Zindan həyat (60-cı bölüm)

Şərhlər: 7
Baxılıb: 5 511
Səs ver:
(səs: 2)
"Toy Günü"
Hamının arzuladığı xəyallarını qurduğu "toy" kim istəməzki bu günü yaşamaq ama istədiyi sevdiyi hörmət etdiyi və gördüyü insanla bəzən həyatda hər şey istədiyimiz kimi olmur buna özümüzdə səbəbkarıq bəlkə ama o an hadisələrin gedişatından yaşadığın hislərdən nə etdiyini neylədiyini bilmirsən təəsüflər olsunki bəzən elə anlarımızdada həyatimızın qərarlarını veririk və ömrümüzün sonuna kimi verdiyimiz yalnış qərarın cəzasın çəkirik...Bəli bugün Əli ilə Lalənin toyu idi hamının gözlədiyi ən çoxda Əlinin iplə çəkdiyi toy günü hamı təlaşlı idi hərə bir işin dalıyca qaçırdı Əli bu gecəni yata bilməmişdi Lalədə həmçinin yenə neyəsə görə dava etmişdilər ama Əli çox uzatmamışdi söhbəti heç olmasa toy günü dava etmiyək deyə Laləyə eyham vururdu...Lalə isə sanki toya yox cənazəyə hazırlaşırdı anasınında üzü gülsədə ürəyi narahat idi Lalə o gecədən sonra anasına Əli ilə barışdıqlarını daha elə qısqanclıqlar etmir desədə ana ürəyi qızına görə təlaşlanırdı təbiki ama Lalə qərarlı idi bu səhv addımının cəzasını özü tək çəkəçəkdi ailəsinidə o əzabı çəkdirmək istəmirdi.....
Elnur dünən gecədən pis vəziyyətdə idi Əli onu toya çağırrmışdı həmdə toya nəzarət etməyidə ona tapşırmışdı..Elnur həyatının ən çıxılmaz vəziyyətini yaşıyırdı sevdiyi qarşılıqsız sevdiyini düşündüyü qızı Əli onun əlindən alarkən Elnurda buna şərait yaratmalı idi çox pis vəziyyət idi Elnur əvvəlcə həmin gün başqa işim var gələ bilməyəcəm desədə Əli bütün orqanizasyonu sənə tapşırıram göstər özünü deyərək onun boynuna qoymuşdu artıq Şahingilidə çağırmışdı toya Şahində Elnurun gəlməməsini istiyirdi orda olmaz bir hadisə çıxarar deyə narahat idi artıq qərar Elnura qalmışdı ya gəlib sakit səssiz kənarda durub olanları izləməli ya da heç gəlmiyib görməməli idi.....
Azadə toya gələrkən Xavəridə özü ilə gətirmək istiyirdi ən azından Elnur nişanlı idi nişanlısı ilə olmalı idi toyda həmdə bu toyda Xavər keçən günlərdə Turala teldə olanları danışır Turalsa çox pis olmuşdu əvvəlcə olanları qəbul etmək istəməsədə sonra Xavərə ondan ayrılmasını deyir çünki bilirdiki o heç vaxt Xavəri maddi cəhətdən qane edə bilmiyəcəkdi ama Xavər onu elə sevirdiki madiyyatı gözündə belə deyildi o sonda Elnurun haqqındada Turala danışıb bizə kömək edəcəyini deyincə Tural əvvəl heç nə anlamır evlənmək istədiyi qıza başqasına getməyə niyə köməklik etsinki Xavər olanları ona danışınca Tural Elnurun həqiqətəndə məcbur qaldığını anlayır......Elnur hələki toy məsələsini düşündüyü üçün Xavərlə necə ayrılacağını düşünmürdü...
Əli səhər durub ilk öncə duşa girir sonra toy üçün aldığı smokingi geyinir ətirində vurduqdan sonra saç ustasının yanına gedib bəylik təraşını edir
Lalə isə evdə idi usta evə gələcəkdi artıq gəlmişdidə vizajist və saç ustasını Əli göndərmişdi bacısı ilə onlar artıq Lalə ilə meşğul idilər Lalənin üzü çox solğun idi ağlamaqdanda gözləri qızarmışdı vizajist əvvəlcə heç nə deməsədə sonra:Deyəsən axşam çox ağlamısan
Lalə(tez dikələrək) yox yox niyə ağlayımki
vizajist:əsəbləşmə qızlar axı atalarının evində son gecələrində ağlayırlar ona görə dedim
Lalə:hmm .....
Vizajist:çox gözəl gözlərin var ama heç sevincli deyil bugün sənin günündü biraz gül bu gözəl gözlərində sevinsin....
Artıq Lalə hazır idi saçını yığdırmış üzünədə makyaj etmişdi nə qədər içində açı çəksədə xaricən məlum etdirməməyə çalışırdı çox gözəl olmuşdu sonda gəlinliyidə geyinir Şəhla qızını gəlinliklə görüncə gözləri dolur Lalədə anasını elə görüncə dayana bilmir ona sarılıb möhkəmcə ağlayır çox pis an idi Lalənin yaşadıqları Bahar tez ayağa qalxaraq..Ay Şəhla xala neynədin qizi ağlatdınee
vizajist :bütün makyaj pozulduyee ay Lalıcka sən indidən belə başdasan toyun axrına bu makyajdan əsər əlamət qalmazki))....Lalənin üzünə əl gəzdirir ağladığı üçün makyajı birazcıq axmışdı....
Saat artıq 2 idi Əli Elnura zəng vurub restoranın işlərinin nə yerdə olduğunu maraqlanır Elnur isə heç restorana getməmişdidə axşamdan içmiş Rəsulun evində sızıb qalmışdı Əlinin zənginə yuxudan ayılır telə baxır:offff nədi nə!!özünü toparlayaraq teli açıb danışır
Əli:hər şeyi sənə həvalə etmişəmhaa Elnur bax bir şeydən razı qalmasam səndən yapışacam
Elnur:narahat olma axşamdan tapşırmışam hər şeyi hazırlayacaqlar
Əli:sən restoranda deyilsənki?
Elnur:yoxe Əli mən bəlkə gələ bilmədim işim var
Əli:yox o nə deməkdi sən mənim həm şərikim həmdə dostumsan toyumda iştirak etmiyəcəksən həmdə bizimçün mahnı oxuyarsan hədiyyə bax sənə hədiyyə mövzusunda da kömək etdim
Elnur:(tutulur sanki yox daha nələr mən sizinçün mahnı oxuyacam)- Əli mənim səsim tutulub bu aralar oxuya bilmirəm həmdə o qədər muğənni çağırmısan olar oxuyacaqda
Əli:səndəki lap bəzi muğənnnilər kimi səsim tutulub əşi sənə demirəmki toyu apar bir dənə oxuyarsanda
Elnur:Əli vallah oxuya bilmirəmee səsim pis gündədi siqaret falanda çəkmişəm xırıltılıdı
Əli:paaa ay bala solo kansert vermiyəcənee əşi nəisəə yaxşı day mən sənə yaxşılıq edirdim mənim toyumda oxuyub biraz məşhurlaşardın ama istəmirsən özün bilərsən
Elnur:çox sağol mən meşhurlaşmağı seçmirəmdə day eybi yoxdu......
Əli:yaxşı dur get restorana mən çıxıram indi Laləni getirməyə gedirik gələndə səni orda görüm hələlik
Elnur Lalənin adın eşidincə çox pis olur getmək istəmirdi Laləni Əli ilə görmək ona əzab verirdi ama getməsəydidə olmurdu məcburən qalxıb duşa girir hazırlanıb restorana gedir...
Əligil çıxmış Laləni götürməyə gedirdilər artıq çatmışdılar Əlinin nənəsi və bəzi qohumları düşüb həyətdə oynadıqdan sonra Əli maşından düşür içəri girir Lalənin üzünə duvağı örtülü idi Əli gəlib Laləyə gülü verir əlindən tutur Lalənin əli buz kimi idi Laləyə yaxınlaşaraq səninçün çox darıxmışam duvağını qaldırmamaq üçün özümü zorla saxlayıram Əlinin nənəsi gəlib xeyir duasın verir sıra gəlinin belin bağlamağa gəlmişdi Əlinin qardaşı olmadığı üçün Əli Baharın yoldaşı Zakirə demişdi bağlamasını əksəriyyətən subay oğlan bağlamalı idi ama Əli başqa heç kimi istəmədiyi üçün Zakir bağlayacaqdı Lalə Zakirin onun belin bağlamağa gəldiyini görüncə Əlinin əlindən möhkəmcə sıxırdı Əli başa düşürdü Lalənin niyə belə etdiyini Laləyə:Canım hər şey yaxşı olacaq ...
Zakir lenti Lalənin belinə bağlıyır lent Lalənin belində sanki ağır bir zəncir kimi dayandığını hiss edirdi ağlamamaq üçün özünü zorla saxlasada alınmırdı göz yaşları ona qulaq asmırdı, və artıq vağzalı çalınır Əli ilə Lalə evdən çıxırlar Lalə heç getmək istəmirdi ama geriyə addım ata bilməyəcəyini düşünürdü evdən çıxıb maşına doğru gedirlər Lalə çevrilib evlərinə baxır sanki bir daha bu evə gelməyəcəkmiş kimi için için hönkürürdü heç kim onu eşitməsə duymasada o içində hayqırır boğulurdu evlərinə son dəfə baxıb maşına oturur və Əli qapını bağlayıb özüdə Lalənin yanına oturur və onlar restorana yollanırlar....
Artıq çatmışdılar yol boyu Lalə ağlayırdı makyajı qarışmışdı restoranın önündə dayandıqlarında Bahar gəlib üzünə əl gəzdirir Əli Laləni sakitləşdirməyə çalışsada Əlinin sözləri belə Laləni əsəbləşdirirdi.
Elnur içəridə qonaqları yerbəyer edirdi içi parçalasanda bunu etməli idi anası ilə atasıda gəlmiş Xavəridə özləri ilə gətirmişdilər Elnur onlarada masa tapıb oturdur
Qonaqların arasında vaxti ilə Əli ilə Lalənin toylarında iştirak etdiyi və toy üçün onlara kömək etdiyi Fidanla Namiq və Əlinin dostu Elmirlə Ülkərdə var idi
İşçilərdən biri gəlib Elnura Əligilin gəldiyini və onu
çağırdığını deyir Elnurun ayaqları yerə yapışır sanki
heç getmək görmək istəmirdi ama bu əvvəl axır
olacaqdı məcburən pilləkənlərə aşağı düşür Əli
Elnurun gəldiyini görüb özü maşından düşüb ona
yaxınlaşır Bahar hələdə Lalənin üzü ilə məşğul idi Əli Elnurla görüşüb:Həə təbrik etmiyəcəksən
Elnur(yuxudan ayılır sanki)yoxx təbrik edirəm
(udqunaraq) xoşbəxt olun
Əli hər şeyin yolunda olub olmadığını soruşur
Elnurda hər şey qaydasındadır deyib tez nə isə
bəhanə edərək içəri qayıdır necədə çətin imiş o hələ
heç Lalə ilə qarşılaşmamışdı onda özünü lap pis hiss
edəcəkdi bir yolunu tapıb burdan getməliyəm deyə
düşünürdü Elnur ama nəə..... Bahar Lalənin üzünü normallaşdırdıqdan sonra artıq
onlar maşından düşüb restoranta girirlər pilləkənləri
çıxıb vağzalı sədaları altında zala daxil olurlar Elnur
bu anı görməmək üçün ozunu zorla saxlıyırdı:Çox
pis vəziyyətdə idi sevdiyi gözünün qarşısında
başqası ilə evlənirdi ama daha çox dözə bilmiyib Laləyə baxır gözləri dolmuşdu Elnurun Əli ilə Lalə nigah məmurunın yanına gəlib rəsmi nigahı keçirirlər
məmur sual verdikdə Əli sevinclə bəli desədə Lalənin
səsindən bu kədəri hiss etmək mümkün idi ən
azından Elnur hiss edirdi nigahdan sonra Əli Lalənin
duvağını qaldırır Elnur bu mənzərəyə daha çox tab gətirə bilmiyib zaldan çıxır
Onlar ilk rəqslərin edib yerlərində əyləşirlər toy öz
axarı ilə gedirdi hamı deyib gülür əylənirdi Lalə
cismən Əlinin yanında olsada ruhu qəlbi sanki burda
deyildi...
Toyda Namiq Fidan ,Ülkər Elmir də masaların birində
oturub toyu seyr edirdi...
Ülkər gülümsənərək Elmirə baxır artiq onlar nişanlı
idilər...
Ülkər:Lalə necə də qəşəng görsənir...
Fidan gülümsünərək:hə qəşəngdi gəlinlik xüsusi yaraşıb...səndə toyunda beləsin geyərsən..
Ülker bu sözə utanır və Elmirə baxlr, Elmirdə
çəkinərək Namiqə baxır...
Namiq onların utandığın hiss edərək Fidanın
qucağındakı qızın alaraq: hamıdan gözəl mənim
qızımdl.. Gəlin paltarı hamıdan gözəldi.. Atasının bidənəsi...
Fidan:Şükür axırki aldın, qollarım qırılmışdı ...
Namiq:tənbəl ,bir qızımızıda saxlaya bilmirsən ...
Fidan dodağın büzərək:elə oldu hə ?bəs sən nəsən?
söz vermişdinki axşamlar oyansa mən
yelləyəcəm ,amma onu da etmirsən daha... Namiq qızını çiyninə alıb qucaqlayaraq Fidanın
gözlərinı baxaraq yavaşca: sevgilim dodaqlarını
büzmə elə,sən mənim həyatımın tənbəlisən...
Fidan utanır ...
Namiq:hmm toyu gördüm bilsən nə yadıma düşdü?
Fidan maraqla:nə ?
Namiq:öz toyumuz,maraqli idi hə ? Hələ axşam olanlar ,
Fidan qaşların çataraq qeyri ciddi
vəziyyətdə:ayıpçı ,eşitdilər yavaş ol..
Namiq veçsizcə :yaxşı heç nə demirəm daha...
Fidan gülümsünür Ülkər isə ayağa qalxaraq:ehh oturmaqdan yoruldum
gəlin gedək şəkil çəkdirək...
Fidan:hə gedək....
Ülkər Elmiri qaldırır qabaqda gedirlər...
Fidan da Namiqlə birgə gedir...və Laləgilin yanına
gəlirlər... Lalə ilı Əli onları görüb sevinir..Hələ Fidanın
qucağındakı balaca qızı görəndə Lalə istər istəməz
sevinir bu gün ilk dəfə qəlbdən sevinmişdi...
Ülkər: Laləcan təbrikler axıır səninde toyunu gördüm:)
Lalə:sağol ..
Fidan:təbriklər Lalə...
Lalə:sağol canım sənədə təbriklər ,qızın çox gözəldi
Fidan:çox sağol xalası kimi o da gözəldi..
Lalə:qucağıma ala bilərəm?
Fidan:hə əlbətdə...
Lalə Sunu qucağına alır çox gözəl hiss idi bu..bir an
gözləri dolur bilmir nə etsin vəə uşağı öpüb Fidana geri qaytarır..
Elmirgilde öz təbriklərin deyir şəkil çəkdirirlər və
yerlərinə gedirlər...
Ülkər Elmirə baxaraq:Lalə birtəhər idi hə ?
Elmir:nə bilim fikir vermədim..
Ülkər qaşların çataraq:nə olacaq öküzsəndə.. Elmir bic bic gülərək:sənin öküzün...
Ülkər gülümsünərək:yaxşı ki boynuna alırsan...
Elmir:birdənəm ,sənə bundan da gözəl toy edəcəm hələ
bir universiteti bitir...
Ülkər güluüsünərək:eehh İnşallah:) Beləcə yerlerinə keçib əyləşirlər
Elnur otağa gedib orda oturmuşdu bilmirdi
necə etsin çıxış yolu tapa bilmirdi biraz oturduqdan
sonra yenidən zala qayıdır içəri girər girməz Laləyə baxır Əliyə nifrət edirdi ama o günahı yenədə özündə
görürdü geçikmişdi Laləni tanımağa sevməyə indi
artiq o mənim deyildi...
Lalə də birdən Elnurun baxışları ilə toqquşur Elnur
bunu görüncə elə yumşalmışdıki bayaqki nifrəti yox
olmuşdu Lalə Elnurun gözlərinə elə baxırdıki sanki ondan yardım istiyirdi,Lalə bir anlıq Əlinin yanında olduğunu unutmuşdu sanki tez özünü toparlıyaraq gözlərini Elnurun baxışlarından qaçırır Əli hiss etməsin deyə başqa tərəfə baxır..Əli isə Laləyə hərdən söhbət etmeək istəsədə Lalə danışmaq belə istəmirdi
Elnur bunu görüncə gəlib öz masalardında əyləşir Şahin bəylə Azadə xanım çox narahat idi Elnura görə ama heç biri heç ə demirdi Elnur masaya oturan kimi içki içməyə başlayır Azadə oğlum heç nə yeməmisən nə olub
Elnur anasına sərt baxışlarpı ilə baxdı sadəcə Azadə xanım daha heç nə demədən səssiz dayanır istəmirdi Xavər nəsə hiss etsin ama Xavər məsələni bilirdi ona görədə Elnuru anlayırdı o Elnura baxınca necə əziyyət çəkdiyini anlayırdı sanki birdən toyun aparıcısı:indi isə təbrikçün sözü bəyimizin çox yaxin dostu hamımızın tanıdığı Elnura veririk Elnur adın eşidincə yerindəcə donub qalır Xəyal Elnurun gəlmədiyini görüb tez ona yaxınlaşıb:Elnurr səni çağırırlar
Lalədə Elnuru axtarırdı baxışları ilə çox narahat idi Elnura görə görəsən danışacaqdı..
Elnur:Xəyal mən danışa bilmərəm
Xəyal:Elnur dəli olma dur bir kəlmə de otur deməsən pis çıxacaq Elnurun aparmağa çalışır
Elnur:(ayağa dursada)Xəyal başa düşmürsən deyə bilmiyəcəm boğuluram danışa bilmərəm
Xəyal:Elnur səni başa düşmürəm ama başqa yol yoxdu..Elnur məcburən gedib mikrofonu alır çox pis vəziyyətdə idi sanki bütün toy üstünə gəlirdi Lalədə eyni vəziyyətde idi fikri ancaq Elnurda idi Əli fərqinə varmırdı o dərəcədə çünki özüdə Elnura baxırdı Elnur özünü topluyub( udqunaraq) sözə başlayır içi parçalansada bu sözləri deməli idi:Mən mən təbrik edirəm Əli xoşbəxtlik arzu edirəm (Allahım bu nə əzabdı verirsən mənə daha danışa bilmiyəcəm...tez mikrofonu toyun aparıcısına uzadib getmək istiyirdiki aparıcı onu saxlayıb:Elnur bəs o səsini bizdən məhrum edəcəksən bəlkə
Elnur:Yox yox (boğazın göstərərək)səsim tutulub oxuya bilmirəm
aparıcı:yaxşı onda bir gözəl rəqsə dəvət edək bəy gəlinimizi
Əli ayağa qalxaraq Lalənin əlindən tutur:Gəl canım
Lalə:Əli mən istəmirəm sən get oyna
Əli:gəlll bax Azadə xanimgildə durublar....Lalədə məcburən ayağa qalxıb oynamağa gedirlər Lalənin ayaqları əsirdi həyəcandan Elnurla göz gözə gəlmək belə həyəcanlandırırdı onu heç belə hisslər keçirməmişdi Əli ilə həmişə qorxu hisləri ilə birlikdə olmuşdu birlikdə oynamağa başlayırlar Elnur çıxmaq istəsədə alınmırdı ona elə gəlirdiki hamı onun üz ifadəsindən hər şeyi anlayır Azadə xanımla Xavərdə Lalənin yanında oynuyurdular
Elnur biraz oynuyub kənara çəkilir ətraf adamla dolunca Elnur tez aradan çıxır restoranın həyətinə çıxır dərindən nəfəs alır boğulurdu az qala..o artıq dayana bilmiyəcəkdi getmək istiyirdiki kimsə əlini arxadan onun çiyninə qoyur Elnur başın çevirib baxınca Xavəri görür Xavər Elnurun bu halına çox acıyırdi:Elnur yaxşısan??
Elnur:dayana bilmirəm burda daha çox qalsam özümü saxlaya bilməyəcəm
Xavər:çox çətindi bilmirəm sənə necə kömək edim
Elnur:mənə kömək bilirsən necə edə bilərsən
Xavər:əlimdən nə gəlsə edərəm
Elnur:bax indi get içəri Lalənin yanına ona deki onu burdan aparmaq istiyirəm əyər oda istiyirsə edə bilərəm çıxaq gedək burdan heç kəs bizi tapa bilməz qorxmasın hər şeyi həll edərəm yetərki o Əli ilə getməsin xahiş edirəm bunu mənimçün edə bilərsən
Xavər:narahat olma mən deyəcəm
Xavər içəri qayıdıb Lalənin yanına gedir Əli ortalıqda oynuyurdu Xavər Laləyə hər şeyi deyir Lalə inana bilmirdi Elnurun nişanlısı mənə nişanlımla qaç deyirdi
Lalə bir anlıq hər şeyi silib razılaşmaq istəyir ama sonra ətrafa baxır anası atası bacısı onlara bu utancı yaşada bilməzdi üzün Xavərə tutub:yox Elnurla gedə bilmərəm bunu edə bilmərəm bacarmaram
Xavər:Lalə Elnur qorxmamani dedi o hər şeyi həll edəcək narahat olma ...desədə Lalə yox deyirdi Xavər məcburən gedib Elnura Lalənin dediklərin demək istiyirdiki Elnur artıq özü geri qayıtmışdi o Xavərin üzünə baxınca anlamışdı Lalənin cavabını biraz yerində dayansada sonra Laləyə doğru getməyə başlayır Lalə Elnurun gəldiyini görüncə çox həyəcan keçirir həm Elnura görə həmdə Əli hər an görə bilər deyə ama Əli oynadığı üçün başı qarışıq idi Elnur Lalənin yanına getsədə tamda yuxarı çıxmır ordanca Laləyə:Lalə mənimlə gəll
Lalə isə sadəcə başını yelləyirdi yox deyərək
Elnur bir pilləkən yuxarı çıxaraq:Lalə gəll nolar onunla getməə həyatını onunla məhv etmə yalvarıram sənə əlimdən gələni edərəm sənə söz verirəm Əli sənə heç nə edə bilməz
Lalə gah yalvarış dolu baxışlarla ona baxan Elnura gahda ortalıqda oynuyan Əliyə baxırdı çox qorxurdu Əli çevrildiyi an Elnuru görə bilərdi.........

Ardı var...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri