Gündəlik (4-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 871
Səs ver:
(səs: 2)
-Ayxan nəsə olub?

-Nicat mən onunla sevgili ola bilmərəm.

-Niyə Ayxan? Niyə? Qızın qəlbini qırmada.

-Nicat başa düş məni.

-Yoxsa sevdiyin var?

-Dəlisən?! Yox!

-Bəs onda niyə?

-Nicat, məndən artıq sual soruşma. Mən getdim sağ ol.

Ayxan üzünü çevirib gedirdi ki, Nicat qışqırdı:

-Ayxan! Konkret cavab ver gedim deyim Xədicəyə.

Ayxan onun üzünə baxıb, susdu.

-Deyərsən ki, hələ bilmir. Fikirləşməlidir.

-Yaxşı. Amma Ayxan böyük səhvlik eliyirsən. Mən bilirəm ki, Xədicə həqiqətəndə səni sevir. Çünki mən onun gözündəki sevgini görürəm.

Ayxan Nicata tərəf yaxınlaşıb dedi:

-Nicat, yadındadı? Sən 1 il bundan qabaq ad gününü qeyd eləmişdin. Orda məndə, Xədicədə var idi. O gündən mən onu sevdim. O gün, parkda biz tanışanda mən onu tanıdım. Amma o məni tanımadı. Çünki, o şənlikdə o məni tanımırdı. Mən onu sevirəm. Amma nəsə hələki onunla sevgili olmaq istəmirəm. Başa düş. Sevdiyimi nə Xədicəyə, nə də ki, Könülə demə. Zamanı gələr, təklifini qəbul edəcəm.

Nicatı sanki tok vurdu. O əlini Ayxanın çiyninə qoyub, dedi:

-Narahat olma. Heç kimə heçnə deməyəcəm.

 

Xədicə stulda fikirli-fikirli oturmusdu. Birdən qapının döyülməsi, onu ayıldı.

-Xədicə, mənəm. Olar girim?

-Gir...

-Necəsən Xədicə?

-Çox sağ ol. Nicat danışdı?

-Bilmirəm Vallah.

-Səncə qəbul edəcək?

Könül ağzını açmaq istəyirdi ki, telefon zəng çaldı.

-Alo!

-Zəhrimar alo, azzar alo. Harda idin? Hə?

-Heç yerdə. Evdə idim. Nə anqırırsan?

Xədicə əsəbindən özündən asılı olmayaraq, səsini qaldırdı.

-Qudurmusan deyəsən?! Bu nə səs tonudu? Qoy görüm səni, meyidini sərəcəm.

-Hə görərsən. Yuxunda.

Bunu deyib, Xədicə güldü. Rasim Xədicənin gülüşünə lap çox əsəbiləşdi. Dəstəyi qoydu və əsəblə maşına minib, Xədicəgilə sürdü.

-Rasim idi, hə?

-Hə. Könül xaiş edirəm. Sonra danışarıq, əsəbiyəm.

Birdən qapı döyüldü.

-Xədicə, görən kimdi?

-Bilmirəm Könül. Anam açacaq.

Rasim Samirə xala ilə mehribancasına danışıb,onun icazəsi ilə Xədicənin otağına girdi. Xədicə onu otaqda görüb, şoka girdi.

-Sən burda nə gəzirsən?

-Azzar gəzirəm. Könül sən çıx. Bizim söhbətimiz var.

-Könül çıxma. Qələt eliyir. Onun deməyi ilə deyil. Mənim otağımdı. Mən deyə bilərəm, kim qalır, kim çıxır. Rasim bəy, bəlkə siz çıxasınız.

Rasim əsəbdən Xədicəyə elə şillə vurdu ki, izi qaldı.

-Dilin yaman uzanıba. Deyəsən, döyülmək üçün darıxmısan.

Xədicə həqiqətəndə çox pis əsəbiləşdi, ayağa qalxdı və səsinin tonunu qaldırdı.

-Sən kimsənki, məni döyürsən. Atamsan, qardaşımsan, nəyimsən?

Könül onların davasını görüb, otaqdan çıxmaq istəyirdi ki, Xədicə dedi:

-Sən heç yerə getmirsən.

Könül onun həqiqətəndə əsəbiləşdiyini görüb, onun sözü ilə oturdu.

 

Müəllif: White Queen
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri