Bir arzu tut (10-cu bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 741
Səs ver:
(səs: 1)
- O nə edir? ( Castin piçıltı ilə soruşdu)

- Görəcəyik

Xanım Ameliya aradan beş dəqiqəyə yaxın vaxt keçdikdən sonra əlində otuz santimetrə yaxın qalınlığındaki bir kitabla geri qayıtdı. Castinlə Aleks təəccüblə bir birinə baxdı Castinin içində bir ara ümidsizlik yarandı. "İlahi! Gör kimlərdən kömək umuram. Bu qocaq qadının ağlının çoxu uçub, indi də əlində Tanrı bilir neçənci əsrdən qalmış kitabla geri qayıdıb ki, mənə kömək etsin" deyə qəlbindən bir anlıq keçirsə də sonra bir özünə baxdı və imkansızlıq deyə bir şeyin olmadığını xatırlayıb qəlbinə yenidən ümid toxumları əkdi.

- Nənəcan, o əlindəki nədir elə?

Xanım Ameliya əlindəki kitabı yerə oturmazdan əvvəl aşağıya tulladı və yerdən qalxan toza əhəmiyyət vermədən ardınca özü də əyləşdi.

- Bu, sizin dərdinizin əlacıdır!

Alekslə Castin ümid dolu gözlərinə bir az da sevinc qataraq bir birlərinə baxdı.

- Yəni.. ümid edirəm.. ( xanım Ameliya bir çox səhifəsi su dəydikdən sonra bir birinə qarışmış mürəkkəb izləri ilə dolu olan kitab səhifələrinə baxaraq dedi)

- Axı bu ?! ( xanım Ameliya əllərini yerə söykəyib ayağa qalxdı, istiqamətini düzəldib Castinə tərəf yeriyəndə Castin də əyləşdiyi oturacaqdan qalxdı. Nənə böyük bir heyrət və möcüzə görmüş kimi bərələn gözləri ilə Castini süzdükdən sonra əlləri ilə öncə onun əllərinə sonra əllərini sürüşdürərək qollarına , sonra isə üzünə toxundu..)

- Məni bu lənətdən qurtara biləcəksiniz? ( castinin bu sözündən sonra nənə içini çəkdi)

- Lənət ?! Bu ki, möcuzədir, əsl möcüzə!

- Ordan elə görünə bilər ancaq mən..

- Nənəcan, Castin bir kişidir, ( Castini süzdü) yəni ən azından ruhu.. Onu əvvəlki halına qaytarmalıyıb. bu i.i isə ancaq sən həll edə bilərsən. Biz indi nə etməliyik.

Xanım Ameliya gözünü Castindən çəkmədən fikrıə getdi. Sonra əllərini ondan ayıraraq sobaya yerləşdirdiyi qaba doğru gedib qabı götürdü. İşindəki sarıyabənzər rəngdəki suyu, ya da çayı biraz paslanmış dəmir qablara tökərkən bir kəlimə danışmadı. Qabları uşaqlara uzadaraq "için, bitki çayıdır" dedi. Castin və Aleks əvvəl bir birinə baxsa da sonda hərəsi bir qurtum alıb üzlərini var qüvvələri ilə turşutdular. Bu sırada xanım Ameliya içəri otağa keçmişdi. üzərindəki taxtaları rütubətdən şişib parçalanan sandığının qapağını açıb nə isə axtarırdı.

- O nə edir? ( Castin piçıltı ilə soruşdu)

- Görəcəyik

Xanım Ameliya aradan beş dəqiqəyə yaxın vaxt keçdikdən sonra əlində otuz santimetrə yaxın qalınlığındaki bir kitabla geri qayıtdı. Castinlə Aleks təəccüblə bir birinə baxdı Castinin içində bir ara ümidsizlik yarandı. "İlahi! Gör kimlərdən kömək umuram. Bu qocaq qadının ağlının çoxu uçub, indi də əlində Tanrı bilir neçənci əsrdən qalmış kitabla geri qayıdıb ki, mənə kömək etsin" deyə qəlbindən bir anlıq keçirsə də sonra bir özünə baxdı və imkansızlıq deyə bir şeyin olmadığını xatırlayıb qəlbinə yenidən ümid toxumları əkdi.

- Nənəcan, o əlindəki nədir elə?

Xanım Ameliya əlindəki kitabı yerə oturmazdan əvvəl aşağıya tulladı və yerdən qalxan toza əhəmiyyət vermədən ardınca özü də əyləşdi.

- Bu, sizin dərdinizin əlacıdır!

Müəllif: Məsudə Cabbar
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 741
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri