Ağ Kəpənək ( BÖLÜM 60 FİNAL)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 2346
Səs ver:
(səs: 0)
Dina'nın dilindən
O gündən sonra, təməlli ailəmin yanına qayıtmışdım. Və o günlərim, artıq bir neçə ay olmuşdu. Bu neçə ay ərzində, özümü onlara yük hesab etməyə başlmışdım. Çünki, sağlıqlı düşünə bilmirdim. Hər gecə yatanda kabus görüb, yuxudan ayılırdım. Dəli olmağa doğru gedirdim. Tək bildiyim sey, qızımın dünyaya gələcəyi idi. Səkkiz aylıq olmuşdu. Ərkən doğuş, riskim böyük idi. Qızımı, səkkiz aya çatdırmağım özü bir möcüzə idi. Yenə dilimin altında, Bakı mahnısı mırıldanırdı. Mənim hekayəm, məhz bu mahnı ilə başlamışdı. Bakı, mənə hec düşməmişdi. Həmdə, heç...
Bu gün səhərdən ağrılarım, baş qaldırsada özümü hec nə olmamış kimi aparmağa çalışırdım. Mənə görə, Akifgilin fikir çəkməsini istəmirdim. Özümlə bərabər onlarıda öz bataqlığıma sürükləmişdim. Onun üçün, Fiko ilə görüşmək adına evdən çıxmışdım. Tək görüşdüyüm insan, O idi. Bəzən qarşıma Daniel çıxardı. Onu bağışlamağımı istəyərdi. Mən isə özümə onlarsız həyat qurmağı seçmişdim. Bu qədər yaşadığım hadisədən sonra təkrar onlara necə güvənə bilərdim? Güvənim itmişdi...
Daniel ilə yanaşı bəzəndə, qarşıma Aydın çıxardı. Aydını gördüyümdə, özümdən çıxırdım. Və mənə psixoloji şiddət göstərirdi. Məndən nə istəyirdi, bilmirdim. Nəyin haqq hesabın edirdi? İstəyi nə idi? İstəyi, məni dəli etmək idisə bacarmışdı. Mən tam bir dəli olmuşdum. Öz özümə danışırdım. Bu o qədərdə qorxulu deyildi. Ancaq mən, həm öz özümə danışır həmdə özümə cavab verirdim. Hər zaman arxamda kiminsə olduğunu düşünürdüm. Həkimdə vəziyyətimin yaxşı olmadığını deyirdi. Kim olsa, ağılını itirərdi... Məndə itirmişdim...
Yolun kənarında dayanmışdım. Fiko məni burdan alacaqdı. Uzaqdan onun maşının gəldiyini gördüm. Maşını tam mənim yanımda saxladı. Qapını açaraq, maşına mindim. Məni gördüyündə, gülümsünüb "Lena, günü gündən gözəlləşirsən" dedi. Gözəlləşmirdim. Əksinə solurdum...
Maşını işə salıb yola davam etdiyində "Gözün zəifləyib sənin" dedim.
"Niyəki?"
"Özümü yaxşı hiss etməyim üçün, mənə gözəl demə. Çökdüyümün fərqindəyəm"
"Yox sən çox gözəlsən. Gözəlliyinə gözəllik qatanda, qızındı. Məsələni, başqa yerə çəkmə"
"Yaxşı, sən deyən olsun"
"Necəsən bu gün?"
"Hər zamanki kimi..."
"Yorğun, hissiz və ruhsuz?"
"Düz bildin" deyib, ona bu dəfə mən gülümsədim. Ailəmlə qalsamda, mənim ən böyük dəstəkçim Fiko idi. Pis günün, dostu idi O. Pis günümdə də, əlimdən O, tutdu...
İndidə təmiz hava alım deyə, məni dənizə aparırdı. Dəniz havası mənə yaxşı gəlirdi. Azda olsa rahatlıq tapırdım. Fikonun özüdə yaxşı deyildi. Sərdarla əvvəlki araları yox idi. Sərdarın başı Lauraya qarışdığından, onu yaddan çıxartmışdı. Həmdə, mənimlə gəzməsini istəmirdi. Lakin, Fiko ona əhəmiyyət verməmişdi. Bütün gün mənlə idi. Dənizə gəlmişdik. Sahilində oturub, ləpələri seyr edirdim. Fiko isə, əlinə qumları alıb tökməklə məşğul idi. Payız olduğundan, ətrafda kimsə yoxdu. Fikoya dönüb baxdığımda, göz gözə gəldik onunla. Baxışlarını məndən ilk, O çəkdi.
"Nə vaxt düzələcəksən sən? Bu gün sabah, qızın dünyaya gələcək. Yaxşı olmalısan" dedi.
"Elə bilirsən mən yaxşı olmaq istəmirəm? Ancaq beynimin içi hec susmur. Mənim yaxşı olmağımı istəmir. Nə də, mən bu şəhərdə hec vaxt yaxşı olmayacam"
"Niyə getmirik burdan? Gəl ikimiz, çıxıb gedək"
"Mənə görə hər seyindən əl çəkərsən?"
"Sənə görə deyil, sizə görə... Sən və qızına üçün hər sey edərəm mən" deyərək, əlini yumru bətnimə uzatdı. Əlini bətnimə yerləşdirib, oxşamağa başlayaraq "Məndə Bakıda yaşamaq istəmirəm. Bakı, bizə hec düşmədi. Kimimiz varki burda? Bizim bir birimizdən başqa hec kimimiz yoxdu. Gəl gedək, özümüzə sıfırdan həyat quraq. Qızınada sahib çıxacam" dedi. Əli hələdə bətnimin üstünü oxşamaqda idi. Əslinə qalsa, məndən burdan getmək istəyirdim. Məni saxlayan bir sey yox idi. Amma, Danielin məni rahat buraxmayacaq fikiri ağlımdan çıxmır və qarşımı kəsirdi.
"Tutalım getdik. Özümüzə həyat qurduq. Qızımı böyütməyə çalışdıq. Bunların hamısı oldu. Ancaq, qarşımıza bir gün Daniel çıxdı. Onda nə edəcəyik? Danielin qızını istədiyini bilirsən. Arxamızca gələcək. Rahat yaşaya bilməyəcəyik" dedim
"Bizi tapa bilmədiyi yerə gedərik. Şərt o deyilki, yeni şəhərə köçək. Köçərik rayonların birinin kəndinə. Bir müddət elə yaşayarıq. Sonra üzə çıxarıq"
"Səncə elə olar?"
"Olar niyə olmur"
"Olarsa, gedək..." dedim, təbbəsüm edib. Burdan çox uzağa gedək. Məni nə Daniel tapsın, nə də qarşıma Aydın çıxsın. Dözə bilməyib, onu qucaqladım. Oda məni qucaqlayıb "Hər sey gözəl olacaq demirəm. Hər sey çox fərqli olacaq, deyirəm" dedi. Nə gözəl, söz idi.
Ayrılıb, başımızı bir birinə yaslayaraq dənizi seyr etməyə başladıq. Fiko mənim üçün çox başqa idi. Onunla çətin yollardan keçmişdik. Hələdə keçməyə davam edirdik...
Dəniz kənarından çıxmışdıq. Evə piyada yol gəlmək istədiyimdən, Fikonun maşınından yarı yolda düşmüşdüm. Tək gedirdim. Gedirdimdə, arxamda yenə kiminsə olduğunu düşünürdüm. Hər dəfə arxaya çönüb baxanda, hec kimin olmadığını görürdüm. Görüb, rahatlaşırdım. Bu dəfədə rahatlaşmağım üçün, dayandım. Çönüb arxama baxdım. Amma, bu dəfə arxamda adam vardı. Kim olduğun tanımırdım. Ancaq qara kostyum geyindiyini gördüyümdə, mafia adamlarından birinin olduğunu başa düşdüm.
"Nə istəyirsiz məndən?!" dedim, qorxumu bəlli etməməyə çalışaraq. Pencəyinin kənarını yuxarı qaldırıb, silahı göstərərək "Sakitcə, mənimlə gəlirsiz. Yoxsa meydin, bu asfaltda qalacaq" dedi. Kimin mənlə nə işi ola bilərdi? Silahı olduğundan, qarşı gələ bilməyib razılıq əlaməti verdim. Yol kənarında dayanan qara rəngli maşına minib yola düşdük. Hara aparırdılar məni? Kimin adamları idilər? Qızımın içəridə narahat olduğunu, atdığı təpiklərdən hiss etdim. Oda mənim kimi, qorxurdu...
Düzənlik bir yerdə dayanmışdı maşın. Ətrafda kiçik bir məkan vardı. Məkanı gördüyümdə içimə qorxu daha çox işlədi. Mənə nəsə etməzdilər hə? Qorxumda özümə görə deyildi. Qızıma görə idi...
"Məni bura niyə gətirmisiz?!" dedim, sakitliyimi pozaraq.
"Biz əmiri yerinə yetirmişik!" dedi, qolumdan tutan adam. Məni arxasıyca sürüklədi. Dəmir qapını açıb, içəri saldı məni. İçəri keçdiyimdə, uzaqda olan Aydını gördüm. Oda bu işlərin içinə qoşulmuşdu? Yanında əvvəldən tanıdığım mafia adamlarından biri Şərif vardı. Və onun bir neçə adamları...
"Gəl, gəl yadlıq çəkmə" dedi, Aydın gülərək. Mənə nəsə etməzdi, hə? Bir sey etmiş olsaydı, qızımı itirəcəkdim. Adımlarımı yavaş - yavaş ataraq, ona tərəf gəldiyimdə "Sən məni görməzdən gəldiyindən, məndə səni qaçırtmaq məcburiyyətində qaldım" dedi. Mən addımı saxladım. O, gəldi yanıma...
"Kaş" dedim, gözünün içinə baxa - baxa "Kaş, o gün sənin ölümünü seçmiş olsaydım... Sən hansı ara belə bir insana dönüşdün? Mən səni tanıya bilmirəm, Aydın... Bəs deyilmi, mənə çəkdirdiklərin?!" dedim. Az əvvəl üzündə olan arsız ifadə silindi. Onun yerini qatı kin aldı.
"Mənim belə adama dönüşməyimin, səbəbkarı sənsən!" dedi
"Nə etmişəm mən?! Mən sadecə, səni sevmişdim..."
"Sevmişdin?! Sevsəydin, qarnındakı uşaq olmazdı... Sənsə, məni sevməyəcək qədər alcaq ruha sahib imişsən!"
"Tək dərdin, mənim uşaq sahibi olmağımdı?!"
"Həə... O uşağın dünyaya gəlməsini istəmirəm"
"Gülməli danışma! Burax məni gedim. Sənin sözlərinə, dözə bilmirəm!"
"Getməyəcəksən. Daniel bura gəlməmiş, getməyəcəksən"
Danielmi? Danieli bura gətirərək nə etmək istəyirdi? Nəydi məqsədi?
Mən suallarımı düşünərkən, dəmir qapı açıldı. Çönüb arxama baxdım. Daniel idi. Ondan bir saniyə belə olsun ayrı qala bilməyən mən, günlərdi onu görmürdüm... Bir birimizə həsrətlə baxdığımızda, "Dinanın nə işi var burda?!" deyə, yüskək səslə bağırdı. Yanıma iri addımlarla gəlib, məni arxasına alaraa ətrafa göz gəzdirməyə başladı.
"İndidə Şərifə işləyirsən?!" dedi
"Güclənmək üçün, hər yola əl atdım. Bundan sonra növbə məndədi"
"Nə edə bilərsənki sən?!"
"Qızını sizdən ala bilərəm" dediyində, Daniel hər iki əli ilə onun boğazına yapışdı. "Səni öldürürəm, Aydın! Səni diri - diri torpaq altına basdıraram! Səni qurda quşa yem edərəm!" dedi. Aydın isə özünü rahat aparırdı. Danielin onun boğazını sıxdıqca, arxadan iki adam gəlib qolumdan tutdu. Ağlamış kimi çıxan səsimlə "Daniel..." dedim. Əlini Aydının boğazından çəkib mənə tərəf döndü. Qolumu tutan iki adamın üstünə gəlmək istədiyində, onu başqa adamlar tutdu. Mənim qolumdan tutan adamlar isə məni aşağı yerə çökdürdülər. Danieli adamların əlindən canını qutarmağa çalışıb "Aydın, ağılının ucundan belə keçirtmə!" dedi. Aydın isə aşağı onun yanına çöküb "Lenaya indi, dejavuya yaşadacam" dedi. Deməsi ilədə, yanındakı adamlara göz işarətini vurdu. Adamların biri ən birinci dizimə təpik vurdu. Məndə yerə yıxıldım. Nə etmək, istədiklərini başa düşüyümdə, qollarımla qarnımı sardım. Növbəti zərbələri qarnıma dəydi. Beləcə, hec acımadan məni vurmağa başladılar. Qulağıma gələn, tək səs isə Danielin qışqırışı oldu. Bu qışqırış məni keçmişə apardı. Sərdar bizi belə bir yerə kilitləmişdi. Mən Aydına görə ona yalvarmışdım. İndi isə, mənə görə Daniel Aydına yalvarırdı...
(Daniel'in dilindən)
Gözümün qarşısında Dinanın canı yanırdı. Mənimsə əlimdən hec nə gəlmirdi. Birinci dəfə idi, bu cür yenilirdim. Zərbələr ona hər dəydikcə, canımdan can qopurdu. "Bəsdi! Bəsdi, Aydın! Sənin etdiyin vəhşilikdi!" dedim, onun üzünə baxarkən. Məni tutan adamların əllərindən xilas olmağa çalışırdım. Ancaq alınmırdı. Aydın yanıma çöküb gülərək "Sərdar yatmadı onunla. Sərdarın yarım qoyduğu işi sən tamamladın. Yatağına, aldın Dinanı. Oda hamilə qaldı. Qızınız olacaqdı... Olmayacaq" dedi. Bütün vəhşiliyi buna görə idi. Onunla bərabər olmağıma görə. Hisslərimə vaxtında sahib çıxmağı bacarmadım. Məsafə qoydum olmadı. Yaxında dayananda, yandım...
"Aydın hər nə istəyirsənsə edəcəm. Dediyin hər seyə razı olacam. Dinanı vurmayın... Onun daha çox dayanmağa gücü çatmayacaq" dedim, gözüm Dinanın üstündə olarkən. Heyvan kimi vururdular. Kaş məni vursalar, ona toxunmasalar...
Aydın əlini yuxarı qaldırıb "Hələki, dayanın" dedi. Deməsi ilə təpiklərini saxladılar. Dinanın halsız vəziyyətini gördüyümdə, gözümdən yaş yanağıma süzüldü. Onunda bir gözü mənim üstümdə idi. Gözümü ondan çəkməmə, Aydın səbəb oldu. "Hər nə istəsəm, edəcəksən?" dedi, əylənmiş kimi.
"Edəcəm... Yetərki ona dəymə" dedim
"Özünü öldür desəm, öldürərsən?"
"Söz versənki, onu xəstəxanaya çatdıracaqsan öldürərəm"
"Yəni, ölümü gözə alarsan?"
"Aydın, sən məni yaxşı tanımamısan... Mən sevdiyim insanlar üçün hər sey edərəm"
"Yaxşı. Sənə silah verirəm. Səndə silahla beynini partladırsan" deyərək, qalxdı ayağa. Dina ilə göz gözə gəldiyimdə, yerdə yatan halı ilə başını, olmaz mənasında sağa - sola yellədi. Qolumdan tutan adamlar, məndən əl çəkdiklərində sürünərək Dinanın yanına gəldim. Başını dizimə yasladığımda, zəif çıxan səsi ilə "Qəbul etmə, Daniel..." dedi. Bətninin üstünə yerləşdirdiyi əlinin üstünə, əlimi qoyub sıxaraq "Sənin və qızımın yaşaması üçün hər sey edərəm mən. Bu canım bahasına olsa belə..." dedim. Başqa çarəm yox idi. Qəbul etməsəm, vurmağa davam edəcəkdilər. Onun yanağına axan göz yaşın əlim ilə sildiyimdə, Aydın mənə bir silah uzatdı. Bir Dinaya baxdım, birdə silaha. Silahı əlimə aldım.
"Bir dəqiqə vaxtın var. Yoxsa Dinanı döyməyə davam edəcəm" dedi
Hec düşünmədən, silahı öz beynimə tuşladım. Nə Samueli düşündüm, nə Lauranı... Düşündüyüm tək sey, qızım oldu. Gözlərimi yumub, tətiyi çəkdim. Dina əlimi möhkəmcə tutmuşdu. Ölərkən, onun yanında olacaqdım. Son nəfəsdə belə, onu sevəcəkdim...
Çəkdiyim tətiyi buraxdım. Qulağlıma çık, səsi gəldi. Ölməmişdim? Gözümü açıb ətrafa baxdığımda, Aydının dəli kimi güldüyünü gördüm.
"Silahın içi boş idi. Doğrusu, cəsarətinə heyran qaldım" dedi
O mənim bütün əsəblərimlə oynayırdı! Boş silahı yerə atıb "Oyun oynayırsan?! Oynayırsansa, tövsüyə etmirəm! Mən səni öldürməmiş, sən öldür məni!" dedim.
"Öldürsəm, kimlə oynayacam? Sizi yaşadacam. Yaşadıqca, öləcəksiz... Bu günlük, bu qədər tamaşa bəsdi. Gələn görüşlərə qədər" deyərək, yanımızdan keçib getdi. O gedərkən, adamları onun arxasıyca çıxdı. Ətrafın boşaldığını gördüyümdə, Dinanı qucaqlayıb "Dayan, birdənəm dayan. İndi səni xəstəxanaya çatdıracam" dedim. Onu qucağıma almağa çalışdım. Həm özüm taqətdən düşmüşdüm, həmdə O...
Qucağıma alıb, birtəhər ayağa qalxdım. Addımı atdıca, gücüm tükənirdi. Amma güclü olmalı idim. Vaxtım az idi. Gec qalsaydım, qızımızı itirmiş olacaqdım...
Məkandan çıxıb, onu maşının arxa oturacağına uzatdım. Kənara çəkilmək istədiyimdə, əlimdən tutub məni saxladı. Danışa bilməsədə, dodağınıb altında "Bizə görə, az qalsın ölürdün... Bir daha belə sey olsa, ölməyi seçmə. Özümdən bilirəm... İnsan seçim edərkən, yanılır..." dedi. Nəyi qəsd etdiyini bilirdim. Oda Aydının yaşaması üçün, ölümü gözə almışdı. Ona cavab verməyib, maşına mindim. Maşını işə salıb, sürətlə xəstəxanaya sürməyə başladım. Dina ağrılar içində qıvrılırdı. "Bir azda döz, çox az qaldı çatdırıq..." dedim, onu nəyəsə inandırmaq istəyirmişcəsinə. Ancaq hec nəyə inanım qalmamışdı. Bulanıq gözlərim ilə maşını idarə edirdim. Sürətlə sürdüyümdən, xəstəxanaya tez çatmışdıq. Dinanı əməliyyata almışdılar. Mən isə əməliyyat qapısı kənarında gözləyirdim. Kürəyimi soyuq divarla birləşdirmişdim. Dizlərimi özümə çəkib, içimdə dua edirdim. Əgər qızıma bir sey olacağı var idisə, Dinaya bir sey olmasın...
Tək başıma xəstəxana dəhlizində gözlədim. Zaman keçib, getmək bilmirdi. İçərdə nə baş verdiyini bilmirdim. Çarəsizcə gözləmək, məni dəli edirdi. Bu dəqiqə tək düşündüyüm sey, onların canı idi. Birdə Aydının alacağım, canı...
Əməliyyat qapısının açıldığını gördüyümdə, tez qalxdım ayağa. Həkim qapıdan çıxdığında "Dina necədi?" dedim. Birinci dəfə idi, bir sualın cavabı məni yaman həycanlandırmışdı.
"Qorxmayın. Hər sey nəzarətimiz altındadı. Dinada sağlamdı, qızınızda. Bəxtiniz onda gətiribki, qızınızın ciyərləri vaxtında açılıb" dedi.
Həm sevincin həmdə rahatlığın verdiyi hiss ilə göz yaşlarımı tuta bilmədim. Qızım hər seyə inad, dayanmışdı. İndidən güclü olduğu bilinirdi. Əməlliyatxananın qapısı yenidən açıldı. Bu dəfə, tibb bacısı qucağında uşaq ilə çıxdı. Mənim yanıma gəlib, qızımı qollarım arasına verdi. Çox balaca idi... Çox... Onu ehmalca tutmağa başlayıb, kiçicik alının üstünə dodaqlarımı basdırdım.
"Xoş gəldin, qızım... Həyatımıza, dünyamıza xoş gəldin. Səni atan çox sevir" dedim, onun balaca üzünə baxarkən. Onu ilk gördüyüm andan, ona aşiq oldum. Kürən idi qızım. Narıncı saçları vardı. Hec bənzəməmişdi bizə. Bəlkə, gözlərin məndən alacaqdı? Gözləri yumulu olduğundan göz rəngini görə bilmədim. Olsun, yenədə qızım çox gözəl idi...
Dinanı otağa çıxartmışdılar. Saatlar sonra özünə gəlmişdi. Qapını döyüb otağına daxil oldum. Hələdə hec kimə xəbər etməmişdim. Yanına gəldiyimdə "Qızımız, yaşamağı seçdi..." dedim. Üzümə baxdı. Dinmədi. Haqqı var idi.
"Çox gözəldi... Narıncı saçları var. Kürəndi" dedim, qızımızdan ona bəsh edərək.
"İlk və son görüşün olacaq" dedi, ciddiyətlə.
"Əməliyyatdan yeni çıxmısan. Bu mövzu haqqında danışmayaq. Yeri və zamanı deyil"
"Sən yenədə dediyimi qulağında sırğa elə"
"Məni qızımdan ayıra bilməzsən"
"Sən elə düşün..." dediyində, ciddi olduğunu gördüm. Məni qızımdan ayıracaqdı...
Günlər keçmişdi. Dinanı xəstəxanadan çıxardıb, evə aparmışdım. Hər kəs onun yanında idi. O, isə hec kimi görmək istəmirdi. Qızımızda dünyaya gəldi, yenə bağışlamadı məni. Bu küslük, bu qırğınlıq aramızda böyük uçurum yaratmışdı. Gəlsəmdə, getsəmdə, ona tərəf addım atsamda hec nə düzəlmirdi. Bu gündə Akifdən xəbəri gəlmişdi. Gecə yarısı, evdən çıxıb və bir daha geri qayıtmayıb. Nə təsadüfdüsə, Fikoda itmişdi. Fiko ilə getdiyini düşünməmək, ağılsızlıq olardı. Mənə, hər seyi at mənimlə gəl desəydi, hər seyimi arxada qoyub onunla gedərdim. O, isə yanında Fikonu istəmişdi. Qızımla məni bir birimizdən ayırmışdı...
2 AY SONRA
Laura ilə bərabər qonaq otağında oturmuşduq. Məndə çökmüşdüm, oda çökmüşdü. Bu gün Şahinin ölüm xəbərini almışdı. Şahində əbədiyyata qovuşmuşdu. Mənim isə ağılım qızımın yanında idi. Bu iki ayda hər yeri axtarsamda, onları tapa bilməmişdim. İki ən güclü mafia adamı gizləndiyində, tapmaq olmurdu. Qızımsız, hər sey boş və mənasız gəlirdi mənə. Bir tərəfdəndə, Lauranın Sərdar sevdası məni lap boğaza yığmışdı. Laura ona şans vermirdi. Lakin, Sərdar bizim evin ətrafından əl çəkmirdi.
"Yenə onu düşünmə" dedim
"Sərdarla sonumuz necə olacaq görəsən?"
"Olmayacaq. Mənə bax, dərs çıxar. Sevgi işləri bizlik deyil"
"Biz bir birimizi sevirik. Ancaq onun keçmişdə etdiklərini, ürəyim bağışlaya bilmir"
"Bizdə bir birimizi sevirdik... Amma indi paramparçayam"
"Dina, hec düz etmədi sənə qarşı. Fiko ilə qaçıb getdi"
"Səhvin var. Fiko ilə qızımı götürüb, getdi..." dediyimdə, qapı döyüldü. Qapıya özüm baxdım. Qapını açdığımda, qarşımda Sərdarı gördüm. Bir sən çatmışdırdın!
"Nə var? Niyə gəlmisən, bu saatda evimə?" dedim
"Laura ilə danışmalıyam"
"Laura, yatıb!"
"Yalan demə. Laura bu saatda yatmaz"
"Bacımı məndən yaxşı tanıyacaqsan?" deyərkən, Sərdarın gözünün arxaya baxdığını gördüm. Dönüb arxama baxdığımda, Laura yanıma gəlmişdi.
"Nə danışacaqsızsa, gözümün qarşısında danışın!" deyib, kənara çəkildim. Sərdar evə daxil olub qapını bağladı. Qonaq otağına qədər gəldi. Laura axırki dillənə bilib "Gəliş səbəbin nədi?" dedi.
"Gəliş səbəbim sənsən. Yəni bizik"
"Sənə özünü boşuma yoruma demişdim. Bizdən bir sey alınmaz"
"Mən əvvəlki adam deyiləm. Bunu sənə daha nə qədər deyim? Pis işlərin hər birindən uzaqlaşmışam. Qara olmaq istəmirəm... Bir mafiya deyiləm daha... Sənə görə, hər seydən əl çəkdim mən. Səndə gəl, mənə şans tanı"
"Sərdar bu o qədərdə asand deyil" dediyində, Sərdar Lauranın əllərindən tutdu. Gözümün qarşısında, bacımın əlindən tuturdu...
"Sən mənə şans tanımasan, mən öləcəm... Sevgin məni öldürəcək... Səni nə qədər çox sevdiyimi, gör Laura..." dedi
Lauranın gözləri məni tapdı. Gözlərində gördüyüm bulanıqlıq onun yumşalmasına işarət idi. Bu qədər tez yumşalmışdı? Bu qədər deyərkən, Sərdar aylardı Lauraya yalvarırdı. Bəs o gün, bu gün idimi?
"Sərdar... Məndə, səni çox sevirəm... Dahada, bunu gizlətməyəcəm" deyərək, əllərin Sərdarın əlindən alıb, onu qucaqladı. Bu qovuşmaq demək idi? Onların qucaqlaşmasın seyr etmək istəməyib, başımı aşağı saldığımda qapı yenidən döyüldü. Bu dəfə gələnimiz kim idi? Şahin dirilib gəlməzdi hə? Addımlarımı atıb qapıya yaxınlaşdım. Qapını açar açmaz, yerdə uşaq səbətinin olduğunu gördüm. İçindədə, qızım vardı...
Qızımı kim qapı ağızına gətirib qoymuşdu? Aylardı üzünü görmədiyim qızım, qapı ağızımda idi. Aşağı əyildiyimdə üstündə not gördüm. Gözüm yaşarsa belə, notu əlimə alıb açdım. İçində eynən belə yazılmışdı...
"Qızını sənə gətirdim. Səninlə böyüməsi, daha düzgün olacaq. Məni axtarma...
İmza: Sənin canavarın"
Oxuduğum məktuba gözlərim inana bilmədi. Əllərim əsməyə başladı. Özümdən aslı olmadan piləkana oturdum. Qızımı mənə vermişdi? Özü niyə getmişdi? Cavabsız idi suallarım...
Qızımı aldım qucağıma. Çəkdiyim həsrəti, onu bağrıma basmaqla yatışdırmağa çalışdım. Mən qızımın anasın, ilk dəfə daş hasardan bağçaya atılanda görmüşdüm. O günü, hardan biləydimki, ilk dəfə gördüyüm adamın həyatımda böyük yer ediləcəyini? Həmdə elə böyük yer edinmişdiki, mənə qızımı bəxş etmişdi. İndi isə ondan geriyə mənə sadecə, qızım və xatirləri qalmışdı...

Davam edən, Son... (Ardı var)

Ps. Ağ Kəpənək hekayəsi, burda bitir.
Hekayənin, ardı isə "Danielin Gündəliyi" hekayəsində paylaşılacaq. O hekayədə, yarım qalan suallara cavab tapılacaq. Və hekayə, 7 il sonradan bəsh ediləcək. Oxuduğunuz üçün təşəkkülər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri