Tək öyrəndiyim sevgi (9-cu bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 216
Səs ver:
(səs: 3)
Zəng isə hələ sonlandırılmamışdı və Əlinin alo deyə səslərini eşidirddim.
mən isə elə telefon qulağımda yerimdə donub qalmışdım.
-Əli vaxtdır deyib telefonu söndürdüm.bu əvvəlki mən olsam böyük ehtimalnan onun bir neçə dişi artıq qırılmışdı ama yox.indi daha zəyif biri idim.bəlkə də sadəcə düşüncəm bu idi.indi mənim xəyallarımı yıxan,gən yaşımın çılğınlığlarını əlimdən alan yanımda idi və mən ona heç bir şey edə bilmirdim.etdiyim isə sadəcə ağır bir tonda -Vüqar demək oldu.bundan sonra o məni tutub evə gətirdi.və Leylanın olduğundan ayrı bir otaqda bağladı.Leylanın burda olmasını isə məni bura gətirərkən
-eeh dostum Leyla da səninkimi çırpındı ama bir şey edə bilmədi.siz gizli sevgililər əlimdə öləcəysiz
deməsi ilə anladım.kəndirlə əllərimi sıxca bağladıqdan sonra isə otaqdan çıxdı.otaq qaranlıq və bir o qədər tozlu idi.bilinirdiki çoxdandır bura insan ayağı dəyməmişdi.burda yarım saata yaxın bu vəziyyətdə qaldım və biraz sonra Leylanın çağırışlarını eşitdim.məni çağırırdı.o şərəfsiz mənim də burda olduğumu demişdi ona görünürdüki.çöldən gələn maşın səsi ilə artıq onun getdiyini anladım.Və Leylanın həyəcanlı səsinə qarşılıq mən də
-hər şey yaxşıdı Leyla!qorxma burdayam dedim.
və bir az sonra narkozdanmı bilmirəm özümdən keçdim.özümə gələndə isə artıq saat 8-9 radələri idi və Vüqar da başım üstündə idi.biraz aşağı əyilib özünəməxsus bir şəkldə gülərək
-ooo bizim yatmış gözəl də oyandı
-səni kim yaşayan kabusu görməkdənsə elə yuxuda olmaq yaxşıdı
o isə gülərək ayağa qalxdı və arxasını döndü.bir irləli bir addım atandan sonra qəfil geri dönərərək mənə möhkəm bir yumruq atdı.yumruqun təsirindən üzümü yana çevirdim və üzümə tökülmük saçları yana verərək nifrət dolu baxışlarla
-yumruq . . .sən qorxaq və şərəfsizsən.sən ancaq ya bir qadına ya da əlləri bağlı birinə əl qaldıra bilərsən.vən sonda o əllər açılıb səni boğacaq.indilik əlindən gələni et
o isə qarşıdakı stulu çəkərək mənimlə üzbəüz əyləşdi.
Çənəmin altından başımı qaldıraraq qaşlarını çatıb
-sən və heç kim mənə heç bir şey edə bilməyəcək.mənlə Ieylanı ayıra bilməyəcəksiz.Leyla sənin yanından çıxdığı o gün özümə söz verdim.sizə heç vaxt xoşbəxtlik verməyəcəm.hər şeyi də sən elədin.əllər qurtulanda halı olacağmı görərik.deyib ayağa durub çölə çıxdı 5 dəqiqə sonra gələndə isə
-Hə Murad vaxtdır daha
Deyib yenə öz axmaqca gülümsəmələrindən birini atdı
-şərəfsiz.məni öldürsən belə sənin xoşbəxtliyin artıq itdi.bitdin sən Vüqar
Yenə gülərək yanıma gəldi və əyilərək sərt bir ifadə ilə
-yox.mən səni öldürməyəcəm.elə olacaqsanki özün özünü öldürəcəksən
Deyib arxasında gizlətdiyi şprisi boyun nahiyəmdən vurdu.şpirisin təsiri ilə 5 dəqiqə sonra artıq ətraf bulanıqlaşdı.hətta ağzım söz tutmayacaq hala gəlmişdim.ən sonda isə gözlərimi yumdum.
Gözlərimi açanda isə hər tərəfim ağrı içində idi.ətrafa baxdım xəstəxanada idim.yanımda isə heç kim yox idi.gözüm divarda olan təqvimə sataşdı.bu gün noyabr ayının 1-i idi.
Necə necə?mən bir ay burdamı olmuşdum?bu ola bilməzdi.bəs Vüqar?bəs mələyim.az sonra həkim və arxasıyca anam içəri daxil oldu.anamın sifətində isə mənə yad olan bir ifadə var idi.rəngi qaçmış və göz yaşları gözündə qurumuşdu
Güclə ağzımı tərpədərək
-Ana nə oldu?
-oğlum çox şükür özünə gəldin
-nə oldu ana?mən hardayam?Leyla . . .Leyla necədir?
-zəstəxanadasan Murad.Leyla da yaxşıdır.bir azdan gələr
-ana bəs mənə nə olub?özümü çox yorğun hiss edirəm
Bu an sanki daha da təlaşlanıb
-heçnə oğlum yaxşısan.
-ola bilməz ana.nə olub de
-heç nə olmuyub.sadəcə yat . . .
Daha sakit səslə
-nə olub?
-o əclaf sənə bir şpris vurdu
-sora?
Gözləri yaşardı və daha ağır sözlərlə
-sənə vurduğu o iynə ilə
Yenə susdu
-ana tez de xahiş edirəm
-səni dəli vəziyyətinə saldı
Deyib ağladı
-necə?bəs mən niyə oyanmırdım?
İndi daha qorxu dolu idim
-oyanırdın ama hər kəsə hücum çəkirdin və sakitləşdirici ilə yatızdırılırdın yenə
-bəs indi?
-indi müvəqqəti olaraq sənə başqa bir iynə vurulub.24 saata təsiri itəcəkmiş deyib ağlayamağa başladı
Həyatım biundan daha pis ola bilməzdi hər halda deyə düşünməyə başladım.və bir anda anama
-Ana Leyla hardadır?
-bütün gecə burda olub səhər evinə yollamışam.həmişə ağlayırdı.harda olsa indi gələcək.və budur gəldi.o qapıdan girəndə bütün ağrılarım itimişdi.məni ayıq görüb sanki qorxaraq yaxına gəlirdi.bir az yaxınlaşandan sonra.sevincək halda
-Leyla . . .
Dedim.
Anam isə bizi tək qoyub çölə çıxdı...

Müəllif: ŞERBAZ
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 216
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri