Əzilmiş fotoşəkillər (10-cu bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 10 270
Səs ver:
(səs: 7)
Ramil pilləkənin üstündə oturub gözlərini balıqçı toruna zilləmişdi. Külək saçlarını qarışdırır, ara-sıra toz-torpağı üzünə çırpır, gözünə doldururdu...
Xlası uşaqlarıyla xalasının əri gecə balıq ovuna çıxıb işıqlaşanda gəlmişdilər, yatırdılar. Anası və bacısı mətbəxdə qurdalanırdılar, balıq təmizləyir, nahar tədarükü görürdülər.
O isə nə müddət idi ki, gözlərini bir nöqtəyə dikib hərəkətsiz qalmışdı...
Nəfəs ala bilmədikləri ötənilki 40 dərəcəlik cəhənnəm istili günlərin birində İlahə qəfildən demişdi..
- Kaş ki bir kondisionerimiz olaydı. Vallah istiyə tabım yoxdur, dözə bilmirəm...
Dost-tanışdan borc axtarsa da, tapa bilməmişdi Ramil. Hətta bura Sitalçaya da gəlmişdi, xalasıgildən də ul istəmişdi...
Bax həmin iyul günlərində Tanrıya əl uzadıb yalvarmışdı, kömək diləmişdi... Bu vaxt möcüzə baş vermişd. Qəfildən güclü xəzri əsməyə başlamışdı, onlara sərinlik bəxş etmişdi. Onda dalbadal əsən küləyi Tanrının hədiyyəsi sanmış, səsinin Tanrı tərəfindən eşidilməsindən xeyli xoşbəxtlik duymşdu...
Ramil biləyi ilə qum dolan gözlərini ovuşdurdu... Amma yox... Möcüzə baş verirsə, Elə ona çoxlu pul gələydi... Evə kondisioner alardı, maşın alardı, ailəvi gəzintiyə çxardılar, İlahəyə əyin-baş alardı...
Xəyalları qırıldı... Daha nəyinə lazım idi bütün bunlar? İlahə yox idi. Qara, soyuq torpaqda uyuyurdu indi o...
Cibindən qurumuş qərənfil çiçəyini çıxarıb üzünə sıxdı və acı-acı ağlamağa başladı. Bu çiçəyi İlahənin qəbrinin üstündən götürmüşdü. Başdan-başa qızılgüllərə, qərənfillərə bürünmüş qəbrin üstündən məhz bu çiəyi götürəndə, təxmin etmişdi ki, bu çiçək İlahənin düz ürəyinin üstünə qoyulub... Ona yazdiğı məktubları uzun-uzadı xatırladı... ,,Sən çox həlledici bir addım atırsan. Yaxşı-yaxşı fikirləş. Mən ölənəcən səninlə yaşamaq, səninlə nəfəs-nəfəsə olmaq istəyirəm. Əgər sən haçansa dönüklük etsən, acizlik göstərsən, iradən çatmasa... Əgər sən əbədi mənim olmağı bacarmasan, onda, qurban olum sənə, müvəqqəti mənim olma...
Ramil qurumuş qərənfil çiçəyini üzünə daha bərk sıxıb hönkürdü... Həmin günün ertəsi - iyunun 15-də Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında görüşdülər. Həmin gün onlar necə də xoşbəxt idilər ,,Araz,,da stereofonik filmə baxdılar. Fəvvarələr bağında şəkil çəkdirdilər, adama  düz üç dənə ,,Plombir,, dondurması yedilər...
...Ramil yerindən dik atıldı. Külək daha da bərkimişdi, ətrafı toz-duman bürümüşdü. Yox bir an da burada qalmaq olmaz. Evə qayıtmaq lazımdır. İlahənin ruhu, çox güman ki, indi qayıdıb. Balaca bir ocaq qalayıb onu çağırsa, hökmən gələcək... ona ürəyinə yığılan, bütün dərdlərini danışar. Deyər ki, hazırca gəlmisən, nə olar, mənidə özünlə apar...
Rzanın üçmərtəbəli mülkü çox əsrarəngiz idi. Sanki ətrafdakı bütün evlərə meydan oxuyurdu. Xüsusən  İlahənin bir vaxtlar yaşadığı ev aciz, misgin və yazıq görünürdü...
İnar. hıcqıra-hıcqıra bacısının yaşadığı həyatının epizodlarını tısıvvür etməyə çalışırdı. Bax hasardan görünən o yeləncəkdə aylıulduzlu gecələrdə İlahə asta-asta yellənər, özünə ulduz seçərmiş...
Həmişə ata evində də o, özünə ulduz seçərdi. Çox vaxtı ən parlaq ulduz üstündə iki bacı mübahısə edərdilər...
- Mən evin içinə baxmaq istəyirəm...
Rzanın fikri başqa yerdə idi. Diksindi, ,,Nə dedin?,, - deyə soruşdu
İnarə təkrarladı..
- Evin içinə baxmaq istəyirəm.
Rza alçaq daş hasarın taxta qapısını itələdi..
- Bunlar onsuz da yoxdular. Harasa gediblər.
Qapı kilidlənməmişdi. Həyətə keçdilər. Evin qapısı da açıq idi.
Bu da İlahəylə Ramilin otağı... Qeyri-ixtiyari İnarə məhz bacısıgilin otağına girdi...

Qədimi paltar şkafı, üstünə süfrə sərilmiş Nuh əyyamınnan qalan ,,Ural,, radiosu, ağ qara göstərən televizoru, döşəyinin rəngi solmuş çarpayı, divara vurulmuş tablo.. Yabanı xırda çiçəklərin arasında bir-birinə sarılmış iki boyük qızılgül.
 İnarə hıçqırdı..
-Yazıq bacım. Gör bir hansı şəraitdə yaşayırmış...
Şkafı açdı. Kəsif nəm qoxusu vurdu onu. İçində bir kişi şalvarı, iki köynək asılmışdı. Hamısı Ramilə aid idi, yəqin. İlahənin heçnəyi yox idi burda.
Evdən çxanda əynində xırda çəhrayı gülləri olan ağ don var idi. Son dəfə evlərinə gələndə də o, həmin donu geymişdi...
Demək bədbəxtin başqa paltarı olmayıb bu bir ildə...
Üzünü tutub hıçqırdı..
- Bir paltarın iində qalan yazıq bacım, - söyləyib şkafın altındakı siyirməni çəkdi.
Bir cüt kişi çəkməsi... Və İlahənin tuflisi...Doğma bir adamını görürmüş kimi tuflini sinəsinə sıxdı... Hönkürdü...
Rza onu sakitləşdirməyə çalışsa da, cəhdləri əbəs qaldı. Çarpayıda əyləşib siqaret yandıraraq sakitcə imkan yaratdı ki, İnarə ağlayıb ürəyini boşaltsın...
Yox, İnarənin daha şübhəsi qalmamışdı. İndi yüz faiz əmin idi ki, bacısı bu mənzildə hədsiz ehtiyac içində yaşayıb. Adicə stolu belə olmayan, dəmir purjunları belə çıxmış çarpayısında yatmaq cəhənnəm əzabına dönən, televizoruna indi muzeydə də rast gəlmək qeyri-mümkün olan bu mənzildə o, dərd çəkib daim.
Rza bayaqdan Ramilin qarasınca çox üyüdüb tökmüşdü. Olsun ki, bacısı, doğrudan da çıxılmaz vəziyyətdə qalmış, vicdan əzabında qovrulduğu üçün, bu addımı atmışdı...
İnarə radionun üstündəki albomu götürüb vərəqlədi. Hamısı Ramilgilin ailə şəkilləri idi. Birdən donub qaldı buda bacısı... Şəklin altında  ,,15 iyun 1996-cı il,, yazılmışdı.
Növbəti şəkli görəndə isə özünü saxlaya bilmədi hönkürdü. İlahəylə Ramilin toy şəkli idi.
İnarə hıçqırırdı. Rza mətbəxə keçib su gətirdi, İnarəyə içirtdi... Otaqdan çıxdılar, İnarə bacısının tuflisini, fotosunu da özüylə götürmüşdü. Həyətə düşdülər.
- bacım damarını orada kəsib?
İnarə tövləni göstərdi.
Balaca bir tikili idi, içəridə heyvan, mal-qara peyini də yox idi. Demək heyvan saxlamırdılar burada...
Görəsən, İlahə məhz harada kəsmişdi damarını? Yerdə heç bir qan ləkəsi qalmamışdı.
Rza içəri girməmişdi. Ürək eləmirdi buraya girməyə. Düşünürdü ki, insan qədər ağılsız canlı ola bilməz. Özü öz ayağıyla gəlib özünü bədbəxt edir...
İlahənin özünü öldürdüyünü eşidəndən sonra Rza gərginlik içində idi. Hra gedirdi, qızın əksini görürdü. Yuxularına da gəlirdi İlahə. İndi  isə İnarə var idi. Gözəl-göyçək... Sanki rəssamın ilahi fırçasıyla yaranmışdı..
...İnarə gözləri şişmiş halda tövlədən çıxdı. ,,Dəniz kənarına düşmək istəyirəm, düşə bilərik?,,
Rza başını tərpətdi...
 Dalğalar qıjıltı ilə gəlməkdə idi. Ramil yene özünə bir cubuq tapmışdı. Ləpədöyənə İlahə ilə öz adını yazırdı...
Sahilə doğru bir oğlanla qızın gəldiyini görüb ürkdü. Qəribə bir hal yaranmışdı onda.. İnsanlardan qaçmaq.. Oğlan danışırdı, qız onu dinləyirdi.
Dayan, dayan... bu ki İlahədir...
Gözlərini ovuşdurdu. ,,Deyəsən, məni qara basır,, -deyərək qaçaraq oradan uzaqlaşdı...
... - O kim idi bizi görüb qaçdı?
Rza bir müddət gedənin arxasıca baxıb.. - O maygülüyə oxşatdım, İlahənin ərinə, - söylədi..
- Mən onunla danışmaq istəyirəm, - deyərək İnarə istəyini dilə gətirdi.
Rza.. - Ey! Dayan! eyy! -çağıraraq Ramili səslədi, amma Ramil səsi eşidib dahada sürətini artırıb gözdən itdi.
Qəfildən külək vıyıltı ilə toz-torpağı göyə sovurdu. Rza külək istiqmətində durub ehmalca İnarənin çiyinlərindən tutdu, onu küləyin həmləsindən qorudu.
- Məni evə aparın, daha gecdir.
İnarə bunu söyləyib astaca Rzanın əllərindən qopdu...
...Geri qayıdanda yol boyu hiss etdi ki, xeyli yüngülləşib. Getdi, bacısının son günlərinin, saatlarının sanki şahidi oldu. Onun yadigarı olan əşyalarını gətirdi.
Amma avtomobildən düşəndə bacısının tuflisini nə adla evə aparacağının fərqinə vardı... Belədə, yeganə çıxış yolu Rzadan xahiş etmək idi ki, onu hələ ki özündə saxlasın. Fotoşəkilləri isə bir yer tapıb gizlədə bilərdi...

Müəllif: Varis
(səs: 7)
Şərhlər: 8
Baxılıb: 10 270
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri