Xəzər və Dəniz (7-ci bölüm FİNAL)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 8 139
Səs ver:
(səs: 0)
Mənimçün ailəmlə danışmaq çətin olmadı çünki onlar mənim xoşbəxtliyimi məndən belə çox istəyirdilər və bilirdilər ki, mən Kamranla xoşbəxt olmayacam. Dayımgil bizə üzrxahlığa gəlmişdilər. Əslində hamı deyib gülürdü. Elə bil ağır bir yük götürülmüşdü hamının çiynindən. Əli atamda bizdə idi. Mən eyvana çıxanda onun Kamranla danışığını eşitdim.
-Oğlum bilirsən sən duz etdin mənim səhvimi təkrarlamadın. Məndə Zeynəblə evlənəndə onun başqasını sevdiyini bilirdim. Mənim sevgim bizə yetər dedim. Zamanla unudar dedim. Axırını bilirsən. Günlər bi-birini əvəz edirdi. Xəzərlə barışmağımızı artıq ailəmə demişdim. Ancaq Xəzər mənim işləməyimə qarşı çıxırdı demək olar ki, hər gün dalaşırdıq axırı mənim küsməyimlə bitirdi davalarım. Buna görədə Xəzər mənə artıq işləməyi qadağan etdi. Beləliklə mən işdən çıxdım. Evdə ürəyim sıxılırdı nə qədər ev işləri görmək olar. Hər gün Xəzərə bu haqda uzun bir mühazirə oxuyurdum...
-Bax Xəzər bəy məni işdən çıxartdırdın. Yaxşı amma mənim ürəyim sıxılır bütün günü evdə.
-Heç nə olmaz otur kitab oxu, Türkan xalaya kömək et...
-Sən heç narahat olma mən anama kömək edirəm...
-Lap yaxşı. Birazdan soyuducunu gətirəcəklər sora danışarıq.
-Nə soyuducusu?
-Təzə aldığımı?
-Hə, hə 4 ildi məni gözlətdirirsən heç məni almırsan gedib soyuducu alırsan?-deyib telefonu söndürdüm. Bu axmaq fikir hardan girdi beynimə bilmirəm. Xəzərin reaksiyasından qorxurdum. Zəng gəldi. Təbiiki Xəzər idi..Açmadım qorxudan. Artıq iki həftə idi danışmırdıq. Sözlərim xətrinə dəymişdi deyəsən. Düz etmədiyimi anlayırdım amma qürurum qoymurdu mən zəng vuram. 15-ci gün Xəzər zəng vurdu.
-Salam necəsən? Səs tonundan bilirdim ki, yenə mənə bir hökm oxunacaq...
-Yaxşıyam sən? Qorxa-qorxa dilləndim...
-Yaxşıyam qulaq as mən sabah gedirəm Gəncəyə bir həftəyə mamagil elçi gələcək. İki həftəyədə toydu. Eşitdiklərimə inana bilmirdim bu nə danışır?
-Nə? Necə yəni iki həftəyə toydu mən istəmirəm. Yox belə tez istəmirəm...
-Səndən soruşan yoxdu sən nə istəyirsən özünün soyuducuyla bir tutan xanım. Dedim toydu deməli toydu. Həm narahat olma toydan sonra sənin başını elə qatacam ki, darıxmayacaqsan. Çoxbilmişlər kimi gülürdü. Mən burda utancımdan səsimi uddum...
-Yaxşı day utanmağı tərgit yavaş-yavaş. Türkan xalagilə de hər şeyi. Xəzər dediyi kimidə etdi. Bir həftə sonra elçi gəldilər "Həri” və "Nişan” bir oldu. Toyumuz çox gözəl keçdi. Bir ara Kamranla Dəryanın rəqs etdiyini gördüm. Dərya yanıma gələndə soruşacaqdım nələr baş verdiyini...
-Dərya nə baş verir? Kamran və sən... Deyib güldüm
-Dəniz hər şeyi danışacam amma sonra indi sən gecəni düşün gəlin xanım. Deyib güldü...
-Utanmaz gül-gül sənində başına gələcək onda mən qəhqəhə çəkəcəm. Əmimgil Xəzərə Bakıdan ev almışdılar biz burda yaşayacaqdıq. Toy bitdi mən anamla atamla Dəryayla İlkinlə və digər qohumlarla görüşdüm. Anamla qucaqlaşanda özümü saxlaya bilmədim. Ağladım. Evə çatanda Xəzər mənə kömək etdirdi ki rahat yeriyim. Həqiqətən ayaqlarım yerimirdi. 17 sm kablok toyun yorğunluğu. Xəzər boyda məndən çox uzun olduğu üçün hündür ayaqqabı geyinmişdim...
-Sənə dedim geymə o qədər hündür bax ayaqların nə gündədi
-Neyniyim eee adamın gündə toyu olmur axı həm sən məndən çox hündürsən yanında cılız görsənməyim deyə geyindim...
-Hə əcəb elədin indidə çək ağrısını
-Ay ayağım ölürəm mən. Deyinə-deyinə yataq otağına keçdim. Xəzərdə arxamca gəldi. Mənə yaxınlaşıb əlimdən tutub çarpayıya oturtdu. Özü isə yerdə oturub ayağımın birini əllərinın içinə alıb, dizləri üstünə qoydu və sığallamağa başladı. Nə qədər o anın sehrinə qapılsamda mənim ayağımın onun əlinin içi boyda olmağı gözümdən qaçmadı. Nə isə sonra o biri ayağımı əlləri içinə aldı. Bu dəfə dodqlarına doğru apardı. Öpdü. Sonra dizlərimi əllərimi və dodaqlarımı. Sonra. Sonrasını bildiniz daha yazmıram. Sevdiyinə aid olmaq onun qadını olmaq nədi mən o gecə bildim. Sabah Xəzəri işə yola salandan sonra Dərya zəng vurdu...
-Noldu gecə?
-Sənində sabahın xeyir yaxşıyam sən necəsən?
-Di yaxşıyam keç bunları əsas məsələni danış. Gözəl idi?
-Çox güzəl gecə idi. Dərya bunu sözlərlə demək olmur. İnanılmaz bir hissdi. Mən Dəryaya hər şeyi olmasada bəzi şeyləri danışdım...
-İndi sən de görüm Kamranla aranızda nə baş verir?
-Dəniz Kamranla biz şey olduq şey yəni...
-Zad olmadızdı ki? Deyib güldüm
-Yox. Dərya biraz əsəbi dilləndi
-Hə əsas odu zad olmamısınız. Yenə güldüm
-Dəniz. Biz sevgili olduq amma...
-Sənin bu ammaların nə vaxt bitəcək bax mənə görədisə heç bir problem yoxdu bizimki formanlı bir iş idi...
-Yox problem o deyil. Kamran deyir elçi gəlsinlər nişan olsun sonra magistratura üçün sənədlərimi Rusiyaya verim həm özüdə ordadı...
-Bu sizinçün daha yaxşı
-Nə bilim görəkdə...
-Nə vaxt gəlirlər elçiliyə?
-Bir həftə sonra. Biz birazda Dəryayla danışıb sagollaşdıq. Dayımgil bir hərfə sonra Dəryaya elçi getdilər. Dəryanın papası razı olmadı səbəbi isə hamımızı güldürmüşdü...”Odla barıt yan-yana olmaz” Dayımgildə belə qərar verdilər ki, toyları olsun ondan sonra getsinlər. İkinci elçilikdə dayım Dəryanı istəyəndə Dərya Kamranla küsülü idi...
-Arif kişi bu uşaqlar bir-birin sevib. Bizə yalnız bir iş qalıb bunların toyunu etmək. Papasından qabaq Dərya özünü saxlaya bilmədi.
-Papa o dəqiqə razı olma haaa. Hiii bağışlayın çox üzr istəyirəm. Hamı gülümsünürdü...
-Quda Allah köməyiniz olsun. Dəryanın atasıda gülməyə başladı. Dəryagilin toyu tez olacaqdı. Kamran işlərinə görə tez getməli idi. Toy maraqlı keçirdi, Dəryayla Kamran xüsusi rəqs də hazırlamışdılar. Bizdə Xəzərlə tez-tez rəqs edirdik. Xəzərlə Kamran bu müddət ərzində dostlaşmışdılar. Kamranı Xəzər və digər dostları rəqsə dəvət edəndə mən gəlinin yanında oturdum...
-Gəlin xanım gecəyə hazırsız?
-Dünyada toy gecəsini təyyarədə yan-yana oturaraq keçirən yeganə çütlük biz olacayıq yəqin...
-Niyə axı biletləri bu günə alırdız ki?
-Kamranı təcili çağırdılar. Dəryayla sağollaşmaq hər ikimiz üçün çətin idi. Artıq üç ay idiki Dəryagil getmişdi. Hər gün Skype danışırdıq...
-Nə bişirirsən?
-Dolma. Niyəsə ürəyim bulanmışdı…
-Dəniz Dəniz noldu?
-...Tez hamama qaçdım geri qayıdanda Dərya hələdə burda məni gözləyirdi, telefonda əlində
-Ay qız noldu sənə? Birazda gec gəlsəydin Xəzərə zəng vuracaqdım...
-Bilmirəm sən dolma deyəndə ürəyim bulandı...
-Dəniz bəlkə sən hamiləsən...
-Bilmirəm. Bir dəqiqə mənim aylıq periodum iki dəfədi gecikir...
-Sən belə et get tez aptekə test al yoxla mən burda gözləyirəm tez ol. Mən tez aptekə qaçdım. Testi alıb evə gələndə Dəryada skypedan mənlə bərabər həyəcanla gözləyirdi.
-Müsbət çıxdı Dərya hamiləyəm
-Canım mənim təbrik edirəm Allah atalı analı böyütsün. Axşam Xəzər evə gələndə ona necə deyəcəyimi fikirləşdim. Belə adi bir şeymiş kimi demək istəmədim bu bizim ilk uşağımızdı. Bir cüt göy rəngdə uşaq ayaqqabısı aldım. Hədiyyə şəklində bükdürdüm. Yataq otağında çarpayının üstünə qoydum. Axşam Xəzər gələndə onu qarşılayıb mətbəxə keçdim. Bir də gördüm Xəzər qışqıra-qışqıra gəlir.
-Dəniz sən... Sən hamiləsən. Yeni indi səndən biridə olacaq?
-Nədi sevinmədiniz deyəsən Xəzər bəy? O məni qucağına alıb firladırdı. Təbiiki ora-bura dəyə-dəyə, qolum-qıçım cızıq-cızıq oldu...
-Dəli necə sevinməyim həə bizim uşağımız olacaq...
-Qoy məni yerə anasını elə burdaca öldürsən uşaqda çətin ola. Bu xəbərə hamı sevinmişdi. Xoşbəxt idim həmdə çox xoşbəxt. Allahıma şükr edirdim, yaxşı ki, mən anamın səhvini təkrarlamadım. Yaxşıki, son anda öz sevdiyim insanla ailə qurdum. İlkinin qızının adını Zeynəb qoymuşduq. Bizimsə bir oğlumuz oldu. Nəriman qoyduq adını. Sevimli şairimiz Nəriman Həsənzadənin adına. Hamiləliyim müddətincə Xəzər mənə onun çoxlu şeirlərini oxuyardı...
 
Final!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 8 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri