Gündəlik (2-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 024
Səs ver:
(səs: 2)
Xədicə anasıyla sağollaşmadan, evdən çıxdı.

10-15 dəqiqədən sonra Xədicə parka çatdı. O uzaqdan Könülün çağırdığını görüb, onların yanına getdi. Lakin, onların yanına çatanda, Könül və sevgilisindən başqa, onun tanımadığı oğlanın olduğunu görüb, təəccübləndi. Könüllə görüşəndən sonra, oğlanın kim olduğu ilə maraqlandı. Sən demə bu, Könülün sevgilisi Nicatın, xalası oğlu imiş.

-Salam. Tanışlığımıza şad oldum.

Nicatın xalası oğlu Ayxan, əlini uzadaraq, salamlaşdı.

- Sağol, məndə.

Xədicə həqiqətəndə bu tanışlığa şad oldu. Onun içində, Ayxana qarşı, nəsə hisslər yarandı.

4 nəfər bir yerdə əyləndilər. Hər kəs evinə dağılışdı, Xədicə isə Rasimnən görüşməli idi. O, həvəssiz halda yola düşdü. Lakin, ora çatanda, özünü sevinirmiş kimi göstərirdi. Xədicə çatan kimi Rasim ona bir şillə vurdu:

-Harda idin? İki saatdı səni gözləyirəm.

-Bağışla. Könüllə parkda idim.

Xədicə sözləri deyib, başını aşağı saldı. Gözləri doldu.

-Birdə belə şey olsa...

Rasim əlini qaldırıb, şillə vurmaq istədi, lakin vurmadı və sözünü yarıda saxlayıb, heçnə demədi. Xədicə ağlamağa başladı. Bütün küçədəkilər onlara baxırdı.

-Kəs səsini! Camaat bizə baxır.

Xədicə ağlaya-ağlaya evə getdi.

Evin qapısına çatanda, üzünə bir gülüş qondurub, qapını döydü. Anası qızının halını görüb, təəccübləndi.

-Xədicə, ağlamısan? Nesə olub?

-Yox ana. Nə ağlamaq. Könüllə parkda idim.

-Bəs niyə gözlərin qızarıb?

-Nə bilimeeee ana. Elə qəribə suallar soruşursan ki!

Xədicə otağına keçib, qapını bərk çırpdı. Otağın küncündə oturub, ağzını tutub, hönkür-hönkür ağlamağa başladı. O, həyatda niyə həmişə istədiyinə nail ola bilmədiyini fikirləşirdi. İstədiyi peşəyə yiyələnməyə xalı çatmadı, yenidən başqa peşə üçün oxudu, sevgilisi işləməyə qoymadı. Gələcək həyat yoldaşı indidən onu döyür. Necə olacaq bilmir. Xədicə bunları fikirləşə-fikirləşə yuxuya getdi. Bir gün belə keçdi.

Səhər açılanda, Xədicə özünü xoşbəxt hiss edirdi. Onun fikrində başqa planlar var idi. Xədicə, səhər yeməyini yemədən, qaça-qaça evdən çıxdı. Avtobusa minib Könülgilə getdi. Çatdı və qapını döydü. Könül qapıda onu görüb çox sevindi. Onu öz otağına apardı. Xədicə həyəcanlı halda dedi:

-Məni Ayxana yaxından tanış elə.

-Nə?

Könül təəccüblə soruşdu. - Məzələnirsən Xədicə? Bəs Rasim? Bəs evlənmək?

-Könül, mən onu sevmirəm. O, da məni sevmir. O, məni vurur, söyür, kobud davranır. Mən bir dəfə də olsun, ondan əzizləmə görməmişəm.

Xədicənin gözləri doldu.

-Yaxşı canım. Sənə görə hər şey edəcəm. əgər Ayxanla səni düzəldə bilsəm, anana da hər şeyi öz adımdan başa salaram.

-Ay canım çox sağ ol.



Müəllif:
White Queen
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 6 024
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri