Əzilmiş fotoşəkillər (11-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 13 209
Səs ver:
(səs: 9)
Növbəti iki gün Rza İnarəyə zəng vurmadı. İki gün sonra isə dözə bilmədi, zəng vurdu. Dərhal hiss elədi ki, İnarə onun zənginə sevinib.
- Bilmirəm bunu necə başa düşəcəksiniz, ancaq sizə bildirmək istəyirəm ki, zənginizi gözləmişəm... Mənə İlahənin yaşadığı, gəzib-dolaşdığı məkanları göstərdiz. Oraları gördükcə, elə bildim, İlahəni gördüm. Tufli durur da yəyqin hə?
- Əlbəttə əmanəti saxlayıram.
- Çox sağ olun. İnanı,gecə səhərədək yuxum qarışırdı, əzab çəkirdim. Ancaq ora gedib gələndən sonra, ele bil, sakitləşmişəm.... Bütün bunlara görə sizə minnətdaram. Bir də ki...
İnarə danşdıqca sözləri Rzanın içini titrədirdi. Səsində sanki bir sehr var idi, büsbütün ovsunlayırdı onu...
Qız qəfil dayandı.
Rza cəld soruşdu..
 - Bir də ki, nə?
-...Bir də ki... İlahə Ramili dəlicəsinə sevirdi. Bacımdır deyə onu beş barmağım kimi tanıyrdım. O Ramili sevdiyindən başqsına gözünün ucuyla da baxmazdı... Görün siz necə güclü olmusuz ki, bacım sizinlə yaxınlaşıb dostlaşıb... Düzdür, siz deyrsiz ki, sizi sevib...
- Əlbəttə sevib. Niyə buna inanmırsan ki,
- Nə bilim... Buna hələ ki inanmaq istəmirəm. Amma maşınınız oturmağı ondan xəbər verir ki, aranızda ilıq münasibətləriniz olub. Siz buna necə nail olmusuz, kifayət qədər formalaşmış, xaraktercə güclü bir şəxsi necə yola gətirmisiz, heç anlaya bilmirəm. Demək siz çox güclüsüz...
 İnarənin sözləri Rzanın canına yağ kimi yayılırdı.
- İlahə məni bütün varlığı ilə sevirdi. Yalnız mənimlə gec rastlaşdığının peşmançılığını çəkirdi...
- Siz sehrkarsız, Rza... İndi mənim üçün İlahəni xatrladacaq tək varlıqsız.
- Haçan görüşək?
- ...
- Deyirəm haçan görüşək?
- Nə mənada?
- Yəni haçan səni görüm?
İnarə tutulub qaldı..
- Məni görməyiniz vacibdi ki?
- Əlbəttə İnarə. Necə ki sən məni İlahənin yadigarı hesab edirsən, eləcə də mən səni. Səndən onun ətrini alıram. Elə bilirəm ki, osan...
- Rza, indi bizə çox çətindir. Atamla anam dəhşət düşüblər. Hərə İlahənin özünü öldürməsini bir tərəfə yozur... Yəni siz başqa heç nə deyə bilməzsiz?
Yaxın idinizsə, axı bilməmiş olmazdız onun sıxıntısını, problemini.
- Bilirsən İnarə, o, bir qədər qapalı idi. Heç nə danışmazdı
- Deyrdiniz ki, bacınızla rəfiqə olub, bəlkə bacınız nəsə bilir
- ... Məncə o,da kankret heçnə bilmir. Biz bu mövzuda fikir mübadiləsi aparmışıq... Bildiyimiz tək odur ki, o maygülü qızın həyatını məhv etmişdir...
- Bilirsiz, Rza, yenə dyrəm, indi mənə çox dəğmalaşmısız.... Sizinlə danışanda yüngülləşirəm, rahatlaşıram.
- Mən də sənlə təsəlli tapıram, İnarə. Nə yaxşı ki sən varsan. Onun üçünə gələndə çox sarsılmış vəziyyətdə idim. Qəfildən sən çadıra girib atana yaxınlaşanda, sanki şoka düşdüm. Öncə elə bildim məni qra basır... sonra azacıq fərqinizi də gördüm.
- Maraqlıdır, nədir ki fərqimiz, axı hamı bizi əkiz bacı kimi oxşar sayırdı...
- Sən daha gözəlsən.
- mən belə deməzdim.
- Amma bu belədir.Ərdə olması, sıxıntı çəkməsi, əzab əziyyətləri sanki bir qədər soldurmuşdu onu
- Yaxşı, Rza, gəlin sağolaşaq. Mobil telefonunuz bir dünya pul yazdı.
-Boş şeydir, İnarə. Mənim mobil telefonum yox, hər şeyim sənə qurbandır. Hçan görüşürük, demədin axı!
- Bu, mümkün deyil!
- Niyə mümkün deyil e! Sən də çıxmalısan eynin açılmalıdır. Səni kinoya,ya da teatra aparım.
- Yox Rza, lazım deyil!
- Yığışdır inadını, İnarə. Burda nə var axı?! Bizi dərd əymiş iki yaxın insanıq. Dərdimizi dağıdırıq da. Sabah görüşək?
- Qoy qalsın başqa vaxta.
- Biri gün saat neçədə?
- Biri gün də yox... Mən axşam heç çıxa bilmərəm.
- Vəssalam danışdıq. Demək ta biri gün, saat birdə elə həmin yerdə ,,İyirmi yanvarda,,n səni götürəcəm, gedəcəyik ,,Skaçki,,yə...
- Rza... Axı...
Axısı-maxısı yoxdur. Gözləyəcəm.

Dlğalar qəzəbli idi. Qıjıltıdan qulaq tutulurdu. Üz-gözü xeyli tüklənən, əzik-üzük paltarı suya, palçığa bulaşmış Ramil iki çubuğu əsgiyə büküb yanaşı qoymuşdu. Skitcə onlara tamaşa edirdi. Bükülü çubuqları aparmaəa başladı. Ramil özünü qışqıraraq suya atıb çubuqları tutmaq istədi..
- Vermərəm sənə Elşənnən Ayşəni! Amansız dalğa! İlahəni apardın, indi də balalarımı aparmaq istəyirsən?
O üzü üstə yıxılsa da çubuqları tuta bildi.
- Amansız dalğa! Balalarımın paltarını yaş elədin. İnsafsız dalğa.
Sonra çubuqları sığallamağa başladı. Elə bil onlara layla oxuyurdu.
- Elşən, yuxun gəlir, yat oğlum. Qızım, Ayşən, sən də yat! Darıxmayın bu gecə yatın sabah ananızda gələcək. Onu dalğalar aparmışdı, indi də, qaytarıb gətirəcəklər... Bax siz ağıllı olsanız, yatsanız ananız da qayıdıb gələcək. İyunun on beşindən o, dənizin içindədir...
Ramil yamyaş olan cins pencəyini soyunub onu dalğaların üstünə sərmək istədi..
 - İlahəm indi qızınarsan. Canının üşütməsi keçər...
Dalğalar pencəyi apardı. Ramil onu tutmağa cəhd belə göstərmədi...
 - Aparın İlahəmə, onu qızdırsın. Doqquz gündür ki, İlahəm sızə qonaq gəlib. Buz kimi soyuqsuz...
Durub çubuqları qoyduğu yerə qayıtdı. Onları yenidən sığallamağa başladı..
- Yatın, mənim balalarım, yatın... Sizə bir nağıl danışım. İlahə ilə sevgisindən, nec bir-birlərini sevdiylərini danşmağa başladı.................
Bir gün ayrılıq adlı əjdaha gəlib onları bir-birindən ayırdı. Qızı qara torpağa apardı, oğlanısa... Oğlanısa...
 Ramil eynən uşaq kimi ağlamağa başladı. Nağılını axıra kmi çatdıra bilmədi.
- Ay Rmil! Ay Ramil!
Məleykə arvad səsləyə-səsləyə ona tərəf yaxınlaşmaqda idi..
- Ay bala, sən atanın goru, dur çıxıb gedək. Səni aparıram yenə qaçıb gəlirsən. Axı nə tapmısan burda?..
Ramil anasının üstünə təpindi..
- Ay ana görürsən uşaqları yatrdram. Niyə qışqırırsan?! Yazıqlar dik atıldılar.
 Məleykə arvad hönkürdü..
- Ay bala niyə özünü bu kökə salırsan? Pencəyin hanı, suyun palçığın içindəsən. Şər qarışır. Dur gedək.
- Onda körpələri də aparaq.
 Məleykə hönkürməkdə idi.
- İlahi, niyə bu qədər bədbəxt etdin məni? Niyə dağ dalınca dağ vurursan mənə? Nədir axı bizim günahımız?
 Məleykə arvad əllərini göyə açıb elə yanıqlı-yanıqlı ağlayırdı ki...
Ramilin fikiri duruldu... Elə bil, şüuru beynini tərk etmişdi, geri qayıdıb əzəlki yerini tutdu...
Yaş paltarda üşüdüyünü, ayaq barmaqlarının gizildədiyini hiss etdi...
Qoynuna dürtdüyü çubuqları atıb anasını toxtamağa çalışdı.
- Bağışla məni ana, bağışla. Mən də səni bir yandan üzürəm, bağışla... Sabah üzümü qırxıram, yasdan çıxarıq. Gedib özümə iş taparam. Birtəhər başımızı dolandırarıq.
Anasının boynunu qucaqlayıb ağlamağa başladı..
- Elə beləcə qalası deyil ki hər şey. Bcıyla qardaşı düşünmək lazımdır. Mən heç, onlarsa barı xoşbəxt olsunlar...
Haçandan-haçana anası bir qədər toxtadı.
 Ana-bala sakitcə geirdilər. Ancaq Ramil hiss edirdi ki, içi qan ağlayır... Beyninə gələn firi, pıçıltıyla dilinə gətirdi..
 - ...Xoşbəxtlik də fahişə qadına bənzəyir. Kimin pulu çoxdursa, onun yatağına girir.

Restoranın gözəl mühiti var idi. Zalda kifayət qədər adam var idi. Tanınmış müğənnilər bir-birini əvəz edirdi. İnarə bacısı rəhmətə gedəndən sonra ilk dəfə idi ki əyləncə yerinə gəlmişdi. Hərçənd evdə hələ televizor açmırdılar. Elə bunun peşmançılığını duya-duya əyləşmışdı...
Ofisiyant bir ucdan süfrəyə yemək daşıyırdı. Rza ,,bəh-bəh,, deyirdi..
 - Rza, lazım deyil bu qədər yemək...
- Nə? Hələ balıq gələcək?!
- Ət, toyuq bəs etmədi ki?!
-Mənə daha meyvə şirəsi süzməyin, vallah, yerim qalmayıb...
Rza gah bundan, gah ondan süzür, boşqabına gah salat, gah izqara doldururdu...
Brilliant Dadaşova İnarənin ən çox sevdiyi mahnıları oxudu..
Bu cür məşhur müğənnini canlı olaraq görmək, ifasını dinləmək İnarəni xeyli şənləndirmişdi.
Ani sükutdan sonra zalı həzin kövrək bir musiqi sədası bürüdü. İnarə estradada Faiq Ağayevi görəndə sevincək  ,,AA.. Faiq,, söylədi. Bu mahnını bacılar çox sevərdi. Dinləməkdən heç doymazdılar.
 Gözlərindən gilə-gilə yaşlar yanağı boyunca diyirlənirdi. Rza stulunu çəkib barmaqları ilə onun göz yaşlarının qarşısını kəsməyə çalışdı...
 - Ağlama, quzum, ağlama...
-...
- Səninlə deyiləm?! Ağlama! Bilirəm nə çəkdiyini, ancaq döz, səbr elə.
Sonra salfet götürüb İnarənin gözlərinin yaşını sildi. Özü də kövrəlmişdi. Qəhər dolu səslə qızın qulağına pıçıldadı..
- Deyəcəysən ki, içib deyə belə deyir... Ancaq içki, sadəcə cəsarətləndrib məni. Cəsarətləndirib ki, səni çox sevdiyimi etiraf edim.. İndi dünyada mənimçün ailəmlə birgə ən doğma, ən əziz adamımsan...
Musiqi davam etdikcə İnarənin iç dünyası alt-üst olurdu. Bir yandan da Rzanın söylədiyi sirli-sehirli kəlmələr...
Restoranı tərk edəndə Rza İnarənin gözündə bir qədər də ucaldı.. Sən dmə, restoranda şou-proqram ancaq axşam olurdu, saat 8-dən sonra. Rza isə İnarə üçün sürpriz etmiş, böyük məbləğ ödəyərək məxsusi onunçün şou-proqram təşkil etmişdi...
 Geri qayıdanda yol boyu İnarənin qulağında Rzanın sözləri təkrarlanırdı...
- ...Amma sən daha gözəlsən..., içki məni cəsarətləndirib ki, səni çox sevdiyimi etiraf edim... İndi mənimçün ailəmlə birgə ən doğma, ən əziz adamımsan...

Müəllif: Varis
(səs: 9)
Şərhlər: 6
Baxılıb: 13 209
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri