Zindan həyat (27-ci bölüm)

Şərhlər: 7
Baxılıb: 5 345
Səs ver:
(səs: 5)
Bəzən insan çox sıxılıdığında istəmədiyi addımlar atar, sonra peşman olar. Bəlkədə amma o an sonu düşünməz. Lalədə belə bir addım atmışdı və Əlinin qəzəbinə səbəb olmuşdu Lalənin belə etməsi.
Lalə Əlini qarşısında görüncə şok olmuşdu sanki o necə xəbər tuta bilərdi axı?
Əli:Lalə səninləyəm hardan gəlirsən?!
Lalə(çox pis vəziyyətə düşmüşdü bir dəfə Əliyə yalan danışmış onuda üzünə gözünə bulaşdırdı. Heç bilmirdiki nə desin)
Lalə:Əliii sən sən burda neynirsən? Yəni necə gəldin?
Əli:Bunları keç Lalə xanım. Sən özünnən danış. Hardan gəlirsən dedim!!! Hə yada dayan mən deyim görüşdən gəlirsən. Mən hər şeyi gördüm Laləəə
Lalə:Əli qışqırma. Camaat bizə baxır
Əli:Qışqırmayım hə? Sənə camaat baxır? Yoxsa biabır olarsan camaatın yanında. Bəs mən? Bəs məni fikirləşmisən? Mən sənə görə biabır olmuyacam. İndi o Elxan küçüyü gedib hər yerdə deyəcəkki Əlinin sevgilisi Lalə xanım Əlidən gizlin başqa oğlanla görüşür. Mən biabır olmuramda onda hə Laləəə? (deyərək qışqırırdı. Yoldan keçən hamı çevrilib onlara baxırdı. O an Lalə olanlardan qorxsada amma fikri ona baxan adamlarda idi. Əli Lalənin arxaya baxdığını görüb çevrilib. Özüdə baxır qarşıdan gələn 2oğlan dayanıb onlara baxırdı. Əli sanki Lalənin əsəbini oğlanlardan çıxır. İkisinində qolundan tutub biraz kənara aparır. Lalə nə olduğunu anlamırdı. Əli orda oğlanlarla əsəbi halda nəsə danışırdı hətta bir oğlanın sinəsindən tutub silkələmişdidə. Lalə artıq əməlli başlı qorxuya düşmüşdü. Bir anlıq Azadın Nigara elədikləri yadına düşür:
Ay Allah mən neynədim? Ya Əlidə Azad kimi olarsa? Amma Əlinin Azad kimi olması üçün mənim də Nigar kimi olmağım lazımdı amma mən Nigar kimi yalnış bir şey etməmişəm sadəcə Gülərlə bir yerdə idim. Offf bu mənə lazım idi?
Lalə dayandığı yerdə fikrə getmişdi. Birdən kiminsə onun qolundan tutub çəkdiyində fikirlərindən ayılır. Əli oğlanlarla biraz mübahisə eləmiş əsəbini onlara tökmüşdü amma bu o demək deyilki Əli sakitləşib. O Laləni qolundan tutduğu kimi maşına doğru aparırdı. Lalə nə qədər Əlini çağırsada Əli çevrilib arxaya baxmırdı. O tez-tez gedir amma Lalə qaçırdı. Əlinin iri addımlarına çata bilmirdi. Əli maşının qapısını açıb Laləni maşına oturtdu. Özüdə sükana keçib ordan biraz uzaqlaşdı və maşında danışmağa başlıyır
Əli:Hə Lalə indi danış görüm mənə niyə yalan danışdın? Bu oğlan kimdi? Tez ol danış
Lalə:Əli sən mənə bir imkan vermirsən axı danışım
Əli:Danışdaaa verdim!
Lalə:Şey mən sənə yalan danışmışam. Çox üzr istiyirəm buna görə amma məcbur qaldım sənə desəydim qoymuyacaqdın. Məndə ona görə dedim
Əli:Dayane dayan. Başa düşmədim. Sən mənə deyəcəkdinki mən oğlanla görüşə gedirəm? Məndə icazə verməliydim hə? Lalə başın xarabdı sənin? Nə danışdığıvı bilirsən? kim idi o oğlan? Tez ol cavab ver diyirəm sənə!!!
Lalə:Bəsdiii qışqırmaaa! O oğlan Gülərin sevgilisi Nicat idi 
Əli(maşını dayandırır)Nəəə? Gülərin sevgilisi? Vay vay vay. Sənə artıq sözüm yoxdu. Mən sənə nə demişdim? Lalə sənləyəm nə demişdim? Demişdimki birdə Gülərlə onun sevgilisidi hər nə zibildi görüşmə! Amma sən neynədin? Mənim sözüm getdi havaya. Getdin o Nicat küçüyü ilə görüşdün hə? Xoşun gəlir onnan hə? Yaraşıqlıdı oğlanda fikrin nədi? Gülərdən ayırıb özün sevgili olaceysən?
Lalə(eşitdiyi sözlərə inana bilmirdi. Əli necə kobudlaşmışdı? Necə belə danışa bilərdi)Sən sən nə danışdığıvı bilirsəən axmaq? O mənim rəfiqəmin sevgilisidi! Sən necə bele şey düşünə bilərsən axı? Mən daha sənin bu mənasız qısqanclıqlarına dözə bilmiyəcəm (maşının qapısını açıb düşmək istiyərkən Əli onun qolundan tutub arxaya dartır)
Əli:Hara gedirsən? Hələ söhbətimiz qutarmıyıb
Lalə:Qolumu incidirsən burax sənləyəm. Eşitmirsən?
Əli:(eləcə Lalənin qolunu sıxıb gözlərinə baxırdı. Lalə Əlinin gözlərinə baxmağa belə qorxurdu)Nədi hara getmək istiyirsən? Nicatın yanına? Dayana bilmirsəndə onu görməsən hə? Nə görmüsən onda? Nəyinnən xoşun gəlib axı?
Lalə(artıq Əlinin bu iynəli sözlərinə dözə bilmirdi. Özüdə istəmədən ağlamaq tutmuşdu onu)Əli bəstiiiii bəsti! Qutar! Mənim Nicatla heç bir əlaqəm yoxdu axı. Niyə başa düşmürsən?
Əli:Ağlıyırssan sən hə? Mənə bax eşitmirsən? Başını qaldır deyib Lalənin üzündən tutur. Lalənin gözündən yaşlar süzülürdü. Əli çox peşman oldu həmin an elədiklərinə:
Lalə gözəlim ağlama yaxşı çox üstünə getdim. Bağışla məni nə olar ağlama (deyib Lalənin gözünün yaşını silir)Amma səndə məni başa düş Lalə. Mən sənə belə bir şey etsəydim sən nə düşünərdin axı? Mən sənə demişdimki istəmirəm onunla görüşəsən deməsəydim yenə boş verərdim amma demişdim axı. Sən mənim sözümü unutdun və Nicatı görməyə getdin. Mən indi necə düşünmüyümki? Bəlkə sənin ondan xoşun gəlir?
Lalə(biraz sakitləşmişdiki Əlinin bu sözü ilə yenə əsəbləşir)Əli bəsdidə! Nə xoşu gəlmək? Mənim ondan xoşum falan gəlmir. Niyə belə danışırsan axı? Mən ora Nicat üçün getməmişdim. Gülər dedi mənimlə gedək məndə onu qıra bilmədim. Sənədə demək istədim amma bildimki razılaşmıyacaqsan
Əli:Hə bildinki razılaşmıyacam onda dedinki Əli kimdie? Özüm bilərəm hə? Əli hardan biləcək? Gedim Nicatı görüm
Lalə:Offf Əli bəsdii! Mən dedim axı Nicata görə getməmişdim. Həm sən niyə belə düşünürsən axı? O mənim rəfiqəmin sevgilisidi. Mənim onunla heç bir əlaqəm ola bilməz!! Həm oda səni görmək istədi bir gün birlikdə görüşək dedi(
Əli:Nə? Görüşək? Cəhənnəm olsun. Nicat haranın küçüyüdüki mən onunla görüşə gedim?
Lalə(üzünü pəncərəyə çevirir)
Əli:Nədi Lalə xanım? Xətrinizə dəydi? Nicata elə deməyim. Yaxşı yaxşı bağışdıyın. Birdə demərəm aman sizin sevimli Nicatıvıza bir söz deməy olmaz axı
Lalə:(artıq Əliyə söz tapmırdı desin)Əli bəsdi xahiş eliyirəmı Qurtar! Bu nə qədər davam eliyəcək??
Əli:Yaxşı demək istiyirsənki onunla görüşüm hə? Yaxşı Lalə bunu sən istədin. Görüşəcəm Nicatla. Onunla elə görüşəcəmki bu görüşü unutmayacaq!
Lalə(qorxuya düşür. Əlinin fikri deyəsən başqa idi. Nicatla dava eləmək istiyir. Axı onun heç nədən xəbəri yoxdu. Off ALLAHım bu nə işdi axı?)Əli sən nə danışırsan? Lazım deyil görüşmək falan 
Əli:Niyə? Məni özünə yaraşdırmırsan? Nicatın yanına getmək istəmirsən mənimlə?
Lalə:Əli nolar sakitləş artıq. Sənin Nicatla görüşüb dava eləməyinin yeri yoxdu. Onun heçnədən xəbəri yox o neyniyə bilər axı?
Əli:Deməy heçnədən xəbəri yoxdu? Bilmirdiki sən gələcəysən? Hə sənləyəm! Bilirdi niyə o sənlə görüşmək istiyib?
Lalə nə qədər danışsada Əliyə heç bir söz təsir etmirdi
Əli:Zəng elə Gülərə gör hardadılar. Yada Nicata zəng elə nömrəsi olmamış olmaz səndə. Baxma arada danışarsız
Lalə:Bəsdi Əli. Nolar qutar bu söhbəti 
Əli:Nəvare? Nədən qorxursan? Qorxma Nicatıva heçnə eləmiyəcəm prosta onu görmək istiyirəm. Tez ol zəng vur soruşki hardadılar biz gəlirik yanlarına
Lalə(artıq başqa yolun olmadığın görüb teli götürüb Gülərə zəng vurur. Onların harda olduğunu öyrənir və Əliylə bərabər gələcəyini deyir. Gülər artıq başa düşmüşdü Əlinin xəbər tutmasını)
Əli:Hə nəoldu? Hardadılar?
Lalə:Flarmoniya bağında
Əli:Yaxşı gedək. maşını işə salır və Lalənin dediyi yerə sürür. Çatdıqdan sonra Əli güzgüyə baxıb saçını falan düzəldir.
Lalə(istər istəməz gülməy tutur)Əli niyə bəzənirsən?
Əli:Neynim Lalə? Sənin belə Nicatdan xoşun gəlirsə, kim bilir necə yaraşıqlı oğlandı. İndi səndə mənimlə bir gedirsən axı. Özümə baxıramki heç olmasa sənə yaraşımda 
Lalə:Offf Əli haçan qutaracaqsan bu söhbəti(
Əli heçnə demir. Maşından düşür. Lalədə düşüb yolu getməyə başlıyırlar. Əli Lalənin yanına gəlib əlindən tutur. Lalə heçnə demir bayaqdan əsəbi olan Əli bir andaca sakitləşmişdi sanki ama bu Laləyə elə gəlirdi. Əli hələdə əsəbi idi. Lalənin saçlarını küləy dağıtdığı üçün əli ilə düzəltməyə çalışır
Əli:Özün mənə deyirdin bayaqdan. Az saçınla oyna bəyənər səni 
Lalə:Əli mən offf Əli daha sənə sözüm yoxdu. Saçımı düzəltmiyəcəmki sən səhf başa düşəcəksən bəstidə
Onlar gəlib flarmoniya bağına çatırlar. Ətraf çox gözəl idi. Musiqi səsi abu havanı lapda gözəl edirdi amma Əli bura heçdə gözəl anlar keçirməyə gəlməməmişdi. Gülər Laləni görüb ayağa durur. Lalədə onu görüb onlara tərəf gedir. Əli yenə iynəli sözlərinə davam edirdi
Əli:Gör necə tələsir. Heç mənimlə görüşə gələrkən belə tələsmərsən
Lalə artıq Əliyə cavab vermirdi və Əli ilə Lalə Gülərlə Nicatla görüşürlər. Əli əvvəlcə Gülərlə salamlaşıb sonra əlini Nicata uzadır. Nicatda mehribancasına Əli ilə görüşür amma Əli heçdə mehriban görsənmirdi. 
Əli:Demək məşhur Nicat sənsən?
Nicat:Məşhur?
Əli:Hədə məşhur. Lalə bütün günü sənnən yəni sizdən, Gülərnən sənnən danışır mənə dediki bugün Nicat gəlib. Məndə dedimki gedəy bir tanış olaq. Narahat etmədik ki sizi?
Lalə Əlinin danışdıqlarına inana bilmirdi. Necə sakit danışır? Bayaqki Əli yoxa çıxmış yerinə başqası gəlmişdi. Əli çox gözəl rola girməyi bacarırdı. Elə sakit danışırdıki Lalə hələ bayaq olanları unutmuşdu elə bil ama Əli heçnəyi unutmaz. Sadəcə yerini gözləyərdi)
Nicat:Çox sağolsun bizdə onu çox istiyirik. Sizdə yenisiz inşALLAH sonacan bir yerdə olarsınız
Əli:Əlbətdəki bir yerdə olacayıq! Sən narahat olma (bir az sərt çıxmışdı Əlinin belə deməsi amma heçkim heçnə demədi)
Nicat(gülərək)inşALLAH qardaş bizdə xeyir işlərinizdə iştirak edərik
Əli(ürəyində:səni çağıran olsa iştirak edərsən)hə inşALLAH
Onlar biraz söhbət etdikdən sonra Nicat bir yerlərdə oturub yeməy yeməyi təklif edir. Lalə nəsə demək istəsədə Əli onun əlindən sıxaraq danışmamasını istiyir. Özü əvvəlcə istəməsədə sonra razılaşır. Bir restorana gedib birlikdə otururlar. Bir masada birlikdə çox səmimi görsənsələrdə masada Nicatdan başqa heç kim səmimi deyildi. Hamının üzündə süni gülüşlər söz xatirinə danışılan söhbətlər. Gülər başa düşmüşdü Lalənin halından nəsə baş verdiyini. Restorana gələn kimi birlikdə ayaqyoluna getmək bəhanəsi ile öyrənmişdi Lalədən nələr olduğunu oda başa düşə bilmirdi Əlinin belə sakit olmasını
Yeməklər artıq gəlmişdi ama nə Lalə nədə Əli bir şey yeyə bilmirdi. Əli heçnə olmamış kimi Laləyə:
Lalə niyə yemirsən? Hmm?
Lalə:(gülümsüyərək)Yiyəcəm Əli. Sən də ye bax bayaqdan qalıb...
Nicat ordan burdan söhbət edirdi. Əlidə ona qoşulmuşdu söhbət edərkəndə fikri Lalədə idi o Lalənin Nicata baxıb baxmadığını yoxluyurdu. Söhbət edərkəndə hərdən Lalədə söhbətə qoşulurdu amma bu Əlinin heçdə xoşuna gəlmirdi. Yeməy yedikdən sonra Əli onlara biz daha gedək. Mənim işim var. Həmdə sizdə rahat söhbət edin
Nicat:Hmm işin varsa eybi yox amma bizə görə narahat olma. Birlikdə daha yaxşıdı sohbət falan edirik
Əli(hm yaxşı olarda sənə nə var!)Yox işimm var. Başqa vaxt sağolun
Əli masadan qalxıb Nicatla sağollaşır. Nicat sonrada Laləyə əl uzadır. Lalə bir əl vermək istəməsədə alınmır. Çünki Nicat əlini uzatmışdı artıq. Lalədə Nicatla əl tutub sağollaşır onsuzda əsəbi olan Əliyə bu sağollaşma son damla oldu və onlar restorandan çıxar çıxmaz Əli danışmağa başladı. Çox danışırdı. Əli restorandan maşına gələnə qədər danışmışdı. Bəzən qışqırır bəzən sakit danışırdı. Lalə hər dəfə cavab verməkdən artıq yorulmuşdu:
Offffff Əli daha bezdim ya. Mən bir səhf elədim sənə deməliydim demədim. Buna görə üzrdə istədim amma bu qədərdə olmazki səhərdən günümü zəhər elədin. Bəsdidə daha!
Əli:Hə mən zəhər elədim hə? Sən heçnə eləmədin? Mən dəli olmuşam həə? Durduq yerə belə eliyirəm? Görürsən sənə güvənməy olmaze. Sən mənə hələ indidən belə yalanlar danışırsan gör səninlə bir yerdə olsam daha yalanların içində yaşıyaramda mən
Lalə(Əlinin belə danışıqları artiq dözülməz idi)Ehhh bezdim artıq. Bir yalan dedim deyə bu qədər böyütdün. Əgər belə davam edəcəksə heç etməsin Əli!
Əli:Nəə???? Davam etməsin??? Yəni ayrılaq deyirsən
Lalə:Buna sən məni məcbur edirsən. Bütün günü səsimi çıxarmırdım. Günahkaram amma səndə çox üstümə gəlirsən. Belə olmaz. Mən sənin belə qısqanclığına dözə bilmərəm. Yox alınmaz
Əli:;Laləəə nə danışdığıvı bilirsən sən? Mən sənnən ayrıla bilmərəm. Səndə məndən
Lalə:Niyə ayrıla bilmirəm? Sən çox kobudluq eliyirsən bugün. Bütün günü hərəkətlərinlə mənim xətrimə dəymisən 
Əli:İnana bilmirəm söhbət fırlandı və mən günahkar oldum həə?
Lalə:Mən demirəm günah səndədi. Günah məndədi. Günah məndədiki sənin kimi birinə bağlanmışam. Sənin kimi biri ilə birlikdə olmağı düşünmüşəm. Sənlə birlikdə olmaq mümkün deyil. Əli alınmır bizdə heçnə alınmayacaq!
Əli(Lalənin bu sözləri Əliyə çox pis təsir etmişdi)Mənim kimi biri hə demək mən pis insanam? Yaxşı olsun. Ayrıl məndən get yenisini tap. Hətta Nicatla görüş nəbilim Seymurla görüş
Lalə:Offf Əli görürsən yenə söhbəti dəyişdin. Mən sənnən danışıram sənsə nədən. Sən nə danışdığını nə elədiyini bilmirsən. Məncə heç sən məni sevmirsəndə 
Əli:Lalə sən sən nə danışırsan? Necə yəni sevmirsən? Sevməsəm səni belə qısqanaram? Bunlar hamısı səni sevdiyimdəndir. Çox demirəm heç olmasa səndə məni mənim sevdiyimin yarısı qədər sevə biləydin ama yox 
Lalə:Mən səni sevməyə çalışırdım amma sən belə hərəkətlərinlə özünü məndən uzaqlaşdırırsan ona görədə alınmır alınmır!
Əli:Laləəə 
Lalə:Əli xahiş edirəm daha danışmaq istəmirəm. Mən gedirəm nə olar məni narahat etmə. Gəlmə alınmır bizdə. Çox xahiş edirəm tək qalmaq istiyirəm
Əli:Lalə getmə dayan. Yaxşı çox üstünə getdim. Haqlısan amma ayrılmaq niyə istiyirsən axı? Gəl danışaq həll edək 
Lalə.Mən bütün günü bunu sənə deyirdim amma sən danışmaq əvəzinə qışqırırdın. Elə ancaq özündən nələrsə çıxarırdın. Yox yox yox gəlmə danışmaqda istəmirəm. Heçnəyi həll etməkdə istəmirəm gəlməə
Lalə marşuruta minib ordan uzaqlaşır. Əli çoxx pis olmuşdu. Gözləmirdi Lalə belə edər(((

P.S: Obrazlar haqqında fikirlərinizi yazın. Ardını gözləyirəm filan yazmayın xahiş edirəm
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 5 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri