Zindan həyat (1-ci bölüm)

Şərhlər: 9
Baxılıb: 16 342
Səs ver:
(səs: 5)
Sentyabrın 15-i idi tələbələr dərsə axışırdı Lalədə bu
 tələbələrdən idi uşaqlıq arzusu olan musiqi kollecinə
 daxil olmuşdu.O rayonda yaşayırdı və oxumaq
 üçün Bakıya yollandı evdəkilər onu əvvəlcədən məktəbin yerini və qalacağı evi görsətmişdilər o
 oxuduğu müddətdə uzaq qohumlarının evində
 qalacaqdı və budur artıq marşurut gəldi Lalədə
 marşuruta mindi ürəyi çırpınırdı başqa bir dünyaya
 düşəcəkdi, ən əsası isə ixtisası olan forte-piano dərsləri alacaqdı... Marşurut dolu idi dərsə gedənlər işə gedənlər Lalədə bu dolu marşurutda özünə bir yer tapdı və qızların yanında dayandı oturan qızlar söhbət edirdi görəsən bizim qrupda yaraşıqlı oğlanlar olacaq o biri qız isə cavabında: ay qız dəlisən yəni diyirsən o boyda məktəbdə yaraşıqlı oğlan olmayacaq bizim qrupda olmasada olar əsas odur ki, məktəbdə olsun qızlar gülüşərək arxaya çevrilərək düz deyil Gülər Lalədə qeyri ixtiyari qızların çevrildiyi tərəfə baxdı çox gözəl qız idi.
 Gülər:işiniz gücünüz oğlanlardıe ay qız siz oxumağa gəlirsiz yoxsa oğlan axtarmağa..Gülər bu sözləri deyərkən Lalənin üzünə gülümsəmə yarandı sanki Gülər onun ürəyindən keçənləri oxuyurdu..Qızlar pərt olmuş vəziyyətdə: sənə nə vare sevgilin varda ona görə belə danışırsan. Gülər isə heç bir cavab vermədi......və budur artıq məktəbə çatmışdı Lalə həyəcanla yol pulusun verib marşurutdan düşdü inana bilmirdi ki o burda oxuyacaq və gəlib içəri girdi uşaqlar həddindən artıq çox idi hərə bir tərəfə qaçırdı kiminin əlində tar kiminin əlində kaman,kiminin əlində isə notlar kitablar. Lalə bir an bu qarışıqlığın içində özünü itirmişdi axır ki bir adamdan soruşdu:Bağışlayın 1ci kursların oxuduğu zal hardadı zalı ona görsətdilər Lalə zala gedib içəri girdi özünə bir boş yer tapıb oturdu biraz keçmişdi ki kiminsə yanina oturduğunu hiss etdi və çevrilib baxanda bu o qız marşurutda gördüyü qız idi.Qızda Laləni tanımışdı
 Gülər: salam səndə 1 ci kurssan? 
 Lalə:hə səndə ? axı o burdakı uşaqlardan böyük görsənirdi ya geyimi makyaji onu belə böyük göstərirdi
 Gülər:(gülərək)hə məndə 1ci kursam gülməlidi hə mənim yaşıdlarım uje bitirib məktəbi.. mən məktəbi bitirənden sonra sənətlərimi verdim ama qəbul ola bilmədim ona görə həvəsdən düşdüm sonra yenidən hazırlaşıb imtahana gəldim bu dəfə alındı (ikisidə gülür)) dekan müdür müəllimlər zala daxil olurlar qəbul olan uşaqları təbrik edib təhsillərində uğurlar arzuyırlar... birazdan uşaqlar dağılışır hamı neçənci qrupa düşdüyünü öyrənmək üçün kalidorda asılan yazılara baxırlar Gülərdə Laləynən bərabər baxır Lalə mən 5ci qrupa düşmüşəm Gülərdə adını tapıb məndə :) bu bir təsadüf idi yoxsa onların birgə yaşayacağı nəsə olacağı üçün taleh onlara bir araya gətirməyə çalışırdı Lalə sevinirdi ilk gündən belə səmimi bir qızla tanış olmuşdu...Onlar sinifə yola düşürlər dərs başlayır və dərsdən çıxıb hərə öz evinə yola düşür..Beləcə bir iki aydan sonra Lalə və Gülər çox mehriban dost olurlar ...hər yerə bərabər gedirlər.Lalənin qaldığı ev atasının uzaq qohumunun evi idi Laləyə heçnə deməsələrdə hər hallarından bəlli idi ki artıq Lalənin bu evdə qalmasını istəmirdilər və Lalə bunu anası gilə demişdi anası tezliklə onu ayrı bir evə çıxaracaqlarına söz vermişdilər...Lalə bu söhbəti Gülərədə demişdi Gülərdə bacısının evində qalırdı ev çox balaca idi bacısının ailəsi evə zorla yerləşirdi bir tərəfdəndə Güleə. Həm bacısı hamilə idi yaxında ana olacaqdı.Gülərdə o evdən çıxmağı düşünürdü. Lalənin başqa evə çıxacağını eşidəndə üreylənib Laləyə dedi
 Gülər: Lalə bəlkə deyirəm biz bir yerdə ev tutaq həm bütün günü bir yerdə olarıq..Bu fikir Lalənin çox xoşuna gəlmişdi ən çox istədiyi rəfiqəsi ilə bir evdə yaşamaq bu ki əla idi və birlikdə ev axtarmağa başlayırlar axırki normal qiymətə bir ev tapırlar evin sahibəsi ilə bərabər qalacaqlardı ama bu onlara heç təsir etmirdi fərqi yox idi əsas odu ki onlar bir evdə bir yerdə yaşayacaqlar və beləliklə hər ikisi qaldıqları evdən əşyalarını yığıb sağollaşıb çıxdılar. artıq yeni evlərində idilər ...

 
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 16 342
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri