Gecikdim. (2-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 940
Səs ver:
(səs: 3)

 Küçəyə çıxmağı ilə başına nə isə dəydi. Yıxılmamaq üçün özünü güclə saxladı. Gülüş səsləri yüksəldi. Aynur acıqla başına dəyən topu oyunçulara tərəf atdı. Oyunçulardan biri:

- Kənan. Məhləyə yeni gələni əla salamladın” Deyib daha da bərkdən gülməyə başladı. Aynur çevrilib Kənan deyilən oğlana baxdı. Bu qara, boyu o qədərdə hündür olmayan şirin bir oğlan idi. Əyninə Ronaldonun köynəyini geyinmişdi. 14-15 yaşdan yuxarı yaş vermək olmazdı. Aynur əsəbini saxlaya bilməyib qışqırdı;
- Heç olmasa geyindiyin formadan utan futbolun üz qarası.
Sözünü deyib marketə getdi. Çörək alıb qayıtdıqda futbol hələ də davam edirdi. Amma Kənan orda deyildi. Aynur yeməyini yedikdən sonra, axşama qədər evdə səliqə səhman yaratdı. Karobkalarda olan paltarlarını, kitablarını, əşyalarını yerləşdirdi. Yeni qonşunu görmək üçün qapını açıb içəri boylanan həyətin 1 yaşdan tutmuş 90 yaşa qədər sakinlərini nəzərdə tutmasaq gün maraqsız keçdi. Dərs ilinin başlanğıcı olduğu üçün hazırlamalı, oxumalı bir dərsi yox idi. Yenə darıxdırıcı axşam başladı. Pəncərədən çölə baxmağa başladı. Yaşadığı küçədə 1 mərtəbəli, yan-yana kibrit çöpü kimi düzülmüş ümumi həyətlərdən ibarət idi. Belə ümumi həyətlərdən 1 küçə qapısından ən az 6-7 ailə çıxırdı. Qaldığı evlə üzbəüz küçədə 2 ev o tərəfdə həyət qapısının ağzına zəif küçə lampasının altında xeyli uşaq toplaşıb kart oynayırdılar. Hava qaraldığına görə küçə futboluna ara vermişdilər. Aynur Kənanı aralarında görüb deyinə-deyinə otağa qayıtdı. Artıq Kənandan tanımadan zəhləsi gedirdi. Əlinə versəydilər bəlkədə boğardı. 1 stəkan su içib radionun səsini azaldıb lirik musiqilərə qulaq asa-asa yuxuya getdi. İşin tərsliyindən yuxudada Kənanı gördü. Gecənin bir yarısı məhz Kənana görə yuxudan oyanması Kənana qarşı nifrətini birə beş artırmışdı Aynurun. Səhər saat 8-də evdən çıxdı, 9-un yarısı dərsləri başlayacaqdı. Küçə çox sakitlik idi. 1-2 dərsə, işə gedənlərdən başqa gözə kimsə dəymirdi. Universitetdə də həyat hər zaman olduğu kimi keçdi, yeni dərslər, yeni muəllimlər, tapşırıqlar. Və o... Yenə onu gördü. Qəlbi həyəcanla döyünməyə başladı. Xoşuna gələn oğlan - Emin 4-cü kursda oxuyurdu. Çox yaraşıqlı, universitetdə savadına, bacarığına görə tanınan tələbələrdən biri idi. Həmişə sadə geyinər, üzündən məsum təbəssümü əskik olmazdı. Bu xoşlanma dərs ili başlayan gündən olmuşdu. 1-ci kursda ikinci növbə olduğuna görə Emini görməmişdi. Amma ikinci kursda onlarda səhər növbəsinə keçmiş, yüksək kurs uşaqlarını görməyə başlamışdılar. Emini ilk gördüyü andan sanki ürəyində bir şeylər hiss etməyə başlamışdı. Qrupdakı uşaqlarda pis deyildi. Özünə yaxın hiss etdiyi tək insan isə İlahə idi. İlahədə rayondan oxumaq üçün gələn tələbələrdən idi. Olduqca gözəl, arıq hündür qız idi. İlk baxışdan diqqəti cəlb edirdi. İlahə geyinmək, bəzənmək, gəzmək həvəskarı idi. Əlində olan pula ancaq bahalı geyimlər alır, başqa bir şeyi düşünmürdü. Aynur isə valideynlərinin ona verdiyi pulu qənaətlə istifadə edir. Artıq bir xərcə yol vermirdi. İlahəni ona yaxın edən isə qızın çox səmimi, sadə, ürəyi açıq olması idi. İlahə hər bir sözünü Aynura deyirdi. Hətta tez bir sevgilisi olmasını istəyirdi. Aynur isə hər dəfəsində ona fikrini ancaq dərslərinə verməsini məsləhət görürdü. Əlbəttə İlahə öz işində idi. Xoşuna gələn birini gördükdə uzun kipriklərini süzdürüb baxardı. Buda oğlanların ona qarşı diqqətini daha da artırırdı. Aynur onun bu xasiyyətini bəyənmirdi. Di gəlki, qızın ürəyi təmizliyi, əla dost olmağı onu özündən uzaqlaşdırmağa imkan vermirdi. Aynur bu gün İlahəni dilə tutmuş, bu gecə onlarda qalması üçün razılıq almışdı. Dərs çıxışı birlikdə metroya mindilər. Təbii ki, yenə İlahəyə atılan sözlər, ona dikilən baxışlar Aynuru narahat etməyə başladı: -uf İlahə səninlə harasa getməyə uje tövbə edəcəm. Ay qız bir az qaş-qabağını tökdə. 
İlahə: - dəlisən, qaş-qabaq niyə tökürəm. Mənim hamının xoşuna gəlməyim məni xoşbəxt edir.
Aynur: - axı belə olmaz. Sənə dikilən baxışlardan heç narahat olmursan?
İlahə: - Aynur niyə narahat olumki, Mən Rayona qayıtmaq istəmirəm. Elə burda şəhərli biri ilə tanış olub evlənəcəm.
Aynur: - İlahə, bu düz düşüncə deyil, sən şəhərdə qalmaq istəyirsənsə bu o demək deyilki hamının üzünə gülməli, hamıyla tanış olub danışmalısan.
İlahə: - Aynur sən rahibə həyatını yaşa, mən dediyimin üstündə duracam.
Aynurla İlahə arasında həmişə bu mövzularda söhbətlər olur, hər biri öz fikrini doğru hesab edirdi. Evə çatana qədər Aynur ömründə eşitmədiyi komplimentləri, atmacaları eşitdi.
P.S: Ardı var.

Müəllif: Aynur(M.R)

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri