Ağ Kəpənək ( BÖLÜM 59)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 1518
Səs ver:
(səs: 0)
Gözümü açmağa başladım. Açıb ətrafa baxdığımda, bir xəstəxana otağında olduğumu gördüm. Pəncərə yanında isə arxası mənə tərəf olan Danieli gördüm. Hər seyi başa düşməyim üçün təkrar gözlərimi yumdum. Ən son, Danieli izlətmişdim. Bina evinə getmişdi. Qapını döymüşdüm. Qapını üzümə açan isə Aydın olmuşdu...
Bu yuxu deyildi. Bu həqiqət idi. Onu qarşımda canlı şəkildə görmüşdüm. Hər seyi bura qədər başa düşmüşdüm. Amma Danielin onun yanında olmasını, əsla. Danielin yaşadığını çoxdanmı bilirdi? Yoxsa əvvəlcədən bu işin içində oda vardımı? Bax, bu suallar mənim qanımı dondurdu. Başqa vaxtda olsaydı, ətrafı dağıdar hər seyi qırıb tökərdim. Ancaq hamilə olmağım, qızımın yolun gözləməyim mənim qarşımı kəsirdi. Ola biləcəyi qədər sakit davranmağa çalışıb, onunla hesablaşmaq üçün gözlərimi açdım. Bir az dikəlməyə başladığımda, Daniel üzü mən tərəfə döndü. Yanıma tərəf gəlib "Dinam... Mən çox qorxdum" dedi. Əlimdən tutmağa çalışdığında əlimi geriyə çəkdim. Hələ üzüdə vardı, mənə toxunmağa?!
"Cavab gözləyirəm səndən..." dedim, güclə danışaraq. Boğazımın ortasına yığılmış düyüm danışmağıma icazə vermirdi. Mavi gözlərini məndən qaçırtmağa başladı. Gözlərinin içində qırmızı yaranmışdı. Ağlamışdı... Bu ağlayış günahkar olduğundan idi?
"Aydın ölməmişdi... Biz ölürmüş kimi göstərdik. Komadan ayıldığında ilk mən getdim yanına. Ona mənim tərəfimə keç dedim. O, isə buna razı olmadı. İşə səni salmağımı istədi. Sən hec mənim ağılımda yox idin. Hər seyi, o başlatdı...
Məndə səni tanımadığım razı oldum. Mən hardan bilə bilərdimki, sonradan səni sevəcəm? İşin içinə eşq qarışdı. Hər seyin rəngi dəyişdi..." dedi
Eşitdiklərimi idrak etməyə çalışdım. Çünki, beynim bu sözləri başa düşməkdə çətinlik çəkirdi. Yəni, illərdi Aydın sağ imiş? Mən boşuna qisas, deyə - deyə özümü məhv etmişəm?!
"Mənə niyə yaşadığını demədin?!" deyib, uzandığım yerdən qalxmağa çalışdım.
"İlk əvvəl qorxdum... Səni itirəcəyimi düşündüm. Ancaq deməyi düşünürdüm" dediyində yaxasından yapışdım. O isə tərpənmirdi...
"Nə vaxt deyəcəkdin?! Qızının bir yaşı olanda?! Yoxsa birinci sinifə gedəndə?! Hə, de görüm nə vaxt deyəcəkdin?!" deyib, onu sirkələməyə başladım. Ona verdiyim ayıma, ilimə heyfim gəlirdi...
Susduğunu görəndə daha dəliyə döndüm. Çox yazıq etmişdi, bizə...
"Məni səni sevdim... Mən səninlə yatdım... Mən səndən hamilə qaldım... Bizim bir qızımız olacaqdı... Hecmi düşünmədin bizim gələcəyimizi? Gizlətməklə nə əldə etdiniz? Niyə mənə belə oyun oynadınız?!" dedim, qışqırıb ağlayarkən. Ağlamağım şiddətlənərkən əllərimdən tutub məni özünə tərəf basdıraraq "Çox peşmanam... Hər sey üçün peşmanam..." dedi. Ondan ayrılmaq istədiyimdə, məni özünə daha çox sıxdı. Həm yaram olmuşdu, həmdə yarama ən yaxşı gələcək dərman...
Ondan canımı qutara bilib ayağa qalxdım. Ona qarşı əsəbi idim. Həm ona, həm Aydına... Adını belə dilimə almaq istəmirdim, O insanın!
"O, əclafı çağır bura! Çağır onunla üzləşim! Məndən nə istədi, O?! Onun üçün canımdan keçirdim mən. O isə məni canımdan vurdu..." dedim
Sözlərimi dedikcə, qarnıma şiddətli ağrı daxil oldu. Sonradan məndə yaranan islaqlığı hiss etdim. Əlimi qarnıma yerləşdirib "Məni tək qoyma, qızım. Getmə məndən. Hec olmaya, sən getmə" deyib aşağı çökdüm. Daniel aşağı çöküb "Dina, Dinaa yaxşısan? Həkim çağırım?" dedi, ağlayaraq. Bu qədər seyi mənə yaşadıb, niyə ağlayırsanki, adam?!
"Qızımız gedir..." dedim, ağrı içində qovrularaq. Oda gedirdi məndən. Məndəki xoşbəxtliklər qalıcı deyildi...
Az sonra həkim gəlib müayinə etmişdi məni. Gələn qanın qarşısını, iynə ilə kəsmişdi. Ancaq qəti şəkildə əsəbləşməməyimi, stresdən uzaq durmağımı demişdi. Bu necə olacaqdıki? Qızıma görə, hər seydən keçim? Olanlarla indi üzləşsəm qızımı itirəcəkdim. Tək varlığım, O idi mənim...
Gecəni xəstəxanada qalmışdıq. Sabah olmuşdu. Bütün gecəni içim içimi yemişdi. Bundan sonra bizə nə olacağını bilmirdim. Danielin maşınına minib yola düşmüşdük. Amma ağızımı biçaq açmırdı. Pərişan olduğu hər halından bəlliyidi. Mən isə bu pərişanlığı bağışlayacaq qədər böyük ürəyə sahib deyildim. Mənə bir ildən çox idi, yalan danışılırdı... Həyatım yalan imiş mənim. Həmdə, ən başından bəri...
Evə gəldiyimizdə yuxarı otağıma çıxdım. Əlimə bir çamadan alıb, geyimlərimi içinə yerləşdirdim. Ailəmin yanına gedəcəkdim. Dina libası burda qoyub, yenidən Lena olacaqdım. Mənim daha burda işim yox idi. Çamadanımı hazırladığımda, Daniel otağa daxil oldu. Gözü ilk çamadana baxdı. "O nədi elə?!" dedi, mənim yanıma gələrək.
"Bu getmək deməkdi. Burda qalmayacam. Qalmağım üçün səbəbim yoxdu"
"Mənə qulaq asamdam hec yerə getməyəcəksən!"
"Assamda bir seylər dəyişməyəcək! Mən qızımın yaşaması üçün gedirəm"
"Getməyəcəksən! O bətnindəki körpə mənimdi. Mən hardayamsa oda orda olmalıdı. Məni qızımdan ayıra bilməzsən!"
"Səni qızına həsrət qoyacam!" deyib, sinəsindən itələdim onu. Çamadanı arxamca sürükləyib qapıya yaxınlaşıb, qapını açdığımda əlini qapıya vurub qapını bağladı. Onun tərəfə dönüb "İmkan ver, gedim!" dedim. Mənə yazıqca baxdı. Mavi gözlərə aldanmaq istəmirdim. Aşağı çökdüyünü gördüm. Qarşımda diz çökmüşdü... Əli ilə dizlərimdən tutub "Yalvarıram sənə getmə... Sən getsən, mən məhv olacam. Mən sənə hər seyi danışacam Dina... Hec olmaya mənə qulaq as" dedi. Susub qaldım. Başın qaldırıb mənə baxdığında "Danışım?" dedi. Yenə susdum. Hər seyi öyrənməyim nə dəyişəcəkdi? Nəticədə ortada böyük yalan vardı...
"Mən sənə demək istədiyimdə, qarşımı Aydın kəsdi. Aydın sənə qarşı olan sevgi hisslərinin yerinə, nifrər toxumları səpmişdi. Səbəbdə, Sərdarın sənə etdiyi təklifi göstərmişdi. Sevən insan, elə etməzdiki... Amma O, etdi... Məni çıxmaz yola salan, adam O oldu. Məndə səni sevdiyimdən hər seyə dözdüm. Mənim həyatımda ən gözəl sey sən idin. Sən gedəndən sonra mən yetim qalaram... İstəyirsən, bir evin içində iki yad insan olaq. Yataqlarımızı ayıraq, mənlə hec danışma. Ancaa bu evdın getmə. Qızımızı birlikdə böyüdək..." dedi, ağlayaraq. Göz yaşlarına qarşı içimdə mərhmət hissi yox idi. Məni bu cür edən insanda məhz özü idi. Yaratdığı canavar, ona mərhəmət etməyəcəkdi...
Onu ayağım ilə itələyib "Mənim həyatımda sənə yer yoxdu. Özünə mənsiz və qızımsız həyat qur!" dedim. Qapını açıb çölə çıxaraq, möhkəmdən bağladım. Sürətlə aşağı düşüb, evdən çölə çıxdım. Çöl qapısından çıxıb, yolda irəlləməyə başladım. Bir taksi tapıb minib gedəcəkdim. Məni hec nə yolumdan döndərə bilməzdi. Mən getdikcə, qarşıdan bir maşın gəldi. Gələn maşının içindəki insana baxdığımda olduğum yerdə qaldım. Aydın idi, içindəki...
Mənim məhv oluşuma baxmağa gəlmişdi? Danielin dedikləri düz idisə, Aydın kimisi üçün ağlamağa dəyməzmiş...
Maşını saxlayıb, aşağı düşdü. Yanıma tərəf gəlib "Gün işığı...." dedi. Gün işığı yox idi. Gün işığı, çoxdan sönmüşdü...
"Hər sey sənə görə oldu..." dedim, dik durmağa çalışıb. Qarşısında əzik kimi qalmaq istəmirdim.
"Bir qisası belə ala bilmədin sən..." dedi, məni ələ salmış kimi. Onun bu havasına dözə bilməyib, üzünə möhkəm şillə atdım.
"Sənin kimi şərəfsiz yer üzündə yoxdu hələ! İnsanda bir utanma olar! Arsız kimi keçmisən, qarşıma danışırsan hələ bil! Dua elə bətnimdə körpəm var. Yoxsa səni yaşatmazdım!" dedim
Əlini üzünə yerləşdirib, sırtıq kimi gülməyə başladı. İşə bax, öldü bildiyim adam diri - diri qarşımda idi!
"Səndə mən olmayanda boş durmamısan. Mən səni yanaqdan öpəndə, utanardın. Danieldən uşaq peydahlamısan" dedi
"Sənin dilini qopardaram! Körpəmə dil uzada bilməzsən!" deyib, çənəsinin altından yumruğumu keçirtdim. Yaşadığım yalan həyatı, yeni həqiqətlər ilə yaşamaq ağır gəlmişdi. Ancaq dayanmalı idim. Dayanacaq gücü özümdə tapmalı idim. Yenidən ağlaq qız olmaq istəmirdim...
Bu dəfə əli ilə çənəsinin altını tutdu. Üstümə gəlmək istədiyində, qarın boşluğuna bir - iki təpik keçirtdim. "Cəhənnəm ol həyatımdan, Aydın... Elə bir yerə getki, gözüm görməsin səni... Yoxsa, bu dəfə həqiqətən ölərsən!" deyib, dizinədə bir təpik daha atdım. Çamadanımı alıb, onu orda qoyaraq yola düşdüm. Yolun başında taksiyə mindim. Hər seydən uzağa qaçıb, gedəsim vardı...


Ps. Yarım finala son bir bölüm
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri