Əzilmiş fotoşəkillər (6-cı bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 9 097
Səs ver:
(səs: 6)
İnarə hıcqırmağa başladı...
Rza isə danışmaqda idi...
- Mən uşaqlıqdan adam ölməsindən qorxmuşam. Həmişə ölü aparanda qaçıb gizlənmışəm... İlahənin ölümü çox gözlənilməz oldu, çox... Orda o, darvazanın ağzında söhbət edərdi. Orda dayanıb dənizə baxardı. Orda tut ağacından asılmış yelləncəkdə yellənərdi. Özü də, gecələr yellənməyi xoşlayardı. Aya baxa-baxa... Bəzən olurdu, saatlarla pərdə arxasından ona gizlincə göz qoyurdum...
İnarə hıcaırmaqda idi... Çətinliklə<<Heç vaxt onu ər evində görə bilmədim>> söylədi. Sonra da qırıq-qırıq cümlələrlə sözünə davam etdi..
 - Ramilə qoşulub qaçmışdı deyə ailəmiz onla küsülü idi... Tam müəmmalı qaldı mənə onun son bir ili... Bircə bilsəydim ki, mrü belə tez qırılacaq... Bilsəydim, ata-anamın ayağına düşərdim, yalvar-yaxar edərdim ki,yazıq bacımı bağışlasınlar...
Rza xəttin o biri ucunda siqaret yandırdı..
- Hə, həyat belədir də. Cox qəribədir. Adam gözləmədiyi şeylərlə üzləşir...
- ...Ramil indi neynəyir? Onlar dəhşət sevirdilər bir-birlərini.  Amma kaş ki heç sevməyəydilər... Həyət bacada görsənirmi Rmil?
 - Yox nəsə görsənmirlər. Dünəndən elə bil qeyb olublar. Sən doğrudan da,çox şeyləri bilmirsənmiş.
Rza ,,siz,,dən   ,,sən,,ə keçmişdi artıq.
- Nəyi bilmirəm ki?
- Sənə elə gəlir ki, İlahə o maygülünü sevib. Əslində, nifrət edirdi ona.
Bu ola bilməz! siz səhv edirsiz! Həm də, xaiş edirəm, təhqirə keçməyin.
- Nifrət etməsəydi, mənimlə oturub-durardı məgər?!
- Mən yüz faiz əminəm ki, siz səhv edirsiz. O, sizinlə yalnız dost kimi yaxınlıq edə bilərdi, əslində mən heç buna da inanmıram
- İnarə... İlahə məni sevirdi.
İnarə quruyub qaldı..
-Nə?!
- İlahə məni sevirdi...
Çətinliklə dedi..
- Siz düz danışmırsız.
- Niyə düz danışmıram axı,! Sevirdi. Bütün varlığı ilə sevirdi. Ona isə nifrət edirdi. Çünki o, İlahəni ac-susuz, cır-cındır içində saxlayırdı. Yazıq qız həyatından bezmişdi... Deyirdi kaş sənə tez rast gələydim...
- Bu ola bilməz.
-Bu, həqiqətdir. O, əzab çəkirdi, ağlayırdı. Səhv addım atdığı üçün rahatlıq tapa bilmirdi. Amma deyirdi ki, artıq nəyisə dəyişmək gecdir. Eh... Kaş ki biləydim özünə qəsd edəcək... Kaş ki biləydim...
İnarə yenə hıcqırdı..
- İnanmağım gəlmir bütün bunlara.
Rza daha bir siqaret yandırdı, dərin qullab vurdu.
- İnşallah, haçansa görüşəndə sənə baş verənləri danışaram. Mənim hərşeyim var, milyonlarım, obyektlərim, villalarım,maşınlarım, nə bilim e, hər şeyim. Təkcə İlahə yoxdur. Sən bilməzsən mən onu necə sevirdim. Həyatımda rastıma çıxan ən gözəl xanım olub İlahə... Onun yoxluğuna inan ki, dözə bilmirəm....
 Siqretin tüstüsünü ciyərinə çəkb davam etdi..
- Səni görəndə əvvəl elə bildim, məni qara basır. Sən eynən ona bənzəyirsən... Mənə elə gəlir ki, sən həssas qızsan..  Mənim necə dərdli olduğumu duyursan. Görüşsəydik dərdimi sənə danışardım, yüngülləşərdim. Haçan görüşə bilərik?
İnarə tutuldu..
- Bu,vacib deyil.
Rza həmləyə kecdi..
Niyə? Sən İlahə haqqında həqiqəti bilmək istəmirsən? Onu itirmisən, ağırdır sənin üçün. Ancaq bura gəlsən, bu yerlərdə olsan, elə biləcəksən ki, yenidən onunlasan. İlahənin ruhu bu həyətdədir, gəzib dolaşır. Dedim sənə bayaq, bacım Aynurəylə rəfiqə idilər. Elə bizi də bacım tanış etmişdi. Gəlsən, Aynurə sənə İlahə barədə danışar.
İnarə Rzanın həmləsi qarşısında çaş-baş qalmışdı, bilmirdi nə cavab versin. Bilmirdi razılaşsınmı, razılaşmasınmı. Axı onun ən böyük arzusu idi bacısının özü ilə qəbrə apardığı sirrini bilmək. Ancaq ata-anasına nə desin? Desin hara gedirəm? Desin İlahənin ərindən başqa görüşdüyü olub, onunla danışmağa gedirəm?
- Bilirsiz, Rza, bu düzgün çıxmaz. Mən axı necə gəlim?
- Nə düzgün çıxmır e? Bacının evinə gəlirsən də. Onun sevdiyi ilə söhbətləşməyə gəlirsən də.
- Yox, Rza... Bu, düzgün Ümumiyyətlə, bu, düzgün deyil. Bacım rəhmətə gedib. Onun kimləsə münasibətdə olmasından dəm vurmaq səhvdir axı. Əxlaqa ziddir. Siz bizim ailəmizi, ata-anamıda düşünün. Onsuz da ürəkləri yaralıdır. Xahiş edirəm, gəlin bu söhbəti bağlayaq. Bir bacı kimi sizdən rica edirəm, əgər İlahəni doğrudanda sevmisizsə, onun ruhu xatirinə, bu söhbəti heç yerdə eləməyin. Yazıqdır, qoyun o dünyada rahat yatsın, lənətlənməsin.
İnarə hıcqırdı,əlləri ilə gözünü sildi.
Rza isə heç cür təslim olmaq istəmirdi.
- Canım, burda nə var axı?! Söhbəti onsuz da,hamıdan gözləyirik də. Aləmə car çəkəsi deyilik ki?! Nə papan biləcək, nə maman. Təbii, istəmərəm bacın barədə həqiqətləri başqaları bilsin. Amma sən bilsən, yaxşıdır. Bizim sirrimizi, sevgi dolu dünyamızı, istəyirəm, sənə açıqlayım. Sən sevgilimin bacısısan, məni özünə qardaş say. Heç nədən çəkinib eləmə.
- Yox bilirsiz...
- Səninçün də rahat olacaq. Gəlib İlahənin ruhuyla danışarsan, yüngülləşərsən.
- Yox, axı...
- Mənə də səni görmək bir təsəlli olar...
- Bilirsiz...
- Sən vaxtını və yerini de, gəlib səni götürüm, cəmi üç-dörd saata da geri qaytarım.
- Rza, yox. Evdə nə deyəcəm?
- Birlikdə bir bəhanə fikrləşib taparıq. Sabah gəlim?
- Yox, sabah yox...
- Onda birisi gün. Saat neçədə və harda?
- Siz lap...
- Saat on bir səni qane edir?
- On bir də universitetdə olacam. Sessiyamız başlayıb.
- Bəs neçədə?
İnarə təslim olması ilə, razılaşaraq astaca dedi..
- Saat birdə.
- Harada?
Azacıq düşünüb bu dəfə lap pıçıldadı..
- ,,İyirmi yanvar,,da  ,,Şollar,, suyunun yekə reklamı var, onun qarşısında.
Yalnız Rzayla sağollaşıb dəstəyi yerinə qoyduqdan sonra İnarə nə iş tutduğunun fərqinə varmağa başladı. Bacısı rəhmətə gedib, hələ heç yeddisi çıxmayıb, ancaq o özü də, dyikli ola-ola başqasıyla görüşür, ona qoşulub Sumqayıtın hansısa bir qəsəbəsinə gedir... Ən pisi də odur ki, həmin başqası bundan öncə onun ərdə olan rəhmətlik bacısıyla da görüşürmüş... Hələ deyilənə görə, aralarında dostluq da yox, lap sevgi əlaqələri varmış...
Eşidən-bilən olsa, nələr baş verər? Adamın üzünə tüpürməzlərmi?
İnarə firini dağıtmaq üçün yenidən şəkillərə üz tutdu.
Bu şəkil Reyhanın ad günündə çəkdirmişdilər. İlahə Ayazla deyikli olduğu üçün valideyinləri İnarəni də ona qoşmuşdular ki, tək getməsin... Bütün məclis boyu Azər gözünü İlahədən çəkməmişdi. O necə sevirdi İlahəni... Cavabsız sevgidən necə əzab çəkirdi...
Nə yaxşı, ataları İlahəylə bağlı hər şeyi evdən çıxaranda ailəvi şəkillərisə saxlamağa qərar vermişdi. Onları İlahənin tək çəkdirdiyi, sinif yoldaşları, tələbə yoldaşları, rəfiqələriylə çəkdirdiyi şəkillərə qatıb məhv etməmişdi...
 İnarə telefona yaxınlaşıb atasının mobil telefonunu yığdı, zəngə cavab verən anasından hal-əhval tutdu. Atasının vəziyyətinin bir qədər yaxşılaşmasıona ümid verdi. Tanrıya yalvardı ki, valideyinlərini ona çox görməsin...
Anası ilə vidalaşandan sonra dəstəyi xeyli müddət yerinə qoymadı, əlindəcə saxladı.
...Səni görəndə əvvəl elə bildim məni qara basır...
...Sən eynən ona bənzəyirsən...
...Mənə elə gəlir ki, sən həssas qızsan...
...Mənim necə dərdli olduğumu duyursan...
...Görüşsəydik, dərdimi sənə danışardım, yüngüləşərdim...
Rzanın səsi qulaqlarından çəkilmirdi ki, çəkilmirdi...

Müəllif: Varis
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 9 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri