Bir arzu tut (12-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 086
Səs ver:
(səs: 1)
- Castin, dərhal qayıtmalıyıq, eşidirsən? Bizə ehtiyyacları var!
- M m mənn Mən yox! Mən yox! Mən gələ bilmərəm mümkün deyil!
- Sarsaqlama! Onsuz da səni tanımırlar, bir az yanlarında olaq sonra qayıdarıq.
- Bir halda ki məni tanımırlar, o zaman orada olmağımın da bir mənası yoxdur. Məni soruşsalar, yəni əvvəlki Castini, deyərsən ki, xəbərin yoxdur, hər şey qaydasına düşəndə mən bir bəhanə uyduracağam
- Sən əminsən? Yəni məncə getsək yaxşıdır..
- Hə, əminəm, getmək istəmirəm, biran əvvəl hər şey həll olunsun.
Aleks fikrindən döndürməyə çalışsa da bunun faydasız olduğunu anladıqdan sonra Castini nənəsi ilə birlikdə evdə qoyub özü Benjamingilin yanına getdi. Castin qorxudan əsən əllərini gizlədə bilmək üçün Aleksdən mümkün olduğu qədər məsafəli dayanmağa çalışırdı. İçində dayanmadan pıçıldayan peşmanlıq hissi, beynini yeyib bitirən suallar onu bir an belə rahat buraxmadı.. Hə, ola bilsin ki, onu bu halı ilə heç kəs tanımır və əvvəlki halına döndükdən sonra heç kəs sübut edə bilməyəcək ki, cinayəti o törədib..Amma.. Bəs vicdan əzabı? Bu günahla və böyük sirrlə necə yaşamaq olardı?
- Vaxtdır! Biz çıxmalıyıq
xanım Ameliyanın səsindəki kəskinlik onun fikirlərini bıcaq kimi ikiyə ayırdı
- Gə..gəlirəm
Castin bir daha görməyəcəyi bu qapının dəstəyini son dəfə özünə doğru dartdı.Aradan səssiz addımlarla dolu 4 saat keçdi. Küknar ağaclarının üstünlük təşkil etdiyi bu, dağ üzərində kök salan meşədə gözləri par-par parıldayan bayquşları görmək içinizdəki dizlərinizi əsdirən qorxu hissini daha da artırırdı.
- Buradan keçərkən ehtiyyatlı ol, üzərini sarmaşıqların örtdüyü bu quyu indiyə qədər çox insanı qonaq edib. Özü də çox qonaqpərvər sayılmaz. Qalacaq bir yer verir qarşılığında isə həyatını alır.
Castin udqunmaqda çətinlik çəkdiyini hiss edərək:
- Yaxşı..ıı..Siz buraları yaxşı tanıyırsınız deyəsən?
- şəhərdən uzaqda yaşayarkən məcbur olursan ki, həyatla mübarizə tək başına qatılasan. bu zaman isə yaralarını sarımaq üçün dərmanın hər zaman cibində olmalıdır.

Müəllif: Məsudə Cabbar
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 086
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri