Xoşbəxtlik həsrəti (3-cü bölüm)

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 6 365
Səs ver:
(səs: 2)
Dilarə qızının nələr yaşadığını yaxşı bilirdi. Özü də Sevincin arzusunda olmuşdu illərlə. Buna baxmayaraq o beş il ərzində Allaha həmişə şükr edib ki, "Allahım nə yaxşı ki, Musa kimi bir insanı qarşıma çıxartmısan."
Bəli, Dilarə yoldaşını çox sevirdi. Onun ölməyinə baxmayaraq, namusu ilə qızını böyütmüşdü. Qardaşı Cavidin köməyi ilə acılı günləri geridə qoymuşdu. Amma o yağışlı gecə Sevincin suyu süzülə-süzülə qapıdan girməsi heç gözünün önündən getmirdi.
- Görəsən balama nə olub? Axı niyə susur?
Sevinc artıq 2 gün idi ki, ata evinə gəlmişdi. Vahidin evindən çıxanda üstündə sadəcə yol pulu vardı. O pul isə rayona kimi gəlməyə yetərli idi. Rayondan kəndə kimi isə Sevinc piyada gəlmişdi. Yağış güclü yağırdı. Lakin Sevincin gözlərindəki yaşı yuyub apara bilmirdi. Bütün yolu ağlamışdı.
"Vahid, axı mənə niyə yalan dedin? Axı məni niyə qovdun?", bu cür fikirlər Sevinci tərk etmirdi...
Anasının 2 gündür bitib-tükənməyən suallarına cavab vermirdi. Daha doğrusu cavab vermək belə ona ağır idi. Lakin daha susmayacaqdı. Axı bir tək anası vardı. Onu incidə bilməzdi.
-Sevinc, qızım, nə olub axı? Niyə dinmirsən?
-Heç nə olmayıb ana, səninçün darıxmışdım.
-Bəs niyə Vahid səni gətirmədi? Niyə o gecə piyada gəlirdin?
-Vahid telefonda danışanda dedim anam üçün darıxmışam. Dedi get gör ananı. Yolda marşrut xarab oldu. Başqasının maşınına da minmədim.
Bəli, Sevinc ilk dəfə idi ki, anasına yalan deyirdi. Amma bu Dilarənin gözündən yayına bilməzdi. Axı qızını çox yaxşı tanıyırdı. Hər suala cavab verərkən gözlərini yayındırması, yanağının qızarması, əllərinin titrəməsi çox şeydən xəbər verirdi. Sevincin yayındırdığı gözlərə baxaraq "Axı niyə? Niyə yalan deyir mənə?" bu suallar onun beynində fırlanmağa başladı. Birdən qərara gəldi:
- Sevinc sən ki, mənə düzünü demirsən, onda gedirəm Arifəgildən sizə zəng etməyə. Qoy, qaynanan mənə desin görüm nə olub.
- Dayan! Ana, getmə.
Sevinc həyəcanlandı. Amma anasına neçə gün yalan deyəcəkdi ki?
-Gəl hər şeyi danışım. Amma bir də zəng etmə o evə. Xahiş edirəm.
Sevinc anasının əllərindən tutub divanda əyləşdi. O ana kimi yaşadıqlarının hamsını danışdı. Vahidin Rusiyada evli olmağından, hətta iki qızından, qaynanasının sözlərindən və nəhayət Vahidin zəngində dediyi son sözlərinə kimi hər şeyi danışdı.
-Aman Allah! Qızım, sən nə danışırsan belə? Gör, yazıq balam nələr çəkib. İlahi sənə şükrlər olsun. Sən ki, balamı sağ-salamat o evdən xilas edib mənə çatdırmısan. Sənə şükürlər olsun.
-Ana, nə danışırsan? Yaşadıqlarımdan sonra hələ üstəlik şükr edirsən?
-Əlbəttə, qızım. Allaha hər anımız üçün şükr etməliyik. Sənin yaşadıqların, acıların hamısı qismətdir. Düşün ki, bundan da pis ola bilərdi. Bax onda Allaha hər gün şükr edərsən ki, nə yaxşı ki, zamanında sənin gözlərini açdı. Bəlkə, sən onunla heç xoşbəxt olmayacaqdın da... Axı bu iki ildə səni xoşbəxt edə bilməyib. Sənsə hey arzusunda olduğun övladı gözləmisən. Şükr elə, qızım, şükr elə. Hər şey üçün şükr elə.
-Ana, iki il arzuladım dua etdim. Övlad istədim. Mənə onu vermədi. Əksinə ailəmdən etdi. Vahidin evli olduğunu öyrəndiyim an həyatım söndü. Onun mənə "Get atan evinə bir də qayıtma. Onsuz da uşaq da olmur. Get yaşa həyatını. Unut bizi. Yığışdır nəyin var get. Gələndə səni gözüm görməsin."- sözündən sonra isə içimdəki inamım etibarım, sevgim öldü. Başa düşürsən? Bu vaxt darvaza açıldı:
- Dilarə, xala! Evdəsən? Tərlanın şalvarını tikmisənsə, ver aparım geyinsin. İşə gecikir.
Bəli, bu Arifə idi. Tərlanın anasının gözünə girməyi bacarmışdı. Artıq o, əsgər gəlib Sevincin ərə getdiyini öyrənəndə aylarla qəlbində yas saxladı. Sevinci çox sevirdi. Tezliklə bir işə düzəlib başını qatdı. Anası da hər gün baş-beynini doldururdu ki, "Arifə çox yaxşı qızdı. Mənə sən olmayanda hər gün baş çəkirdi. Gəl ona elçi düşüm. Evlənin də. Gözümün önündə böyüyüb. Anasını da, atasını da tanıyıram. " Tərlan isə hər zaman qəti etiraz edərdi. Amma bir qış günü anası pilləkənlər sürüşkən olduğu üçün yıxıldı. Ayağı bərk əzildi. Müalicə etdilər. Amma həkim Tərlana tapşırdı ki, ona kömək lazmdır. Qəti ağır iş görməsin. Pilləkənləri bir müddət çıxıb düşməsin. Elə o gündən sonra Arifə gün boyu onlarda olurdu. Bir axşamdan axşama yatmağa evlərinə gedirdi. Anasına Tərlanı sevdiyini və onun anasına da daim kömək etmək istədiyini demişdi. Tərlan da məcburiyyətdən anasına kömək olsun deyə Arifə ilə evləndi. Həm də Sevinc artıq ona aid deyildi. Bunu həm də mənəvi dərk edə bilsəydi...
- Sevinc? Sən hara, bura hara?
Arifə darvaza önündə dayanmaq əvəzinə yuxarı başa keçmişdi. Sevinci divanda anası ilə əl-ələ tutub oturduğunu görəndə təəccüb etdi.
- Ay qız, deyəsən yolunu azmısan, hə? İki ildi getmisən, heç demirsən, bu Arifəyə bir sağol deyim.
- Sənə sağol düşmür.
Sevinc hirsindən ayağa qalxdı. Mat qalan Arifənin gözlərinin içinə baxa-baxa dedi:
-Sən və sənin əmin qızı olmasaydız, mən indi bədbəxt olmazdım. Getdin, şəklimi gizlin göndərdin. Əmin qizi oğlan tapdı iki daş arasında. Heç soruşmadın ki, bu oğlan evlidir, ya yox?
-Necə məgər? Vahid evli idi ki?
-Hə! İki ekiz qızı da var. Özü də Rusiyada evi -eşiyi, işi- gücü. Ona ata-anasına, bacısına qulluqçu lazım imiş. Sən də məni göstərdin. Bunun üçün sağol istəyirsənsə, onda eşit- Çox sağol!
-Sevinc, vallah bilməmişəm. İnan mənim heç nədən xəbərim yoxdu.
-İnanmıram Arifə. Daha kimsəyə inanmıram. Nə üçün gəlmişdinsə götür, get bir də bu qapıdan içəri girmə.
-Tər-tər-tərlanın şalvarı üçün gəlmişdim.
Arifə dili topuq vura-vura sözünü deyə bildi. Dilarə şalvarı gətirib verdi. Amma heç Arifənin üzünə də baxmadı. Arifə rəngi ağarmış vəziyyətdə qapıdan çıxdı.
"Yəni bu bizim Sevinc idi?" qəlbində təəccüb edirdi. "Gör, sakit təbiətli, kimsəyə acı söz deməyən, canla- başla köməyə qaçan, hər işdə uğur qazanan, hamının sevimlisi olan Sevinc necə də dəyişilib."
-Qızım sən kinli olma. Unut getsin. Arifə də pislik etmək istəməyib sənə. Əminəm ki, bilsəydi, heç zaman göz görə-görə səni oda atmazdı. Xəbərin yoxdu axı sənin Tərlan əsgər gələndə anası yıxıldı. Ayağı sındı. O da məcbur qaldı Arifə ilə evləndi ki, anasına kömək olsun. Yaman yaxşı uşaqdı Tərlan. Allah ona da övlad versin.
-Onun da uşağı yoxdu?
-Hə qızım. Həkimdən yoxlanıblar keçən ay. Arifə məcbur apardı onu. Getdilər şəhərə analiz verdilər. Cavab çıxdı ki, Tərlan sonsuzdur. Amma Arifənin uşağı ola bilər. İndi Arifə də bir cür bədbəxtdir də. Tək sən deyilsən ki? Ona görə sən Allahına şükr elə. Nə qədər ki, mən varam, səni ac qoymaram. Sən də istəsən, mənə kömək olarsan. Yaxşı dərziliyi də öyrətmişəm vaxtında. Başımızı aşağı salıb dolanarıq balam.
-Can, Ana. Nə yaxşı ki, sən varsan. Allahım , sənə şükrlər olsun. Elə hər şey üçün min şükr! Bəli, Sevinc artıq şürk edirdi. Bir neçə gün keçdi. Dayısı Cavid də Sevincin geri dönməsindən xəbər tutdu. Elə bütün kənd də. Dayısı qəzəbləndi. Amma səbəbi biləndə bir söz demədi. Anası kimi normal qarşılayan çox oldu. Kimsə kimsənin qəlbində deyil və nələr yaşadıqlarını bilə bilməz.
Arifə də hər gün Tərlana göz qoymağa başladı. Hiss edirdi ki, Tərlan hələ də Sevinci sevir. İllər keçməsinə baxmayaraq Sevinci bir dəfə uzaqdan görəndə tanımışdı. Yaxınlaşmağa belə çəkinmişdi. Axı heç subay vaxtı Allahın salamını verməyə utanırdı. İndi necə yaxınlaşsın? Nə desin. Onun həyatının belə qurulmasına üzülürdü. Əlində olsaydı hər şey edərdi ki, təki yenidən Sevincin yanağında həmişəki təbəssümü görsün. Lakin mümkün deyildi. Daha hər şey fərqli idi. O ərindən ayrılmış gəlin. Tərlan isə evli bir kişi idi. Sevincin adına ləkə gəlməsin deyə hər gün işdən sonra çayxanaya gedərdi. Gün ərzində olan bitən orda kəndin kişiləri tərəfindən müzakirə edilirdi deyə, düşünürdü ki, birdən kimsə onun haqda nəsə danışar. Lazım olsa ağzının payını verər. Amma Sevinc heç yerə çıxmırdı. Kimsə onu görmürdü. Cəmi iki dəfə anası ilə tikilmiş paltarı sahibinə verməyə gedəndə görmüşdü onu uzaqdan. Ondan sonra çıxmamışdı heç yerə. Heç gedəsi yeri də yox idi axı.
Vahidin evini tərk etdiyi gündən artıq iki həftə keçirdi. Sevinc səhər yuxudan oyanar-oyanmaz başı hərləndi. Dilarə türkə-çarələr ilə ona kömək oldu. Amma hardansa gələn yumurta qoxusu onun ürəyini bulandırdı. Özünü güclə çölə atdı. Mədəsi qaynıyırdı. Dilarə nə baş verdiyini anlamırdı. Birdən qonşuluğundakı həkim Cəmilə xanım yadına düşdü. Elə Sevinci o vəziyyətdəcə qoyub həkim arxasınca gedə bilməzdi. Ağlına gəldi ki, küçədən keçən bir tanış olsa, etibarlı biri ona tapşırsın həkimi çağırmağı. Belə də etdi. Qaçdı darvazanı açdı. Küçədən Tərlan keçirdi. Nə etsin qızının halı pis idi. Məcbur qaldı. Həm də Tərlandan etibarlı kim ola bilərdi ki.
-Tərlan, oğul! Sevincin halı pisləşib. Sən Allah get Cəmilə xanımı bizə gətir.
- Sevincə nə olub, Dilarə xala?
- Bilmirəm bala, suala tutma. Get Cəmilə xanımı tez gətir. Tərlan işə getmək üçün çıxmışdı evdən. Amma Sevincin sağlamlığı ona işindən də vacib idi. Odur ki, gözünü belə qırpmadan Cəmilə həkimin evinə getdi.
-Ana, götür burdan yumurtanı. İyrənirəm.
-Qızım, hər səhər yumurta yeyən sən deyilsən? Niyə iyrənirsən?
-Başım partlayır. Uzanmağa gedirəm.
-Uzan qızım, uzan! Cəmilə xanım da indi gələcək. Tərlanı gördüm küçədə. Dedim. Getdi gətirməyə.
-Nahaq yerə. Mən artıq yaxşıyam. Tərlan da işindən oldu indi.
-Hanı xəstəmiz?
Şirin dil Cəmilə həkim tənginəfəs girdi içəri. Tərlan da onunla bərabər. Amma bir an içində Sevincin solmuş bənizini görüb ürkdü. Daha qəlbi dözmədi. Tez ordan uzaqlaşdı.
- Sevinc! Qızım, nə oldu sənə?
- Bilmirəm, Cəmilə xanım! Oyanan kimi başım hərlənirdi. Sonra ürəyim bulandı.
- Aha. Bəs quzu bala, de görək ürəyini nə bulandırdı?
- Hm, Cəmilə xanım bu hər səhər yumurta yeyən adam bu gün deyir yumurtadan ürəyim bulanır. İyrənirəm.
- Aha. Demək belə. İndi Dilarə, canım, icazənlə mən Sevinci müayinə edim.
- Sən Allah doktor, ciddi şeyi yoxdu ki?
- Canım Dilarəm, dedim axı, müayinə edim bəlli olacaq.
Cəmilə həkim 20 il əvvəl elə burda- bu evdə Sevincin dunyaya gəlməsinə səbəbkar olmuşdu. Elə Musaya da qızının doğulduğunu xəbər verən o idi. İllər keçməsinə baxmayaraq həmişəki kimi şirin dili ilə hər kəsə "qızım, quzum" deyərdi.
Bir neçə dəqiqə keçdi və artıq Cəmilə xanım yatağın kənarından durub stulda əyləşdi.
- Cəmilə xanım, nə olub mənə sizcə?
- Ax quzu bala, sənə verdiyim suallara cavabın və hal-hazırkı vəziyyətin yalnız və yalnız bir şeyi izah edir.
- Ay həkim, axı nəyi???
- Ay Dilarə, səni də, elə qızım səni də təbrik edirəm. Sevinc hamilədir.
O an hər kəsin səsi bir-birinə qarışdı. Sevinc bilmirdi sevinsin, ya ağlasın. Dilarə gah həkimə sağol deyir, gah Allaha şükr edirdi. Gah da Sevinci qucaqlayıb öpürdü. Tərlanın fikri Sevincdə qaldığından işə zəng edib gec gələcəyini dedi. Evə girib biraz uzandı. Arifə nə baş verdiyini soruşanda hər şeyi olduğu kimi dedi.
-Birdən kömək lazım olar deyə gözləyirəm. Ayıbdır kişi xeylağı yoxdur evlərində, mənə ehtiyac olar birdən.
-Məgər Sevincə nə ola bilər ki?
Arifə ən çox da marağından getdi Sevincgilə. Guya canı yandı eşidəndə Tərlandan. Darvazaya yaxınlaşanda sevinc dolu səs-küyü eşidib lap çox maraqlandı.
- Ay Dilarə xala, Sevinc necədi?
- Gəl Arifə, Gəl.
- Çox sağolun ey, Tərlan dedi. Mən də gəldim görüm nolub?
- Gəl, qızım! Sən ki, yad deyilsən. Keç Sevincin yanına.
Arifə yataqada uzanmış Sevincin yanina keçib salam verdi. Sonra bir küncdə ondan küsübmüş kimi oturdu. Dilarə xanım da Cəmilə xanımı şirinliklə yola salıb evə girdi.
- Ay, qızım, belə Allah səni də yada salsın. Sənə də qismət eləsin.
- Çox sağolun Dilarə xala, Amma nəyi ?
- Mənim nəvəm olacaq ey! Həkim indicə dedi.
Paxıllıqdan içi alışıb yanan Arifə bir yandan da sevindi ki, "hamilədirsə Vahid gəlib onu aparar. Tərlanın da fikri yenə mənə qayıdar".
- Çox sevindim, Sevinc. Çox. Allah başacan versin.
- Hələ sabah Sevinci rayona aparacam. Qoy öz həkimi olsun. Daim nəzarət eləsin.
- Ay Dilarə xala, bəs Vahidə zəng etməyəcəksiz?
- Vahidə? Görüm elə başı batsın onun. İki qızına yiyə çıxmayan gəlib mənim nəvəmə yiyə çıxacaq?
- Yox axı, atasıdır. Bilməyə haqqı var. Sevinc düz demirəm?
- Mən Vahidə deyəcəm, ana. Qoy bilsin.
- Yaxşı bala. Həyat sənindir. Qarışmaram. Get zəng elə.
Dilarə əslində qızının qərarını dəstəkləmirdi. Amma məcbur idi. Əgər Sevinc xoşbəxtliyini Vahidlə görürdüsə, razı olmaq borcu idi.
- Ana, gedirəm Arifəgildən zəng etməyə.
- Get qızım. Allah köməyin olsun. Zəng elə tez gəl.
Arifə Sevincin qoluna girdi və sanki ona dəstək olacaqmış kimi, "rəfiqəlik" etmək istədi.
- Sevinc, bu kişilər belədir də. Etibar yoxdu onlara. Amma sən gəl Vahidi bağışla. Balanız da olacaq. Peşiman olacaq eşitsə. Səni də gəlib evinizə aparacaq.
- Mən sadəcə ona bir balası olacağını deyəcəm. Daha heç nə!
Artıq telefonun dəstəyi əlində idi. Nömrə də yığılmışdı. Tərlan yatdığını desə də, əslində Sevincin səsini eşidib qapıdan qulaq asmağa başlamışdı. Arifə də guya onu telefonda rahat danışsın deyə tək qoymuşdu. Halbuki, o da digər qapıdan qulaq asırdı.
- Alo, kimdir?
- Salam, Vahid evdədi?
- Yox, evdə yoxdu. Kimdi soruşan?
- Sevincdi.
- Salam Sevinc, Əsmərdi. Niyə getmisən ora?
- Vahidin evli olduğunu bildim. O da gizlətmədi. Vahid özü dedi get atan evinə.
- Ay qız, qardaşım elədir də. İki ildə tanımadın onu sən? Son sözünü birinci deyir həmişə. Dur qayıt evinə gəl. Sabah da Vahid gələcək. Barışarsız.
- Yox, Əsmər, Vahidə deyərsən ki, hamiləyəm balamız olacaq.
-A-a-a! Nə yaxşı. Səni şad xəbər olasan. Nə vaxt bildin?
- Elə bugün həkim dedi.
- Sən narahat olma. Sabah gəlsin onun qulağını çəkəcəm. Sevinci incitmək nədir biləcək.
Birdən Sevinc dəstəyin o biri ucunda qaynanasının kobud səsini eşitdi: "Ay qız kimlə danışırsan? Gəl, çay süz mənə." Sevinc özündən aslı olmadan dəstəyi qoymaq istədi. Məcbur sözünü kəsə etdi.
-Yaxşı sağol Əsmər! Sadəcə Vahid bilsin, bəsimdir.
Tərlan qulaqlarına inana bilmirdi. İçində olan son ümid də ölmüşdü artıq. Amma yenə də sevindi. Çox sevindi. Axı Sevinc iki ildir övlad arzusunda idi. Nəhayət arzusu gerçək olacaqdı.
- Arifə çox sağol! Mən gedim evə.
- Danışdın? - guya heç nə eşitməmiş kimi davrandı.
- Hə, baldızım idi. Dedi sabah gələcək deyəcəm.
- Gördün ki, səni o evdə hələ də, istəyən var.
- Sağol Arifə...
O gün Sevinc üçün qeyri-adi başladı. İki il sonra məhz bu gün ana olacağını öyrəndi. Bu xəbəri Vahidin evində olanda alsaydı başqa cür sevinərdi. Amma indi başqa şərtlər altında idi. Görən Vahid məni aparmağa gəlsə, unuda bilərəmmi yaşadıqlarımı? Axı onun iki balası var, bir də Nadejdası. Bəs, mən onu bağışlaya bilərəmmi? Onun son sözlərini... Hələ anasının dediklərini? Yox! Əsla bağışlamaram!

YAZAR: XƏYALƏ MURAD
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 6 365
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri