Əzilmiş fotoşəkillər (4-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 464
Səs ver:
(səs: 8)
Eynən həmin boy-buxun, həmin arxaya atılmış şabalıdı saçlar, həmin qonur göz... Həmin mimika, həmin təkrarsız bədən qurluşu... Yəni tanrı bütün gözəllikləri Əsirgəmədiyi İlahənin birəbir oxşarını da yaratmışdır...
,,Bu ola bilməz... Bəlkə məni qara basır?,,
Tərəddütləri ilə bir müddət baş-başa qaldıqdan sonra, nəhayət, ağıl emasiyaları üstələdi, Özlüyündə təxmin etdi ki, demək İlahənin eynən özünə bənzər bacısı var imiş...
 İnarə atasını dilə tutur, ancaq heç cür evə geib dərmanlarını içməyə razı sala bilmirdi.
Rza siqareti yandıranda əllərinin əsdiyini hiss etdi. Toxtaya bilmirdi. İlahə bütün gözəlliyi ilə sanki yenidən onun qarşısında dayanmışdı. Bütün ecazkarlığı, füsunkarlığı, sirri və sehri ilə...
İnsan da insana bu cür oxşayarmış! sanki bir almani iki yerə bölmüşdülər. Bu oxşarlığa başqa bir bənzətmə tapa bilmədi. Məhz elə bu cür.. sarılı-qırmızılı, parıltılı, iri, ilk baxışdan adamın ağzını sulandıran bir almanı sanki tən ortadan ikiyə bölmüşdülər...
Rza çətinliklə Azərdən .. - Oqız kimdir? - soruşdu.
Azər.. İnarədir, rəhmətliyin bacısı, - söyləyəndə Rza bayaqdan öz-özünə təkrarladığı sözləri dilinə gətirdi..
- Tanrım, adam da, adama bu cür oxşuyarmış...
Azər ah çəkdi..
- Hə çox oxşayırdılar bir-birinə. İnarə bir yaş balacadır İlahədən. Məktəbdə elə olurdu, onları səf salırdıq... Bir dəfə...
Azər dodağına təbəssüm qonmuş halda nısı danışmağa başladı. Ancaq Rza onu eşidəcək halda deyildi. Ömründə İlahə qədər ağlını başından alan qadın olmamışdı.
Onu tapanda özünü o qədər xoşbəxt sanmışdı ki... Əfsus ki, qəfil tapdığı kimi, qəfil də itirdi. İlahəli günlərinin eyforiyasıyenidən yeknəsqliklə əvəz olundu...
Demək dünyada İnarə adlı bir qız da varmış...
İnarə çadırdan getmişdi. Atasını özüylə aparmağa, nəhayət ki, müvəffəq olmuşdur.
Rza ehtiyatla Azərdən soruşdu..
- İnarə ərdədi?
Azərin ,,yox,, söyləməsi sanki içinə sevinc doldurdu. Bayaq beyninə həkk olunan fikrinin davamını, cümləsini tamamladı..   
,,Özüdə ilahədən gənc, üstəlik, hələ ailə qurmamış...
İlahəyə olan hisləri bir andaca bu hüzünlü görkəmdəki, bu qapqara geyimdək İnarəyə ötürüldü sanki... Onu xəyalən qucdu, saçlarını qoxladı, yüngül öpüşlə dodaqlarına toxundu...
...Durub çadırdan çıxanda Azərlə sağollaşmağıda unutdu...
,,Görəsən, İnarə həyətdədir, yoxsa evə çıxıb?,,
,Hansıdır görən binaları?,,
,,Yəni bir daha onu görə bilməyəcəm?,,
Azərin onun dalınca çadırdan çıxıb ,,Gedirsiz ki?,, soruşmasını eşidəndə səhv etdiyini anladı..
- O qədər fikirliyəm, sağollaşmaq yadımdan çıxıb - söylədi.
Gözləri dörd tərəfi dalaşıb İnarəni axtarmaqda idi. Ətrafdakı adamların arasında onu görməyib bu dəfə binalarının eyvanına tərəf boylandı. Bu vaxt Rais kişinin yenidən çadıra qyıtdıgını gördü, Azərdən aralanaraq ona yaxınlaşdı. Əl uzadaraq
,,Allah rəhmət eləsin, axır qəminiz olsun,, dedi.
Rais kişi onun əlini sıxdı
,,Çox sağ olun, Allah ölənlərinizə rəhmət eləsin,, dedi.  
Rza nədənsə bu hüzndən qəddi əyilmiş kişi ilə doyunca söhbətləşmək,dərdləşmək istədi.
- Yəqin məni tanımırsız ağsaqqal. Mən İlahəgilin qonşusuyam.
- Qonşusunuz?!
- deyib Rais kişi bir anlıq donub qaldı.
Rza dərhal hiss etdi ki, Rais kişi nəsə demək istiyir. Və sövq-təbii duydu ki, kişi, yəqin, təəccüblənib, ev sahibi yasa gəlmir, onun qonşusu gəlir...
- Atamı tanıyarsız, Məcid müəllimin oğluyam. Məcid Şamxaloviçin.
Rais kişi lap təəccübləndi..
- Məcid müəllimin oğlusuz?!... Hə... Məcid müəllim tanınmış şəxsiyyətdir. Bəs... Axı...
Rza onu qabaqladı..
Hə, demık istyirsiz ki, Məcid müəllim hara, o ucqar qəsəbə hara?! Siz, yəqin orda olmusuz da. Rəhmətlikgilin evinin yanındakı villa mənimdi. Biz təzəlikcə ordakı toxuculuq fabrikini aldıq. Mən işlədəcəm. O villanı da onun üçün orda tikdirmişik...
Rais kişi başını tərpətdi..
- Hə, yüngül sənayeyə qoyulan kapital heç vaxt batmaz.
Sonra onun qolundan yapışdı..
- Yaxşı bəs içəri niyə keçmirsiz, gəlin keçək, bir stəkan çay için, bir loxma çörək kəsin.
Rza..
- Oturmuşdum içəridə, yenicə çıxdım, - dedisə də, Rais kişi onu öz ardınca içəri çəkdi..
- Gəlin, bir az da söhbətləşərik.
Azərin yanından keçəndə Rza.. - Mən içəri qayıdası oldum, - dedi.
Rais kişi Azəri də səslədi..
 - Oğlum, siz tanışsız? Gəl də, biz içəri keçirik.
Azər.. - Yox Rais əmi, siz keçin mən burdayam, - dedi..
Onlar çadıra daxil oldular. Rais kişi lap başdakı yerinə keçib yanında əyləşənin qulağına nəsə pıçıldadı, o da, durub yerini Rzaya verdi.
Rza əyləşdi.
Dərhal qarşılarına çay qoydular.
Rza Rais kişinin nəsə soruşmaq istədiyini duyurdu, ancaq görürdü ki, kişi nədən, necə başlamaqdan çətinlik çəkir. Odur ki, sohbətə özü başladı.
 - Biz martda köçmüşük, cəmi üç aydı. Amma  bu az müddətdə rəhmətlilə bacim da, məndə dostlaşmışdıq. Çox tərbiyəli, mədəni, gözəl qız idi. O dünyası gözəl olsun.
Ris kişi ah çəkdi..
Rza səsini lap yavaşıdaraq sözünə davam etdi..
- Ağsaqqal bilmirəm bunu deməyimin yeridirmi, ancaq rəhmətlik o ailədə heç də xoşbəxt deyildi, sıxıntı çəkirdi.
- ...
- Vallah ürəyim ağrıyırdı. Sizinlə küsülü olduğunu da bilirdim. Arada əri may...
 Ramilə yapışdirdığı ,,Maygülü,, ayamasını az qala yenə işlədəcəkdi, birtəhər özünü saxladı.
- Arada ərinə əl də tuturdum, iş zad tapır, puldan, paradan verirdim... Düzü inanmazdım ki, İlahə özünə qıysın.
Rais kişi nəhayət ki, danışa bildi..
 - Hə, bala. Heç kim inanmazdı. Tam gözlənilməz oldu bizimçün İlahənin bu addımı.
Rza ağzın bir qaşıq hlva qoyub çayını içdi.Rais kişi ,,Yenədə gətirsinlər,, deyəndə əlini stəkanın ağzına qoydu, ,,Yox, çox sağ olun,, dedi. Ardınca soruşdu.
 - Bir çetinlik falan yoxdu ki,. Bizə dair bir qulluq?!
Rais kişi raılıq bildirdi.
- Çox sağ olun,əziyyət çəkib gəlmisiz. Hər şey qaydasındadır.
Rza .. - İndi icazənizlə mən gedim, - söyləyib yerindən durdu.
Rais kişi də durdu,   ,,Maşınlasınız,, soruşdu. Rza, ,,Hə maşınlayam,, dedi..
Rza Rais kişiylə sağollaşıb avtomobilinə mindi. Yenə gözü ətrafi gəzdi, İnarəni görmək istəyi bütün varlığına hakim kəsilmişdi.
Avtomobili yerindən tərpədib çox asta sürətlə küçəyə çıxartdı. Ancaq hiss etdi ki, ürəyi arxada - yas verilən o həyətdə qalıb
...Yox gedə bilmirdi heç cür. Saxlayıb düşdü, siqaret yandırdı, piyada həyətə qayıtdı. Bu dəfə gözləri ilə zəri axtardı. Nəhayət onu iri samovarı qaynatmaqla məşğul olan şişman bir kişinin yanında gördü. Cəld yaxınlaşdı, qolundan tutub kişidən bir qədər araladı..
- Mən gedirəm. İlahənin atası məndən bir şey xaiş etdi. Ancaq  ,,hə-yox,,unu demək üçün telefon nömrələrini soruşmağı unutdum. Deməzsən mənə nömrələrini?
Azər cəld..  ,,Mobil tel...,, - söyləyirdi  ki, Rza onun sözünü kəsdi.
 - Yox, mobil lazım deyil. Ev nömrələrini de. Ev nömrəsi daha etibarlıdır. Həmişə işlək olur.
Azərin dediyi nömrələri telefonun yaddaşına yazdı. Sonra xudahfizləşib dərindən nəfəs aldı, iti addımlarla avtomobilinə sarı getdi.
Belə... Demək, İlahə özünü öldürdü... işə bax... Kimin ağlına gələrdi ki, o adi qız bu cür qeyri-adi iş tutsun...

Müəllif: Varis
(səs: 8)
Şərhlər: 7
Baxılıb: 7 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri