Xəzər və Dəniz (5-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 7 731
Səs ver:
(səs: 2)
-Dəniz biz danışmalıyıq. Mümkün olduqca sakit dayanıb onu dinləyirdim. Amma gözlərim dolurdu. Bacarmırdım. İçimdə "Dayan Dəniz indi yox dayan”-dedikcə sanki gözlərim dahada inadla özünü, məni ələ verirdi...
-Dəniz bilirəm uzun müddətdi sənə az vaxt ayırdım, səndən soyuduğumu düşünürsən bilirəm amma belə deyil. Mən hər sözümün arxasındayam sadəcə mənə biraz zaman lazımdı. Hər şeyi yoluna qoyum. Sənə yalnız bunu deyə bilərəm mən hərbi xidmətə gedənə kimi bizimkilər sizə elçi gələcək. Mən gedəndə barmağına üzüyü taxıb gedəcəm. Hə birdə artıq gələn ildən qiyabi şöbəyə keçəcəksən. Yoxsa mənim orda bütün fikrim səndə qalar.
-Nə? Mən qiyabi istəmirəm...
-Sənə o qədər söz dedim bu batdı o balaca beyninə?
-Yox yəni düzdü sənə az vaxt ayırdın öz-özümə küsürdüm, ağlayırdım da amma... Amma mən qiyabi oxumayacam...
-Oxuyassan.
-Xəzər yazıqam mən bütün günü evdə səndə olmayassan mən dəli olaram.
-Olmazsan. Mən dedim qurtardı. Nə vaxtdan məndən sonra söz deməyə başlamısan?
Susdum...
Artıq fevral ayı idi. Bu arada İlkin bizim münasibəti öyrənmişdi. Dərya isə Xəzərin dostu ilə sevgili omuşdular. Biz bəzən dördümüz birlikdə vaxt keçirərdik. 7 aprel Xəzərgil bizə elçiliyə gələcəkdi. Bütün bu olanlardan bir nənəmin xəbəri yox idi. Çünki nənəm mənə yalnız Kamranı layiq görürdü. Kamran dayımoğlu idi. Deyəsən bu fikir onunda beyninə girmişdi. Hətta bir dəfə Kamranla bu haqda söhbətimizdə olmuşdu.
-Dəniz nənəmin sözündən çıxmaqla sən düz etmirsən. Nənəm birşey bilirki səni onlara vermir...
-Kamran nənəm düşünür ki, Zeynəb anamın intiharına atam səbəbkardı. Ona görə ata tərəfimi qəbul etmir. Amma mən Xəzərdən ayrılmayacam. Mən ayrılsam belə Xəzər məndən ayrılmaz. Nənəmin sənə nələr dediyini tam bilməsəmdə qismən bilirəm. Bu olmayacaq işdi... Bu söhbətimizdən sonra Kamran bir müddət mənimlə qarşılaşmamağa çalışdı. Sonra isə Moskvaya getdi. Elçiliyə iki gün qalmış anamgil nənəmə hər şeyi danışdılar. Nənəmin cavabın əslində hamımız bilirdik. Gözlədiyimizdən daha kəskin reaksiya verdi...
-O qızın məni heçə saydığı bəsdi daha nəqədər mən sağam o qız o tayfadan birinə getməyəcək. Mənim xeyir-duam olmadan bu işi görsəniz sizi silərəm. Anam nənəmin bu sözlərin deyəndə artıq dözə bimədim, hıçqıraraq elə ağlayırdım ki, anam məni güclə saktləşdirdi. Bu iki günü Xəzərə necə deyəcəyimi düşünürdüm. Amma bacarmadım, axı necə deyim. Elçiliyə bir gün qalmış Əli atamda gəlmişdi Ukraynadan təbiiki mənim atam kimi burda iştirakı vacib idi. Atam hər şeyi Əli atama danışdı. Əli atam çox əsəbləşmişdi.
-Sərvan mən sizə minnətdaram qızımı bu yaşa kimi böyütmüsüz amma o mənim qızımı məndən aldı indidə onun xoşbəxliyinə mane olmaq istəyir? Zeynəbidə o intihara sürüklədi...
-Bilirəm amma Süsən xalanı bilirsən...
-Yox mən özüm onunla danışacam. Əli atamın nənəmlə danışığının nəticəsi əslində üzünə baxanda bilinirdi. Qapı döyüldü. Dəryada bizdə idi. Qapını o açdı. Elçiliyi sizə yazmayacağam çünki heç bir gənc qıza bu anları deyil yaşamağı oxumağı belə məsləhət bilmirəm. Həmin gündən sonra Xəzər mənlə danışmadı heç nəyin nə izahın istədi nə də məni nədəsə qınadı. Universitetdə belə mənə yaxın gəlmirdi. Onun haqda xəbərləri Dəryadan alırdım. Dövlət imtahanını da, buraxılış işinidə vermişdi. İyunun 27-i İlkinin toyu idi. Toy çox gözəl keçirdi. Sabir əmimlə yoldaşı mənlə incik deyildilər. Amma Xəzər elə davranırdı ki, sanki mən yoxam. Gözəl musiqi səslənirdi. Gəlinlə bəy rəqs edirdi. Bibimin oğlu mənə yaxınlaşdı ki rəqsə dəvət etsın. Ayağa qalxdım ki gedək elə bu anda Xəzər bizə yaxınlaşdı.
-Nahid o mənimlə rəqs edəcək get özünə başqa qız tap. Mən Xəzərə tərs-tərs baxırdım o qolumdan tutub məni rəqs meydanına apardı. Belimdən tutub özunə sıxdı. Çox darıxmışdım onun ətrinin iyi üçün. Üzümə baxmırdı. Amma onunda darıxdığı hiss olunurdu. Dərindən nəfəsimi içinə çəkirdi.
-Məni öldürürsən. Niyə mənə zülm eliyirsən?
-Niyə üzümə baxmırsan? Mənlə danışmırsan. Elə davranırsan sanki mən yoxam.
-Varsan. Çiynində olan əlimi ürəyinin üstünə qoyub. Bax burda varsan...
-Xəzər mən sənə. Əlini dodağıma toxundurub
-Şşşşşş... Mən ayın 3-ü gedirəm. Məni gözləyəssən. Bu sözü hökmlə dedi. Mən dolmuş gözlərimlə üzünə baxıb "hə” mənasında başımı hərəkət etdirdim.
-Gələndən sonra sənin nənənlə özüm hesablaşacam. Görək arvadın dərdi nədi? Bu sözləri mənim gülümsəməmə bəs etmişdi. Toy günündən sonra biz Xəzərlə tez-tez görüşür şəhəri əl-ələ gəzirdik. Bir həftə. O bir həftəni həyatımın ən gözəl günlərindən sayıram. Ayın 3-ü Xəzər hərbi xidmətə getdi. Günlərlə özümə gələ bilmirdim. Əsasən gecələr dəli olurdum. Xəzər gedəndən bir ay sonra zəng vurdu. Elə darıxmışdım ki onunçün. Ağlamamağa çalışırdım amma olmurdu.
-Ağlama dəlim bax fikrim səndə qalacaq yoxsa. Haqlı idi amma özümlə bacarmırdım.
-Neynim ee mən ağlamıram yaşlar özü axır gözümdən. İçimi çəkib yenə ağlamağa başladım.
-Öldürmə məni qurbanın olum. Sən ağlayanda məni öldürürsən. O bacardıqca məni sakitləşdirməyə çalışırdı. Bu onda çox gözəl alınırdı. And içmədən sonra Xəzər daha tez-tez zəng edirdi. Məndə sonuncu zəngindən bu günə kimi nə baş verib hər şeyi ona tez-tez danışırdım. Xəzər gedəndən düz 7 ay keçmişdi. Mən Xəzərin istəyi ilə qiyabi şöbəyə keçdim. Arada Dəryayla görüşürdük. Dərya Xəzərin dostundan ayrılmışdı. Nənəm ağır xəstələnmişdi. Həkimlər ölümünə az qaldığını deyirdilər. Kamranda Moskvadan gəlmişdi. Nənəm Kamranı bütün nəvələrindən üstün tutardı. Kamranda nənəmi çox istəyirdi. Bir gün nənəm məni yanına çağırıb vacib sözü olduğunu dedi...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 7 731
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri