Əzilmiş fotoşəkillər (8-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 349
Səs ver:
(səs: 7)
Dalğalar kükrəyir, qıjıltı ilə sahilə doğru gəlir, sahili yalaya-yalaya xeyli irəli gedir, sonra da heç nə olmayıbmış kimi, geri qayıdırdı.
Ramil əlində çubuq tutaraq ləpədöyəndə dayanmışdır. Cıza-cıza qumun üstündə yazdı..   ,,İlahə+Ramil=sevgi,,. Sonra ox batmıç ürək şəkli çəkdi. İçinə ilıq hislər doldu. Titrək barmaqları ilə, İlahə sözünü tumarlamağa başladı. Elə bil, barmaqları İlahəyə toxunurdu.
Gülümsədi,  ,,Canım, sevgilim, birdənəm,, söylədi. Sanki bir qədər rahatlandı bu an.
İçində müdhiş bir yorğunluq, ümidsizlik var idi. Tüklü üzü, çuxura düşmüş, altı qaralmış gözləri, əzik-üzük paltarı onu o qədər dəyişmişdi ki...
Bu gün İlahəsiz keçən altıncı günü idi. Cəhənnəm əzablı bu altı gündə o, necə yaşamışdı, bunu bircə Allah bilirdi... Bakı ilə Sumqayıtın, Yasamal qəbiristanlığı ilə qəsəbələrinin arasında qalmışdı... Ora gedir, üstünə gül-çiçək düzülmüş məzarın yanında əyləşib İlahənin ruhunu çağırırdı. Ruhu görməyəndə düşünürdü ki, yəqin evimizə qayıdıb... Sonra gəlib evlərində, həyət-bacalarında İlahənin ruhunu gəzir, onun indi də qəbiristanlığa getdiyini zənn edib yenidən Bakıya üz tuturdu...
Dəlilər kimi öz-özünə danışır, hərdən gülümsəyib qəhqəhə çəkirdi...
Bu görkəmdə onu avtobuslarına buraxan sürücülər səfil biri hesab edib gedişhaqqı istəmirdilər. Sürücülərin əksəriyyəti isə onu qovur, avtobusa buraxmırdı...
Oğlunun halı Məleykəni çox üzürdü. Ailəsinə üz vermiş qəfil bədbəxtliyi yatsa, yuxusuna belə gətirə bilməzdi. Düzdü, ehtiyac içində yaşamışdılar, istədikləri kimi yeyib içməmişdilər, ancaq evlərində elə bir ciddi söz-söhbət olmamışdı... Həmişə bir-birini başa düşmüş, mehribanlıqla yaşamışdılar... Bəs nə səbəb oldu, bir ilin gəlini özünü öldürdü?
Nə dəhşətli gün idi həmin gün...
Bu evə gəldiyi bir il ərzində həmin gün ilk dəfə İlahə Bakıya getdi. Ondan əvəl də neçə gündü tutqun idi, heç kimlə danışmaq istemirdi. Ramil yazıq nə qədər eləyirdi, könlünü ala bilmirdi. Həmin gün isə ən əziz adamını itirmiş kimi dərdli idi. Heç nə vaxt qayıdacağını da bilmədilər...
Ramil işdəydi, Famil küçəyə çıxmışdı, Məleykə evdə yır-yığış elədi, sonra Ramiləyə dedi ki, gəl lobya arıtlayaq, bişirim, birazdan İlahə də gələcək... Elə bıçağı əlinə götürmüşdü, gördü tamam korlaşıb. Ramiləyə dedi get tövlədən bülöv daşını gətir, bir az itiləyim bıçağı. Sonra dedi, dayan özüm gedim, sən tapa bilməyəcəksən...
Tövlənin qapısını aralamağıyla qan gölməçəsinə uzanmış İlahəni görməyi bir oldu... Necə çığırdısa, səsinə iki-üç ev o yandan qonşular tökülüşüb gəldilər... Ay Allah necə dəhşətli anlar idi... Zalımın qızı, necə güc tapmışdı ki, damarını o cür dərindən doğrasın... Canını tapşırmışdı, ama qan köpükcükləri hələ də pıqhapıq partlayırdı...
İlk anlarda hər şey İlahənin evə getməsiylə əlaqələndirdi. Amma sonradan yəqin etdi ki, nə baş vermişdisə, bu son günlərdə baş vermişdi. Çox adi hallarda ağlaması, hönkürməsi, bir müddət yatağa düşməsi... Hətta bir dəfə Ramilə ,,gəl burdan köçək, canımızı qurtaraq,, dmişdi...
Birillikləri günündə - məhz həmin gündə İlahə artıq intihar etməyi qərarlaşdıraraq anasıgilə də vidalaşmağa getmişdi... Bu indi aydınca duyulurdu...
Bəs nə səbəbdən qız qəfil dəyişdi, içindəki həyat eşqini, sabaha ümidi nə aldı ondan?
Qudalarıgil isş qızın sağlığındakı qansızlıqlarını ölümündən sonra daha da artırdılar. Güllü onun saçınıyoldu, Rais də, oğlunu təpiklədi... Rais əclaflıq edib oğlunu içəri də saldırdı. Yazıq uşağı bir neçə saat incidib sonra buraxdılar...
Məleykə bütün bunları düşünə-düşünə ağlayırdı... Özünü yiyəsiz, arxasız sanır, min bir zillətlə böyütdüyü üç uşağının taleyinin yaxşı olacağına heç bir inamı qalmadığından əlacsız-əlacsız ağı deyirdi... Ramilin isə, belə hərəkətlərini görüb, öz-özünə nəsə danışdığını, qəbiristanlıq yolunda qaldığını görəndə ürəyinin başısancırdı.
Nəhayət dünən uşaqlarını götürüb bir müddətlik Sitalçay qəsəbəsinə, bacısıgilə yollanmışdı...
Ramili zorla dilə tutub avtobusa mindirmişdilər. Amma bugün o, yenidən qaçıb gəlmişdi...
İlahənin yenidən dönəcəyi, arxadan yaxınlaşıb onun gözlərini qapayacağı, o da əllərin istisindən və qoxusundan İlahə olduğu duyacağı xülyası beynindən qopan kimi sanki səmalardan yerə enir, xatirə dənizinə qərq olurdu...
Unutmaq mümkündürmü? İri magistral su borusunu adlayıb bax bura -20-30 addım aralıdakı sahilə gələrdilər. İlahə Ramilə sığınardı. Ramil də, gözlərini yumub ona ən çox bəyəndiyi sevgi şeirlərini söyləyərdi...
Soyuq sözlərini xatırlayarkən,
Soyuq baxışlarınla dolan duman, çən,
Yenə varlığımı atəşə saldı
Sevgini qəlbimdən qoparmaq çətin
Sən getdin... Görünür, eşqin həsrətin
Əbədi od olub sinəmdə qaldı...
Sən demə dünyada ən mümkünsüz şey unutmaq imiş... O necə gözəl idi. Hissiyatlı, ağıllı, incə, zərif... Necə şirin idi... Ah, necə nəvaziş göstərir, necə əzizləyirdi onu... Ah, necə sevirdi... Dünyada heç kəs onun kimi sevə bilməzdi...
Hardan gəldi axı ölüm, bu amansız düşmən, Gəldi ayırdı onları. Bir-birindən doymadılar, içlərinə yığılan sevgi dolu sözlərin yüzdə, mində birini söyləyə bilmədilər. Xoşbəxt olmağa macal tapmadılar...
Üstündən cəmi bir il keçsə də, o vaxt dolanışıqları indiki kimi acınacaqlı həddə deyildi. Qapılarında hələ mal-qaraları da var idi. Məleykə arvad borca girib Rmilə toy elədi, ancaq pul az yığışdı, ziyana düşdülər.
Yenə də dolanmağa ümidləri çox idi. O vaxtlar Ramil iş axtarmağa girişmişdi. Bəzən hamının gözündən oğurlanıb, qara üzlü gündəliyində qeydlər aparırdı...
<<18 mart 1997-ci il. Bugün Şərif müəllim sonuncu ümidlərimi yerə vurdu. Düz bir ay idi ki, onun məni hansısa firmaya işə düzəldəcəyinə inanır, olan-qlan qəpik-quruşumu  verib, Bkıya gedirdim. Cox şükür, bu gün qurtardı. Qəti olaraq  ,,işin düzəlmədi,, söylədi.  Evdə isə məni boş soyuducu, boş qazan, anamın, bacı-qardaşımın kədərli sifətləri və birdə İlahə adlı peşmançılıq gözləyirdi... Mən o qızı - universitetin ən gözəl qızını, hamıdan güclü çıxıb özümə həyat yoldaşı edı bildim. İndi hiss edirəm ki, onu xoşbəxt yox, bədbəxt etmişəm>>
Ramil hönkürtü ilə ağlayır, quduz dalğaların pozduğu hərfləri yenidən bərpa etmək istəyirdi...
- Ay bala dur gedək...
Dalınca gəlmiş anası biləyindən yapşdı...
- Sən niyə axı yenə bu xarabaya qayıtmısan?
Biləyinin ağrısından ufuldadı. O gün polislər apararaq incitmişdilər.
- Dur gedək, bədbəxt balam, dur gedək..
Anası hıcqırırdı
Bir qədər aralıda bacısı Ramilə qonşuları Tubu arvada danışırdı..
Nə bilim, ay Tubu xala. Yaşca məndən böyük olsa da, rəfiqə idik. Tələbəlik illərində Bakıda qısa yupka, şalvar geyinərmiş, bəzənib düzənirmiş. Mənə danışırdı ki, bütün günü qızlarla Tarqovuda gəzirmişlər... Bura bu qəsəbə həyatına öyrəşə  bilmirdi heç cür. Bütün günü ev, həyət...
Anası Ramili çəkib aparmaq istəyirdi, amma o dartınıb anasının əlindən qopmağa çalışırdı.
Ramilə isə danışmaqda idi..
- ...Anam qıymırdı onun ev işləri görməsinə. O da işsiz-gücsüz darıxırdı, bilmirdi günün necə keçirsin. Mənə hey bacısı İnarə ilə keçirdiyi xoşbəxt uşaqlığından... Nabranda dincəlməklərini hər dəfə yada salardı... Deyərdi həmin günlər o qədər xoşbəxt idim ki... Evlərinin, bacısının yaman xiffətini çəkirdi... Ancaq yenə də...
Ramilə ağlayırdı..
- ...Yenədə Ramili sevirdi. Özü də dəhşət sevirdi...
Ramil anasına barmağını dodağına gətirərək ,,sus,, dedi. Bütün diqətini bacısına yönəltdi.
- ...Beş il bir qrupda oxumuşdular. Bir-birlərinə tam öyrəşmişdilər. Onların sevgisi dəhşət sevgi idi. Bütün universitet bu sevgidən danışırdı...
 Bu yerdə Ramil hönkürərək qışqırdı..
- Mən İlahəsiz necə yaşayım, ay ana, de mənə... axı ürəksiz insan necə yaşayar?
Dalğalar qıjıltı qopararaq gəlib ləpədöyənə çırpılır, sonra da köpüklərini saxlayıb geri qayıdırdı.
Növbəti dalğa Ramilin əlindən yerə saldığı çubuğu özüylə aparıb görünməz etdi...
...Bu neçə gündə içini bürüyən cavabsız suallar bir an da olsa, ona rahatlıq vermirdi. Harada səhv buraxmışdı, kobudluq etmişdi, qəlbinə dəymişdi İlahənin? Axı onu əllərinin üstündə saxlayırdı. Yox, əllərinin üstündə yox, ürəyinin başında saxlayırdı... ,,Can,, deyirdi, bütün arzularını yerinə yetirməyə çalışırdı... Düzdü, maddi imkansızlıq ucbatından çox vaxt istədiklərini reallaşdıra bilmirdi...
Xatırlamağa başladı. Bir dəfə yağışlı gün idi, gərək ki, oktyabr ayı idi, aşağı məhəllədən olan Nicat adlı oğlanla ,,Betonzavod,, deyilən ərazidəki gecəqondulardan birinə xərəklə mişar daşı və qum daşıdılar, ul qazandılar... Evə gəlib bir qədər yorğunluğunu çıxarandan sonra anasından soruşdu ki, bazara gedirəm, nə alım. Anası dedi, evdə heçnə yoxdur, nə istəyirsən al, ətdən, yağdan, kartof soğandan...
İlahədən soruşdu ki, bəs sən nə istəyirsən. O da dedi ,,İris,, istəyirəm.
Getdi bazarlıq elədi, sonra da ərzaq mağazasından çörək aldı. Yağ çəkdirəndə cəmi yarım kilo dedi, ancaq satıcı kərə yağı parçasının səkkiz yüz qram olduğunu və kəssə, yerdə qalan hissənin alınmayacağını  söyləyərək hamısını büküb verdi. O da çarəsiz qalıb pulun hamısını yağa verəsi oldu. ,,İris,, ala bilmədi. Düşündü ki, İlahə uşaq deyil ki! İndi də ,,İris,, olmasın. Ancaq yağ mütləq olmalıdır, onsuz xörək bişməz axı...
Evə gələndə İlahəni artırmada Ramiləylə oturan gördü. İlahə onu görcək dərhal qabağımna yüyürdü. Ver mənim ,,İris,,imi dedi. Sifətində bir uşaq təbəssümü, sevinci var idi.
Həmin gün İlahə çox məyus odu, nə illah elədi, günün sonunadək qanqaralığını gizləyə bilmədi...
Amma bundan da çox İlahənin xətrinə dəydiyi olmuşdu...
Təzə qonşularının həyətindəki məclis zamanı içib sərxoş olaraq oynayanda...
....Biləyinin ağrısını hiss etdi, düşüncələrdən ayrıldı. Anası onu çəkib aparmaq istəyir, yalvar-yaxar eləyirdi, Ramilə hıçqıra-hıçqıra onlara baxırdı. Tubu arvad çıxıb getmişdi..

Müəllif: Varis
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 6 349
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri