Gecikdim.(5-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 274
Səs ver:
(səs: 1)

 İkinci kursun birinci semestri bitmiş, qızlar rayona evlərinə qayıtmışdılar. 12 günlük tətildə Aynur qızlar üçün, universitet üçün, ən çoxda Emin üçün darıxmışdı, hətta evlərinə gedərkən mişka-Kənanıda özüylə aparmışdı. Evdə isə ona gözləmədiyi bir xəbər vermişdilər. Aynur üçün elçi gəlmək istəyirdi. Ailə razı idi. Aynurun fikrini bildirməsi qalmışdı. Aynur elçilərin kim olması ilə heç maraqlanmadı belə. Ailəsinə Universiteti bitirməmiş ailə qurmayacağını söylədi. 

Beləcə tətili bir az cansıxıcı keçdi. 
Tətildən sonra yenidən dərslər başlanır. 
Aynur Universitetə gələndə onun üçün ağır olan xəbəri eşidir. Emin artıq son kursda idi. İmtahanları bitirmiş, diplom müdafiəsinə buraxılmışdılar. Bir daha Universitetə gəlməyəcəkdi. Hara isə təcrübəyə göndərilmişdi. Digər bir acı xəbəri isə qrup nümayəndəsi verdi. İlahə təhsil haqqını ödəmədiyinə görə imtahanlara buraxılmamış, nəticədə çox sayda kəsiri qalmışdı. Buna görədə dərslərdən azad edilmişdi. Dərslərə buraxılması üçün kəsirlərini verməli, kəsirləri vermək üçün təhsil haqqını köçürməli idi. Bunları etməsəydi universitetdən xaric ediləcəkdi.
Aynur o günü çox ağır keçirdi. Bir tərəfdən Emini bir daha görməmək qorxusu, digər tərəfdən bütün mənfi xüsusiyyətlərinə baxmayaraq çox istədiyi rəfiqəsi İlahənin Universitetdən xaric olunma qorxusu.
Evə necə gəldiyini bilmədi. Yanından ötən Kənanı belə görmədi. 
Evdədə onu hay-küylə qarşıladılar. Günel Samirənin köynəyini ondan soruşmamış dərsə geyinib getmiş, necə olmuşdusa üstünə ləkə yaxmışdı. Buda Samirəni cin atına mindirmişdi. Bir-biri ilə deyişirdilər.
Samirə: İcazəsiz geyinib getdiyin bəs deyil, köynəyimidə pis günə qoymusan.
Günel: Əcəb eləmişəm (üstəlik dilini də çıxardı).
Günel olduqca şıltaq idi. Samirənin əsəbləşməsi onu daha da qıcıqlandırır, qızı əsəbləşdirmək üçün əlindən gələni edirdi. 
Samirə əsəbindən pörtmüşdü. Nə edəcəyini bilmirdi. 1 deyirdisə Günel günahı ola-ola 5 qaytarırdı.
Tələbə evinin günü bu olsa gərək. Heç nədən ortaya bir şey salır, onun söhbətini edib qurtara bilmirdilər.
Aynurun qanı qara idi, bir tərəfdən də qızların bu küsüşməsi onu daha da əsəbləşdirirdi. 
Axırda o da Samirə tərəfdən vəkillik eləməyə başladı və Günelə haqsız olduğunu bildirdi. Söz savaşı bir azda qızışdı. Nəticədə hər 3-ü küsüşüb öz guşələrinə çəkildilər.
Otaqda sakitlik yarandı.
O gün elə ağır düşüncələrlə, ağır əvhal-ruhiyyə ilə keçdi.
Gecənin bir yarısı Aynur üzərində ağırlıq hiss elədi. Ayağını tərpədə bilmədiyini gördü. Nə olduğunu bilmək üçün dikəldi. Üzünə, gözlərinə su damcıları düşürdü. Sən demə, yağış yağırmış. Tavanın köhnəldiyi üçün dammağa başlamış, Aynurun yatağını tamamilə islatmışdı..
Qızlarda oyandılar. Axşamdan küsülü olduqları yaddan çıxmışdı. Hər üçü bir-birinə qarışıb gülürdü. Saat gecənin yarısı olduğuna görə Validə xalanı oyatmadılar. Aynurun yatağını yığıdırdılar. Daman yerə vedrə qoydular. Günel alicənablıq edib o gecə yatağını Aynur ilə bölüşdü. Beləcə ilk küsülülük yağış sayəsində bitdi..
2-3 gün keçdi. Hələ də nə Emindən, nə İlahədən bir xəbər ala bilməmişdi. İlahənin telefonu bağlı idi, dərsdən çıxanda Aynurun telefonuna tanımadığı nömrədən zəng gəlir, İlahə idi.
O hələdə rayonda idi. Dərslərə buraxılmadığına görə qayıtmamışdı. Aynur:
- İlahə bəs nə edəcəksiz? Əyər təhsil haqqını verməsən universitetdın azad olunacaqsan.
İlahə: Hə bilirəm. Neynəyimki, dünyanın axırı deyilki. 
Aynur: Sən necə bu qədər rahat ola bilirsən? Sənə görə mən həyəcan keçirirəm.
İlahə: Olacaq onsuzda olmalıdır. Mən həyəcan keçirməklə düzəlməyəcəkki.
Aynur: Bəs Orxan nə olacaq? (İlahənin 2 yaş balaca sevgilisi)
İlahə: Biz onunla ayrılmışıq.
Aynur: Niyə?
İlahə: O hələ evlənmək haqda heç düşünmür. Universiteti bitirdikdən sonra xaricdə təhsil almaq istəyir. Mən onu gözləyə bilmərəm. Elə ona görədə nömrəmi dəyişmişəm. Bu isə mənim təzə nömrəmdi. 
Aynur: İlahə sənə inana bilmirəm, evlilik sənin üçün bu qədər asan məsələdir ki, kimlə gəldi bu haqda düşünürsən? Qarşına kim çıxdı evlənmək gözü ilə baxırsan?
İlahə: Aynur başa düş mən rayonda qalmaq istəmirəm. Necə olursa olsun mütləq Bakılı biri ilə ailə qurmalıyam
Aynur: Bakıda qalıb neyləyəcəksən axı? İnsana harda xoşbəxt olacaqsa orda qalmalıdır.
İlahə: Aynur bəsdi sən ALLAH mən burda xoşbəxt ola bilmərəm. Bu söhbəti bağlayaq. Mənim həyatımda artıq Cavid var.
Aynur: Cavid kimdir?
İlahə: Yeni tanışım.
Aynur: Onunla harda tanış olmusan????
İlahə: Özün bilirsən ki, mən vaxt itirməyi sevmirəm. Həyata pozitiv baxmaq lazımdır. Orxan yoxdursa yoxdur. Artıq Cavid var. Onunla telefonda tanış olmuşuq.
Aynur: İlahə sənə inana bilmirəm, tanımadığın, üzünü görmədiyin biri ilə telefonda tanış olursan, sonrada xəyal qurursan.
İlahə: Aynur narahat olma hər şey yaxşı olacaq.
Aynur: İnşAllah nə deyimki. Sən bilərsən. Amma mütləq təhsil haqqını həll edin. Səni yenidən universitetdə görmək istəyirəm.
İlahə: Görəkdə qismət.
Aynur İlahə ilə sağollaşıb Universitetin yanındakı parka gedir. Bilirdi evə getsə tək darıxacaq. Evə getməyi gəlmirdi. Günel xəstə olduğuna görə icazə alıb rayona getmiş, Samirə isə əmisi yoldaşı xaricdə olduğuna görə əmisigildə qalıb əmisi uşaqlarına göz olurdu.
Fevral olsada hava mülayim idi. Parkda əylənən uşaqların gülüşü ətrafa yayılmışdı. Aynur heç bir dərdi olmayan bu varlıqlara baxır, ürəyində uşaq olmaq arzusu baş qaldırırdı. Son vaxtlar tez-tez ürəyi sıxılır, səbəbini bilmədən onu ağlamaq tuturdu.
P.S: Ardı var.

Müəllif: Aynur(M.R)

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri