Əzilmiş fotoşəkillər (9-cu bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 8 692
Səs ver:
(səs: 12)
,,Çox xoşbəxtəm, İnarə. Sevib-sevilmək heç bilrsən , necə gözəldi?! Bu gün dərsimiz boş idi, Ramilin təkidiylə bulvara düşdük. Əl-ələ tutub bulvarın bu başından o başınacan getdik. Bilirsən, addımlarımıza fikir verirdim, ikimizdə eyni vaxtda sağ ayağımızı, eyni fasilədən sonra sol ayağımızı atırdıq. Addımlarımızla ürəyimizin döyüntüsü də ahəng təşkil edirdi...
...Bu gün kinoya getmişdik,  ,,Azərbaycan,, kinoteatrına. Melaodram idi. Qəribə də adı var idi..  ,,Sənə hər şey, mənə heç nə,, Filmdə oğlanın valideyinləri imkanlı idilər. Ona izn vermədilər yoxsul ailədən olan qızı alsın. O da acizlik göstərib geri çəkildi, valideyinlərinin təhriki ilə başqasını aldı. Ancaq xoşbəxt olmadı. Canım bacım mən oğlan olsaydım, heç vaxt belə iş tutmazdım. Sonadək sevgim uğurunda mübarizə aparardım...
...Bilirsən nə olub bu gün, Azər dalımca universitetə gəlmişdi. İcazə alıb məni dəhlizə çxartdı. Dedi son dəfə sənin ayağına gəlmişəm, daşə ətəyindən tök, sevgimi cavabsız qoyma! Dedi səni xoşbəxt etmək üçün hər cür şəraitimiz var. İnanmazsan, qədimi, əntiq brilyant komplekt çıxarıb dedi ki, bunun azı on min dollar qiyməti var, Çar qızılıdır, babamın anasından yadigardır. Nənəm əhd edib ki, bu gözəllik Azərin həyat yoldaşına qismət olsun...Məncə, xoşbəxtliyi heç bir daş-qaşla qazanmaq mümkün deyil.
...İnarəm, bu vərəqləri görürsən nə hala düşüb? Gündə azı onları açıb bir-iki dəfə oxumasam, Ürəyim partlayar. Ramilin sevgi etiraflarıdır e.
<<Əziz Ilahə. Səni sevirəm. Canımdanda çox. Əgər mənə desələr ki, ya sevmədən yaşamağı götür, ya da sevərək ölməyi, mən ikincini götürərəm... Qurban olum sənə, bu odlu, atəşli sevgimi cavabsız qoyma...18 mart 1994-cü il>>.
...Canım bacım bu gün Ramil məndən incidi. Sabah Sevgililər günüdür axı. Qizlarımıza sabah hədiyə alınacaq. Ramilin imkansız olduğunu bilirsən də. İstəyir ki bütün dünyanı mənə hədiyyə etsin. Atamın verdiyi pullardan yüz dollar düzəltmişdim, ona verdim ki sabah mənə hədiyyə alsın... Dəhşət incidi məndən. bıçaq vursaydın qanı damardı... Dərsdən də, yarımçıq getdi... Çox peşmanam, ama məni də başa düş. Qızların içində əsgilmək istəmirəm...
Bacım, təzə xəbər var e, şoka düşəcəksən. Azər Reyhana ürəyini açıb. Nişanlanacaqlar bu gün-sabah. Ağlına gələrdi heç? Reyhan qanad açıb uçur sanki. Çox xoşbəxtdir. Qəribədir, guya bilmirdi Azərin məni sevdiyini. Məktəb illərindən Azərin mənə olan sevgisini detallarına qədər ona söyləmişdim, özü də hər şeyə şahid idi. Azər düz iş görmədi, nakişilik etdi. Mənə yanmışlıq vermək üçün ən yaxın rəfiqəmə eşq elan etməsinə başqa cür ad qoya bilmirəm.
...İniş, canım bacım. Mən bilirəm, Ramillə ailə qurmaq istəyim ataya, anaya çox pis təsir edəcək. Özün gözəl bilirsən onları neçə istədiyimi, hörmətlərini saxladığımı... Ancaq nə yazıq ki, hislərimi, ağlımı idarə edə bilmirəm. Sevgi məni mənim özümdən alıb. Sonu nə olursa olsun, hansı məhrumiyyətlərə tuş gəlirəmsə-gəlim, mən sabahımı Ramillə görürəm...
İnarə müxtəlif dövrlərdə bacısının söylədiklərinin birər-birər xatırlamaöa çalışır, onun intihar səbəblərinin tam müəmmaya büründüyünə bir daha əmin olurdu. Bir işıq ucu axtarırdı ki, onun son addımının səbəbini təxmin etsin...
Bir azdan Rza ilə göruşəcək, Sumqayıta gedəcəkdilər. Bir azdan bacısının yaşadığı evi həyət-bacanı görəcəkdi. Bəlkə, bundan sonra qəlbini didən suallara cavab tapacaqdı... Onun da, valideyinlərinin də içini doğrayır, didib-dağıdırdı bu sual. Hərə özündən bir şey uydurub danışırdı.
Bircə bu müəmma açılaydı... Bircə biləydi ki, sevimli bacısı niyə onları gözükölgəli elədi. Niyə rahat həyatlarını onsuz da qarışdırmışdı, indisə darmadağın etdi?
,,20 Yanvar,, metrostansiyasının çıxışındakı iri ,,Şollar suyu,, reklam lövhəsinin düz qarşısında dayanan  ,,Range Rover,, yenə də alışıb yanırdı. Rza İnarəni görcək,  arxa qapını  açıb qızın ,,Salam,, kəlməsinə  ,,Əleykümə,, cavabı verərək onun arxa oturacaqda oturmasını baxışları ilə  müşayiət elədi. Sonra yerinə keçib arxaya çevrildi, ,,Necəsən,, sualını verdi.  ,,Yaxşıyam çox sağ olun,, cavabını alan kimi içini çəkdi..
- Lap narahat idim. Yarım saat keçib. Dedim, birdən gəlməzsən.
 İnarə ömründə belə gözəl və rahat avtomobilə minməmişdi. Salondan gözəl ətir qoxusu gəlirdi. Həm də cox sərin idi.
Yerini rahatlayıb əyləşsə də, içində nəsə nigarançılıq var idi. Üstəlik ömründə ilk dəfə valideyinlərini aldatmış, guya Sumqayıta qrup yoldaşının atasının yas mərasiminə gedəcəyini söyləmişdi. Rza mühərriki işə saldı, avtomobil yerindən tərpəndi. Salon güzgüsündən İnarənin təşvişli simasını xeyli gözdən keçirdi. Qız olduqca zövqlə geymişdi.  O qədər gözəl görünürdü ki... Ozü də istəmədən ah çəkdi, İlahənin geyim-keçimini xatırladı... Sanki tikan-qanqalın içində tər çiçək idi İlahə.
Özünü saxlaya bilməyib ,,Çox gözəlsən!,, söylədi.
İnarə onu cavablandracaq halda deyildi. Qorxurdu ki tanışlardan kimsə onu görər. Odur ki, başını lap arxaya dayayıb şüşədən görünməməyə çalışırdı.
Bir gözü güzgüdə qalan Rza bunu hiss edib gülümsədi..
- Qorxma şüşələr plyonkalıdır, bayırdan maşının içi görsənmir.
Bunu eşidəndən sonra İnarə nisbətən yüngülləşdi.
Rzanın ,,Neçə saatlıq icazə almısan,, sualına ,,Üç saatlıq,, cavabını verdi. Rza ,,Cəmi üç? Çox azdı axı,, söylədi və dərhal vaxt itkisinə yol verməmək üçün sürəti artırdı.
- Heç cür uzada bilmərik vaxtı?
- Yox, mən valideyinlərimə söz vermişəm.
- Heç, heç, heç?
- Heç.
Rza maqnitolanı işə saldı. Qərb musiqisi idi.  Dəyişib lirik bir mahnı qoydu, ,,Brayn Adamsdır,, dedi, ,,Bəyənirsən onu?,,. İnarə ,,Lirik musiqini çox sevirəm, amma daha çox türkləri dinləyirəm,, söylədi. Rza dərhal musiqini
dəyişdi.
İnarənin sanki çiçəyi çırtladı..
- Rafet el Roman. Super oxuyur.Düşündü ki, Rzayla Ayaz müqayisəyəgəlməz dərəcədə fərqlidirlər. Arabir Rza suallar verəndə qısaca cavablandırır, yenidən öz düşüncələrinə qayıdırdı... İlahənin özünü öldürməsi ilə Rzayla münasibətləri doğrudanmı əlaqəli idi?
Rzanın bir gözü salon güzgüsündə  - İnarədə idi. Ürəyi həyəcanla vururdu... Həyatında nə qədər qız olmuşdu, saysız-hesabsız... Bakıda, xarici ölkələrdə ən lüks hotellərdə, ən mənzərəli yerlərdə hiss və ehtrasların ən pik anlarını yaşamışdı. Amma ən sevimli, ən gözəl, ən ideal qızı məhz ucqar qəsəbədə tapmışdı... Onu görəndə ürəyinin həyəcanla vurmasından hiss etmişdi ki, bu, məhz arzuladığı qızdır... İndi budur, ürəyi eynən həminki kimi vurur...
İnarə o qədər gözəl görünürdü ki... Ürkək, qayğılı sifətində içinin nigarançılığı həkk olunmuşdur. Eynən İlahə də həmin oturacaqda oturmuşdur. Amma onda nigarançılıqdan çox həyəcan var idi, təşviş var idi...
Dəhşətdir, adam heç cür inana bilmir ki, İlahə həyatda yoxdur... ,,Cəngəllik gözəli,, adlandırmışdı ilk dəfə görəndə onu.
Avtomobil sürəti azaldıb Sumqayıtın girəcəyindən içəri buruldu...
İndi də Nilufər oxuyurdu.
İnarə köks ötürdü. İlahə də Nilufəri çox bəyənirdi. Saatlarca onu dinləyib gözlərini bir nöqtəyə dikərdi...
Sumqyıtın yolları ilə irəliləyirdilər. Beşmərtəbələr, X-vari işıq dirəkləri, yupyumuru kəsilmiş kolar... Çox səliqəli, təmiz idi şəhər...
İnarə ,,Hələ çox qalıb?,, soruşdu, Rza ,,Yox çatırıq,,dedi.

Müəllif: Varis
(səs: 12)
Şərhlər: 11
Baxılıb: 8 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri