Zindan həyat (72-ci bölüm)

Şərhlər: 5
Baxılıb: 5 315
Səs ver:
(səs: 3)
Lalə Elnurun gəldiyini görüncə dili tutulur-Sən sən burda neynirsən
Elnur-Lalə danışmağa gəlmişəm xahiş edirəm biraz danışaq
Lalə:nə barədə?
Elnur-(içəri keçərək)bizim barəmizdə
Lalə-biz deyə bir şey yoxdu xahiş edirəm get birdə bu haqda danışma kimsə eşidər Əli bilər sonra
Elnur-bəsdi artıq Əli bilər Əli bilər!bilsin!nə olacaqsa olsun!bəsdi onnan qorxaraq yaşadın!bəsdi onun qorxusuyla əzildin!
Lalə-mən qorxaq deyiləm
Elnur-qorxaqsan!qorxduğun üçün heç bir addım atmırsan olanlarla razılaşırsan!razılaşma mübarizə apar sən ən yaxşısına laiqsən
Lalə-sənsən ən yaxşısı!
Elnur-mən özümü nəzərdə tutmuram mənimlə olmanı istərdim əlbətdəki səni gördüyüm ilk gündən bəri bunu istəmişəm ama bu ayrı mənsizdə ola bilərsən ama yetərki öz ayaqlarının üzərində durmağı bacar qorxaqlığından qurtul,Lalə qurtul sənə buna görə kömək edə bilərəm bilirəm inanmırsan özümə görə çalışdığımı düşünürsən ama belə deyil inan mənə belə deyil özümə görə istəmirəm mən sadəcə səni düşünürəm sənin yaxşı olmağını istəyirəm.
Lalə-mən belə yaxşıyam
Elnur-yaxşı deyilsən bunu görməyəcək qədər hissiyatsız deyiləm mən Lalə xahiş edirəm özünə deyər ver sən mənim üçün çox dəyərlisən səni necə düşündüyümü bilə bilmərsən
Lalə-niyə düşünürsən məni dünyada məndən başqası yoxdu düşünmə məni get öz həyatını qur həyatını yaşa məni fikirləşmək lazım deyil mən Əlinin yoldaşıyam başa düşürsən sənin dostun mənim ərimdi və sən mənə ondan ayrılmağıma görə kömək etmək istədiyini deyirsən səncə Əli bunu bilincə nələr ola bilər sən heç düşünmüsən?yox düşünməmisən çünki sən Əlini yaxşı tanımırsan bilmirsən nələr edə bilər
Elnur-bax buna görədə qurtula bilmirsən ondan Əli artpq sənin həyatını belə əldə edib səni belə əldə edib hələdə qorxu ilə(Lalə Elnurun bu sözünü eşidincə udqunur Elnur hiss etmişdi ama tamda nə baş verdiyini bilmirdi ama Lalə ona 'hədə qorxu ilə səni əldə edib'deyincə sanki olanları bilirmiş kimi idi)
sənin onu sevmədiyini hiss edirdim ama indi dahada əminəm Lalə heçnəydən qorxma Əli heç nə edə bilməz mən sənə kömək edə bilərəm boş boşuna demirəm sənə kömək edəcəmsə səni ondan qoruya biləcəm deməkdi olanlara görə qorxma artıq qorxma
Lalə:(artıq dolmuşdu səsindən o kədəri hiss etmək olurdu)sən mənim nələr yaşadığımı bilmirsən məni başa düşə bilmərsən
Elnur-başa düşürəm səni
Lalə-başa düşmürsən mənə qorxaq deyirsən(qışqıraraq)- hə qorxaqam mən Əlidən qorxuram həyatımı məhv etmiş birindən qorxuram başa düşürsən qorxuram əvvəlcə məni məhv etdi ağlayaraq- zorla sahib oldu sonra ailəmi məhv etdi məni tək tənha qoydu
Elnur eşitdiyinin şokunda idi ama təkcə Lalənin ağlamasına pis olurdu sadəcə:Lalə ağlama deyə bilirdi başqa heç nə deyə bilmirdi Əlinin etdiyi şərəfsizliyə Elnur söz tapa bilmirdi
Lalə-bunların hamısın Əli edib indi mən bunları bilə bilə ondan ayrıla bilərəm səncə həmdə sənin köməyinlə sənində həyatını məhv etmək istəmirəm başa düşürsən qorxuram Əlidən qorxuram sənədə nəsə edər deyə çox qorxuram
Elnur (Laləyə yaxınlaşaraq əlləri ilə Lalənin əlindən tutur gözlərinə baxaraq-mənə görə qorxma (Laləni özünə çəkərək qucaqlayır Lalə qəlbində heç vaxt keçirtmədiyi hisslər keçirirdi Əli ilədə belə anlar yaşamışdı ama heç vaxt belə hislər keçirməmişdi o zaman keçirdiyi hisslər qorxu hiss imiş o həmişə qorxu hissini sevgi ilə qarışdırmışdı ama indi hər şey aydın idi özüdə bilmədən Elnuru sevirdi ama bunu heç vaxt dilinə gətirə bilməzdi Elnur isə Laləyə görə çox pis olmuşdu onu Laləni qucaqlayıb bu sözləri deyirdi:Lalə sən nələr çəkmisən belə nələr yaşamısan sən çox güclüymüşsən kim qalxa bilərdiki bu yükün altından ama sən o balaca qəlbinlə necə bacarmısan sənə sevgim heç vaxt bitməz nə olur olsun nə yaşamış olsursan ol mən səni hər şeyinle sevirəm mənə sənin özün lazımsan sevgin lazımdı mənə sən lazımsan yalnız sən
Lalə bu anın heç bitməsini istəmirdi o qədər yaşananlardan sonra Elnurun bu sevgi dolu sözləri Laləni indiki həyatından qoparıb nağıllar aləminə aparmışdı ama Lalə orda qala bilməzdi ən azından Əlinin uşağını daşıyırdı ondan bir parça idi bu Lalə tez bunları düşünərək geri çəkilir gözündəki yaşları silərək Elnura getməsini deyir:Elnur xahiş edirəm get
Elnur-ama Lalə səni belə qoyub getmək istəmirəm xahiş edirəm mənə imkan ver sənə kömək edim necə istəsən elə edərik istəsən Əlidən ayrılarsan istəsən Əlidə bilmədən buralardan gedərik inan mənə Əli bizi tapa bilməz
Lalə:(başın yerə dikərək)-heç yerə gedə bilmərik mən ondan uşaq gözlüyürəm bunu ona edə bilmərəm bütün onunla yaşadığım günləri ona inandırmaqla keçibki mən onu heç vaxt aldatmamışam indi səninlə getməyim onun dediklərinin haqlı olduğunu çıxarar başa düşürsən mən onun dediyi kimi biri deyiləm mən elə deyiləm
Elnur-Lalə sən onun dediyi kimi biri deyilsən əlbətdəki sən ona xeyanət etmirsən sadəcə ondan ayrılırsan ayrpıldıqdan sonra həyatına özün istədiyin kimi davam edəcəksən ondan asılı olmuyacaqsan
Lalə:yox yox edə bilmərəm
Elnur:Lalə mən bura səninlə son dəfə danışmağa gəlmişdim son dəfə səndən fikrini öyrənməyə gəldim sabah burdan gedirəm bu şəhərdə qalmaq sənin mənə bu qədər yaxın olub və bir o qədərdə uzaq olmağına dözə bilmirəm mənim üçün çox çətindi getməkdə çox çətindi özümü aldadıram bəlkədə ama bəlkə səni unudaram deyə getməyi qərara almışdım ama indi danışdıqlarımızdan sonra mənə dahada çətin olacaq getmək səni o şərəfsizin əlinə verib getmək bacara bilmiyəcəm ona görə sənə deyirəm gəl birlikdə gedək bu yaşadıqlarının üstündən bir xətt çək həyatına yenidən başlayaq uşağa görədə narahat olma onun heç bir günahı yoxdu atasi elə bir şərəfsizdisə o körpəni günahlandıra bilmərik o həmdə sənin bir parçandı sənin olan hər şey mənə sənin qədər əzizdi
Lalə heç nə deyə bilmirdi Elnurun sevgi dolu baxışlarında itib batmamaq üçün özünü zorla saxlıyırdı... İnsan bu qədər sevə bilərmi kimisə inandırıcı gəlmir hələdə günümüzdə olanlar,insanların sevgiyə inamın azaldıb ama həqiqətən belə bir sevgi var bir insanı qarşılıqsız sevmək üstəlik onun başqasından olan uşağını onun qedər sevmək qəbul etmək hər halda əsl sevgi bu deməkdi heç nə gözləmədən,qarşılıqsız sevmək...
Elnur-Hə Lalə
Lalə:(hələdə heç nə deyə bilmirdi Elnurla birgə getmək hər şeyə baxmadan keçmişə unuda biləcəkmi ya Əli Əli necə olacaq onsuzda həmişə bu şübhələrlə yaşayan insan Lalənin Elnurla getdiyini öyrənincə nələr etməzdiki Lalə iki yol arasında qalmışdı qorxu və sevgi..
Ya qorxusuna üstün gəlib sevgisinə gedəcəkdi yada sevgisindən imtina edib qorxusuna eyiləcəkdi...
Lalə düşüncələrin içində ikən bir qərar vermək istiyərkən evə gələn zəng onu düşüncələrindən ayıldır tez gedib telefonu açır zəng edən Əli idi restorandan zəng vururdu Lalə Əlinin səsini belə eşidərkən qorxurdu Əlidə sanki hiss edirdi səsindən
Əli:Lale nə olub??nəsə olub??
Lalə-yox heç nə olmuyub.
Əli-əminsən???
Lalə-hə heç nə olmuyub..
Əli-yaxşı bidənə evə bax gör telim evdə qalıb??bayaqdan axtarıram
Lalə-bilmirəm bəs hardan zəng vurursan
Əli-restorandan yataq otağına bax ordadı bəlkə
Lalə-yaxşı..
Lalə teli qoyaraq Elnura tərəf çevrilib asta səslə-Elnur xahiş edirəm get
Elnur danışmaq istəyirdiki
Lalə:suuuss danışma eşidəcək səsivi nə olar get məni düşünürsənsə get (Əlinin dediyi yadına düşür axı telefonun soruşmuşdu tez yataq otağına gedərək telefonunu ordan tapıb gətirir və Əliyə telinin evdə qaldığını deyir Əlidə birazdan gəlib götürəcəyini deyir:Yaxşı qoy qalsın evdə birazdan gəlirəm hə birdə teli qurdalama!zəng falan gəlsədə açma eşitdin!
Lalə-yaxşı sənin telin mənə maraqlı deyil narahat olma!
Danışdıqdan sonra Lalə yenədə Elnura getməsini deyir:Əli gələcək indi xahiş edirəm get
Elnur-Lalə qoy gəlsin qoy danışım onunla səndən ayrılsın o şərəfsizlə daha çox əzab çəkməni istəmirəm niyə başa düşmürsən
Lalə-mən ayrıla bilmərəm sən bunu niyə başa düşmürsən!mən onun uşağın dünyaya gətirəcəm onun başa düş bu onundu ömür boyu bunu həzm edə biləcəksən hə nə məlumdu bir iki ildən sonra sevgin bitməyəcək?nə məlumdu mənim uşağımla necə davranacaqsan mən bunları gözə ala bilmərəm həyatımda bir dəfə səhf addım atdım o səhfimin cəzasında gördüyün kimi nələrlə ödədim hələdə davam edir ikinci yalnışımı ata bilmərəm bu dəfədə övladımın həyatın məhv edə bilmərəm mən bununla razılaşmışam artıq qəbul etmişəm başqa çarəm yoxdu başa düş
Elnur-bu sözlərini kaş eşitməzdim sən mənim sevgimin keçici olduğunu düşünürsən hamı kimi çox heyif Lalə çox heyif mən əlimdən gələni etdim səni gördüyüm gündən bəri əlimdən gələni etdim ama sən mənimlə olmağı seçmədin onunla evlənməmişdən əvvəldə səni istədim ama sən qəbul etmədin toy günündə belə səndən yenə onunla getməni istəmədim ama getdin
Lalə-mən onsuzda onun idim Elnur Əli mənimlə bu sözləri demək mənim üçün necə ağırdı heç bilmərsən o zaman niyə razılaşmadım səninlə Əlini sevdiyim üçün düşündün yox!ona nifrət etmişəm həmişə ..sən onda mənimlə danışmağa gəldiyində mən artıq ona aid idim lənət olsun ona aid idim səninlə gələ bilməzdim bunu sənə deyə bilmədim
Elnur-(Laləyə yaxınlaşaraq-o Əlini şərəfsiz alcaq axi niyə demədin mənə kaş deyərdin Lalə bəlkədə indi hər şey fərqli olardı o Əliyə bunların hamısını gözündən gətirəcəm o bunlara görə cavab verəcək
Lalə-Elnur yox xahiş edirəm yalvarıram yox eləmə heç nə onunla danışma belə bu mövzunu onun nələr edəcəyini bilmirsən
Elnur-mənə ona görə yalvarma Lalə mənimlə belə danışma
Lalə- söz ver mənə heç nə demiyəcəksən söz ver
Elnur-Lalə
Lalə-söz ver yalvarıram heç nə eləmə mən istəmirəm söz ver mənə
Elnur(Lalənin saçına sığal çəkərək-mən sənə görə nələr etmərəm ama sən məndən nə istəyirsən
Lalə-söz verirsən?
Elnur başın yelləyərək üzünü çevirir qapıya tərəf gedir və Laləyə üzün tutub:Lalə mən sabah gedəcəm son dəfə düşün son dəfə xahiş edirəm ama mənidə düşün özünü düşün gələcəyi düşün və heç vaxt unutmaki mən səni 1 günlük deyil bir ömür boyu sevəcəm nə olur olsun.....
Lalə Elnur gedincə yerə oturaraq hönkürərək ağlayır:Mən edə bilmərəm bunu axı niyə bu qədər sevirsən sənin həyatınıda məhv edə bilmərəm..
Elnur maşına minərək evlərinə gedir artıq qərarlı idi gedəcəkdi burda qalaraq artıq Əli ilə üz üzə belə gələ bilməzdi Əlini gördüyü an özünü saxlıya bilmiyib onunla dava belə edə bilərdi tək çarə burdan getmək idi artıq anası ilə atasıda bilirdi gedəcəyini onlar getməyini istəməsələrdə bir yandan gedib burdan uzaqlaşıb Laləni unutmasını istiyirdilər ona görədə etiraz etmirdilər getməsinə atası Şahin bəy:Moskvadakı kiçik oğluna zəng vuraraq qardaşının gələcəyini deyir Elnur evə girərək heç nə demədən öz otağına çəkilir paltarlarını şkafdan çıxarıb yatağın üstünə atır Azadə xanım içəri girərək:oğlum niyə belə tələsirsən mən yığacam paltarlarını
Elnur:ana xahiş edirəm məni tək qoy deyərək yatağına oturur
Azadə oğluna yaxın gələrək başına sığal çəkir:oğlum inan mənə hər şey keçəcək bu həyatda unudulmayacaq insan yoxdu səndə unudacaqsan burdan uzaqlaşmağın yaxşı təsir edəcək sənə
Elnur anasının belə danışmasına dayana bilmirdi:Ana bəsdi niyə hamı bunun keçici bir hiss olduğunu deyir keçməyəcək başa düşürsən keçməyəcək istiyir mən dünyanın digər tərəfinə gedim yenədə ona olan sevgim bitməyəcək niyə başa düşmürsüz niyə
Azadə:oğlum belə eləmə belə danşma mən sənin yaxşılığın üçün deyirəm
Elnur-demə mənim yaxşılığımçün deyirsənsə demə heç nə demə.(masanın üstündəki kitabları yerə çırpır
Azadə-(Elnurun qollarından tutaraq qucaqlayır dayana bilmirdi oğlunun belə əzab çəkməsinə ağlayaraq ancaq oğlumm hər şey keçəcək deyə bilir
Elnur (gözündən yaş süzülür ana keçmir heç nə keçmir.......
Artıq axşam düşmüşdü Lalə pəncərənin önündə oturmuş yola baxırdı hələdə Elnuru düşünürdü onun sevgi dolu baxışları gözünün önündən getmirdi birdən binaya Esmiraldanın gəldiyini görür tez duraraq qapını açıb gəlməsini gözlüyür və lift açılır Esmiralda liftdən çıxır Laləni görüncə tutulur bir an o bu bir həftəni sırf Lalə ilə qarşılaşmamaq üçün evə gəlmirdi indidə evdən bəzi əşyaların götürmək üçün gəlmişdi gözləmirdi Lalə ilə qarşılaşacağını .
Lalə-Esya hardaydın??niyə yox idin gəlmirdin?
Esya-Lalə mənim işim var idi ona görə
Lalə-həə hansı işin??indi kimin ailəsini dağıtmaqla məşğul idin kimin ərinə zəng vurub yalandan arvadının yanında adam olduğunu deyirdin
Esmiralda-Laləəə mənn istəməzdim belə olsun
Lalə-kəs səni özümə yaxın bildim çox heyif olsun 2 qəpiklik adam deyilmişsən
Esmiralda-Laləəə heç nə bildiyin kimi deyil hər şey Əliyə görə oldu mən məcbur oldum
Lalə-nəyə məcbur oldun yalandan danışmağa??
Esmiralda-yox mən eləməmişəm Şəbnəm eləmişdi
Lalə-nə Şəbnəm???
Esmiralda-Şəbnəm mənim rəfiqəm idi o gün sizə gəlmişdiye adın Şəlalə deyən qız Şəbnəm idi onun Əli ilə keçmişdə əlaqəsi olub hətta Əlidən uşağı olub bunu səndə bilirdin axı siz onu məcbur uşağın aldırdınca oda həm sənə həm Əliyə qarşı acıqlı idi mənədə bunları deyincə ona yazığım gəldi
Lalə-sən nə danışırsan mənim bu dediklərinin heç birindən xəbərim olmuyub Şəbnəm adında qız olduğunu bilirdim ama onun Əlidən hamilə olduğunu bilmirdim sonra mənə dediki məndən deyildi inana bilmirəm nələr olur nələr keçir heçnəydən xəbərim olmuyub
Esmiralda-Lalə mən çox peşman oldum bir anlıq Şəbnəmə yazığım gəldi səni düşünmədim məni bağışla
Lalə-heç vaxt mən nələr yaşadım heç xəbərin oldu sənin Allah versin hamınızın cəzasını başqa heç nə demirəm.....
Qapını bağlayaraq içəri girir....

Əli restorandan çıxmış evə gəlir Lalə divanda oturmuş Əlinin gəlməsini gözlüyürdü qapı açılınca ayağa durur
Əli:nə olub??
Lalə-sən daha yaxşı bilərsən.
Əli-başa düşmədim nə deməy istiyirsən
Lalə-Şəbnəm deyirəm hamilə olubmuş heç xəbərin var idi uşağını zorla aldırtmısan ama heç təəcuüblənmədim zorla nəsə eləmek sənin canındadı
Əli-Lalə sən bunları hardan bilirseə hara getmisən evdən çıxmışdın??hə mənə demədən harasa getmişdin sənnənəm???
Lalə-sənə inana bilmirəm hələdə qısqanclıq eləyirsən mən sənə nə deyirəm sən nə deyirsən
Əli-(Lalənin qolundan tutaraq-səndən söz soruşdum hara getmişdin!!!!mənə demədən bu evdən çıxmayacaqsan deməmişəm sənə!!!
Lalə-çək əlivi burax mən heç yerə getməmişəm Esmiralda gəlmişdi o dedi mənə hər şeyi Şəbnəm onun padruqası imiş.
Əli bunları eşidince söz tapmırdı deməyə biraz danışaraq Laləyə özünü inandırmaq istiyir ama Lalə üçün mənası yox idi bu Əlini dahada dəli edirdi:Mənə inanmırsan hə??
Lalə:Əli mənə maraqlı deyil nə sən nə Şəbnəm nədə sizin keçmişiniz lap istiyirsən indi çıx get onun yanına
Əli:hə gedim hə mən gedim səndə öz sevgilivin qoynuna girəsən
Lalə bu sözü eşidincə Əliye var gücü ilə sillə vurur..Əli heç gözləmirdi Lalədən belə hərəkət,Lalə isə dayana bilməmişdi onun bu sözünə sırf bu sözlərinə görə Elnurun sevgisindən imtina etmişdi ama o hələdə Laləyə şər atmagğından qalmırdı Əli Lalənin çənəsindən tutaraq:Sənnn mənə vurdun hə Lalə deyəsən özünü bir şey hesab edirsən!nə bunu bildin deyə daha mənə sözünü keçirə biləcəyini düşündün!etmişəm belə yaxşı etmişəm hə Şəbnəmdən uşağım var idi, onunla səninlə birgə olduğumdada əlaqəm var idi neyniyə bilərsən hə neyniyə bilərsən !heç nə!sən mənim arvadımsan ancaq mənim olacaqsan ölənə kimidə mənimsən nə elədiyimin sənə heç bir dəxli yoxdu!! (deyərək Laləni divana itələyir və evdən çıxır gedir...

Lalə Əlinin sözlərinə dayana bilmirdi əlindən ağlamaqdan başqa bir şey gəlmirdi:Kaş Elnurla gedərdim bəlkə o mənə doğurdan kömək edə bilərdi kaş(gözünün yaşını silib-hələdə gec deyil o mənə kömək edəcək ama mən onu necə tapım necə çağırım düşünərkən masanın üstündəki Əlinin teli gözünə sataşır-burda Elnurun nömrəsi olmalıdı(teli açaraq Elnurun adını axtarır və zəng vurur-Elnur yatağına uzanmış hələdə Laləni düşünürdü telin zəng gəlincə götürür Əlinin zəng elədiyini görüncə tez qalxır:niyə zəng vururki görəsən Laləyə nəsə edib bəlkə yenə off bu dəfə sakit dura bilməyəcəm:(teli qulağına qoyaraq-Əliii
Lalə-Elnur mənəm
Elnur-(Lalənin səsin eşidincə ayağa durur-Lalə nəsə olub hə??
Lalə-Elnur mənə kömək et nolar məni qutar burdan
Elnur-(gülümsəyərək əlini ağzına aparır-inana bilmirəm Lalə inana bilmirəm sən doğurdan deyirsən
Lalə-hə Elnur kömək etmək istəyirsən hələdə
Elnur-hələdə?Lalə hələdə nədi mən həmişə bunu gözləmişəm gəlirəm indi gözlə məni indi çıxıram
Lalə-tez gəl Əli evdə yoxdu Əli gəlməmiş çıxmalıyam
Elnur-çıxdım uje Lalə gözlə gəlirəm qorxma heçnəydən..
Elnur evdən tələm təlsik çıxır maşını işə salaraq sürətlə Laləgilə sürür Lalə həyəcanla evin içində o baş bu başa gedirdi hələ əmin deyildi düzgün edib etmədiyinə amma nə olur olsun bu onun üçün bir şans idi əyər bunuda istifadə etməsəydi bir daha Əlidən qurtula bilməyəcəkdi yenədə qorxurdu ya Əli onları taparsa artıq geriyədə addım ata bilməzdi elə bu an qapının zəngi çalınır Lalə həyəcandan yerindən tərpənə bilmirdi özünü toparlayaraq qapıya doğru gəlir və açır Elnuru qarşısında görüncə ona sarılır Elnur heç gözləmirdi bunu oda Laləni özünə doğru çəkərək qucaqlayır
Lalə:sağolki gəldin
Elnur-sən nə zaman çağırsaydın gələrdim nə olur olsun yenədə gələrdim
Lalə-tez gedək Əli hər an gələ bilər
Elnur-gedək ama Lalə istiyirsənsə Əli ilə danışım sənin ondan ayrılmaq istədiyini deyim qorxma mən danışacam hər şeyi
Lalə-yoxx Elnur yox Əliylə danışmaq olmaz o sənidə mənidə öldürər
Elnur-Laləə qorxma dedim heç nə eliyə bilməz ama istəmirsənsə danışmayaq gəl gedək
Lalə-gözlə geyinim çıxaq(Lalə gödkəcəsin geyinir və qapıdan çıxmaq istiyirdilərki Əli liftdən çıxır və evin qapısın açıq olduğun görüb qaşların çataraq qapını açır içəri girdiyində Elnuru evdə görüncə nə baş verdiyini anlamadan sərt baxışlarla ona baxır
Lalə isə Əlinin görüncə sanki bütün ev üstünə gəlir.....

Ardı var...
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 315
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri