Bir arzu tut (14-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 947
Səs ver:
(səs: 1)
Xanım Ameliyanın uzaqlaşdığını görən Castinin gözləri düz önündə dayandığı ağacın budağında gözlərini bərəldib baxan bayquşa sataşanda Castin də onunla bərabər gözlərini bərəldərək donub qaldı. Bayquşu hürkütməmək üçün dodaqlarını az qala bir birindən ayırmayaraq:
- Imın tınrım..mın nı ıdıcıyım?
Gözünü ayırmadan addım addım sağa gedib qəflətən uzaqlaşaraq ətrafdan tələsik ağac budaqları topladı və sürətlə xanım Ameliyanın yanına tələsdi.
xanım Ameliya təngnəfəs olmuş Castinin üzündəki ifadəyə baxıb güldü..
- Onları buraya tök - dayandığı yeri göstərib dedi - özün isə bir az aralıda dayan. və burada gördüklərini heç kəsə danışma.
Castin səsini çıxarmadan başını sallayaraq təsdiqlədi. və bir neçə addım arxaya çəkilərəq diqqətlə izləməyə başladı. xanım Ameliya iki əlini də yavaş yavaş göyə doğru qaldırıb əvvəl asta asta sonra isə biraz hündürdən anlaşılmayan dildəki sözlərini yenidən təkrarlamağa başlayanda düz önündəki ağac parçaları alovlanmağa başladı. Castin əli ilə ağzını qapayıb "Aman Tanrım" deməklə kifayətləndi. Xanım AMeliya bir neçə saniyə oxuduğu "duaya" davam etdikdən sonra əlini castinə tərəf uzadıb onu yanıan çağırdı. Castin əlini ona uzadaraq sağa sola boylananda xanım Ameliya digər əli ilə cibinə yığdığı Lanna çiçəyini ovurmuşcasına alovun üzərinə səpədi. Ləcəklərirlə qarışması ilə birlikdə daha da alovlanan ocaq dörd saniyə sonra qəflətən söndü. Xanım Ameliya gözlərini açan zaman heç bir dəyişiklik görmədiyi Castinə gözlərindəki xəyal qırıqlığı ilə baxdı , mızıldanaraq "aydındır.." deyərək..
- Nə aydındır? Nə baş verir, niyə əvvəlki kimiyəm? Bir işə yaramadı..
- Mən bacardığımı etdim qızım..yəni..oğlum. Bu işi ancaq sən düzəldə bilərsən..
- Necə?
- Bu işin gerçəkləşməsinə səbəb nə olubsa elə o cürə..
- Axı, mən bunu istəyərək etməmişdim..
- Belə görünür ki, bu möcüzə sənə sırf insanlığın üçün bəxş edilib. Saf qəlbin və gözəl insanlığın üçün.. əvvəlki halına isə ancaq əlindəki bu silahlarınla qayıda bilərsən..Unutma, mübarizə varsa yara üçün dərman da mökmən var..sənin dərmanın isə mərhəmətin və saf qəlbindir..
- Amma xanım Ameli..
Xanım Ameliya onu dinləmədən meşənin içinə daxil olaraq oradan uzaqlaşdı..Castin nə edəcəyini bilmədən yerindəcə diz çökdü..

Müəllif: Məsudə Cabbar
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri