Sevmirəm (25-ci bölüm FİNAL)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 522
Səs ver:
(səs: 6)
...Əgər sən məni qoyub getsən, mən səndəndə inadkaram, əl çəkməyəcəm səndən. Əmin ol hara getsən ardınca gələcəm-deyib başını aşağı saldı.
-Heç kəs məndən inadkar ola bilməz.
Aydın təəccüblə başını qaldırdıqda Yasəmənin gülümsəyərək ona baxdığını görüb sevinc qarışıq təəccüblə dedi:
-Möcüzə...
Yasəmən ona ağrı versə də, azca gülüb dedi:
-Möcüzə deyil. Mən 2 saat bundan əvvəl ayılmışam. Həkim hər ehtimala qarşı məni burda saxlayır. Axşama kimi problem olmasa, sabah evə buraxılacam. Anamgil, Nilufər səni çox axtardılar. Güclə evə göndərə bilmişəm onları.
Aydın telefonu cibindən çıxaranda söndüyünü gördü. Yandırdıqda gələn mesajlardan 27 zeng, 12 mesaj gəldiyini bildi. Telefonu cibinə qoyub sanki heç nə olmamış kimi davranıb dedi:
-Deməli 2 saat əvvəl ayılmısan. Buna sevindim.
Yasəmən gülməyini güclə saxlayıb:
-Hə. Oyandığımdan bəri olanları çox yaxşı xatırlıyıram həmdə- deyib gülümsəyərək Aydına mənalı-mənalı baxdı.
Aydın Yasəmənin nə demək istədiyini anlasa da, sanki heç nə başa düşməmiş kimi davranaraq dedi:
-O qədər də əmin olma. Başın bərk dəydiyi üçün heç olmayan şeylər görə, ya da eşidə bilərsən.
Yasəmən Aydının bu sözlərindən hirslənib:
-Hə ola bilər. Halımda pisdi, özümü bir 'öküz'lə toqquşmuş kimi hiss edirəm.-deyib əsəbiliklə gözünü süzdürüb üzünü çevirdi. Öz-özünə "axmaq, səfeh, inadkar keçi..."-deyə pıçıldayırdı ki, Aydının onu qucaqladığını hiss edib üzünü çevirdikdə çarpayının kənarında uzandığını gördü. İçində buna gülsə də, süni əsəbiliklə qaşlarını çatıb dedi:
-Dəli neynirsən? Həkim gələcək indi.
Aydın vecsizcə çiynini çəkib Yasəməni özünə sıxıb pıçıldadı:
-Bilirsən səni nə qədər sevirəm?
Yasəmən nazla gözlərini süzdürüb:
-Qarışqa qədər?-deyib uşaq kimi dodağını büzdü.
Aydın sanki düşünürmüş kimi davranıb:
-Qarışqa biraz böyükdü. Mən səni məni sevdiyindən 1000 dəfə daha çox sevirəm sadəcə-deyib bic-bic gülümsədi.
Yasəmən biraz utansa da, özünü toplayıb süni ciddiliklə dedi:
-Mən səni heç sevmirəm axı.
Aydın:
-Bir dostumdan öyrəndim ki, sən də məni sevirsən. Sadəcə səfeh kimi bir hərfin hökmünə boyun əyirsən. Sən məni sevirsən gözəlim...-deyib Yasəmənə heç nə deməyə imkan vermədən dodağından öpdü. Ayrıldıqdan sonra gözlərinə baxıb dedi:
-Etiraf et, sevirsən.
Yasəmən uşaq şıltaqlığı ilə:
-Sevmirəm-deyib gözlərini süzdürdü.
Aydın:
-Yaxşı, onda sən etiraf edənədək öpərəm səni-deyib bic-bic gülümsədi.
-Heç də belə. Həkimlər qovar səni.
-Amma evə gedəcəyik. Onda kim manə olacaq gözəlim?
Yasəmən:
-Mən əsla sənə yalvarmayacam axı-deyib qalib gəlmiş kimi gülümsədi.
Aydın Yasəmənə mənalı-mənalı baxıb:
-Sən sağal, evə gedək. Əmin ol yalvaracaqsan...səndən əl çəkməyim üçün-deyib göz vurdu.
Yasəmən Aydının nə demək istədiyini anlayıb utancdan qızararaq gözlərini ondan qaçırdı.
Aydın əlini uzadıb Yasəmənin saçlarını sığallayaraq, insanın ruhunu oxşayan səs tonuyla dedi:
-Mən səni çox sevirəm. Çoxdandı sevirəm... İlk sevgim, tək sevgim, son nəfəsim sənsən Yasəmənim... Sən də məni sevirsən hə?
Yasəmən Aydının gözlərinə baxıb güclə eşidilən tərzdə pıçıldadı:
-Sevirəm... Çox sevirəm...
1 il sonra:
Yenə eyni xəstəxana... Yasəmən çarpayıda uzanıb...yenə. Amma tək fərq qucağında olan kiçik körpə. Sevinc yaşları axan gözlərini körpəsinə dikmişdi. Birdən qapı zərblə açıldı. Aydın təlaşla içəri elə girdiki az qala yıxılacaqdı. Özünü toplayıb çarpayının kənarında oturdu. İkisi də səssizcə körpəyə baxırdılar. Sanki dünyanın ən möcüzəvi, dəyərli canlısına baxırdılar. Əslin də elə idi. İki insanın sevgisindən yaranmışdı o körpə. Çox bəxtli idi körpə, çünki bir-birini dəlicəsinə sevən ata-anası var idi.
Sonunda Aydın pıçıltıyla dedi:
-İndi mən atayam?
Yasəmən gülümsəyərək dedi:
-Atasan...
-Sən də anasan?
-Elə görünür...
-Yəni indi biz əsl ailə olduq?
Yasəmən biraz bezgin şəkildə üzünü Aydına tərəf çevirib:
-Aydın nə olub sənə? Güya bunları bilmirsən?-deyib gülümsədi.
Aydın Yasəmənə baxıb:
-Əlbətdə bilirəm gözəlim. Sadəcə bunları sənin dilindən eşitmək daha gözəldi.-deyib gülümsədi.
Sonra ehtiyatla körpəni Yasəməndən alıb alnından zərifcə öpüb pıçıldadı:
-Sənin bu anan gözəldi, ağıllıdı, şirindi-filan, amma elə inadkardıki... İş onun inadına qalsa sən leyləklərin ümidinə qalmışdın qızım.
Yasəmən Aydının sözlərinə azca gülüb:
-Ey qızımızı aldatma. Hamsı atanın günahıdı qızım. Mənə inadkar deyir, amma öz inadından xəbəri yoxdu. Bir bilsən mən nələr çəkmişəm-deyib süni təəssüflə başını yellədi.
İkisidə yenə sakitcə körpəyə baxırdılar. Birdən Aydın sakitcə soruşdu:
-Adını nə qoyaq gözəlim?
Yasəmən uşaq şıltaqlığı ilə:
-Adını mən qoyacam- deyib gülümsədi.
Aydın diqqətlə Yasəmənə baxıb dedi:
-Pah. Niyə tək sən? Bu ikimizin uşağıdı axı.
Yasəmən:
-Amma 9 ay əziyyətini mən çəkmişəm.-deyib gözünü süzdürdü.
-Ona qalsa gecə saat 2-də mağazalarda dondurma axtaran mən idim. Özdə dekabr ayında.
Yasəmən küskün şəkildə başını aşağı salıb dedi:
-Yaxşı, onda sən qoy adını.
Aydın arvadının bu şirin halına dözməyib gülümsəyərək dedi:
-Sənin bu şirinliyinə necə dözüm axı... Yaxşı sən qoy adını.
Yasəmən istədiyini almış uşaq kimi sevinib:
-Mələk...Mələk olsun adı-deyib gülümsədi.
Aydın güya düşünürmüş kimi davranıb:
-Yaxşı ilkimizin adı mələk olsun. Amma gələcək 6 uşağımızın adın mən qoyacam-deyib bic-bic gülümsədi.
Yasəmən təəccübdən böyümüş gözlərlə Aydına baxıb:
-Nə?! 6? Yəni 7 uşaq? Yuxunda görərsən- deyib "yox" mənasında başını yellədi.
Aydın:
-Mən axı istəyirəm sevdiyim qadından çoxlu uşaqlarım olsun-deyib gülümsədi.
-7 uşaq?
-Yaxşı, sənin xətrinə olsun 6.
-2-dən çox olmaz.
-5 uşaq?
-Yox!
-Mən səni sevirəm...
-Mən də səni sevirəm...
-Madam ki, bir-birimizi sevirik onda 4 uşaq olsun?...
Bu bir il ərzində nələr oldu? Hamımızın bildiyi kimi uşağı leyləklər gətirmir və Aydınla Yasəmən arasında nələr olduğunu anladınız yəqin... İki inadkar bir ili gah dalaşaraq, gah da romantik anlar yaşayaraq keçirdilər. Nə qədər  dalaşsalarda heç 1 dəqiqə küsülü qala bilmirdilər. Onsuzda illərlə sevgilərini bir-birindən gizli böyütmüşdülər ürəklərində, indi bir saniyə belə ayrı qalmaq istəmirdilər...
Keçək Nilufərlə, Fəridə. Yasəmənlə Aydın qədər olmasa da, yenə də inadkar olan bu cütlük nişanlı idilər və bu gün onların toyu idi. Əgər kiçik Mələk biraz tələsməsəydi, indi ata-anası toyda olacaqdı. Amma təəssüfki bu cütlük ən yaxın dostları yanlarında olmadan evlənməli oldular. Yenə də bir-birlərinə qovuşduqları üçün xoşbəxt idilər...
Bəs Eldar və Leylaya nə oldu? Bir planla başlayan əlaqələri sonunda onların qeyri-qanuni yaşamalarına gətirdi. Leylanın qızlarına etdiklərini öyrənən Yasəmənin ailəsi ondan maddi köməyi kəsdikləri üçün Eldardan tamamilə aslı qalmışdı. Eldar hər dəfəsində onu alçaldır, incidirdi. Amma Eldarında bəxti gətirmədi, Leyla hamilə qaldığı üçün ailəsi onu zorla evləndirdi. Bəzən etdiklərimizin cəzasını çox tez çəkdirir ALLAH...
Müəllifdən son söz:
Sevgiyə yeganə manə sizsiniz, daha doğrusu beyninizdə yaratdığınız manələrdir. Varlı-yoxsul, savadlı-cahil, dil fərqi, din fərqi, düşüncə fərqi və sağlam-əlil...bu fərqləri siz yaradırsız sadəcə. Beyninizə məntiqli gələn bu
fərqlər ürəyinizə niyə uymur bilirsiz? Çünki sevirsiz! Sevgidən qaçmaq əvəzinə ona sahib çıxın. Aydınla Yasəmən aralarında olan "fərq"ə görə sevgilərini illərlə gizlətdilər. Amma sonunda bu fərqin nə qədər boş olduğunu anladılar. Onların bəxti gətirdi, sevgilərinə vaxtında sahib çıxdılar. Bəs siz?
Yasəmən-kiçik çiçəkləri olsada, güclü bir ağacdır. Bizim Yasəmən də əlil olmasına baxmayaraq hər zaman güclü oldu, ümid edirəm çox insan ondan örnək götürər...

Müəllif: Cəmilə Məmmədli
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 10 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri