Zindan həyat (30-cu bölüm)

Şərhlər: 5
Baxılıb: 5 847
Səs ver:
(səs: 4)

 

Lalə Əlini gördüyündə qeyri ixtiyari ayağa qalxır. Əli qaşlarını çatmış Lalə ilə Nicata baxırdı. Nicatda ayağa qalxıb onlarla Salamlaşdı. Artıq hamı süfrə başında idi. Əli Laləni ilk dəfə idiki paltarda görürdü. Lalə həmişə şalvar geyinmişdi. Əli ürəyində düşünür:
Buna bax gör nə gözəl görsənir. Heç mənimlə görüşəndə belə geyinməz. 100 faiz Nicata görə geyinib. Axx Nicat səni burda boğub öldürməy vardıki heyif (birdən gözü Lalənin boynundakı sepə sataşır)buki mənim aldığım sepdi. Onu çıxarmıyıb. Deməy çıxarmamısan hə? Axı söz vermişdin heç vaxt çıxarmıyacam. Canım mənim səni burdan alıb aparmaq varkən ehhh.
Lalə Gülərlə mətbəxə keçir:
Gülü bu hardan çıxdıeee? Bunu kim çağırdıki bura?
Gülər:NəbilimLalə vallah mənim xəbərim yoxdu. Yəqin özü gəlibdə 
Lalə:Məncə Nigar çağırıb. Özü gəlməz axı
Gülər:Lalə sən fikir vermə. Onu adi adam kimi düşün. Qonaqdı çıxıb gedəcək. Hər şey bitəcək yaxşı?
Lalə Gülərin sözləri ilə razılaşır. Onsuzda başqa çarə yox idi onu evdən qovası deyildiki...
Gülər:Lalə aşa baxmamışıqe heç
Lalə:Hə dogurdane tez ol aç gör dəm alıb?
Gülər(qazanın qapağını açıb)aaa bu niyə belə əzilib?
Lalə:Nə? Əzilib? Ola bilməz. Niyə əzildi axı? Mama necə dedisə elə elədim. Niyə əzildi axı? 
Gülər:Nə olacaq Lalə? Əzilib əzilibdə 
Lalə:Nə danışırsan Gülü? Belə çıxardacağıq ortalığa?
Nigar qızların mətbəxdən gec gəldiylərini görüb qalxıb oda mətbəxə keçir:
Ay qızlar nə oldue sizə? Hardasız?
Lalə:Səninlə sonra danışacam. Sən dua etki başım qaırışıqdı. Yoxsaki səninləə əməlli başlı söhbət edəcəkdim...
Nigar:Aaa mən neynəmişəmki?
Lalə:Sən yaxşı bilirsən neynəmisən. Əlinin burda nə işi var? Sən çağırmısan hə?
Nigar:Yoxx ay qız mən çağırmamışam. Özü gəlib. Neyniyim qovalayaydım?
Gülər:Nəisə Lalə sakitləş. Boş ver. Bugün qanımızı qaraltmıyaq. Nigar aşa bax əzilib
Nigar:Hanı ay qız? Ne olasıdıkı? Əzilib əzilibdə. Çox böyük adamların qarşısına qoyacaqlar elə bil aşı. Onlar nə başa düşəcəklər əzilib yoxsa yox
Lalə:Nigarr Əli elə bil restoran işlədire. Gəl oda bilməsin
Nigar:Ay aman buda sevgilisin bu dəqə soxmasaydı söhbətə olmurdu. Onda əzizim çağır sevgilini bərabər bidənə qeşəy aş dəmliyin
Lalə:Yox bir. Həm o mənim sevgilim deyil. Ağzına gələni danışma ordada
Qızlar əzilmiş aşlarınıda qablara yerləşdirib süfrə qurduqları otağa keçirlər
Nigar(gülərək):Hörmətli qonaqlar. Əvvəlcə hamınız xoş gəlmisiz, yeni iliniz mübarək neçə belə gözəl illərə çıxaq hamımız. İndi isə sizə bir xəbərim var. Bizim aşımız təəssüflər olsunki qəzaya uğruyub və çox möhkəm əzilib(Nigarın aşı belə zarafatla təqdim etməsinə hamı gülür)ama ama dadına söz ola bilməz superdi. Heç yerdə belə aş yeməmisinizdir sizə əmin edə bilərəm
Əli(aşa baxaraq)mən əminəmki heç yerdə belə aş yeməmişəm. Kim hazırlıyıb bunu belə? Aşın başına oyun açıblare əməlli başlı 
Lalə(hirsli hirsli Əliyə baxaraq)Mən! Xoşun gəlmirsə yemə!(Gülər Laləni qolu ilə dürtsədə Lalə yenə sözünü deyirdi)
Əli:Sən hazırlamısan??? Yox onda dadlı olar. Dadına baxmalıyam mütləq 
Lalə:(ürəyində)boğazında qalar inşALLAH
Artıq hamı süfrə başında idi. Əli aşı görünüşcə heç bəyənməsədə Lalənin hazırladığına görə çəkib yeyir. Hətta arada çox dadlı olduğunuda deyirdi. Lalə Əlinin belə etməsinə dahada əsəbləşirdi:
Buna bax məni ələ salr. Heç eybi yoxdu bunun acığın səndən çıxaram.
Hamı söhbət edib deyib gülürdü. Əlidə söhbətə qoşulsada ama fikri həmişə Lalədə idi. Lalə hər Nicatla danışıb güldüyündə dahada əsəbləşirdi. Lalədə sanki bilərək edirdi. Öz ağlınca Əlidən acıq çıxırdı.
Nigar:Ay oglanlar bəlkə deyirəm biriniz şampanı açasınınız yoxsa mən açım?
Çingiz tez ayağa qalxaraq:Ay ürəyim mənim sən şampan istədin mən açmadım?(şapmanı açıb bir bir hamıya süzür)
Nigar:Hə istiyirəm ama sizlərdə heç biriniz bir tərpənmirsize
Çingiz:Ay Nigar mən fikirləşdimki saat 12də açarıqdaa
Nigar:Narahat olma 12də açmaq üçündə şampanımız var))
Çingiz gülərək:Sən varsanhaa az aşın duzu deyilsən bunu bayaqdan dedə)
Çingiz şampanları tökərək Lalənin stakanınada tökmək istiyir.Lalə elə ağzını doldurub demək istiyirdiki mən istəmirəm.
Əli ondan əvvəl:Çingiz Lalə içmir ona tökmə
Lalə:Yox içirəm. Sən hardan bilirsənki içmirəm? Tök Çingiz (deyərək Çingizin üzünə gülümsədi)
Əli:Lalə sən içmirdin axı
Lalə:Onda içmirdim ama indi içirəm. Özüm bilərəm
Deyib badəsini qaldıraraq:Qarşıdan gələn yeni ilin şərəfinə
Hamı badələri vuraraq içməyə başlıyır. Lalədə Əlinin dediyinə görə içəcəkdi ama heç içmək istəmirdi. Yavaş yavaş bir qurtum içir:
Offf bu nə acıdı axx sən haraa içki hara.
Əli Lalənin bu hərəkətinə əsəbləşmişdi. Oda Laləyə hirsli baxaraq şampanı içib bitirmişdi. Lalə isə hələdə bir iki qurtumu zorla içirdi
Əlini birazda qıcıqlandırmaq üçün Nicatla daha çox danışıb yerli yersiz gülürdü 
Əli:(ürəyində)Lalə sən artıq ağ eliyirsən. Bu nədi? Az qalıb Nicatın ağzına düşsün. Ehh daha dözə bilmiyəcəm ayaga qalxıb Laləyə:
Laləəə (səsi biraz bərk çıxdığı üçün hamı Əliyə baxdı. Bir an Əli səsini tonunu biraz azaldaraq)Lalə bir dəqiqə gəl sənə sözüm var
Lalə(vecinə almadan) nə deyirsənki? De burda
Əli:Lalə gəl sözümü deyim sonra gələrsən! Lalə ayağa qalxıb mətbəxə ordanda balkona çıxdı. Əlidə onun arxasından balkona çıxar çıxmaz onun qolundan tutaraq:
Sən neynədiyivi sanırsan hə? Bu nə hərəkətdi?
Lalə:Ehhhh çək əlivi əsl nə elədiyivə bir bax. Sən kimsən axı? Mənə hesab sorursan?
Əli dahada əsəbləşərək onun 2qolundan möhkəmcə tutur:
Lalə özünə gəl bu nədi? İçki sənə belə tez təsir etdi yəni? 
Lalə:Səndə nə içkie. Əl çək məndən. Sənə qalmıyıb neynədiyim
Əli:Laləə məni dəli eləmə. Necə yəni sənə qalmıyıb. Az qala Nicatın ağzına girəcəysən. Bəsti özünü düz əməlli apar
Lalə:Əlini itələsədə qollarından qurtula bilmirdi:
Burax məni sənlik deyil kiminlə danışıram? Kiminlə gülürəm? Bizim sənlə heç bir əlaqəmiz yoxdu
Əli(dahada əsəbləşirdi Lalənin belə danışığına və Laləni sirkələyərək)Laləə özünə gəll gedib indi o Nicatıda tutub sürüyəcəm burda. Onda görüm neyniyəcəksən
Elə bu an Gülər balkona çıxaraq:
Lalə hər şey yaxşıdı?
Əli tez Lalənin qolunu buraxır
Lalə:Hə Gülü narahat olma hər şey yaxşıdı. İndi gəlirik
Gülər Lalənin sözündən sonra içəri keçir
Əli:Lalə bunu sən istədin. O Nicatın indi ağzını burnunu bir birinə qatacam
Deyib içəri getmək istiyirdiki Lalə tez arxadan Əlini tutaraq:
Əli xahiş eliyirəm bəsti (Lalə qorxurduki Əli Nicatla dava salar axı Nicatın bir günahı yoxdu. Aləm bir birinə qatışacaq)
Əli:Arxaya çevrilərək:
Nədi Lalə Nicata görə narahat oldun??
Lalə: Əli xahiş edirəm bəsti. Mən sadəcə problem çıxmasını istəmirəm
Əli:Lalə onsuzda sən Nicatla danışaraq böyük bir problem yaradırsan. Buna əsəbləşdiyimi bilərək sanki bilə bilə edirsən. Məni dəli eliyirsən belə hərəkətlərinnən
Lalə:Yaxşı boynuma alıram bilərək elədim. Səni qıcıqlandırmaqçün elədim xahiş edirəm səndə soöbəti bağla
Əli:Demək məni qıcıqlandırmaqçün elədin hə? Bax bunu bacardın qıcıqlandırmaqdan keçdin hətta əsəbləşdirdin indi. Mən heç cürə sakitləşə bilmərəm 
Lalə(etdiyi hərəkətdən peşman olmuşdu. Əli Nicatla dava eləmək istiyirdi artıq üzünü çevirib balkondan çıxmışdı. Lalə elə bil yuxudan oyanır tez qaçaraq Əlinin əlindən tutur arxaya doğru çəkir)Əli Əli xahiş edirəm gəl bura danışaq getmə
Əli:(Lalənin onun belə əlindən tutub özünə doğru çəkməsinə elə ürəyi yumşalmışdıki o andaca hər şeyi unutmuşdu və onu qırmıyıb Laləylə gedir. Laləə Əlinin əlindən elə möhkəm tutmuşduki getməsin deyə onu fikrindən döndərmək üçün danışırdı. Əli isə onun danışdıqlarını elə bil eşitmir. Eləcə Laləyə baxırdı. Necə şirin görsənirdi onun əlindən tutub nəsə istiyirdi. Özüdə bilmədən razılaşır Laləylə)Yaxşı Lalə ama söz verki daha onunla belə çox səmimi olmuyacaqsan 
Lalə(sevinərək)Hə yaxşı söz 
Əli:Hə birdə bir şərtim daha var
Lalə:Nə nə istiyirsən?
Əli:Səni bircə dəfə qucaqlamaq istiyirəm. Çox darıxmışam 
Lalə(əvvəlcə istəməsədə)razılaşır və Əlini qucaqlıyır. Başını sinəsinə sıxır. Əli gözləmirdi Lalənin razılaşacağını. Oda Laləni qucaqlıyır. Necə darıxmışdı onunçün. Başını sinəsinə sıxaraq ətrini içinə çəkirdi. Əli o an çox sevinsədə bir tərəfdəndə pis olmuşdu çünki Lalə onu Nicatla dava eləməsin deyə razılaşmışdı ama o an o vecinə deyildi belə, Lalədə əvvəlcə Nicatla dava eləməkdən vaz geçsin deyə razılaşsada özüdə istəmişdi. Oda çox darıxmışdı Əli üçün
Bir neçə dəqiqə danışmadan beləcə dayanırlar 
Əli:Kaş ki bu an heç bitməsə sən hər zaman gözümün önündə belə yanımda olasan
Lalə:Əli içəri gedək daha soyuqdu mənə
Əli:Cann bağışla doğurdan bura necə soyuqdu. Gəl keçək içəri. Hə bu arada barışdıq
Lalə heçnə demədən əlindən tutaraq gəl dondum mən deyə içəri çəkdi. Onlarda gəlib oturdular artıq yemək yeyib bitirmişdilər. Nigar ayağa duraraq bəlkə rəqs edək deyirəm. Siz oğlanlarda heç centlmen olmadızee. Çingiz ayağa qalxıb:
Aaa Nigar niyə elə deyirsən? Bax qoy ordan nə mahnısı istiyirsən gör necə oynuyuram cütcüdən tutmuş brekdansacan nə desən oynuyaram
Çingizin bu sözlərinə hamı gülürdü
Nigar:Çingizzzz dəlisən nə cütçü?? Tans oynuyaqe
Çingiz:Hə doğurdane yaxşı qoyda day sənsən qoy oynuyaq.
Çingiz diskdən bir mahnı seçib qoşur və Çingizlə tans oynamağa başlıyır:
Eee sizde durunda
Nicat Gülərin əlindən tutub rəqsə dəvət edir. Onlarda qalxıb oynuyurlar. Lalə eləcə onlara baxırdı. Əli Lalənin yanına gələrək:
Lalə xanım bəlkə bizdə rəqs edək(bir əlini Laləyə uzadıb o biri əlini belinə qoyur)
Nigar(Əliyə baxaraq)baxx mən belə deyirəme Çingiz. Yoxsa sənin kimi baxda öyrən necə rəqsə dəvət edirlər.
Lalə heçnə demədən Əliyə baxırdı 
Əli:Lalə nə qədər gözlüyəcəm?
Lalə(gülümsəyərək)yaxşı edək
Deyib ayağa qalxdı. Lalə əvvəlcə məsafəli dans etmək istəsədə Əli Lalənin əllərindən tutub öz boynuna qoyur. Öz əlləri ilə isə Lalənin belindən tutub özünə doğru çəkərək qulağına (bax belə Lalə xanım. Belə dans edirlər, elə yox)Lalə çox həyəcanlanmışdı. Əli ilə çox yaxın idilər. Əlinin nəfəsini hiss edirdi...

 

P.S: Ardı var.

 

(səs: 4)
Şərhlər: 5
Baxılıb: 5 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri