Məcburiyyət (3-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 7 690
Səs ver:
(səs: 4)
- Ayşə, sən yaxşısan? Neçə gündür niyəsə soyuqsan.
- Hə, yaxşıyam. Nədir ki?
- Nə bilim. Yəqin mənə elə gəldi.
- Hə, sənə elə gəlib. Neynədin? Kadrlarda işini həll elədin sən
- Yox hələ.
- Niyə neçə gün əvvəl deyilib.
- Sənədlərim tam deyil. Düzəldim sonra həll edəcəyəm.
- Hmm. Yaxşı..
- Ayşə.. bax mən pis oluram, amma. Sənə nə oldu axı?
- Mənə yox sənə nə oldu?
- Anlamadım.
- Bax Firuzə, mən burada az qala 2 ildir çalışıram. Mənim təcrübə müddətim 6 ay oldu. 6 ay sonra güclə işə alındım. Və bu iki il ərzində nə qədər yaxşı işlər görsəm də hələ mənə quru təşəkkür belə deyən olmayıb. Sən isə hələ bir ay deyil gəlmisən Sinan bəy səni özü çağırıb işə götrdüyünü deyir.
- Və?
- Vəsi...özünü deyəsən çox məsum insan kimi göstərmisən.
- Aaannn anlamadım?
- O gecə nə baş vermişdisə....liftdə...hər şey ondan sonra oldu.. Düzünü de.. Kənanla nə olub aranızda. Yəqin ki, oğlundan əl çəkəsən deyə Sinan bəy sənə iş təklif edib.
- Nə?! Ayşə sənin ağzının dediyini qulağın eşidir.
- Bəlkə də heç Kənanla yox bir başa Sinan bəylə əlaqən var.
- Ayşə sus! Məni təhqir etməyə haqqın yoxdur! Bu nə cürət. Səndən heç gözləməzdim.
- əsl mən səndən gözləməzdim. Özünü məsum insan kimi göstərib alttdan atdan iş görürsən. Amma bil, məndən çəkəcəyin var.
- Nə.. Ayşə, Ayşə dur! Dur dedim..
- Xanımlar! Bu nə səs küydür? Bura iş yeridir, nə dərdiniz var çıxın çöldə həll edin.
- Bağışlayın.
- Hər kəs işinin başına.
İnana bilmirəm. Ayşənin haqqımda belə düşündüyünə inana bilmirəm. Bu da insan...hələ mən buna güvənirdim guya.. Yaxşı ki, heç kimlə dərdimi bölüşməmişəm. Yoxa bu gün məni onunla vurardılar. Sənə bu da azdır Firuzə. Heç kimə güvənməyəcəksən. Heç kimə...lənət şeytana.. ya Kənan bəyə çatdırsa ki, liftdə olan məniydim. Yoxx.. yox bu qədərini eləməz..off...
- Firuzə.
- Bəli.
- Bunları Kənan bəyə apar. Bizim şöbənin siyahısıdır.
- Nə?
- Deyirəm bunları Kənan bəyə apar.
- Bizim şöbənin siyahısı?
- Hə.
- Hamı.
- Nə? Nə hamı
- Hamı buradadır. Yəni kadrlarda olan və olmayan.
- Hə nədir ki?
- Hheeçç elə belə.. bilmək istədim.
- Tez ol apar, səni işin bunu bilmək deyil. Apar gəl, yeni layihə üzərində çalışma başlayacaq. Cəld ol.
- Aha indi
Bəxtə bax da... öz ayaqlarımla əcəlimə gedirəm. Neyniyim mən? Allahım neyniyəcəyəm.
- Firuzə qızım.. xoş gəldin. Gəl. Siyahını gətirdin.
- Hə.. gətirdim.
- Sən yaxşısan? Firuzə? Ay Allah nə oldu qızım? Niyə belə ağardın. Əsirsən bütün.
- Səlma xanım, mən...
- Hə, denən. Nəyin var?
- Mən..Allahım...
- Məni qorxudursan qızım. Nə olub axı. Şəxsidir ya işlə bağlıdır.
- Şeyy.. hər ikisi..
- Hər ikisi?
Firuzə sənədləri masaya qoyub, Səlmanın əllərini tutaraq ağlamağa başladı.
- Səlma xanım, mənə yardım edin. Nə olar. Işimdən olmaq istəmirəm. Mən yalnış tanısınlar istəmirəm. Mən istəmədim. And içirəm ki, bilmədən oldu. Məni məcbur etdi.
- Dur dur... dayan görüm. Anlamadım heç nə nəyə məcbur oldun, nə yalnış tanıması.
- O gecə...
- Hansı gecə?
- Tədbir gecəsi...mən... mən idim o..
- Kim? Qızım heç nə anlamıram sakitləş danış.
- O mən idim.. Kənan bəyin qaşını yaran.
- Nə?! Necə?! Sən?
- Məni məcbur etdi.. And içirəm. Mənə gecə keçirməyi təklif edib sataşmağa başladı. Özümü qorumaq üçün çantamı vurdum. Başqa çarəm yox idi.
- Yaxşı yaxşı ağlama.. sakit ol.. kiməsə demisən bunu?
- Yox.. bircə siz bilirsiniz bir də Ayşə..
- Ay Allah.. aradan çox keçib səni tapmayıb.. necə yayına bildin bu qədər müddətdə.
- Kadrlarda adım yoxdur. O gecə qonaq siyahısında da ancaq kadrların adları var idi.
- Aaa demək ondan olurdu.. bu ki, yaxşıdır. Niyə qorxursan. O zaman səni tapmaz. Sən çalış çox buralarda görünmə. Nəyi olmasa da çox yaxşı göz yddaşı var. Görsə tanıya bilər.
- Yox..indi.. indi şöbələr ayrıca siyahı verirlər. Kadrlarda oldu olmadı hər kəsin adı şəkli var.
- Hə.. doğrudan. Indi burada adın var.
- Hə..mən bitdim. Işimdən oldum mən.
- Dur, qorxma.. indi həll edəcəyəm. Hanı siyahı..
- Burada..
Səlma siyahını götürüb vərəqləməyə başladı. Firuzənin adının və şəklinin olduğu səhifəni tapınca cəld çıxardaraq öz sənədləri arasına saldı.
- Bax belə.. indi sən get. Içəri mən girib verərəm. Səni görməsin. Heç kim bilməyəcək.
- Səlma xanım... çox sağolun...həyatımı qurtardınız.. çox ççox sağolun.
- Narahat olma qızım. Sənin yerində kim olsa eynisini edərdi. Bu adam bütün qadınlara qızlara əxlaqsız gözü ilə baxır. Öz günhıdır. Indi sən get. Çıxar birdən.
- Səlma xanım!
Qapının açılması ilə hər iki xanım yerində donub qaldı.
- Bbbuyurun Kənan bəy. Sən get qızım.
Firuzə getmək istəyirdi ki, Kənan onu səsləməsi ilə dayandı.
- Dur! Geri dön
Bitdim mən... bitdim...bura qədərmiş.
- Mən?
- Hə sən.
- Buyurun.
- Hansı şöbədənsən?
- Ictimaiətlə əlaqələr.
- Siyahını gətirmisən?
- Aha..yəni bəli.
- Gəl içəri.
Firuzə yerində donmuş halda Səlmaya baxdı.
- Qorxma, adın siyahıda yoxdur. Sən yetərki başını qaldırma. Nə sual versə denən şöbə rəhbərimiz bilir. Üzünü qaldırma əsla. Xatırlamasın. Xatırlasaydı indi xatırlayardı. Qorxub özünü ələ vermə.
- Aha..
- Sənədləri qoy çıx. Get.. qorxma..
Firuzə içəri keçərək siyahını masanın üzərinə qoyub çıxmaq istədi. Həyəcandan artıq gözləri qaralırdı. Başını qaldırmadan siyahını masaya doğru uzadanda Onur bəy onu süzməyə başladı. Onur bəyin diqqətlə ona baxdığını görüncə Firuzə özünü daha da itirdi. Ayağı büdrəyincə Kənan arxadan onun qolundan tutdu.
- Yavaş.. bircə burada yıxılıb qalmağınız çatmırdı. Anlamıram ki, sizi haradn seçib yığırlar.
- Bbbağışlayın.
- Pəltəksən?
- Xeyr.
- Onda nə bayaqdan dilin topuq vura vura danışırsan?
Kənan Firuzənin qolundan tutudğu üçün ona yaxın dayansa da Firuzə başını qaldırmırdı.
- Bir dəqiqə...bu qoxu?
- Izninizlə...mən getməliyəm.
- Dayan...bu nə ətridir belə?
- Mən ətir vurmamışam. Bağışlayın getməliyəm.
- Get. Get. Yemədik səni.
Firuzəni otaqdan çıxması ilə Onurun dillənməsi bir oldu.
- Bu kimdir?
- Nə bilim? Icitmaiətlə əlaqələrdədir.
- Mən niyə daha əvvəl görməmişəm bunu. Gözəl qızmış.
- Sən buna gözəl deyirsən. Sən gözəl qızlar görməmisən.
- Elə demə.. görmədin gözlərini..
- Tipim deyil.
- Anladım. Qıza yanaşmandan görünür.
- Belələri sıraya düzülsə dönüb baxmaram. Amma çox istəyirsən indi kimliyini telefonun buradan götürərik.
- Mm.. yaxşı olar.
- Gözlə indi baxım..
Kənan siyahını axtararkən telefonunu çalması diqqətini yayındırdı. Telefon söhbətini bitirən kimi siyahını kənara qoyub masadan əşyalarını yığmağa başladı.
- Mən gedirəm.
- Hara? Bəs qız..
- Bağışla qardaşım, amma əmr böyük yerdəndir.
- Mmm yenə xatunlar?
- Hə bu dəfə uşaqlıqdan bu günə kimi qulağımı çəkən xatundur.
- Oo Fatma xala...
- Elədir ki, var. Neçə vaxtdır ziyarət etmirəm. Xəstələndiyini deyir.
- Bəs mənim nömrəm.
- Siyahı oradadır. Götür özün, mən qaçdım. Sağol.
Kənan evə çatar çatmaz qapının zəngini basmadan qapı açıldı. Qarşısında başı örtülü, eynəkli yaşlı qadın dayanmışdı. Əlində oxlovla
- Fatma xala? Bəs sən xəstəydin?
- Gəl vəfasız gəl... mən indi sənə xəstəni göstərəcəyəm.
- Ayıb deyil. Yaşlı başlı qadınsan yalan danışırsan. Mən də bütün işlərimi atıb gəlmişəm.
- Sən kimə yaşlı başlı deyirsən. Sənə göstərəcəyəm indi dayan.
- Dur dur.. caan darıxmışdın? Mənim Fatma xalam birdənədir Darıxıb mənim üçün..
- Başını qatmısan qızlara məni unutmusan yenə.
- Inan mənə o qızları bir araya yığsam sənin qədər etməzlər.
- Yenə yaltaqlandın. Nəysə bu günlük döymürəm, amma gələn dəfə bu oxlovu bilirəm hara vuracağam...
- Mmmmm nə qəşəng qoxular gəlir belə.. Nə bişirmisən mənim üçün.
- Zəhər.
- Aaaa ən sevdiyim. Birdənəsənee..
- Bu nədir, qaşında? Nə olub?
- Heç kiçik bir qəza. Onu boş ver...nəsə yanır..
- Ay, səndən nə vaxt xeyir görmüşəm.. şirniyyatım yandı.. offf..
- Amma əla qoxu gəldi.
- Karamel azacıq yananda yaxşı olur.
- Hə deyirəm axı yanıq karamel. Bu günlərdə 3 dəfə artıq bu qoxunu duymuşam.
- Sən başqa yerdə şirniyyat yeyirsən, amma mənim yanıma gəlmirsən demək.
- Yox yeməkdə yox. Bir indi bir bayaq işdə bir qızdan bir də o gecə....o gecə....bir dəqiqə..buu..lənət şeytana, oymuş.... balaca ifritə, gözümün önündəymiş demək. Sən bitdin qızım, bitdin...

Müəllif: Lili Sh
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 7 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri