Zindan həyat (58-ci bölüm)

Şərhlər: 4
Baxılıb: 5 502
Səs ver:
(səs: 2)
Elnur artıq qərar vermişdi sevmədiyi bir qızla evlənəcəkdi bunu ancaq Laləyə görə edirdi bir qızı itirməməyə görə başqa bir qızın həyatını məhv edtiyini heç düşünmürdü..Xavər 23 yaşında qarabuğdayı qara qaş qara göz özünə görə gözəl ailəsinə bağlı bir qız idi atası onu çox sevirdi evin bir qizi idi ailə qurmağa gəldikdə isə anası daha çox istiyirdi ama özlərinə laiq bir ailəylə çünki bilirdi Xavərin kasıb bir oğlanı istədiyini atası isə əksinə qızımın seçiminə hörmətlə yanaşacam o kimlə istəsə onunlada ailə quracaq deyirdi onunçün əsas var dövlət deyil insanlıq idi ama Xavərin bundan xəbəri yox idi çünki anası Xavərə kasıb oğlandan əl çəksin deyə yalandan atasının razı olmuyacağını demişdi,ona görədə Xavər atasına cürət edib heç nə deyə bilmirdi
İçində Turala qarşı sevgisi olsada bunu dilinə gətirib atasına deyə bilməzdi ama həmişə dua edərdiki Turalın işləri yolunda getsin özünü normal bir təbəqəyə çatdırsın bəlkə onda atası razı qalardı Tural isə çox yaxşı xasiyyətli yaxşı görünüşlü bir oğlan idi sadəcə t.k prablem kasıb olmaları idi atası xəstə olduğu üçün evi o keçindirirdi anasıda evdar qadın idi bacısı isə evlənmişdi Tural Xavəri ona vermiyəcəklərini bilirdi səbəbinidə təbiiki ona görədə nə gecəsi nədə gündüzü vardı gündüzlər lahmacun bişirib gecələr hemin yerin mühafizə xidmətində dururdu beləcə 2 işlə meşqul olurdu sırf pul topluyub istədiyini əldə etmək üçün edirdi bunları cəmi isə qazandığı 600 manat pul idi odaki xəstə birisi olan ailəyə zorla çatırdı ama Tural heç yorulmadan mübarizə aparırdı Bax belə buda digər bir birin sevən ama yenədə ayrı düşən iki gənc........
Elnurun anası ilə atası səhər açılan kimi ilk iş Xavərin ailəsi ilə danışmağa gəlirlər Azadə xanım axşamdan zəng vurun Səadətlə danışmışdı Səadətin ürəyindən idi bu xəbər çünki Elnur tamda onun istədiyi kürəkən idi öz ailələrinə tən hətta onlardan belə yüksək həmdə Elnurun öz görünüşü o tez xəbəri yoldaşına deyir Bəhruz bəy isə yaxşı qarşılasada Xavərin istəyi olmasa razı olmaram deyincə Səadət tez Xavərin yanına gəlib Bəhruzun dediyinin əksini ona danışır atasının razı olduğunu və Xavərin etiraz etməməsini tapşırır Xavər isə heç istəmirdi Elnuru tanıyırdı yaxşı idi ama onu sevmirdi onunçün özünün zəngin yox qəlbinin zəngin olmağı önəmli idi ama nə fayda artıq anası ona yalandanda olsa inandırmışdı atasının qərarını Xavər bütün günü otaqdan çıxmamışdı və nəhayət Şahin bəy Bəhruzgilə elçiliyə gəlib çıxırlar söhbət əvvəlcə ordan burdan düşsədə sonda Şahin məlum mövzunu açaraq elçiliyə başlayır Bəhruz qızının rizasını aldıqdan sonra bir qərar verəcəyinin deyir Şahin bəy elə bugün həll etmək "hə"sini almaq istəsədə Bəhruz etiraz etmiş bir iki gündən sonra qərarların verəcəklərin deyir........
Lalə isə artıq Kollecdən icazə almış evlərinə gedəcəkdi Əli özü aparacaqdı Laləni səhər tezdən Lalə yığışıb hazır oturub Əlini gözlüyürdü ürəyində isə Elnurun sözləri idi mən Əlini sevmirəm ama 2 həftədən sonra toyumuzdu ondan sonra ömrümün sonunacan onunla bərabər olacam Allahım nə olar kömək ol ondan qurtlumaq istiyirəm ama necə necə xilas olum heç kəs anlamaz məni hamı günahlandıracaq kimin üzünə necə baxaram nə deyib ayrılaram axı...... Laləni düşüncələrindən qapının zəngi ayıldır tez ayağa qalxıb qapını açır Əli Lalənin hazırlandığını görüb yenədə iynəli atmacalarından istifadə edir:Görürəm gecədən hazır gözdüyürsən deyəsən mənnən canın qutarır deyə sevinirsən yoxsa..
Lalə Əlinin danışıqlarını dözə bilmirdi:sən nə demək istiyirsəne bu nə deməkdi?
Əli:nəbilim belə hazırlanmsan elə gözlüyürsənki
Lalə:neynəməliyəme bəs hər şeyi yozmasan olmur hər gün dava etməsək söz söhbət olmasa sən rahat ola bilmirsən
Əli:Laləəə gəlirsən qəlbini qırmayım
Lalə:sən qəlbimi çoxdan qırmısan
Əli:Laləəə bəsdi
Lalə:nədi düz demirəm səninlə necə olacağımı bilmirəm səndən necə qurtulacağımı bilmirəm
Əli:məndən qurtluşun yoxdu canım bunun səbəbin çox yaxşı bilirsən indi xatırlatıb qanını qaraltmaq istəmirəm
Lalə(bilirdi Əlinin nəyə eyham vurduğunu)Allah bəlavı versin Əli....əlinə fürsət düşüb necə lazımdısa əyərləndirirsən
Əli:əlbətdəki sən məcbur edirsən yoxsaki mən istəmirəm belə olsun dava yaranmasına sənsən səbəb mənimlə çox soyuq danışırsan məndə hirsimi səninlə belə danışaraq çıxıram bax sənə deyirəm evinizdə mən zəng vurdum teli götürə bilmədim ay adam var idi ay nəbilim danışa bilmədim bəhanələri keçərli deyil deyim harasa getdiyini əvvəlcədən bilməliyəm hər şeyi mənə deyirsən xırda bir məsələnidə mənə deməsən mən sonra onun üstün açanda özündən küs məndən yox yaxşımı canım mənim
Lalə:(qaş qabağını yığıaraq Əlini dinliyirdi o sözün bitirən kimidə heç nə demədən çıxmaq istiyirdiki Əli onu saxlayıb:Həəə nə oldu cavab vermədin???yoxsa məndən yenə nəsə gizlədəcəksən???
Lalə:offf yox heç nə gizlətmirəm nə gizlədəcəm axı
Əli:onda niyə cavab vermədin?????
Lalə:yaxşıdaaa deyəcəm hər şeyi əl çək ( deyərək evdən çıxır)
Əli artiq Laləni öz evlərinə gətirmişdi Lalə çox pis vəziyyətdə idi gözləri dolmuşdu ailəsinin üzünə baxa bilmiyəcəkdi o hadisədən sonra ilk dəfə idiki ailəsi ilə görüşəcəkdi Əli yol boyu danışmış Laləyə tapşırıqlarını vermişdi...toyu harda etməklərini Laləyə desədə Lalə mənimçün fərqi yoxdu deyincə Əli hər şeyi özü həll edirdi öz restoranınında edəcəkdi toyu dəvətnamələr artıq hazır idi Əli onlarıda aparırdı Lalə yolda dəvətnamələri götürüb bir neçəsini ayırmaq istədikdə Əli səbəbin soruşur
Lalə:qrup yoldaşlarimçün
Əli:mən onları çağırmanı istəmirəm
Lalə:niyə????
Əli:istəmirəmdə sən niyə istiyirsənki toy günü kimi görmək istiyirsən bəlkə Seymuru çağıracaqsan!
Lalə:inanmıram sənə Əli öz toyuma belə heç kimi çağırmayacam mən
Əli:yox niyəki qohumlarını çağırırsanda
Lalə:heç olmasa Güləriii (demişdiki)
Əli:Güləri vapşe yoxx o qızı görən gözüm yoxdu götürər toyada sevgilisiylə gələr bütün əsəblərimi pozar
Lalə:(əsəbindən patrlayırdı Əli hər şeyi öz beyninə görə həll edirdi)onda daha məni neynirsənki toyda özün tək oturarsan hamısı sənin dəvətlilərindi
Əli:Laləə bəsdidəə sənə elə toy hazırlayacamki çox xoşun gələcək
Lalə:toyum sənlə olduqdan sonra heç nəyin fərqi yoxdu
Əli:bağışlada day bəy ancaq mənəm başqa seçim yoxdu dəyişdirə bilmərəm sənin sevdiyin oğlan deyil ama neyləyək idarə edərsən!!
Lalə heç nə demədən susurdu
Əli:gör heç səsin çıxarmadıyee düz deyirəm hə istədiyin bəy mən deyiləm başqasıdı kimdi de tapımda sənə Lalə xanımın arzusun ürəyində qoymuyaq
Lalə:Əli bəsdi axmaqladın səni istəmdiyim doğrudu ama başqa heç kim yoxdu!!!
Əli:mən əvvəl axır biləcəmdə onu, o zaman özünü ölmüş bil Lalə məndən başqasını nəinki sevmək ürəyindən beynindən belə keçirtdiyini bir bilsəm onda məndən çəkəcəyin var....
Lalənin ürəyi həyəcanla döyünür tez əlini sinəsinə tutaraq pəncərədən bayıra baxır: Aman Allahım niyə belə həyəcan keçirtdim axı ürəyim məni elə verəcəksən niyə?? Əlinin şübhələri düz çıxarsa? yox yox belə bir şey ola bilməz mən heç kimi düçünmürəm bəs niyə Elnur gəldi ağlıma off o hardan çıxdı axı qarşıma.....
Elnur 2 həftədən sonra restorana birinci dəfəydi gəlirdi otaq gedib oturur işçilərdən Əlinin burda olub olmadığını soruşur işçidə:Əlinin getdiyini nişanlısını rayona aparacağı üçün bugün gəlməyəcəyini deyir Elnur ayağa qalxaraq niyə aparıbki deyə soruşduğunda
işçi:yəqin toya görədə toya az qalıb axı
Elnurun sanki otaq üzərinə çökür toylarına az qalıb??
işçi:bəli bilmirdiz 2 həftədən sonra toydu
Elnur:Allahım bu tezliklə gözləmirdim yox bu tezliklə olmamalı idi
işçi:nə dediz başa düşmədim
Elnur:heç heç nə sən çıxa bilərsən....Elnur heç gözləmirdi Əlinin Lalənin tezliklə gözlərinin önündə ondan alacağını çox pis olur ama bir tərəfdəndə:Lalə onsuzda mənim deyildi mənə aid deyildi o onu sevir daha nə gözlüyürdümki Əlidən ayrılıb mənim qollarıma atılmayacaqdıki ama ümüdüm var idi Allahım niyə?niyə onu yalnış zamandan yalnış yerdə çıxardın qarşıma kaş Moskvaya getməzdim kaş burda qalardım bəlkə onda daha tez vaxtında zamanında çıxardı qarşıma onda hər şey daha fərqli olardı indi onu kiminsə əlimdən almasını izləməzdim bəlkədə biz çox xoşbəxt olardıq bəlkədə hər şey çox gözəl çox fərqli olardı bəlkə bir qızımız olardı onun gözləri kimi yamyaşıl gözləri olardı bəlkə bəlkə bəlkəəə.........
Elnur bu fikirlərlə ürəyini yeyib bitirirdi özünü günahkar edirdi anası ilə atası isə tezliklə Xavərlə nişanlandırıb ona Laləni unutdurmaq istiyirdilər ona görədə əllərindən gələni edirdilərki Bəhruz bu işə razı olsun Bəhruz bəy Şahingil getdikdən sonra özü qızı ilə danışmaq istəsədə Səadət yenə yalanların işə salaraq Bəhruza:Xavər utanır sənlə danışmağa ama mən ona dedim oda razıdı xoşu gəlirmiş elə Elnurdan əyər atamda istəsə mənim istəyim var....deyə bir yalan uyduraraq Bəhruza danışır Bəhruzda qızının razı olduğunu görüncə:yaxşı onda "hə"sin verək bir birlərin daha yaxından tanısınlar toyu sonra edərik ...Səadət bunu eşidincə havalarda uçurdu sonunda istəyi reallaşacaqdı.....
Lalə artıq evlərinə çatmışdı anası ilə görüşüərkən özündən ixtiyarsız gözündən yaşlar süzülürdü özünü saxlamağa çalışsada alınmırdı anası bunu görüncə nəsə olub deyə təlaşlanır Lalə isə yox mama sadəcə darıxmışdım deyir Şəhla qızına göz gəzdirərək:Lalə sən niyə belə arıqlamısan bu nədi belə??
Əli(tez ozun ortalığa ataraq) hə Şəhla xala qızın dieta saxlayırdı mən nə qədər desəmdə yenə öz bildiyin edirdi
Lalə(Əliyə baxaraq necə rola girdiyinə tamaşa edirdi özündən 2 dəqiqəyə necə düzüb qoşurdu hər şeyi
Şəhla:ay qızım dieta sənin nəyinə lazımdı axı sən onsuzda normal idin ama indi dəhşət arıqlamısanee belə olmaz birdə görmüyüm səni dieta saxlayam
Lalə(Əlinin yalanını davam etdirərək)yaxşı mama narahat olma...
Onlar birlikdə içəri keçib otururlar Əli dəvətnamələri Şəhlaya verir biraz keçdikdən sonra Rasimdə işdən gəlir Lalə atsını görüncə ürəyi çox pis ağrayır atasını qucaqlayaraq ağlamağa başlayır Rasim bunu görüncə çox pis olur onunda gözləri dolmuşdu ama özün saxlamışdı Əli ürəyində:Offf Lalə başa düşməkləri üçün əlindən gələni edirsən eybi yoxdu səninlə sonra danışarıq.
Rasim:qızımm nə olubb niyə ağlayırsan????
Lalə heç nə demədən ağlayırdı Şəhla:qızımız bizimçün çox darıxıb ...Lalədə başın yelləyərək anasının dediyini təsdiqliyir və tez öz otağına gedir qapını bağlayaraq ağlamağa başlayır:Allahım mən onlara laiqli övlad olmadım onların başın aşağı əydim mən mən niyə yaşıyıram axı atam mənimçün çalışıb oxutdurmaqdan ötrü nələr edirdi mən ona qarşılığında neylədim onun adın ləkələdim........
Şəhla Lalənin belə getməsini görüncə oda onun arxasınca otağına gedir Əli çox narahat olur Lalə ağzından bir söz qaçırarsa onda nə olardı...Şəhla qapını açıb Lalənin hələdə ağladığını görür çox narahat olur qızını qucaqlayaraq:sənə nə olub qızım bu heç darıxmağa oxşamır nəsə olub??Əli ilə dava eləmisən???həə??səninlə pis davranır????Lalə de qızım çəkinmə əyər Əli səni indidən incidirsə rədd eliyək getsin səndən dəyərli deyil heç nə eşidirsən qızım
Lalə anasının qollarında rahatlamışdı ancaq ağlayırdı anası nə qədər etsədə Lalə heç nə demirdi ürəyində isə elə ancaq özünü günahlandırırdı:necə mama necə deyimki sənin qızın daha əvvəlki deyil necə deyim....
Biraz keçdikdən sonra Lalə özünə gəlib anasına hər şeyin qaydasında olduğunu sadəcə sizinçün darıxmışdım həmdə 2həftədən sonra həmişəlik ayrılırıq deyə pis oldum
Şəhla:həmişəlik niyə??nə vaxt istədin gəlirsən evinə bura sənin evindi heç vaxt unutma qızım biz sənin xoşbəxtliyini istiyirik bədbəxt olmağını yox bilirsəndə
Lalə:həə bilirəm mən sizi çox çox istiyirəm.... Deyərək anasına sarılır.
Şəhla:dəli qızım bizdə səni......
Birlikdə Rasimlə Əlinin yanına qayıdıb yemək düzəldib süfrəyə əyləşirlər Lalə heç nə yemədən atasına anasına baxır başın aşağı salırdı çəngəli dolmaya batırıb çıxarır ama heç nə yeyə bilmirdi boğazından heç nə keçmirdi Şəhla Laləyə baxaraq:sən niyə heç nə yemirsənee dietan davam edir helə??
Rasim:nə dieta??arıqlayıb çöpə dönmüsən üzün bir damcı qalıb bu nədi ye yeməyini xəstələnərsən yoxsa
Əlidə söhbətə qoşularaq:məndə deyirəm inanırsız həmişə deyirdimki yeməyini ye dieta lazım deyil ama qızınız tərsdiyinə salıb dieta saxlayacam deyirdi (Laləyə baxaraq) gördün arıqlamısan deyəndə mənə inanmırdın......Lalə Əliyə nifrətlə baxırdı əlində olsa yeməyi elə Əlinin üzünə çırpardı heç nə demədən yeməyə çalışır......
Beləcə günlər ötüb keçirdi Əli yenədə Lalə ilə teldə danışaraq raport alırdı sizə kim gəldi kim getdi sən harasa getdin yoxsa getmədin orda kimi gördün deyə müxtəlif suallarla Lalənin bütün gününü zəhər edirdi, evdə isə bunlardan xəbərsiz olaraq toy hazırlıqlari gedirdi anası Lalə üçün əlindən gələni edib hər şeyin yaxşısın almaq istiyirdi...
Bu keçən günlərdə isə Şahin bəy Bəhruzdan Xavərin "hə" sin almışdı..Azadə xanım Elnuru Xavərlə görüşməsi üçün məcbur edirdi ama Elnur istəmirdi:dediyinizlə razılaşdım siz hər şeyi həll edin mən görüşmək istəmirəm desədə atası ilə anası onu məcburən görüşə yolluyurlar...Xavərdə anasının zoru ilə görüşə hazırlanırdı bir birini istəməyən iki insan ilk görüşlərini yaşayacaqdı..Elnur Xavəri götürmək üçün Bəhruzgilə gəlir..
 
Ardı var...
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5 502
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri