Xoşbəxtlik həsrəti (4-cü bölüm)

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 6 776
Səs ver:
(səs: 5)
-Vahid! Bala, hara gedirsən gecənin bu vaxtı?
- Ana, Sevinci geri gətirməyə.
- Necə-necə? Sevinci? Onun o sözlərindən sonra düşünürsən ki, yenidən gəlinim deyib boynuma mindirəcəm?
- Bu nə deməkdir? O ki sənə qarşı bir dəfə hörmətsizlik etməyib?!
- Necə yəni etməyib? Bəs son dəfə burda olanları necə unudum? Hə? Sən unuda bilərsən. Amma mən unutmaram!
- Ana, başa düş! Bizim artıq balamız olacaq. Sənin bu dediklərin əbəsdir. Mən onu geri gətirəcəm. Balamızı birlikdə böyüdəcik. Səndən də sadəcə anlayış istəyirəm. Bir valideyn kimi sevin mənim yerimə. Nolar ki?
- Noldu bu 2 ildə uşağa qalmadı? Bir ay sonra uşaq var dedi? Mən inanmaram belə şeylərə. Uşaq başı alladır, elə bil.
Anasının heç cür yola gəlmədiyini görən Əsmər Vahidə dəstək çıxdı:
-Ana , sən indi hansı zəmanədə yaşayırsan? Məyər görmürsən ki, Sevincin yeri bura, Vahidin yanıdır? O bu evin gəlinidir. Sənin də gələcək nəvənin anasıdır. Bunu qəbul etsən hər birimizə yaxşı olar.
- Heç nə məni fikrimdən döndərə bilməz. Bax, Vahid, sənə deyirəm. Əgər o ölmüşü bu evə geri qaytarsan özündən küs. Məni o andan ölmüş bil, bala. Haqqımı sənə halal eləmərəm. Di get...
Vahid anasına çox dəyər verirdi. Atasını itirdiyi vaxtdan anasını da itirmək qorxusu ilə bacara bilməmişdi. Daim düşünərdi anasını itirdiyini, onsuz olan həyatını. Buna görə Sevincin arxasınca o gecə getməməyi qərara aldı. Əsmər ona Sevinclə olan telefon danışığını danışanda o qədər sevinmişdi ki, heç kimi və heç nəyi düşünmədən yola çıxacaqdı. Lakin anasının o sözləri onu yolundan etdi. Qərar verdi ki, səhər açılar-açılmaz anası ilə bir də danışıb, onu razılığa gətirsin. Beləliklə, anasını razı salmaq hər gün daha da qəlizləşirdi. Beləcə günlər də keçdi... Sevinc anası ilə başını aşağı salıb həyatını yaşayacağını, balasını böyüdəcəyini xəyal etməyə başlamışdı. Bir yandan da Vahidi düşünürdü. "Görəsən Əsmər ona dedi? Bəs Vahid niyə gəlib məni aparmadı? Yox, onsuz da gəlsə də getməyəcəm! Onu bağışlamamışam. Bağışlaya bilmərəm. Heç vaxt!..." Hamilə olduğunu bildiyi gündən içində bir ümid işığı yanırdı. Gələcəyini, balasını düşünürdü. Hər gün haldan-hala düşsə də, alışırdı hər bir şeyə. Amma dayısı Cavid Sevincin hamilə olduğunu eşitdiyi andan əsəbi idi. Elə hey bir yol axtarırdı ki, Vahidə zəng vursun. Amma bacısının sözlərini də unutmurdu: "Qardaş, Sevinc Vahidin gəlişini gözləyir. O mütləq gələcək ailəsini yanına aparacaq. Burda hələ ki, çətin vaxtlarını ötürür. Orda kim baxacaq Sevincə? Qoy Vahid gələnə kimi burda qalsın. Yaxşılaşsa, sən özün apararsan". Hər kəs alışmağa çalışırdı. Tərlan isə bacarmırdı. Sevinci çox sevirdi. Arifə kimi insanla ailə qurduğuna da peşman idi. Nə Tərlana qayğıkeş, gülər üzlü həyat yoldaşı, nə də anasına layiqli gəlin olmadı. Amma nə etsin, onun kitabında boşanmaq sözü yox idi. Sevincin hamilə olduğunu biləndən elə hey onu düşünürdü: "Görəsən Vahid niyə gəlib aparmadı onu? Yəni bu qədər alçaqdır? Sevinc! Ehhh.... İlahi sən özün ona kömək ol!
O gecə Tərlan niyəsə yata bilmədi. Səhərə kimi yerinin içində "qaynıyırdı". Səhərə yaxın sübh azanının səsi gələndə yerini tərk etdi. Pəncərəni açıb azanı dinləməyə başladı. Qəlbində isə ylanız və yalnız Sevinc üçün dua edirdi. Birdən yandakı otaqdan tappıltı eşitdi. Nə olduğunu anlamadı. Amma səs anasının otağından idi. İri addımlarla yandakı otağa girdi. Qarşısındakı mənzərə acı da olsa real idi. Anası yatağın kənarında yerə sərilmişdi.... -Allah rəhmət eləsin!.
-Allah ölənlərinizə rəhmət eləsin.
Budur, Tərlan ağlamaqdan boğazı gözü şişmiş halda ona başsağlığı verənlərə boğuq səslə cavab verirdi. Taqəti yox idi daha. Anasını bir an içində itirmişdi. Arifə: "Allaha şükr et ki, anan əzab çəkmədən öldü." deyərdi. Başqaları isə boş-boş baş sağlığı verərdilər. Quru təsəllilər Tərlanı bezdirirdi. Heç bir dəyəri yox idi onun üçün. Tərlan anasını itirmişdi. Bu heç də adi acılara bənzəmirdi. Nə dərd, nə kədər,nə göz yaşları, nə baş sağlıqları onu geri qaytara bilməzdi.
Tərlanın için-için ağlamaqdan boğazı şişmişdi. Mətbəxə keçib Arifədən isti su istədi. O da isti suyu gətirənə kimi Tərlan ordaca kiçik stulda əyləşdi. Bu vaxt Sevinc qadınların məclisi üçün çay aparmağa gəldi. Tərlan Sevinci görər-görməz özünü itirdi. Heç onun burda olduğundan xəbərdar deyildi. Arifə də Sevincin ardınca mətbəxə dönəndə bu qarşılaşmanın şahidi oldu. Nə danışacaqlarını rahat eşitmək üçün qapıya doğru əyildi:
-Sevinc?
-Tərlan, Allah rəhmət eləsin! Yeri Cənnət olsun!
-Sağ ol Sevinc, Çox sağ ol...
- Bu qədər özünü incitmə. Olacağa çarə yoxdur. Onun qisməti bura qədərmiş. Dərdə salma özünü.
- Mənim üçün nigaran olma, Sevinc. Sən balanı düşün. Sənin xoşbəxt olmağını hər şeydən çox istəyirəm. İnşallah, Vahid sənin qədrini anlayar.
Əslində Tərlan özü də bilmədən utanmadan Sevincə ürəyindəkiləri dedi. Amma sevgisindən başqa...
- Hə? Demək belə Tərlan! Sən hələ də bu "sərçəni" sevirsənmiş. "Sənin xoşbəxt olmağını hər şeydən çox istəyirəm". Puah, sən öləsən! Mənə də Arifə deyərlər. Sizi elə günə qoyum ki, dəymişiniz dura-dura kalınız tökülsün. Dayanın.... Arifə öz -özünə deyinməyə başladı. Dodağının altında, ürəyində qara-qara nələr düşündüsə telefonu götürüb dal otaqlardan birinə girdi. Hirsindən özünə gələ bilməmişdi. Nömrəni əlləri əsə-əsə yığdı:
-Alo, Alo....
-Alo, eşidirəm. Buyurun!
-Vahidgildəndi?
-Bəli. Vahiddir danışan, buyurun!
- Mənəm, Arifə. Sevincin kənddəki rəfiqəsi.
- Hə? Salam necəsiz? Sevincə nəsə olub? Sabah gələcəm onun arxasınca.
- Hara gəlirsən? Ağlın olsun. Bu ifritə səndən doymadı, keçdi mənim ərimə. İndi onnan eşqbaşlıq edirlər. Elə bilirsən uşaq səndəndi? Ay axmağın oğlu aç gözünü! 2 ildə sənə uşaq verməyən bir ayda verdi?
- Bu nə danışıqdır? Ola bilməz! Belə şey mümkün deyil! Mənim Sevincim bunu etməz...
- Edər, niyə etmir! Onsuz da mənim ərim onun dərdindən ölürdü. Bu da səndən ayrıldı gördü ki, Tərlan mənlə evlənib, girdi aramıza. İndi deyy deyib gülürlər mətbəximdə. Sənsə hələ də "Sevincim" deyirsən. ...
Telefonu yerinə necə asdı xatırlamdı. Bir tək onu anladı ki, Əsmər onu silkələyib nə baş verdiyini soruşurdu....
O gündən artıq aylar keçirdi. Sevinc tezliklə doğulacaq balasını qollarına alacağı günün həsrətində idi. Dilarə isə Vahidin hələ də gəlmədiyinə inana bilmirdi. Arifə də "rəfiqə" maskası ilə hər gün gəlib gedirdi. Tərlan isə anasının ölümündən sonra lap pis olmuşdu. Artıq 8 ay keçməsinə baxmayaraq, hələ də barışa bilmirdi. Bir yandan da Sevinci tənha görməsi xoşuna gəlmirdi. Dayısı Cavid isə hər ay gəlib Sevinci danlayıb gedərdi. Bunu da qəbul edə bilmirdi Tərlan. Bəzən olurdu ki, Arifə evdə deyinirdi Sevincin arxasınca. O an az qalırdı Arifəni tutub boğsun. Özünü, hisslərini cilovlaya bilmirdi. Arifəyə nifrət edirdi artıq. Çünki onun əsl üzünü hər gün görür və ömrünü onunla məhv etdiyinə görə özünün qınayırdı. Hətta dəfələrlə Arfəyə demişdi ki, getsin atası evinə. Qismət olar kimləsə evlənər uşaqları olar. Onsuz da Tərlan sonsuzdur. Həyatını niyə çürütsün ki? Həm özünü məhv edirdi, həm də Tərlanı.
Sevinc də hər dəfə dayısının kinayəli qəzəbli sözlərindən təngə gəlmişdi. Ona borclu idi. Hər şeydə. Yediyi yeməyin tən yarısını dayısı təmin edirdi. İndi də uşaq olacaq deyə iki qat tərsliyə düşmüşdü ki," Səni özüm aparacam Vahidin evinə. " Sevinc bunu istəmirdi. O Vahidin üzr istəməsini, arxasınca gəlməsini, peşman olmasını istiyirdi. Amma bunu görsəydi də Vahidi bağışlamamaqda israrlı idi. Dayısı Cavid də buna görə qəzəblənirdi. Hər gəlişində də bütün küçəyə yayılırdı səsi. Bu gəlişlərin birində Sevincin ağrıları başladı. Dayısının sözlərinə dözə bilmədi nə o nə də körpəsi...
- Xəstənin yaxınları kimdir?
- Bizik doktor. Balam necədir?
- Lap yaxşıdır. Uşaq da ana da hər ikisi sağ salamatdırlar. Gözünüz aydın! Qız uşağı dünyaya gəldi.
- Ay sizi şad xəbər olasız! İlahi, sənə şükürlər olsun! Sağol doktor, çox sağol.
- Bax sənə son sözümdür. - Cavid baş barmağını silkələyə-silkələyə Dilarəyə deyirdi.- Sevinc xəstəxanadan çıxar-çıxmaz aparıb Vahidin qapısına qoyacam. Sevincə də beləcə çatdır. Ər arvad arasında hər şey olur. Daha uşaqları da oldu barışsınlar. Ağ eləməsinlər.
Sevinc artıq ana olmuşdu. Balasını sinəsinə basıb necə ağlamışdısa hamı mat qalmışdı.
- Balam, sən indi yəni mənimsən? Necə də şirinsən. Gözlərin tamamilə atana bənzəyir. Burnun mənə, Çənən? Hə... bildim o da mənə. Bax bir tək gözlərin atana bənzəyir. Körpə balam. Necə də xoş ətrin var....
Artıq dörd gün keçmişdi. Həkimlər Sevinci evə buraxdılar. Dilarə nəvəsi üçün cürbəcür paltarlar, bələklər hazırlamışdı. Sevinclə bir başa evə gedəcəkdilər. Xəstəxanadan çıxar-çıxmaz dayısı Cavid maşınla gəldi:
- Sevinc əyləş!
Maşında dayısı qızı Cəmilə də vardı. Dilarə hər şeyi anlamışdı. Sevincin alnından öpüb sağollaşdı. Sevinc də Vahidi bağışlamamışdı. Amma balasının xatirinə gedirdi. dayısı qızı Cəmilə də yol boyu ona mənəvi dayaq olurdu. Sevinc bir an belə olsun balasından gözünü çəkmirdi. Elə hey ürəyində onunla danışırdı. Əllərinin qurluşuna, saçının hər telinə, kipriklərinə, qaşına kimi süzürdü balasını.
Dayısı qapının zəngini basdı.
- Gəldim, Gəldim!
Budur Vahiddir. Onun səsidir. Sevinc həyəcandan az qaldı özünü itirə. Qapı açıldı:
- Sevinc?
Təəccüb dolu baxışlarla Sevinci və qucağındakı körpəni süzdü. Bir an içində Arifənin dediklərini xatırladı. Qəzəbləndi. Ürəyində sanki vülkan püskürdü.
- Sən hansı üzlə bu qapıya gəlmisən? Utanmaq yox, abır yox! Namusumu heç nə etdin. Qeyrətimi tapdaladın. Sənin nə azzarın var bu qapıda?
- Vahid?
Sevinc Vahidin bu dediklərindən şok keçirdirdi. Onu heç vaxt belə görməmişdi.
-Dayan görüm. Bax bala bu sənin yoldaşındı. Bu da sənin balandı. Barışın, hər nədir aranızdakı həll edin.
-Yox bir! Cavid bəy, siz nə danışırsız? Bu mənim uşağım deyil. Sevinclə olan kəbinimizi pozmuşam.
- Necə yəni "mənim uşağım deyil?" Vahid sən nə danışırsan?
Sevinc qulaqlarına inana bilmədi.
- Elə eşitdiyin kimi də danışıram. Ləzzət eləmədi? Bura bax onun bunun küçüyünü mənə sığışdırmağa çalışma. Get kimdən qazanmısan ona da götür.
- İlahi bu nə cür təhqir?....
Sevinc az qalırdı yerə deyə.
- Bəli, Cavid bəy! Sizin bacınız qızıyla olan kəbinimi pomuşam. Onu görməyə gözüm yoxdu. Uşağı da qəbul etmirəm.
Qapı ağzında baş verənlər Sevinci üzdüyü üçün dili söz tutmadı daha. Dayısı Cavid də qəzəbindən dəli olmuşdu. Beynində bir an içində qərar verdi: "Mən ömrü boyu elə bacımın yetiminə baxmışam. Bir də onun yetiminin yetiminə baxası gücüm yoxdu."
- Bilirsən nə var Vahid, ala tut bu uşağı. Əlvida!
Sevinc qollarından zorla alınan balasını son dəfə orda gördü.
- İlahi, dayı nə edirsən?...
- Nə lazımdırsa onu da edirəm...
- Balam! Vahid geri qaytar. Ver mənə...
- Yox daha gecdir!...
Dayısı Sevincin qollarından yapışıp pilləkənləri sürüyə-sürüyə maşına apardı. Vahid qucağına verilmiş 4 günlük körpəyə donub baxdı...
Sevinc baş verənlərli qəbul edə bilmirdi. Elə hey qışqırırıdı:
- Vahid, balamı ver!... Dayı sən insan deyilsən!... Vahid qızımı ver!...
Bir an içində yaşadığı bütün sarsıntılardan Sevinc özündən getdi. Dayısı Cavid isə yolda bir an belə olsun dayanmadan maşını sürətlə kəndə doğru sürdü...

YAZAR: XƏYALƏ MURAD
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 6 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri