Bir arzu tut (6-cı bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 770
Səs ver:
(səs: 1)
..bu yer..evdən uzaqda , balaca bir göl kənarında bitən bu tək ağacın altı.. Castinin hər kədərli , sevincli anlarını onunla bölüşən həmin yer .. azca sıyırılmış dizlərini qucaqlayıb oturmuşdu düz altında . İrəli geri..irəli geri.. Bu necə hiss idi belə ? Bu necə tərifsiz çarəsizlik idi? Tək günah isə qadın olmaq idi. Qadınsı bir vücuda sahib olmaq.. incə ayaqlar, nazik bel , qabarıq sinə..vəssalam! Bu bir neçə amil bəs edirmiş ki , kişi deyə yaradılmış məxluq adətən bir vəhşiyə , qatı bir cahilə , qorxunc bir yaratığa çevrilsin bu idi mi , qadın olmaq ? Bundan ibarət idimi həyat? Bütün gün özünü qorumalısan , hər an zərər gələ bilər , hər an öldürülə bilərsən hətta ölümdən betər işgəncələr görə bilərsən..İlahi , bu necə böyük haqsızlıqdır! Heç vaxt üzünü görmədiyin , bir zərərin dəyməyən insan sırf bədəninə görə səni incidir , yolundan saxlayır , gücsüzlüyündən istifadə edir və işini həll edib bir oyuncaq kimi kənara tullayır.. yox , yox , hətta oyuncağın belə bəzən illərlə xatirəsi , şirin bir hörməti qalır.. qadın isə bu insanlar üçün oyuncaq qədər qiymətli deyildi.. onun gözləri necə aclıq və vəhşiliklə parıldayırdı.. kaş !! Kaş əvvəlki gücüm olardı , onu elə oradaca öz üsulu ilə cəzalandırardım.. belə incə , gücsüz qollardırmı onlara öz kişilik güclərini hiss etmələri üçün lazım olan səbəb? Bu nə qədər ədalətlidir? Castin inana bilmirdi..sadəcə inanmaq istəmirdi..qadın olmaq bu qədərmi çətindir ? Ömür boyu müdafiə vəziyyətində , heç kimə tam güvənmədən yaşamaq..
- Castin?
Aleksin səsini eşidən kimi sıçradı.
- Sən yaxşısan? Bayaqdan səni axtarıram..
Castin irəli gedib qəflətən Aleksin burnunun üzərinə var qüvvəsi ilə yumruq ilişdirdi. Aleks burnunu tutub qışqıran zaman Castin əlinin nə qədər ağrıdığını hiss etdi amma içi hələ də soyumamışdı
- Səni görüm lənətə gələsən!! Harada qaldın axı? Orada səni nə qədər gözlədim. Vaxtında gəlsəydin əgər bütün bunlar yaşanmayacaqdı!
- Nə olub axı? Dizlərin..paltarın..İlahi ! Castin nə baş verib?
- Məni tez apar buradan. Neçə saat olduğu vecimə deyil. Nənənin yaşadığı evə gedirik , dərhal!
- bəlkə əvvəl xəstəxanaya..?
- Aleks!
- Ok , ok..sakitləş. gəl gedək. Burada olacağını təxmin etmişdim deyə maşınla gəlmişdim. Uşaqlıqdan bəri nə vaxt bir fəlakət baş versə və sən ortadan itsən səni burada tapmaq olardı..
- çox danışma !! Gedək ! Yoxsa qatilin olacağam!
Avtomobil dar yollara işıq sala sala irəliləyirdi..Castin və Aleks tək kəmilə danışmadan yola baxır, radioda səslənən mahnını dinləyirdilər. Aleks arada bir pəncərədən çölə baxan Castinə nəzər yetirir, bu axşam nə baş verdiyini tam olaraq bilməsə də yaxşı şeylər olmadığını və Castinin incindiyini hiss etdiyi üçün özünü günahkar sayırdı.

Müəllif: Məsudə Cabbar
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 770
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri