Ağ Kəpənək (48-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 1845
Səs ver:
(səs: 0)
Daniel'in dilindən
Mənim bacım Norveçdə idi. Beynimi qarışdırmağa çalışırdı?
"Laura Norveçdədi. Sən nə çərənləyirsən?" dedim
Üzündə məğrur gülüş əmələ gəldi. Böyük keyif ilə güldü. Onun gülüşü səsi məni qıcıqlandırdı. Nə etməyə çalışırdı?
"Sən öz bacının harda olduğundan bir xəbərsizsən. Sənin çox sevimli bacın Sərdarın evində, Sərdarın yanındadı" dedi
Ola bilməzdi... Laura mənə Norveç nömrəsi ilə yazarkən, bu hec vaxt ola bilməzdi. Xəyalə məni özümdən çıxartmaq istəyirdi. Mən isə özümdən yalnız, ailəmə zərər gələndə çıxırdım. Başımı yellədib "Ola bilməz. Sənə inana bilmərəm" dedim
"Get. Get Sərdarın evinə. Bacını orda tapacaqsan" dediyində, əllərim ilə boğazına yapışdım. Kürəyini soyuq divarla birləşdirdiyimdə "Mən bacım etməz! Əgər yalan deyirsənsə, səni öz əllərim ilə boğacam!" dedim. Boğazını sıxdığımdan, boğulmağada başlamışdı. Bu isə mənim gözümdə deyildi. Belə bir seyin yalanı belə, məni özümdən çıxartmaq gücünə malik idi. Əlləri ilə əllərimi boğazımdan ayrımağa çalışıb, tənginəfəs şəkildə "Ya - lan, yaalan demirəm" dedi. Barmaqlarımı boğazına daha çox batırdım. Lauranın Sərdarın evində nə işi vardı?! Yoxsa Sərdar onu qaçırtmışdı?!
Əllərimi boğazından çəkdim. Öskürməyə başlayıb, nəfəs almağa çalışdı. Gözüm Dinaya sataşdı. Məni belə görmədiyindən, mənə çəkingən baxışları ilə baxırdı. Məndə canavara dönə bilirdim...
"Necə idi? Üzündə gözündə yara izləri vardımı?!" dedim
Başını yox mənasına yellədib "Yox idi. Əksinə üzündə gülüş vardı. Məni görəndə silindi" dedi.
Lauranın üzündə gülüşmü vardı? Mən bir sey başa düşə bilmədim. Başa düşməyim üçündə, Sərdarın evinə getməli idim.
"Mən gedirəm Dina. Mən gələnə qədər, bu qızı bu evdən rədd eləmiş ol. Əgər yalan demiş olsan, səni yerin deşiyində olsan belə tapıb, öz əllərim ilə boğub öldürəcəm!" dedim
Qapıdan çıxmaq istədiyimdə, Dina məni saxladı. İndi olmazdı, Dinam. Mən sənin qəlbini qırmaq istəmirdim...
"Mənidə gözlə. Mənsiz getmə. Başına iş açmağından qorxuram" dedi
"Qorxma. Lauranı alıb gələcəm"
"Amma Daniel..."
"Dina, israr eləmə" deyərək, ona yaxın dayanıb alınının ortasına bir öpücük qondurdum. Ondan güc almışdım. İndi sıra bu gücümü, istifadə etməkdə idi...
Maşını sürətli idarə etdiyimdən, Sərdarın evinə tez gəlib çatmışdım. Bacımın burda olması, düşüncəsi məni içdən içə məhv etməkdə idi. Maşını saxladığım kimi, maşından aşağı düşdüm. Qapıda qorumaları var idi. Qapıya yaxınlaşdığımda qorumalardan biri "Sərdar bəyə xəbər etməliyik" dedi. Belimə yerləşdirdiyim silahı çıxardıb, alının ortasına dayayaraq "Aç bu qapını. Yoxsa bu silahı alının ortasına yemiş olacaqsan! Mən özüm Sərdarı xəbərdar edəcəm!" dedim. Sol tərəfdə olan qorumalardan biri üstümə gəldiyində, silahı ona tərəf tuşlayıb "Nəyəsə cəhd belə göstərmə! O dəqiqə, həyatına son qoymuş olarsan!" dedim. Gözləri ilə əmr verib, çöl qapısını açdı. O qapını açar açmaz içəri keçdim. Nəylə qarşılaşacağımı bilmədən "Sərdar! Sərdar çıx çölə!" deyə yüksəkdən bağırdım. Gözüm ətrafda olan, hec bir qorumaları görmürdü. Evin qapısına yaxınlaşdığımda, qapını möhkəmdən döydüm. Qapı saniylər içində üzümə açıldı. Qapını açan Sərdar idi. Sərdarı görər görməz onu kənara itələyib, evə daxil oldum. Evə daxil olub "Laura hardadı?! Lauranı harda saxlayırsan?!" dedim.
Qonaq otağının ortasında idim. Amma burda hec kim yox idi.
"Laura burda yoxdu! Evimə belə gəlməyində hec düzgün deyil!" dedi
"Söydürmə düzünə, səhvinə! Mənim bacımı harda saxladığını de!"
"Yoxdu deyirəm! Yox sözün başa düşmürsən?!"
"Mən inanmıram sənə! Mənim bacımı hardasa saxlayırsan"
"Axtar evləri. Ürəyin rahatalaşacaqsa axtar" dediyində, qoluna bilərəkdən dəyib yanından keçdim. Piləkanlardan yuxarı çıxdım. Bir - bir otaqların qapısını açıb, içəri baxdım. Yox idi...
Sərdarda arxamca gəlməkdə idi.
"Daniel boşuna onu burda axtarma. Mən aylardı sənin bacını görmürəm" deyərkən, digər otağa daxil oldum. Otağa daxil olmağım ilə gözümü yumdum. Çünki, burnuma tanıdıq bir ətir dolmuşdu...
Ətiri bir az daha hiss etdikdən sonra, gözlərimi açdım. Çarpayıya tərəf getdim. Çarpayıya tərəf gedərkən, Sərdar "Burda da yoxdu görürsən. Çıx çölə!" dedi. Burda idi, hiss edirdim... Ya burda idi, ya da bu otaqda olmuşdu. Çarpayıya yaxınlaşıb, üstün kənara ataraq yastığın birin əlimə aldım. Yastığımı burnuma yaxınlaşdırıb, qoxusunu içimə çəkdim. Gül qoxurdu... Eynən, Laura kimi qorxurdu...
Qoxunu aldığım kimidə, əlimdəki silahı Sərdara tuşlayıb "Bacıma nə etmisən?! Bacımın yerini de. Yoxsa səni burda öldürərəm!" dedim. Mənim bacıma nə etmişdi...?
"Sərdar! Cavab ver mənə!" deyə, möhkəmdən qışqırıb, silahın tətiyini çəkdim. "Mənim zarafatım yoxdu!" deyərkən, birdən geyim dolabının qapısının açıldığını gördüm. İçindən, Laura çıxdı. Lauranı gördüyümdə, içimə bir ağırlıq daxil oldu. Mavi gözlərim, dəniz kimi doldu...
Onun burda olması, nə məna verirdi? Öz istəyi iləmi burda idi, yoxsa qaçırılmışdı?
"Onu öldürmə... Onun hec bir günahı yoxdu. Mən Norveçə getmədim. Sənə yalan dedim. Səni aldatdım. Sərdarın yanına gəldim..." dedi
Ən birinci əlimdən qorxusunu aldığım yatsıq düşdü. Ardından silahım əlimdə boşaladı. Oda yerə düşdüyündə, ona tərəf addım atmağa başladım. Bəlkə ilk dəfə idi, kar olmaq istəməyim. Ondan eşitdiklərim, məni öldürdü...
"Mən darıxdığımdan yastığını qoxlayıb ağlayarkən, şəkillərinə baxıb günümü keçirtməyə çalışarkən, yazışdığımız mesajları dəfələrlə oxuyarkən, səsinə həsrət qalarkən,
sən bu adamın yanında idin?!" dedim
Amma səsim o qədər aciz, o qədər cılız çıxmışdıki sanki, bir quyunun dibindən gəlirdi. Mənə əlləri ilə toxunmağa çalışarkən, geri atmağa məcbur oldum... Oysa, onu qucaqlamağı dəli kimi istəyirdim. O mənim can parçam idi. Mən bəlkədə, ata olmamışdım. Ancaq atalığın nə demək olduğunu onunla öyrənmişdim. Samuelə yaxşı qardaş olmazkən, ona göz bəbəyim kimi baxmışdım. Bu idimi qarşılığı...?
"Mən məcbur qaldım, Daniel... Son günlər üstümə o qədər çox gəlirdinki, məndə çıxış yolunu bunda gördüm. Bilirəm, çox səhv etmişəm... Mə-ən, mən deyəcəkdim sənə..." deyib, ağlamağa başladı. Bir damla göz yaşı üçün dünyanı dağıdan mən, indi sakit dayanmışdım. Gözlərini siləcəyim, barmaqlarımı qırmışdı...
"Nəyini əksik etmişdim? Bəlkə sevgim az gəldi sənə, hə?! Sənin üstünə, sevgim ilə gəlmişdim mən. Çox sevdiyimdən etmişdim. Səni bu adamdan qorumaq istəmişdim. Sənsə arxamdan iş çevirirmişsən. İndi nə edim mən?! Bu silahı onun beyninəmi, yoxsa öz beyninəmi sıxım?!" deyərək, məndən bir az aralıda olan silahımı aldım əlimə. Sərdara baxdım. Yenə bizim ailəni parça - parça etməyi bacarmışdı. Bu adamın dərdi nəydi mənlə? Niyə bitmirdi, mənə çəkdirdikləri...
"Mən bacına pis baxmadım. Onu incitmədim... Hər istədiyin yerinə yetirməyə çalışdım. Məndə çəkdiyim peşmançılığı, yox etmək istədim. Məni bağışlamasını, məni insan yerinə qoymasını... İstəklərim ilədə, qaldım Daniel. Onu bura gətirən, başqa səbəb var imiş. Və Laura səbəbinə qovuşmamış hec yerə getməyəcək" dedi, Sərdar
Səbəb nə idi? Ağılıma gələn təkcə, Fiko oldu. Fikoya görə ailəsini qarşıya almışdı? Nə bitməz, Fiko sevgisi idi...
"Fikoya görə? Ona görə burdasan? Ona görə mən bu qədər əziyyət çəkmişəm?!" dedim, Lauraya baxarkən.
"Ona görə... Ona görə, burda idim"
"İdin! İndi mənlə gedəcəksən. Sənlə evdə danışacam!"
"Gəlməyəcəm..."
"Gəlməyəssən?"
"Yox. Burda qalacam"
"Səni burda qalmağa qoymayacam! Sənin bu kapriz xasiyyətlərini yox edəcəm!"
"Mən hec yerə getməyəcəm, Daniel. Mənə bura yaxşıdı"
"Mənlə gələcəksən!" deyib, qolundan tutdum. Ona hər nə qədər əsəbi olsamda, onu burda qalmağa qoymayacaqdım. Mənlə gəlməli idi!
"Qolumu burax. İncidir!" dediyində, barmaqlarımı bir az boşaltmağa çalışdım. Ancaq onu arxamca sürükləyib, otaqdan çıxartdım. Qapının qulpundan tutub "Mən hec yerə getmirəm! Getmirəm..." deyə, qışqırıb ağlamasını şiddətləndirdi. Axı, səni bura bağlayan bu səbəb, qardaş sevgisindən dahamı üstün idi?
Onun bu halına içim acıdığından, əlimi qolundan buraxdım. İstəmirdi... Öz qardaşını istəmirdi...
Yəqin, az sevmişdim onu...
Gözümdən axan damlanı əlimin tərsi ilə silib "Sən bu gün, öz qardaşını öldürdün... Təbriklər, Laura..." dedim
Onu ardımda o vəziyyətdə qoyaraq, piləkanlardan sürətlə düşməyə başladım. Özümü evdən çölə atdım. Qalmışdı burda...
Buranı seçmişdi... Onu hər şəkildə burdan evə apara bilərdim. Ancaq canı yanardı... Onun canının yanmasındansa, mənim canımın yanması daha məslətli idi. Çünki, onun canı bir yansa mənim canım ona baxıb, daha çox yanardı...
Maşınıma minib, yola düşdüm. Özümü hiss etmirdim, sanki... Bütün hisslərimi öldürmüşdü. İçimə böyük ağlamaq hissi daxil olmuşdu. Ancaq özümü sıxırdım. Ağlamaq istədiyim yer, Dinanın qucağı idi. Onda rahatlıq tapacaqdım. Onunda məndən bir gün getdəcəyini, bilə - bilə...
Evə gəlib qapını açaraq içəri keçdim. Uzaqdan bitmiş kimi göründüyümü bilirdim. Dina, məni gördüyündə qabağıma qaçdı.
"Daniel, dəli oldum burda" dediyində, boynumu büküb ona baxdım. Artıq ağlaya bilərdim. Özümü bu qədər tutmağıma ehtiyyac yox idi.
"Onun yanında imiş... Və məni deyil, onu seçdi... Gəlmədi..." deyib, qollarımı Dinanın boynuna sardım. Gözümdən yaşların axdığını hiss etdiyimdə "Mən onu qoxusundan tanıyacaq qədər, çox sevdim. O, isə məni istəmədi..." dedim. Dinadan ayrılıb, gözümdən axşan yaşı silərək, divana tərəf keçdim. Divana əyləşdiyimdə, Dinada yanıma oturdu. Başımı sinəsinə yaslayıb "Doyunca, ağla..." dedi. Onun qoynuna daha çox soxulub, içimdən gələn ağlamaq hissini daha çox basdırmadan ağlamağa başladım. Aramızdaki bağ, qopmuşdu...
"Mən onunla atalığın nə demək olduğunu bilmişdim. Bacım kimi deyil, qızım kimi sevmişdim onu. Ata sevgisindən məhrum qalmasın deyə, ona bütün sevgimi vermişdim. Bu yaşıma qədər həyatıma qalıcı qadın salmamışdım. Birdən həyatımda biri olar, ona az qayğı göstərərəm. Onu az sevərəm, düşüncəsi ilə həyatımı yalnız keçirtmişdim. Sən demə, lazım deyilmiş... Bu qədər qayğı, bu qədər istək, boşuna imiş..." dedim
Dina məni özündən azca ayırıb, üzümə baxdı. Yanaqlarıma axan göz yaşlarımı əli silə sildi. Baş barmaqları ilə dodaqlarımın kənarına toxunub "Sənin ürəyini elə öpərəmki... O gözəl ürəyində, mənim üçündə yer var deyə özümü şanslı hesab edirəm" dedi. Ürəyimin içindəki, O idi... Amma onu itirməkdən qorxuduğumdan, ona sevdiyimi deyə bilmirdim. Ağlamağımı bir az dindirməyə çalışıb "Səni necə çox sevdiyimi bilirsən hə? Ancaq mən qorxaq biri olduğumdan sənə hec nə deyə bilmirdim..." dedim. Sevdiyimi dediyim üçün, üzündə xırda təbəssümlər yarandı. Bir qadınıda, gülümsətmək bu qədər asand idi...
"Məni sevirsən?" dediyində, başımı 'hə' mənasında yellədim. Onun gülüşünü gördüyümdə, ağlamaqdan yaş olan üzüm ilə ona gülümsündüm. Gözləri dodaqlarıma endi. Bunu gördüyümdə, dodaqlarımı bir birinə sürətərək isladmağa başladım. Dodaqlarım dodaqlarına həsrət idi. Həsrəti qovuşdurmaq isə mənim üçün ruhən imkansız...
"Həsrət qalan dodaqlarımız bir birinə qovuşsun?" dedi, gözləri hələdə dodaqlarımda olarkən. Başımı ona tərəf bir az daha yaxınlaşdırdım. Bu dodaqlarına dadına, o qədər çox baxmaq istəyirdimki...
Gözlərimi yumub aram - aram onun dodaqlarına tərəf irəllədim. Dodaqlarım dodaqlarına dəydiyində, dodaqlarımı aralayıb onu öpməyə başladım. Öpüşümə qarşılıq verdiyində, özümü günahkar hesab etdim. Onunla öpüşə - öpüşə, gözümdən yanağıma yaşlar axmağa başladı. Ona yalan deməyim, mənim həyatımın ən böyük səhvi idi. O isə göz yaşlarımın hansı səbəbdən axdığını bilmirdi. Çünki, bu öpüşümün qaynağı bir ehtiras deyildi. Bu öpüş mənim ilk məcburiyyətim, ilk yeniliyim idi. Ona yenilmişdim mən...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri