Milyon qızılgül (1-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 108
Səs ver:
(səs: 2)
Adım Hilaldı,mən həmişə fəqlənməyə can atmışam,bu da ilk adımda öz əksini tapıb,adımı sevirəm,fərqli və mənalı olduğu üçün. Sizə biraz ailəmdən danışım.Ailəmiz genişdir,məndən böyük iki qardaşım var,Cəmil və Şəmil,hər ikisi ailəlidir,iki qardaşdan sonra Leyla adında bir bacım dünyaya gəlsə də ,altı yaşı olanda qızdırmadan rəhmətə gedib.Daha sonra əkiz bacı-qardaşlarım olan,Aynurla Ayxan dünyaya gəliblər. Lakin onlarda çox yaşamayıb.Mən isə necə deyərlər lotereyadan udulmuşam,heç hesabda olmadan dunyaya gəlmişəm.Buna görə də atamın ən sevimli övladı mənəm.Atam məni çox dəcəl böyüdüb,lakin evdə atamdan başqa da heç kimin sözünə əhəmiyyət verməzmişəm,həddən çox dəcəl,yaramaz bir uşaq olmuşam.Mənim uşaqlığım Şüvəlan bağlarında keçib.Uşaq vaxtı məhləmizin oğlanları ilə birlikdə qonşuların bağına üzüm oğurluğuna gedər,hinlərdən yumurta oğurlayar,pişiklərin bığların kəsərdim.Bəzən uşaq ağlımla bəzi gülməli işlərdə görürmüşəm.Mən xatirlamasam da anam danışır ki,bir dəfə qonşunun hinindən yumurtanı oğurlayıb evimizdə öz yorğanıma bərk-bərk büküb,üstündə oturmuşmuşam ki,içindən cücə çıxaracam.Anam deyir,-bir gün səhərdən axşama kimi səni o yorğanın üstündən qaldıra bilmədik,atan işdən gələndən sonra o səni qaldırmağı bacardı,ancaq yumurta sınmış,yorğan isə tamamən yumurta olmuşdu.Bəzən isə dəcəlliklərim özümə zərər verməklə nəticələnərmiş.Bir dəfə qaynar çaydanı aşırmaqla ayağımı yandırmış,buna əhəmiyyət vermədən soyuqda gedib uşaqlarla qartopu oynamışam,indidə o ayağım çox soyuq olanda xəfif ağrıyır.Altı yaşım olanda isə süd qazanını aşırıb,sol əlimi yandırmışam,yanıqdan sonra isə əlim qoca insanların əli kimi qırış qalmışdı.Nişan üzüyü taxılan əl olduğundan anam sonra plastik əməliyyat etdirməyi təklif etsə də mən qorxumdan razı olmamışdım.Hər gözəlin bir eybi var məsəli əsl mənə uyğundur deyərdim ,yanıq əlimin olması mənim yeganə eybimdi.Mən üçüncü sinifə gedəndə isə evimizdə yanğın olmuşdu,xoşbəxtlikdən həmin günü biz evdə deyildik,bəzi əşyalarımız yanmış evimiz isə demək olar ki,yararsız hala düşmüşdü,əmilərimin köməyi ilə evimizi yenidən bərpa etmişdik.
Uşaqlıqdan çox sevdiyim bir mahnı var,Alla Puqaçovanın məşhur "Milyon qızılgül” mahnısı.Özümü tanıyandan ailə quracağım insan haqda iki əsas keyfiyyəti qabardırdım.Birincisi mahnıdakı kimi ailə quracağım insan da mənə milyon qızılgül bağışlamalı idi.Gülməlidir hə?Etiraf edim ki,bu istəyim ilk başlarda sadəcə güllər üzərində olsada sonralar əslində bu güllərin rəmzi məna daşıdığını anladım və bunun sevdiyi üçün hər bir şey etmək istəməni bildirdiyini öyrəndim.İkincisi isə birinci sinifi bitirəndə mənlə bərabər son zəngi vuran oğlan kimi yaraşıqlı biri olmalıdır.Mən birinci sinifi bitirəndə o da on birinci sinifi bitirib məzun olurdu,çox yaraşıqlı çox da xarizmatik biri idi.Məni çiyninə alıb zəngi vuran anda bizim şəklimiz vardı,o şəkli məktəb albomumun əvvəlinə qoymuşdum,anam həmişə,-qızım niyə şəkilləri ardıcıllıqla düzmürsən,axı bu şəkli əvvəldə qoymaq olmaz desə də mən,-o birinci olmalıdır,-cavabını verirdim.Oğlanın adını unutmamaq üçün onun köynəyinə adını yazmışdım.Üçüncü sinifə gedəndə isə evimizdə baş verən yanğında mənim məktəb albomumun bir hissəsi yanmışdı.Mənim əziz şəklimin də bir hisəsi yanmışdı.O oğlanın sadəcə başı qalmışdı.Ancaq yenə də mən onu həmişə albomda birinci qoyur,tez-tezdə o şəklə maraqla baxar,xəyyallar qurardım.Xəyallarımı yalnız onun simasında qurur,yalnız ona bənzəyən oğlanlar diqqətimi çəkərdi.Bu xəstəlik deyildi,surətpəslik idi,ya da bir başqa şey,bilmirəm.Orta məktəb illərindən əks cinsin nümayəndələrinin diqqətini üzərimdə hiss etsəmdə mənim idealıma uyğün olan insan qarşıma təəssüf ki çıxmamışdı.Biraz görünüşümdən bəhs edim.Mən uzun xurmayı rəngli saçlarım,iri şabalıdı rəngli badamı gözlərimlə,balaca ağzım,fındıq boyda burnumla,buğdayı rəngli dərimlə gözəl deyilə bilinəcək qızlardan idim.Deyərdim ki,ailəmizdə ən üzün mən idim,boyum,168 sm idi,bəlkədə ən yüngül insanda elə özüm idim,çəkim 51 idi.Özüm haqda,-ay nə gəşəng qızdı,-kimi komplimentlər tez-tez eşidirdim.Lakin dediyim kimi mənim bəyənə biləcəyim bir insan qarşıma çıxmırdı.Orta məktəbi bitirib ali məktəbə,BDU-nun şərqşünaslıq ixtisasına qəbul olunmuşdum.Həmin il atam mənə hədiyyə kimi yay tətilini bir həftəlik turkiyəyə aparacağını demişdi.
-yox,istəmirəm,bu mənim hədiyyəm olmur,tətilə hamı gedəcək,mən təkcə mənim olacaq bir hədiyyə istəyirəm,-deyib etiraz etmişdim.Sizə biraz eqolu bir tip təsiri bağışlaya bilərəm,ancaq mən həmişə seçilən olmağa çalışmışam,orta məktəb illərində hamıdan birinci olmaq üçün bəzən müəllimlərimin tapşırdıqlarından əlavə materiallar da oxuyardım.Bəzən düşünürəm də bəlkədə belə olmağım məni uşaqlıq dəcəlliklərimdən uzaqlaşdırmışdı,yoxsa ki indiyə ya əlimi,ya ayağımı,ya da bədənimin başqa bir hissəsini amputasiya etdirmək vəziyyətinə salmış olardım. Atam kiçik ticarətlə məşğul olurdu,həmin ili vəziyyət elə gətirdi ki,atam bəzi insanlara borclandı,ailəmin çətin bir zamandan keçdiyini nəzərə alıb məndə daha hədiyyə söhbətini evdə açmadım.Atamın ən çətin anlarında əmilərimlə bərabər,yaxın dostu,Rauf əmi də ona kömək etmişdi,buna görə də Rauf əminin ailəsi ilə bizim ailənin münasibətləri yaxınlaşmış,iki ailə arasında gediş-gəliş artmışdı.Rauf əminin iki qızı bir oğlu var idi.Qızları ailəli idilər,oğlu Ramil isə indiki İqtisadiyyat universitetində dördüncü kurs tələbəsi idi.Rauf əmi yoldaşı Nüşabə xalayla bizə tez-tez gəlsə də,Ramil bir dəfə də olsun gəlməmişdi.Atam hər dəfə soruşanda isə Rauf əmi,
-indiki gəncləri evə yığmaq olmur,ay Zəfər,ağlın bizim vaxtlara getməsin,-cavabını verirdi.Nüşabə xala isə Rauf əminin sözünə düzəliş edib,
-qoyun uşaq gəncliyini yaşasın,birdə bu illəri nə vaxt tapacaq,vaxtı gələndə öz evinə,ailəsinə yığışar,-kimi sözlər deyirdi.Rauf əmi isə ona əsəbləşib,
-başa düşmədim,biz onun nəyiyik,ailəsi deyilik,gərək yad qızı gələ ondan sonra oğlun evə yığışa?Elə onun ayağının altına daş qoyan sənsən də,-cavabını verirdi.Nüşabə xala isə ciddi formada,
-yox,yox,nə yad qızı,heç vaxt,Ramilə demişəm kimlə gəzir,kimlə otur-dur edir etsin,ancaq elə ki,evlənməyə qərar verdi qızı ikimizdə seçəcəyik,Ramil elə qız almalıdır ki,həm o öpsün,həm də mən,-deyirdi.Bu qadının nələrə qadır olduğunu o vaxtlar sözlərindən anlamaq çətin deyildi.Mən həmişə bu tip mübahisələri maraqla izləyirdim,bizim ailədə demokratiya idi,hər iki qardaşım özləri seçdikləri qızlarla ailə həyatı qurmuşdular.Böyük gəlinimiz,Südabə həkim idi,sakit,mehriban təbiətli idi,balaca gəlinimiz Nəcibə isə Südabəyə nisbətən dilli-dilavər olsa da,Şəmil bir dəfə gözün ağardan kimi Nəcibə tez özünü yığışdırar,sakit oturardı,atam da anam da elə mən özümdə gəlinlərimizdən razı idik.Yeni il qabağı bir dəfə Rauf əmigil bizə gələndə necə olmuşdusa Ramilində qulağından tutub gətirmişdilər.Onlar gələndə mən öz otağımda dərslərimi hazırlayırdım.Birazdan anam gəlib,
-qızım ayıbdır,bir çıx,salamlaş,biraz otur,sonra yenə gələrsən otağına,-dedi.Mən isə bezgin halda yerimdən qalxıb,qonaq otağına keçdim.Nüşabə xala,Rauf əmi ilə görüşüb,ilk dəfə gördüyüm Ramilə isə dodaqucu "salam” verib,keçib bir kənardan əyləşdim.Ramilin baxışlarını elə ilk andan üzərimdə hiss edirdim.Açığı bu baxışlar məni narahat etməyə başlamışdı.Ramil məndən bir qarış uzun,sarışın,nisbətən arıq,alagözlü biri idi,gözlərinin rəngini Nüşabə xaladan almışdı.Boynundan asdığı gümüş seplə,qoluna bağladığı gümüş qolbaq isə məndə ayrı bir ikrah hissi oyadırdı,dinimizə görə kişilər gümüş istifadə etməli idi,lakin mən ümumiyyətlə sevməzdim kişi xeylağının eynəkdən başqa aksesuar istifadə etməsini.Yalniz eynək və qol düymələri,mənim fikrimcə qadının cürbəcür zinət əşyaları olduğu kimi,kişinində cürbəcür qol düymələri olmalı idi.Anam dediyi kimi biraz oturub,sonra öz otağıma getdim.İçəridə nələr danışıldı xəbərim olmadı,ancaq bir ara çölə çıxmışdım,təmiz hava qəbul etməyə arxamda bir qaraltı gördüm.Qorxub,
-hiiii!!!!!!Bismillah,-ded im.
-qoxma,qorxma,mənəm,-bu Ramil idi.O mənlə yanbayan dayandı,biz ikimizdə bu qış vaxtı möcüzə kimi görünən dolunaya baxırdıq.Biraz sonra Ramil mənə "harda oxuyursan?”,”neçənci kursda?” kimi suallar verməyə başladı. Ramil məndə çoxbilmiş,heç nəyi vecinə almayan,əhli-kef,babnik bir oğlan təsuratı yaradırdı.Verdiyi sualları da həqiqətən mən ona maraglı olduğum üçün yox,içəridəki söhbətdən sıxılıb çöldə mənlə vaxt öldürmək üçün verdiyini düşünürdüm.Buna görə də mən onun hər sualına qısa cavablar verirdim.Biraz sonra isə onlar sağollaşıb getdilər.Universitetdə ilk sesiyam,qız sesiyası başlamışdı.Atam hər imrahandan əvvəl,
-qızım niyə özünü öldürürsən,nə qədər lazımdır de,hörmətlərini edək yazsınlar qiymətlərini,-desə də mən özüm hazirlaşıb qiymətlərimi almaq istəyirdim.Ona görə də,
-ata,özüm ala biləcəklərimi oxuyub alacam,narahat olma harda çətinlik çəksəm,onda sən həll etməli olacaqsan,-atamı öpüb,sakiyləşdirirdim.İkin ci imtahandan çıxanda universitetin həyətində Ramili gördüm.Mənə yaxınlaşıb,
-Hilal,salam,necə verdin imtahanı?,-soruşdu.
-əla.
-oooooo təbriklər,yəqin ki Zəfər əmini əməllibaşlı xərcə salmısan,-onun səsində izteza vardı.Özümü ciddiləşdirib,
-yox,atamı niyə xərcə salım ki?Qiyməti özüm almışam,-cavab verdim.Ramil mənim ciddi mimikamı görüb özünü yığışdırdı.
-lap yaxşı,bəlkə bunu qeyd edək?Bu insanın üzsüzlüyünə heyrət etmişdim.Mənə indiyə kimi yaxınlaşan oğlanlar çox olmuşdu,ancaq heç biri belə kobud və birdənbirə,yersiz formada təklif etməmişdi.Sadəcə Rauf əmiyə görə ona ağır cavab vermədim,
-mən evə getməliyəm,ailəmlə qeyd edəcəm,-cavabını verdim,daha da heç nə deməyib,evə gəldim.O günün səhəri Nüşabə xala tək bizə gəlmişdi,Ramil ona nə demişdi,nə tərzdə demişdi bilmirəm,ancaq söz arası Nüşabə xala Ramilin məndən incidiyini bildirdi,bu heç məni maraqlandırmırdı.Növbəti imtahanda Ramili yenə gördüm.Yenidən qiymətimi soruşub,məni təbrik edəndən sonra özümü saxlaya bilməyib,
-sən deyəsən universitetləri səhv salmısan,-dedim.Ramil özünü arxaya əyib,əllərini sinəsində birləşdirdi.
-yoooox,mən düz ünvana gəlmişəm,-onun üzündə elə bir ifadə vardı ki,sanki məndən ona pas ötürməyimi gözləyirdi.Mən isə heç özümü itirmədən,
-onda buyurun,qapı ordandır,-universitetin giriş qapısını göstərdim,-mən isə evə gedirəm,-ondan ayrılıb evə gəldim.Bu dəfə Ramili lap pərt etdiyimi başa düşürdüm,ancaq bu məndən asılı bir şey deyildi,Ramil mənim idealıma oxşamırdı.Ən pis cəhəti isə onun sarışın olması idi.Düşündüyümün əksinə Ramil bu dəfə Nüşabə xalaya heç nə deməmişdi,görünür o mənim çətin biri olduğumu başa düşmüşdü,buna görə də özü mənim qəlbimə yol tapmağa qərar vermişdi.Növbəti imtahanda Ramili görmədim,buna sevinmişdim desəm bəlkədə yalan deməmiş olaram,düşünürdüm yəqin mən səhv etmişəm,bəlkədə o dana mənlə maraqlanmaqdan əlçəkib.Bu fikrimin yalnış olduğu evə gedəndə gördüyüm bir dəstə qızılgüllə öz təsdiqini tapdı.O vaxtlar kart yazmaq dəbdə olmadığından Ramil gülün birinin yarpağına,
-bu imtahanda səni şəxsən təbrik edə bilmədiyim üçün məni bağışla,bu güllər sənin üçündür.Başqa bir yarpağa ,
-sən bütün güllərdən gözəlsən yazmışdı.Anam yazıları görümədiyi üçün güllərin kimdən gəldiyini bilməmişdi,mənə ara-sira belə güllər göndərirdilər,anam buna bir növ adət etmişdi,ona görə də məni çox sorğu-suala tutmurdu.Qızılgülləri sevirdim,lakin mənimçün əhəmiyyətli olan onları kimin verdiyi idi,buna görə də indiyə kimi mənə göndərilən güllər zibilxanaları bəzəyirdi,Ramilin göndərdikləri də eyni taleni yaşadı.Sonuncu imtahan günü isə Ramil yenə qucağında bir dəstə qızılgüllə gəlib məni təbrik etdi.Artıq adətkar olmuşdum onun məni hamıdan,yaxınlarımdan əvvəl məni təbrik etməsinə.Onu qucağında güllərlə görəndə isə gic gülmək tutmuşdu məni.O iki-üç dəqiqəlik tərifnaməsindən sonra qucağındakı gülləri mənə verdi,
-yəqinki evdəkilər artıq solub,bunlarla yeniləyərsən.Ramildə heç bəyənmədiyim xüsusiyyətlərdə biri də indi etdiyi idi,yəni bir kəlməsi ilə etdiyi düz hərəkəti belə gözdən salırdı.Yenidən ciddiləşib,gülləri zibil qabına atdim,Ramil gözlərini bərəldim mənə baxırdı.
-hər dəfə gəlib məni təbrik etməyin,yersizdi,bu güllərə isə ümumiyyətlə ehtiyac yoxdu.Bəlkədə ətrafımızdakı qızlar mənə dəli kimi baxırdılar,Ramil kimi bir oğlan sənə gül bağışlayır və sən onu zibil qutusuna atırsan.Boynuma alıram ki,Ramil kimlər üçünsə yaraşıqlı sayila bilərdi,lakin mənim ideal obrazıma uygun olmayan hər bir kişi mənim gözümdə,Kvazimodo qədər eybəcər idi.Düzdü güllər cəhətdən Ramil birinci əsas kriteriyaya uyğun idi,lakin bu güllər sevgini əks etdirmirdi mənim gözümdə,ən azından mən o zamanlar buna inanmırdım.İkinci kriteriyadan ise ümumiyyətlə Ramil uzaq idi.Sonuncu hərəkətimdən sonra Ramil bir müddət gözümə görünmədi.Bir gün Nüşabə xala bizə gələndə yenə mənə Ramilin incikliyindən danışdı.Ramilin anasına hər şeyi danışmağı isə əsəblərimi tamam korlayırdı.İmtahanlardan sonra gözəl bir tətil məni gözləyirdi.......
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 9 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri