Zindan həyat (51-ci bölüm)

Şərhlər: 6
Baxılıb: 5 562
Səs ver:
(səs: 3)
.....Lalənin teli zəng çalır Əli dediyi kimi zəng vurur Lalə açmaq istəsədə Gülər:yox Lalə inanma ona açma beləcə zəng bitir ve ondan sonra 15dəqiqə keçir nə zəng nədə mesaj var idi Laləni artıq həyəcan basırdı ya dediyini edibsə o bu düşüncələrlə olarkən teli zəng çalır Lalə tez baxır zəng vuran anası idi Lalə Gülərə:Gördün Gülər mən sənə demişdim o dediyini eliyəcək indi mən cavab verəcəm kim bilir necə deyim off Allahım indi nə deyəcəm heç bilmirəm nə danışacam
Gülər(pis olsada biruzə vermirdi gözləmirdi Əli dediyini edər)Lalə yaxşı özünü ələ al aç danış gör nə deyir bəlkə heç xəbəri yoxdu elə belə zəng vurur
Lalə teli həyəcanla açır:Aloo mama
Şəhla:qızım yaxşısan?
Lalə:hə mama yaxşıyam nə olubki??
Şəhla:eşitdim darıxırsan orda
Lalə:nə??
Şəhla:hə xəbəri quşdar xəbər verib mənə
Lalə(həyəcandan öləcəkdi)nə nə xəbərdən??
Şəhla:Əli zəng vurmuşdu deyirki biz biraz söz güləşdirdik ona görə Lalənin kefi yoxdu mənimlə danışmır 2gündüdə evimizçün darıxdığını deyir siz zəng vurub danışa bilərsiz mənimlə barışsın onsuzda darıxırdı sizinçün ürəyim narahat idi indidə biz küsdük (Lalə eşitdiyi sözlərdən donub qalmışdı Əli nə danışıb belə hələ heç nə anlamırdı Şəhla Əlinin dediklərini bir bir Laləyə danışır sondada)-qızım Əli deyirki barışsın mənlə nə üstündə küsmüsüz elə böyük bir şey deyilsə barış uşaq narahatdı sənə görə bax mənə zəng vurub xahiş elədi
Lalə:hə mama yox elə böyük bir şey deyil yaxşı barışaram
Şəhla:cann barış ağıllı balam dava eləmiyin mehriban olun evlənəndən sonra o qədər söz söhbət olur ki heç olmasa nişanliykən söz söhbət eləmiyin hə birdə bizimçün çox darıxırsansa icazə al gəl evə yaxşı
Lalə(ürəyində biz hələ indi beləyik evlənsək kim bilir nələr olar)Yaxşı mama narahat olma yox yaxşıyam burda çox darıxsam gələrəm
Şəhla:istiyirsən mən gəlim
Lalə(tez ayağa qalxaraq)yox yox mama sən hara gəlirsən (Lalə qorxurduki anası gəlib onu bu halda görməsin) mən özüm gələrəm.....Beləcə anası ilə danışıb teli yerə qoyur ayaq üstə durub dayanır:gördün Gülü necə iki dəqiqənin içində yalanlar düzüb qoşub mənidə öz yalanlarının içinə soxub çırpındıqca batıram çıxa bilmirəm qurtula bilmirəm ondan (Gülər ayağa durub Laləni qucaqlayır)can bacım qurtula bilərsən ama sən qorxursan başa düşürəm səni çox çətindi bu məsələ birdən birə ortaya çıxsa səndə pis olacaqsan ama belədə deməsən Əli səndən əl çəkən deyil
Lalə:bilirəm əl çəkməyəcək (teli götürüb zəng vurur)
Gülər:Lalə eləmə
Lalə:Gülü etməsəm dahada pis olar
Əli Lalənin zəng vurduğunu görüb-Bax belə zəng vurarsan.(deyib teli açır)-Hardasan sən!!həə hansı sevgilivin yanındasan!!narahat etmədimki səni Lalə xanım!!
Lalə:Əli bəsdi!!
Əli:hardasan dedim!
Lalə:Gülərgildə
Əli:(ayağa duraraq)ora niyə getmisən!Gülər təzə oğlan tapıb sənə həə cavab ver niyə getmisən ora danışdın ona her şeyi sənnenəm??
Lalə(artıq dözə bilmirdi Əlinin təhqirlərinə)Sənə bəsdi deyirəm qutar bu söhbəti hə dedim Gülər hər şeyi mənə nə hala saldığını nələr elədiyini hər şeyi danışdım səni şikayət edəcəm polisə cəzavı verəcəklər əclaf
Əli:(acı gülümsəmə ilə)çox qorxdum məni polisnən qorxuzursan get kimə deyirsən de heç vecimədə deyil!sən öz haliva yan mən əvvəl axır çıxacam polisdən nə yolnan olur olsun çıxacam məni heç kim tuta bilməz sən məni yaxşı tanımırsan Lalə!peşman edəcəm səni bu danışığıva görə!!buların hamısını o Gülər q...... öyrədib sənə hə o Gülərində nəslini qıracam gözlə sən indi gəlirəm ora deyib teli söndürür
Lalə:Əli Əli dayan ....desədə tel çoxdan sönmüşdü Lalə ikinci dəfə Əlini yığırdə ama Əli artıq əsəbindən teli eşitmirdi belə evdən çıxıb tez Gülərgilə gəlir
Lalə:Gülər o bura gəlir
Gülər:Lalə niyə hər şeyi dedin dəlinin yadına daş saldın indi onu saxlamaq olar
Lalə:mən bilmədim o elə danışınca məndə
Gülər:yaxşı bax madamki demisən artıq sözünün axrına kimi getməlisən nə deyir desin vecivə alma .....
Gülər sözləri ilə Laləni sakitləşdirərkən Əli artıq çatmışdı maşından düşüb iri addımlarla binaya doğru gedirdi:Eybi yox Lalə sənə göstərəcəm məni şikayət eləmək nədi......binaya daxil olur pilləkənlə birinci mərtəbəyə çıxır və qapını döyür Lalə qapının səsini eşidincə əli ayağına dolaşır:Aman Allahım gəldi
Əli(qapının zəngini basır əli ilədə qapıya vururdu)Lalə aç qapını aç üzümə de bayaq dediklərini tez ol aç deyirəm eşitmirsən
Lalə:qoy açım Gülər
Gülər:Lalə dəlisən indi onu saxlamaq olar açma
Lalə:yox açıram görmürsən necə qışqırır binadakılar hamısı çıxacaq bayıra
Əli:Lalə açmasan səninçün çox pis olacaq eşidirsən məni çox pis.....
Gülər nə qədər desədə Lalə gəlib qapını açır Əli qapının açıldığını görüb sakitləşir asta səslə-Gəl gedək
Lalə:mən getmirəm
Əli:Lalə sənə adam kimi deyirəmki gəl gedək məni heyvan kimi hərəkət eləmək məcburuyyətinde qoyma
Lalə:sən haçan adam olmusanki!
Əli(dişlərini qıcıyaraq)deməli adam olmamışam həə Lalə!!nədi adam olanın tapmısan (üzünü Gülərə çəvirərək)bu tapıb səninçün
Gülər:ağzıvın danışığn bil
Əli:sən kəs sənlə danışan yoxdu!!hə cavab ver Lalə kimi tapmısan yenə?
Lalə:Əli bəsdi axmaqladın heç kimi tapmamışam sənin əlindən qaçmışam başa düşürsən xəstə piskopat (Lalə sözlərini dedikcə Əlini dahada qıcıqlandırırdı yumruğunu sıxaraq-Lalə sənə axrıncı dəfə deyirəm gəl gedək sakit sakit danışaq
Lalə:başa düşmürsən getmirəm əl çək məndən qutardı artıq səndən canımı qutaracam!
Əli:həə qutaracan onu yuxunda görərsən sən mənə aidsən mən hara desəm ordada olmalısan bunun əksini eləsən nələr edəcəyimi heç ruhunda duymaz ya indi öz xoşunla mənimlə gəlirsən yada
Lalə:yada nəə məcbur aparacaqsan yenə vuracaqsan!
Əli:yoxx əzizim vurmuyacam bax bu teli görürsən anana zəng vurub aramızda olan şeyləri deyəcəm hətta məcburi yox qızının istəyi ilə olduğunu deyəcəm ondan sonrasın sən düşün nələr olacaq
Lalə:əclaf məni şantaj edirsən?
Əli:aaa nc nc nc necə ayıb nə şantaj yozma həyatım mən sənə təklif edirəm ya özün gəl yadakii
Lalə:kəss yaxşı
Gülər:Lalə Lalə eləmə fikrivi deyişmə onsuzda anangil biləcəkdidə niyə belə eliyirsən
Lalə:yox Gülü bacarmıyacam mən anamgilin qarşısına çıxa bilmərəm heç vaxt nə olur olsun bu bizim aramızda sirr qalsın yalvarıram sənə Gülər heç kimə demə
Əli(kənardan dayanıb zəfərinə sevinirdi sonunda istədiyini əldə etmişdi Lalə Gülərə söz verditdikdən sonra geyinib evdən çıxır Gülər hələdə Lalənin arxasınca deyirdi Lalə getmə ondan qorxma həyatıvı məhv edəcək o....Əli isə getməmişdən əvvəl Gülərə yaxınlaşaraq:Sənsə Gülər xanım!daha o burnunu bizim işimizə soxma yoxsa o burunun sağ salamat qalmaz!! Deyib arxasın çevirib pilləkənlərlə düşdü
Gülər:axmaq sən kimsən məni hədələyirsən....nə qədər danışsada artıq onlar binadan çıxmışdılar:Axx Lalə neynədin sən....
Lalə etdiyi hərəkətin düz olmadığını bilirdi ama ona görə başqa çarə yox idi o bu həqiqəti hamıya açıb deyə bilməzdi ən əsasda ailəsinə Əlidə bunu bildiyi üçün çox yaxşı istifadə edirdi onlar binadan çıxıb maşına doğru gedirlər Əli gəlib Lalənin əlinden tutur Lalə hətta onun əlindən belə iyrənir tutmasını istəmirdi:Burax əlimi
Əli:aaa olmadıki bax canım sən ən düzgün qərarı verdin sabah biri gün biz evləndikdən sonra Gülər sənin yanında olmuyacaq mən olacam səni necə sevdiyimi bilirsən

Ardı var...
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri