Çiçəyin tökülən ləçəkləri (11-ci bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 5 474
Səs ver:
(səs: 1)
Qəsvətli bir gecənin sabahı. Dan yeri yenicə sökülür. Səhər saatlarında Çiçək məşğələyə getməli idi.
Anası:
-Bəlkə getməyəsən?
Səs gəlmədi. Daha təkrar etmədi sözünü.
Saat 09:00da orda olmalı idi. Amma o evdən 1-2 saat tez çıxdı.
Anası yenə:
-Qızım, helə tezdi axı.
O, cavab vermədən qapıdan çıxdı. Yalnız qalmağa ehtiyacı var idi. Erkəndən gedib binanın qabağındaki skamyada oturdu. Ağlamağa başladı yenə. Artıq vaxt idi. Gözünün yaşını silib yuxarı müəllimgilə çıxdı. Həmişə şən səsi və gülüşü ilə otağı aydınladan Çiçək səssiz-səmirsiz keçib yerində oturdu. Heç kəs buna alışqan deyildi. Onun bu hərəkətini yadırğadılar.
Müəlliməsi:
-Nə olub gülüm, kim dəyib sənin xətrinə? Niyə belə kefsizsən?
O, sönük səslə:
-Yoo. Heç kim dedi...
Dərs boyunca onun gözləri dəfələrlə dolub boşaldı. Özünü güclə saxladı. Ağlamadı. Çiçək kiminsə onu ağlarkən görməsini heç sevməzdi. Ümumiyətlə ağladığı hallar isə çox nadir olurdu. Hətta hərdən anası:
-Sənin ürəyin daşdandırmı, səni heç ağlayan görmədim, necə də soyuqqanlısan deyərdi.
Dərs bitdi. Evinə qayıtdı. Yenə eyni vəziyyətdə idi. Durmadan ağlayırdı. Anası acıqlanırdı.
-"Sənə demədimmi bəsdir, daha ağlama"...
Ağlama deməklə gözdən süzülən yaş dinərmi? İçindəki alov sönərmi? Çiçəyin dünyası başına yıxılmışdı. Süleymandan çox onun ailəsinin etdiklərinə yanırdı. Nişanın qayıtması ilə əlaqədər heç əng də etməmişdilər. Adi hal kimi qəbul etmişdilər. Süleymandan nə bir zəng, nə bir mesaj. Ən azından bir "bağışla" kəliməsini eşitmək istəyirdi. "Bağışla, Çiçək, bacarmadım sevə bilmədim səni, bağışla" desəydi barı. Çiçək telefonunu əlinə aldi. "Gözün aydın, canın məndən qurtardı" yazdı.  Amma göndərə bilmədi. Ailəsini düşündü. Onları alçaltmaq istəmədi.
Sonralar peşman oldu. "Kaş göndərərdim o mesajı, qarşısına çıxaydım, nifrətimi püskürəydim. İçimdəki kin mənimlə bərabər onu da yandıraydı." dedi. Amma nafilə...
Çiçəyin beynində durmadan artan suallar yaranırdı. Düşünürdü. Harda səhv etdim görəsən? "Bəlkə məndə idi günah? Bəlkə sevgimi lazımınca göstərmədim? Bəlkə əvvəllər Süleyman mənə görüşək deyə yalvaranda görüşsəydim, onu özümə bağlasaydım bütün bunlar yaşanmazdı? Yox. Bəlkə ona bu qədər güvənməsəydim, bağlanmasaydım. "O" da bu qədər yaralamazdı məni?"...
Bütün bu suallar boş. "Bəlkə" lər boş. "Bəlkə" ni əkiblər bitməyib. Gedən getmiş. Hər şey alt-üst olmuş. Çiçək də bu dağıntıların altında qalmışdı...
İnsan bu qədərmi vicdansız olardı. Kiçik bir qızın xəyallarını alt-üst etmək bu qədərmi asan idi. Güvəndiyi, sevdiyi insanların xəyanətini necə qəbul edə bilərdi axı...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri