalaraq, öksürməyə başladım. Hamamdan çıxmışdı. Başında dəsmal vardı. Bədəninidə başqa bir dəsmal ilə sərmişdi. Ortalıqda belə gəzirdi?!
"Üstündən xəbərin var sənin?!" dedim
"Var. Kor deyiləm"
"Get üstünə düzgün seylər geyin. Bu evdə tək yaşamırsan sən!"
"Su içməyə gəlmişdim. Gedib geyinəcəm"
"Get geyin. Suyunu sonra içərsən!" dediyimdə, mətbəxə Daniel daxil oldu. Daniel Xəyaləni görər görməz, əlini gözünün qarşısına tutub "Gözlərim qanadı. Mən səni belə görməyə məcbur idim?" dedim. Bu qız son həddini bu gün aşmışdı. Danielin yanına gedib, qolundan tutaraq "Gedirik. Otağa çatana qədərdə gözlərini açmırsan!" dedim. Xoşuna getdiyindən, gülmüşdü. Onu özümlə bərabər otağına gətirib, qapını bağladım. Əlini gözünün qarşısından çəkib gülməyə başladı. Özünü çarpayısına atıb uzanaraq "Sənin bu qısqancıqların gün gündən daha çox xoşuma getməyə başlayıb" dedi. Bu hələ qısqanclığımın başı idi!
"O qızı bu evdən qovursan!" dedim
"Qızı evdə saxlayan sənsən. Sən qov"
"O qız mənə iş üçün lazımdı. Mən qovsam itirə bilərəm. Sən bir bəhanə tap. Və onu bu evdən rədd et!"
"Məni yarı çılpaq qızlardan qoruyursan?" deyib, mənə göz vurdu.
"Daniel sən məni getdikcə əsəbləşdirirsən!"
"İstəyin təki bu olsun. Qovaram gedər. Onu qovduqdan sonra evdə baş başa qalarıq"
"Qalanda nə olacaq?"
"Bəlkə səni öpməyə fürsət taparam"
"İstədiyin olmayacaq!"
"Dodaqlarım dodaqlarına həsrət qalıb. Nə vaxt, qovuşduracaqsan onları?"
"Xəyaləni qovduğunda"
"Onda gedib indi qovacam" deyərək ayağa qalxdı. Onun ayağa qalxması ilə otağın qapısının açılması bir oldu. Otağın qapısını Xəyalə açmışdı. Və hələdə üstünə bir seylər geyinməmişdi.
"Demək məni qovacaqsan hə? Məni qovmamışdan əvvəl, sənə kiçik süprizim olacaq. O çox sevimli, əziz bacının harda olduğunu bilirsənmi?" dedi
Lauradan bəhs edirdi. Laura Norveçdə idi. Bizim bildiyimiz, Norveçdə...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri