Zindan həyat (47-ci bölüm)

Şərhlər: 6
Baxılıb: 4 701
Səs ver:
(səs: 4)
Lalə ilə Əli artıq rayondan çıxmış şəhərə doğru gəlirdilər...Əli yolda Lalə ilə söhbət etsədə Lalə heç özünü rahat hiss etmirdi o nişanı gözlüyürdü sanki nişan olduqdan sonra üstünnən yük götürüləcəkdi ama bu nişan dahada üstünə ağırlıq çökdürmüşdü...Əli kameranı çıxarıb:Bax burda nə var Bahardan güclə kopardım vermirdi özü yazacaqdı diskə ama dedim birinci biz baxaq sonra
Lalə:aaa ver baxım indi
Əli(kameranı yuxarı qaldıraraq)yoxx heç elə şey olar gedək birlikdə baxarıq
Lalə:eeee Əli heç olmasa ver şəkillərə baxım
Əli:yox yox yox vermərəm al telefondakılara bax buna birlikdə baxacayıq
Lalə:offf yaxşı ver teldəkilərə baxım heç olmasa mən teldə heç bidənədə şəkil çəkməmişəm
Əli:sən heç də nişan sənin deyildiki elə bil (teli Laləyə uzadaraq al bax mən gecədən bəri necə dəfə baxmışam)...Lalə teli açıb şəkillərə baxır Əlidə nə qədər şəkil var idi bu vaxt Əlinin telinə zəng gəlir Lalə teli ona uzadır Əli teli alıb açır:Aloo,,hə salam çox sağolun indi gəlmisiz baxdız?yox əen tamamı ilə satmaq istəyirəm yəni yarısın yox başa düşmədim sizi..Şahin bəy siz indi baxın restorana biz sonra danışarıq olar indi əlimdə işim var oldu çox sağolun.....
Lalə:nə olubki
Əli:restoranı satıram
Lalə:niyə??
Əli:2restoran çatdıra bilmirəm indi zəng vuran Şahin bəy Bakıda necədənə restoranı kafesi var oğlanlarınında bu işi davam etdirmələrini istəyir bir oğlunu Moskvadaki restoranı idarəci qoyub birinidə bura gətirib qoymaq istəyir restorana çox yaxşı pul verir ama deyir şərikli olsun oğlum bu işlərdə təzədi ona kömək ol tam başa düşmədim söhbəti indi baxın sonra danışacam onunla hə həmdə mənə pul lazım olacaq evlənəcəyik axı
Lalə: Əli nə evlənmək hələ tezdi. həm axı nənən demişdiki oxuyub qutarandan sonra toy edəcəyik
Əli:başa düşmədim onu kim dedi?
Lalə:nənən sənin nənən!
Əli:boş ver nənəmi əsas mənəm və sənsən biz istədikdən sonra
Lalə:ama mən istəmirəm!
Əli:Lalə söhbəti uzadıb davaya çevirməyək bugün səninlə xoş gün keçirmək istəyirəm niyə günümüzü qaraldırsan
Lalə:mən qaraldıram sənin bu özbaşına qərar verməklərin daha məni bezdirib mən sənin kuklan deyiləm hara çevirdin orada gedim bəsti daha belə elədin mənimle birlikdə olacaqsansa mənimde fikirlərimə hörmət etməlisən!
Əli:Laləəə mən sənə nə hörmətsizlik etdim səninlə evlənmək ailə olmaq istəyirəm bu hörmətsizlikdi?
Lalə:yox ama bunu elə deyirsənki mən istəyirəm mən eləyirəm meə dedim olmalıdı mən mən mən mən bezdim daha
Əli:niyə qışqırırsan!!!
Lalə:başa düşmürsən alınmır bizdə görmürsən bir anımız davasız ötmür niyə görmək istəmirsən axı!!
Əli(maşını saxlayaraq)Lalə özünə gəl bizdə hər şey alınır və alınacaq (barmağını göstərərək)baxx bu üzük bu barmaqda səndə bu ürəkdə olduğun müddətdə bizdə hər şey alınacaq yaxşı birdənəm
Lalə(daha heç nə deyə bilmirdi ürəyində-alınmır Əli alınmır özümü məcbur edirəm ama alınmır)
Əli Lalənin üzündən tutaraq alnından öpür:mən səni çox sevirəm bütün bu elədiklərim sevgimdəndi inan bilirəm səni çox sıxıram əsəblərin pozulub ama neynim səndən biraz aralı qalan kimi şübhələr məni yeyib bitirir
Lalə:sən mənə nə vaxt güvənəcəysən axı
Əli:bu güvənsizilik deyil
Lalə:bəs nədi
Əli:bu sevgidi bu qısqanclığım hamısı sevgimdəndi
Lalə:sənin sevgin mənə inanmamağındı
Əli:(əlini Lalənin dodaqlarına qoyaraq)suuusss bəsdi daha dava etməyək bundan sonra xoş günlər yaşayaq və yaxındada evlənək mən səndən 1gün belə ayrı qalmaq istəmirəm (deyib Lalənin dodaqlarına yaxınlaşır Lalə arxaya çəkilir ama Əli dahada yaxınlaşır və Lalənin dodaqlarından öpür Lalə o an Əlini itələməmək üçün özünü zorla tuturdu Əli Laləni sevgi ilə öpərkən Lalə heç nə hiss etmir bu anın tez bitməsini istiyirdi Əli onu öpərkən Lalənin qarşılıq vermədiyini görüb arxaya çəkilir düşünürki hələdə məndən incikdi ...maşını işə salıb evə doğru yollanırlar hələki heç kim heç ne danışmırdı evə çatmağa az qalmış Əli marketlərin birində saxlayıb maşından düşür və Laləyə:nəsə istəyirsən sənə nəsə alım
Lalə başımı yelləyərək yoxx deyir Əli marketə girib evdə nişanı izlərkən yeməyə və içməyə bir şeylər götürür.Lalə maşının içində oturmuş fikirləşirdi və Əli marketdə işini bitirib maşına gəlir əlindəkiləri Laləyə uzadaraq bax nişana baxarkən yeyərik deyib Lalənin üzünə gülümsədi....artıq gəlib evə çatırlar Lalə içəri gedir sumkasını qoyur paltarını dəyişmək istəsədə bir an Gülərin dediyi sözlər yadına düşür (ehtiyyatlı ol Lalə heç kəsə güvən yoxdu) tez fikrini dəyişib salona qayıdır Əli artıq gödəkcəsin çıxarıb kameranı televizora qoşurdu:Lalə canım stəkan gətirdə içəridən Lalə mətbəxə keçib stəkan və çərəzləri tökməyə qab gətirir Əli kameranı düzəldərkəndə Lalə aldığı çərəzləri qaba boşaldıb divanın önündəki masaya qoyur Əli kameranı qoşub divanda əyləşir:Lalə paltarlarını deyiş rahatlanda
Lalə(tez təlaşlanaraq)yox yox lazım deyil belə yaxşıdı
Əli(anlamışdi niyə belə etdiyini)nədi yoxsa məndən qorxursan qorxma üstünə hücüm çəkmərəm
Lalə(çox pis utanmışdı)başın aşağı salaraq dilinin altında nəsə deyirdi
Əli(düzgün danışmadığını hiss edib)bağışlada Lalə bilmədən oldu elə demək istəmirdim yəni mən zarafat edirdim yaxşı gəl gəl otur baxaq
Lalə elə stula oturur Əli isə təkid edirdi onun yanına gəlsin deyə və Laləni yanına gətirdir birlikdə oturub nişana baxırlar Əli hər an nə isə Laləyə danışıb gülürdü Lalə isə gözü Əliyə baxsada qulaqları onu eşitmirdi sanki birdən Lalənin teli zəng çalır zəng edən anası idi anası onun necə gəlib çatdığını soruşur Lalə biraz anası ilə danışdıqdan sonra teli qoyub Əlinin yanına gəlir Əli yenə nişana qaldığı yerdən baxmağa davam edirdi artıq nişanın sonu qohumlar hamısı tebrikə gəlirdi Əli sanki sırf bu anı gözlüyürdü tez dikələrək gözlərini ekrana zilliyir və bir Laləynən görüşə qohum oğlanların kim olduqlarını soruşur və hər sorğu sualdan sonra kiçik mübahisələr qopurdu beləcə davalı qaralı günlərin başa vururlar ikisidə Əli öz evinə getdikdən sonra Lalə eynini dəyişib özünü yatağa atır....Səhər yavaş yavaş açılırdıLalə yuxudan oyanıb hazırlanır Əli onu götürüb dərsə aparacaqdı..hazır olduqdan sonra Əli gəlib Laləni dərsə qoyur Lalə dərsə gedib Gülərin yanında oturur Gülərlə görüşü birlikdə nişanı danışırlar Lalə gördüyü yuxunuda Gülərə danışır Gülərdə:sənin əsəblərin korlanıb canım həmdə həyəcandan yuxunu qatmısan yəgin desədə (ürəyində:Ay Allah bu nə yuxudu gürüb bəlkə bu ona bir işarədi eh məndə lap qoca qarılar kimi yuxuyla həyat yozuram).Beləcə dərs bitmiş qızlar bu dərsdən çıxıb digər dərsə gedirlər Lalə koldirorda Nigarı görür Nigar yenə öz halında idi kimləsə deyib gülür danışırdı
Lalə:deyəsən özünə gəlibhaa o gündən sonra
Gülər:aaa doğurdan sən heç bilmirsəne nələr oldu nələr
Lalə:nə olduki?
Gülər:sən gedəndən sonra bizim dəli evdə qalmadıki çıxdi getdi yenə restorana gedibmiş dayanıb orda bəlkə Azad çıxar görərəm deyə saat 10 idi gəldi bir dəfə görə bilib cəmi biraz ağladı elədi saat 12-1 yarısı olardı məndə getdim yatmağa elə yerimə təzəcə girmişdimki qapı çalındı Nigar gedib qapını açdı gələn kim olsa yaxşıdı
Lalə:kim????
Gülər:Azad
Lalə:yaxşı???
Gülər:Vallah məndə inanmadım əvvəlcə ama o idi Nigara nəsə deyirdi
Lalə:axır nə elədi gətizdirdidə Azadı
Gülər:hə təsəvvür elə toy günü toy gecəsi gəlini qoyub Nigarın yanına gəlib.. ama heç gözləmədiyim hərəkət elədi Nigar
Lalə:neynədiki?
Gülər:Azad gəlib onu günahlandırdı niyə gəldin niyə çıxdın qarşıma səni unutmağa çalışırdım alınmırdı ama çalışırdım.Vallah Lalə Azad elə danışırdıki ürəyim ağrıdı necə sevirmiş Nigari axmaq Nigar o cür oğlanı,,,həə nəisə Azad belə danışdı mən dedim indi bizimki atılar qucaqlayar falan ama elə sakit dayanıb sözünü dediki
Lalə:heyif Azaddan Nigar nə dedi??
Gülər:Nigar dediki bura nə üzlə gəlmisən halalca arvadıvı orda qoyub bir f.... Arxasınca gəlmisən ayıb olsun sənə Azad səni belə bilməzdim
Lalə:vayyyy vay vay Nigara baxx
Gülər:həə məndə gözdəmirdim ama elə dedi Azad heç nə demirdi Nigarsa dayanmadan danışırdı axırdada dediki:get arvadıvın yanına o səni xoşbəxt edəcək məni sənə unutduracaq mən bunu onun gözlərində gördüm indi isə get burdan deyib qapını bağladı
Lalə:Azadda getdi
Gülər:hə getdidə ondan sonra görməmişəm Nigarda görmüyüb ax guyaki bizimkinin vecinədie heç başa düşə bilmirəmdə bu Nigarı gah Azadın dərdindən ölür gah Çingizi sevir indide təzə sevgili tapıb özünə iş yerindən deyir Azadı unutmaqçün danışıram dəlididə bu qız
Lalə:nəisəye boş ver gəl dərsə gedək bayaqdan danışırıq burda.....Beləcə qızlar bu dərsədə gedib bütün dərslərin bitirler dərs bitdikdən sonra Əli gəlib Laləni aparır,
Beləcə 1ay keçmişdi keşən bir ayda Əlinin xasiyyətində heç bir dəyişiklik olmamışdı dahada artmışdı qısqanclığı olur olmaz şeyləri qısqanır hər gün Lalə ilə dava edirdi Lalə daha dözə bilmirdi Əli hər dəfə dava edəndə Lalə ayrılacağını deyən kimi Əli tez ondan üzr istiyib birdə olmayacağını deyir ama Lalə daha bu yalançı vədləri həzm edə bilmirdi çünki hər dəfə söz verir üstündə durmurdu halbuki Lalə onu əsəbləşdirəcək heç nə etmirdi ama Əli yenədə bir şey tapırdı Lalə artıq qərar vermişdi bu dəfə həqiqətən ayrılacaqdı Gülərlədə danışması onu birazda ürəyləndirmişdi Gülər Laləyə:ayrıl Lalə ömrüvün axırınacan belə olacaq dəyişən deyil bu adam görmürsən qorxma heç kim heç nə deməz sənə həm desələrdə boş ver sənin həyatından önəmli deyil kiminsə nəsə deməsi

Əli Laləni gəlib dərsdən götürür və yenə nəyə görəsə mübahisə edirdilər ama Lalə daha əvvəlki kimi cavablandırmırdı onun sualların yorulmuşdu Əli əvvəlcə restorana getməliyəm ordan çıxandan sonra söhbətimizə davam edəcəyik dedi və gelib restorana çatır Əli maşından düşür Laləyə maşında qalmasını deyir özü restorana doöru gedir Əli bugün restorana alacaq adamın oğlu ilə görüşəcəkdi atası oğlunu 1aya yola gətirə bilmişdi restoranı işlətməsi üçün oğlu Elnur istəmirdi bu işləri o Moskvada musiqi üzrə təhsilini bitirmiş yenə musiqi üzrə davam etdirmək istəyirdi ama atası o işlərdə pul yoxdu dəyə həmişə onu fikrindən daşındırırdı ona:həm restoranı işlət həmdə mahnı oxuyursan piano çalırsan nə eliyirsən elə bura tamamı ilə sənə aiddi Əlinin satdığı restoran toy restoranı deyil digər balaca ama çox gözəl məkanda olan bir restoran idi artıq Şahin razılaşmışdı alacaqdı ama Əlidə burda Elnura kömək etməli idi çünki Şahin ondan xahiş etmişdi həm restoranın pulun tam vermiş həmdə burda oğluma kömək et nə qədər istəsən pul götür dümişdi Əlidə razılaşmışdı Əli restorana girir Şahin bəy artıq gəlmişdi gedib onunla salamlaşıb oturur Şahinin oğlu isə hələ gəlməmişdi atası çox narahat idi yenə fikrin dəyişr deyə...Lalə maşında oturub Əliyə ayrılacağını necə deyəcəyini onun bunu necən qarşılayacağını düşünürdü maşında ürəyi sıxılırdı maşından düşüb biraz hava almaq istiyirdi düşüb irəliyə doğru gedir Şahinin oğlu Elnursa maşınını restoranın qarşısında saxlayıb dostu Rəsulnan maşından düşür onlar restorana getdiyi an Elnur Laləylə göz gözə gəlir yerində dayanıb Laləyə baxırdı onun yaşıl gözləri Elnuru çox cəlb etmişdi Lalə kiminsə ona baxdığını görüb çevrilib maşına doğru gedir Elnurda onun arxasınca getmək istiyirdiki dostuRəsul:Elnur gəll kişi bu saat dəli olub əlindən Elnur içəriyə baxaraq atasının ona doğru gəldiyini görüb restorana girir ama fikri bayaq gördüyü qızın yanında idi...Lalə tez gəlib maşına minir:off bircə bu çatmırdı Əlidə çıxıb görsəydi tam yerinə düşərdi sonrada deyərdiki buna görə ayrılırsan məndən axx Lalə niyə düşürsən axı maşından otur deyib otur burdada!!...Lalə burda özünü danlayarkən Əlidə orda Elnurla tanış olur Şahin oğlunu və dostunu Əli ilə tanış edib:Hə oğlum bax bundan sonra Əli sənə kömək edəcək nə çətinliyin olsa ondan soruşursan nədə olsa yaşı səndən az olsada təcrübəsi çoxdu)) deyib gülümsündü.....Əli artıq işin həll edib restorandan çıxır və maşına minib maşını işə salaraq ordan uzaqlaşır...Lalə üzünü pəncərəyə tutmuş yola baxırdı Əlininsə bu heç xoşuna gəlmirdi:Lalə kimə baxırsan??
Lalə:nə???
Əi:kimə baxirsan deyirəm!
Lalə:Əli dəlisən maşın gedir mən kimə baxa bilərəm axı yola baxıram.......və Əli yenə tərsdiyinə salıb adi sözü davaya çevirir...artıq evə çatmağa az qalmışdı Əli maşınını sfetaforda saxlayır Lalə oturduğu tərəfdə dayanacaq var idi dayanacaqdada 2oğlan dayanmışdı Lalə yerə baxəb Əli ile necə dannışacağını düşünürdü ama Əli Laləni oğlanlara baxdığını sanır və Lalənin qolundan tutaraq daha bu ağ oldu yanımda ola ola başqasına baxırsan Lalə bezirəm sənin bu hərəkətlərindən nə qədər olar...
Lalə Əlinin sözlərindən şoka düşür onun deyəcəyi lazım olan sözləri Əli işlədirdi:sən sən nə danışırsan mən kimə baxdım!
Əli:elə bilirsən görmürəm hə??ordaki oğlanlara baxırdın kimdi olar tanıyırsan keçmiş sevgililərindi!
Laləyə artıq Əlinin sonuncu dediyi söz son damla oldu Lalə əlini qaldırıb onun üzünə bir şillə vurdu Əli heç gözləmirdi belə bir şeyi
Lalə:sənn sən nə dediyivi bilirsən bittdi artıq hər şey daha sənə dözə bilmirəm adam kimi danışıb ayrılacaqdım ama qarşımdaki heyvan olduqdan sonra nə fayda(barmağından üzüyü çıxarıb Əlinin üstünə çırpır)götür zibilinidə rəddol həyətımdan!!!Deyib maşından düşüb evə doğru qaçır...Əli hələdə şokda idi nə baş verdiyini anlamırdi onu bu fikirindən çalınan maşın siqnalları ayıldır tez maşını kənara verib üzüdə düşüb Lalənin arxasınca gedir əlindəki üzüyü sıxaraq:Lalə bu sənə baha başa gələcək .....deyərək onun arxasınca gedir Lalə artıq çatmışdı pilləkənləri çıxırdı qapını açıb içəri girib tez qapını bağlayır:Daha burda qala bilmərəm burdan çıxmalıyam.... Deyib içəri keçir paltarlarını çantasına dolduraraq çıxmaq istiyirdiki qapının döyüldüyünü eşidir qapını döyən Əli idi Əli həm zəngi basır həmdə Əli ilə qapını döyürdü:Lalə aç qapını
Lalə:açmıram rəddol burdan!başa düş bittdi artıq sənlə mən deyə bir şey yoxdu!
Əli:(artıq dəliyə dönmüşdü)Lalə sənə aç deyirəmm eşitmirsən qırdırma bu qapını
Lalə:Əli get dedim açmayacam nə istiyirsən artıq mənnən ayrılıram mən səndən istəmirəm səni nifrət edirəm sənə!!
Əli:həəə indii belə oldu həə?????təzəsin tapmısan???kimdi oo Nazimdi??Cəmildi???yoxsa Nicatdı???bəlkə daha başqası mən bilmədiyim başqa kimdi
Lalə(Əlinin bu sözlərinə dözə bilmirdi əli ilə qulaqların tutmuş sadəcə Əliye getməsini deyirdi....Əli isə inadından vaz keçmirdi bir saata kimi orda dayanıb Lalənin qapısı açmasını deyir ama Lalə açmayacaqdı ürəyində:əvvəl axır gedəcək o gedən kimidə mən çıxaram səhər kimi burda qalmayacaqki.....desəde ama ürəyi əsirdi qorxudan......Əli Lalənin qapını açmadığını görüb:Eybi yox Lalə əvvəl axır bu evdən çıxacaqsan onda görüşərik deyib pilləkənlərlə aşağı düşür Lalə tez qaçıb pəncərədən baxır Əli artıq binadan çıxmış gedirdi..Laləbunu görüb çox rahatladı tez telini götürüb Gülərə zəng vurdu:Aloo Gülər evdəsən?mən indi sizə gəlirem bu gecə olar səninlə qalım,Əlidən ayrıldım burda qala bilmərəm yaxşı birazdan çıxıram......deyib evdən çıxır son dəfə evə baxaraq artıq canım qutardı deyərək evin qapısını bağlıyır acarlarıda üstündə qoyaraq pilləkənlərlə düşüb binadan çıxır çox qorxurdu Əli ilə qarşılaşmaqdan iri addımlarla marşuruta doğru gedirdi elə döngəni dönmək istiyirdiki Əlini qarşısında görüb donub qalır Əli lalənin qolundan tutaraq:Məndən belə asant qurtulacağını düşünürdün?.

Ardı var...
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 4 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri