Maskalı həyat (Bölüm 24)

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 5 131
Səs ver:
(səs: 4)
Bu insanı tanımıram. Deyəsən sərxoşdu həm də. Qızın saçları dağınıq ama üzərindəkilər bir sərvət dəyərində olduğu bəlli idi.
Əllərin bir birinə vurub əl çalaraq dilləndi
-Əhsən bravo 
Mən caşğın baxışlar ilə ona baxırdım. Tanımadığım bir insan məni tanıyır və hətta əhsən deyir
Zal ölüm səssizliyinə qərq olmuşdu. Kamran da bizi əhatə edən insanların arasından çıxdı
-Oooo bəyimizdə gəldi.
Mən qıza doğru yaxınlaşaraq
-Tanışıq?
O qeyri ciddi şəkildə gülümsəyib mənim ətrafımda dövr etməyə və məni süzməyə başladı
-Başqaları deyəndə inanmadım. Özüm görmək istədim.
Kamrana yaxınlaşıb 
-Səni bağışlamayacam. Əmin ol buna. Sən bizə söz vermişdin. İndi bizi tək qoyacaqsan
Qız danışarkən ətrafa baxırdım hamı həmişəki üzün almışdı. Başım gicəllənirdi. Bədənim ayaqlarıma ağırlıq edirdi. Əlini qarnına qoyub
-Heç birimiz bağışlamayacağıq
Və son səhnə.....
---
Gözlərimi ilk açdığımda başımın üstündə atamı gördüm. Balaca olandakı kimi. Nə vaxt qizdırmam olsaydı xəstələnsəydim başımın üzərində atam olurdu. 
-Ata
-Hər şey yaxşıdı qızım
-Nə olub?
Mən ətrafa baxdım. Öz otağımda idim. Hər şey pazıl parçası kimi yaddaşımda bir-birinə birləşdirilirdi. O qız. Yadıma düşdü.
-Heç nə yat istirahət et
-Ata danış xaiş edirəm
-Qızım Kamran danmır. Ama sənlə danışmaq istəyir
Demək qız sevgilisidi. Qulağımda exo verərək hec birimiz bağışlamayacağıq sözü təkrarlanırdı. Gözümün önündə isə qızın əlini qarnına qoyandakı siması.
-Gəlsin
-Dogurdan? 
-Hə ata gəlsin
Atam ayağa qalxıb qapıya yönəldi. Qapını açan kimi anamın və başqa qohumlarımın evi yas yerinə çevirdiyini gördüm. Elə bil ölmüşəm üç dördü verillər. Qapını bağlayan kimi səs küy də yatdı.
Nə edəcəyik? Əslində yaxşı bəhanədi medya üçün də. Ayrılmağa bundan yaxşı bəhanə.
Ayrılmaq istəyirsənki Süsən? Səndən öncə olanlardan sənə nə? Sevirsənsə qəbullən
İçimdəki mən sən deyəsən mənim ürəyim gedən vaxtı zədə almısan başdan. Bu oyundu. Özü bilər onun
Özün öz dediyinə inanırsan?
Yoxsa özünü aldadırsan?
İçimdəki mən çoxbilmişləri sevmirəm. Sən də çoxbilmiləşmə. 
İlk nişanım da belə gözəl oldu. Yaxşı ki jurnalistlər yox idi.
---
Səhərin ilk şüaları ilə gözlərimi açdım ki başımın üzərində Kamran
Ölmüşəm cənnətdəmiyəm deyə içimdəki mən ağzının suyun axıtdı
-Sabahın xeyr
-Sabahınız xeyr Kamran bəy
-Necəsən?
-Bir nişanı yas mərasiminə çevrilən qız necə olarsa elə
-Bağışla
-Sənin bağışlan mənim biabır olmağımı geri çəkmir.
-Bilirəm
-Əslində yaxşı oldu ayrılmağa jurnalistlər üçün səbəb axtarırdıq onsuzda
-Onlar bilmirlər bilməyəcəklərdə
-Kamran əsas odu mənim ailəm bilir
-Mən hər şeyi başa saldım atana. O sənin qərarın nə olsa mən arxasındayam dedi
-Kamran
-Heç nə sən bildiyin kimi deyil. Ama deyə də bilmərəm nədi. Ama o hamilədi 
-Sənin də hər şeydən xəbərin var?
-Hə. O istəmədi aldırmaq mən də hörmətlə yanaşdım. 
-Biz ayrılanda onunla evlənəssən
-Elə bir fikrim yoxdu. Ama onu atmaq fikrim də yoxdu. Of Süsən bunu sənə anlatmaq o qədər çətindiki 
-Heç bir şey lazım deyil. Sadəcə Kamran ayrılmırıq ama çalış nə qədər bacarırsan az gəl ümumiyyətlə heç gəlmə. Səni görmək istəmirəm 
-Ama 
-Ən azından bu bir neçə gün
Deyib yatağda çevrildim. O isə səssizcə otaqdan çıxdı. Hər şey o qədər qəlizliyə doğru gedirdiki.
----
Artıq bir həftə idiki Kamrandan xəbər yox idi. Biz nişanlı idik. Anam soruşurdu yalandan danışdığımı deyirdim. Bizim nişanımız barədə xəbərlər yayılmışdı. Həm də təyyarə limanından məni çıxartdığı görüntülərdə. Ama uşaq, nişanı qızın basması barədə heç bir xəbər yox idi.
Narahat olmama səbəbim anam bilirdi görsə də heç nə deməzdi.
Mən də depresyona düşmüşdüm ama niyə bilmirdim. Otaqdan çıxmırdım yemək demək olar yemirdim. Görünüşündə isə frankişteyni keçmişdim. 
Qapı döyüldü anam başın içəri saldı
-Qızım qonağın var
-Kim ana
O qapını tam açdı. Qapıda Zərifə xanım idi.
-Durma qızım
-Salam
Deyib yerimdə dikəlməyə çalışdım. Nəzərə çatdırım ki indi hiss etdim ki yatağa yapışmış kimi bir hiss var içərimdə.
Zərifə xanım gəlib çarpayımın yanında olan oturacağa oturdu
Anam da bizi tək qoydu
-Necəsən qızım?
-Yaxşı
-Sevindim. Yalandan başqa söhbətlər açmayım nə deməyə gəlmişəmsə onu deyim qoy
-Buyurun Zərifə xanım.
-Qızım Kamran pisdi. Başa düşdüyüm dərəcəsi ilə nişandan bəri Kamran ilə danışmırsan
Mən başımı hə anlamında yellətdim
-Kamran çox pisdi.
İçimdəki mən əyninə döyüş geymin geyib qaşlarını çataraq yenə başlayır. Mən sənə demişdim. 
-Biz küsülü deyilik
-Bizi aldada bilərsiz özünüzü yox. Ən azından zəng et ona mənim xətrimə
O durub otaqdan çıxırdıki mən dilləndim
-Zərifə xanım
-Bəli qızım
-Siz bilirdiz?
-Hə qızım həm mən həm atası 
-Anladım
-Asand iş deyil başa düşürəm səni
Deyib getdi. Yəqin Kənanı nəzərdə tutaraq deyir bunu. Ama əslində mənim üçün heç bir fərq olmamalıdı. Demək Zərifə xanım çox sevənlərdəndi.
----
Zəng etmək qərarına gəldim
-Alo
-Süsən
-Ay bəli
-Elə bildim can deyəssən
-Çox gözdüyərsən
-Sevindim zəng etdiyinə elə bilirdim daha danışmayassan mənlə
-Oyundu bu Kamran bəy niyə danışmıyım ki. Sadəcə tətil elan etmişdim bu bəhanə ilə
-Süsən bu sir məni öldürür
-Nə sirri?
-Görüşə bilərik?
-Hə 
-Hazırlaş gəlirəm
---
Yarım saat sonra artıq qapı döyülürdü.
Anama demişdim. Nə əcəbsə heç nə deməmişdi. Əslində düşünürdüm ki anam qoymaz daha ama heç nə demirdi.
Qapını açdım. Kamranı bütün saç saqqal basıb. Özümə frankşteyn deyirdim mən toya getməliyəm. 
-Salam
O isə məni özünə çəkib bərk bərk qucaqladı. Yaman kövrək olub deyəsən. Ətri eyni idi. Məni bihuş etdi. Bu bir həftə içərisində burnumda dolaşan sən demə Kamranın ətri imish. Ayrıldım qollarından.
-Gedək?
-Aha
Deyib çıxdıq evdən. 
Maşın boyu hər zamanki səssizlik oldu. Dəniz qırağına gətirmişdi məni. Kinolara baxan zaman hər zaman düşünürdüm ki niyə bütün maraqlı əsaslı söhbətlər qızla oğlan arasında dəniz qırağında olur. Bəlkə Kamrandan soruşum. Bu dənizin iyrənc qoxan iyisi nə romantika verir ki?
Bəlkə Kamran da mənə sevgisin etiraf etməyə gətirib. Bəlkə ölür dərdimdən. İçimdəki mən niyə susursan? Əslində düz edirsən heç özüm də inanmıram buna qaldıki sən inanasan. İçimdəki lazım olan vaxtlarda da tapılmassan onsuz
Biz maşından düşüb maşının önünə gəldik. O mənə gözlərin zillədi. Bir müddət baxıb sonra dilləndi
-Heç bilmirəm necə başlayım hardan harasından. Sadəcə mənə nifrət etməyini də istəmirəm...
 
P.S.Ardı var
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 5 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri