Əvəzolunmaz (9-cu bölüm)

Şərhlər: 1
Baxılıb: 6 051
Səs ver:
(səs: 2)
Daha doğrusu onun baxışlarını...Elə insanlar vardır ki onlar gözləri ilə danışarlar..Baxanda ilk olaraq o gözlər insanı çəkir özünə..Cahangirdə elə insanlardan idi..Qızlar onun yanına gələrək birgə içəri keçirlər..Səbinə başını qaldırıb ona tərəf belə baxmır..Şənlik öz axarı ilə davam edirdi..

-Hara belə baxırsan?Onun baxdığı səmtə baxaraq-Yenə kimə gözün düşüb..
-Onları görürsən Kərim?Bax o oğlana- əlini uzadaraq Cahangiri göstərir…Sonra Səbinəni göstərərək-o qızı sevir ,amma etiraf edə bilmir..O qədər dərindi ki sevgisi özündən qorxur onu incidər deyə…
-Nail bunları necə bilirsən hər dəfə?Onlara baxaraq iki dost danışırlar.
-Sənin Ülkəri sevdiyini necə bilirdim bunuda elə-gülür..Balacalar necədi Kərim?-sevinclə,üzündə gülüş ilə onları soruşur..
-Şükür yaxşıdılar..Sənin gələcəyini bilib aləmi qatıblar bir birinə..Eh heç onları soruşma..Qədəhi başına çəkib gülür-evdə sənin üçün 3 qadın süfrə hazırlayır..
-Xoşbəxtsən Kərim?O Nailin universitet vaxtından dostu idi.Qismət elə gətirmişdi ki əsgərliklərinidə birgə çəkmişdilər..Nail ona nə qədər onunla birgə işləməyi təklif etsədə Kərim öz peşəsindən ayrılmırdı.O,mühəndis idi..Gözəl ailəsi,şirinmi şirin balaca 2 qızı var idi..Nailə baxanda o sevdiyi qadını tapmışdı.
-Səncə hiss olunmur xoşbəxtliyim?Yaş ötür Nail vaxtında tərpən..Yoxsa gecikəcəksən…Əlini onun çiyninə qoyur.
-Hələ ki mənim qarşıma Ülkər kimi biri çıxmayıb ona görədə subay gəzirəm.Göz vurub boş qədəhini yenisi ilə əvəzləyir
-Ey az iç,bizə gedəcəyik..Bura gələndən 2dəfə zəng edib ki ata əmimidə gətir..
-narahat olma,mən dəmir kimiyəm gec təsir edir mənə bu...Məndə darıxmışam o cırtdan üçün..Hələdə yadımdan çıxmır sənin o qızın məni qələm ilə nə hala qoymuşdu…Əlindən çıxa bilmirdim o dəqiqə dodaqını büzürdü…
-ee boş yerə deyilməyibki körpələrdi evin böyükləri..İkisidə gülürlər.

Cahangir artıq qalmağın bir mənası olmadığını görüb getmək üçün ayağa qalxır..Nəzrinə onları çöldə gözlədiyini deyib çıxır məkandan..Qapıda dayanmışdı ki yanında Naili görür..
-al-siqaret qutusunu ona uzadıb təklif edir..
-çox sağolun çəkmirəm….
-düzgün edirsən…Birini dodağına qoyub alışqanı ilə yandırır..Ondan bir qullab alıb tüstüsünü havaya üfürür.-Nə dedi sənə?
-hardan bilirsinizki ona etiraf eləmişəm..
-Orasıda mənə qalsın..Dalğın gözləri ilə gülümsəyir..Ondan uzaq gəzib səndən qaçmasına icazə verəcək qədər axmaq deyilsən bilirəm….Əlindəkini yanında olan zibil qutusuna atıb içəri keçir.Onun sözlərinə biraz acığı tutur Cahangirin.O,gedəndə qızlar çıxırlar..Nail onlara ötəri nəzər salıb başı ilə salam verib gedir...Qapıdan çıxıb Cahangirlə bərabər maşına doğru gedirlər..Səbinənin sabah Aslana verdiyi söz yadına düşür.Nəzrinin qoluna girib-Sabah yağış yağmasa ola bilsin Aslanla futbol oynayacağıq..Sən gələcəksən?..Maşına çatan kimi cəld qapını açaraq özünü içəri atır.Dekabr ayı olduğundan havalarda sərt idi...
- uşaq-başını yelləyərək Cahangir maşını işə salır.Səbinə qaşlarını çatıb biraz önə gələrək güzgüdən ona baxır..
-şükür Allaha elədə qoca deyiləm,bəziləri kimi….Arxaya rahatlanıb çantasından telefonunu çıxarır.
-o bəziləri mən oluram diyəsən…hmmm..Demək qocaymışam…
-bizdə yaşı 27-ni keçib evlənməyən oğlanlara qoca deyilir..Gülərək ovsunlayan o qara gözləri ilə ona baxır..Cahangir başını yelləyib gülür…
-Hey söhbəti hardan hara gətirdiniz…
-bu gün qardaşında bir hal var Nəziş..Təqvimə yazaq bu günü.Cahangir bizimlə söhbət edib gülür…
-sussam bir dərt danışsam bir dərt..Bayaq danışmadığıma görə gileylənirdin.indidə susmadığıma..Bəlkə bir qərar verəsən..Cahangirin sözlərinə özünü itirir..Nəzrin onlara baxıb gülür..
-Gülmə Nəziş.güzgüyə baxıb-Sənin susmağın danışmağından yaxşıdır!..sözünü deyib Nəzrinə hədələyici baxışlar atıb susur..
Binanı önünə çatıb düşürlər maşından.Qış oldugundan hava tez qaralırdı..Onlar gələndə artıq qaralmışdı hava..Maşından düşərək sağollaşıb evlərinə qalxır Səbinə..Cahangir onun arxasınca baxsa da Nəzrinə bildirməməyə çalışırdı…

Səbinə evə girən kimi yenə ilk işi olaraq mətbəxə keçib qazanı açaraq ətrini içinə çəkir.Bunula kifayətlənə bilməyib bir qaşıq götürərək dadına baxır..
-ac saxlayıblar sizi orda,nə cummusan yeməyə?Rəsul onu görüb yanına gəlir..
- restoranın yeməyi nə olacaqdı ki,,ev yeməyinə çatmır..Hələ mamuşkamın yeməklərinə heç çatmır…Yeməkdən bir qaşıq daha alıb yeyir.Rəsul sözlü adamlar kimi gözlərini qaçırırdı..Dodağınıın altında nə isə təkrarlayıb dillənir
-Səbinə Nəzrinin sevdiyi var?
-yox..Vecsiz yeməyi yeyirdi ki qırmızı işiq yanır beynində..Qaşığı yerə qoyub gözlərini bərəldərək Rəsula baxır
-yoxsa səən?? 
-mən heç nə soruşmadım fərz elə..Deyib mətbəxdən çıxır..Səbinədə onun ardınca gedir..
-düzünü de Rəsul,onu sevirsən?Onun qarşısını kəsib əllərini qoynunda çarpazlayır..
-sən o gözəl ağlını belə işlərə görə yorma..get üstünü dəyiş.Onu başından etməyə çalışırdı..Axı nə deyəcəkdiki?Hə sevirəm?Sevmirdi..Bəyənirdi..Bu vaxta kimi ona diqqət yetirməmişdi.İndi isə ona nə olduğunu başa düşə bilmirdi.Ağlı qarışmışdı..Bir qız kimi xoşuna gəlirdi Rəsulun.Amma sevirdimi?bax o sual altında idi onun üçün..
Səbinə ondan bir söz ala bilməyəcəyini bildiyindən biclik işlədir-yaxşı yaxşı bir söz demirəm..Nəzişin sevdiyi olmasa da əminəmki bu gün Nail bəylə etdiyi rəqsdən sonra olar yəqin...
-Necə yəni!Nail bəy kimdi?qaşlarını düyünləyir
-getdim üzərimi dəyişməyə.Göz vurub otağına gedir...Oxu atıb yayı gizlətmək məsəli edir Səbinə..Arxadan onun dediklərinə gülümsəyərək otağına keçir..Üzündəki gülüş ilə pəncərənin yanındakı böyük güzgünün önündə dayanıb özünə baxır.Heçdə pis deyilmişəm..Best model Səbinə..boy məndə,fiqura məndə,göz məndə qaş məndə...Fəxrlə danışıb əli ilə sağ çiyni üzərinə tökülən saçlarını arxaya edərək təbəssümlə güzgüdə özünə baxır..Yadına nə düşürsə bikefləşir,yatağında oturub-hə nə olsun Səbinə gözəlsən,qaş səndə.göz səndə?bir sevdiyində yoxdu!-deyib qaşqabağını sallayır..Sonra üzərini dəyişərək,penjamalarını geyinib yatağına yatır...Bu gün ki qonaqlığı düşünməyə başlayır..Rəşadın hər dəfə onun ətrafında olmağı ondan xoşu gəldiyini göstərirdi..Səbinəyə görə heç də pis oğlan deyildi..Bir çox qızların xəyalı olacaq oğlan idi Rəşad yaraşığına görə...Onu düşünərkən Cahangir ilə rəqsi gəlir ağlına..onun sözlərini çox düşünməyib sevgiyə yozmur..Ona görə Cahangir sakit,ağır başlı biri idi..Bəyəndiyi qızda yəqin ki sakit,çox danışmayan biri olardı..Bunların heç biridə Səbinədə yox idi..Onunla rəqsini çox düşünməyib şirin yuxusuna gedir.

-Cahangir necə keçdi qonaqlıq?Zümrüd əlindəki çayı onun masasına qoyub stula əyləşir..
-adi bir qonaqlıq idi.....
-qızlar nə edirdilər?Səbinə gözəl görünürdü....
-Hmm........Komputerdən başını qaldırmadan onun suallarına cavab verirdi Cahangir.
-Minirə xala dünən mamaya deyibmiş ki bacısı Səbinəni Amerika da olan oğluna almaq istəyirmiş....Zümrüd bilirdi qardaşının onu sevdiyini..
-niyə onu sevdiyini demirsən?Cahangir təmkinlə komputeri bağlayıb ona baxsa da qısqanclıq onu boğurdu.
-mənə elə baxma Cahangir..Gecikmədən etiraf elə..Qoyma bir başqasına qismət olsun..Bəzən deyirik ki qismətimizdə nə varsa onu yaşayacayıq.Amma bu qismət bizə yollar göstərir,biz seçib bir yolla irəliləyib həyatımızı,qismətimizi yaşayırıq..Səndə qismətini özün seç..Addımlayacağın yolda tək olma...Cahangirin susduğunu görüb otaqdan çıxır.
Cahangir yerinə uzanıb gözünü tavana dikir..Səbinənin gözlərini xəyalına gətirir..Onun danışığını.gülüşünü xatırlayanda üzündə şirin təbəssüm yaranır..Bu gün ona hərə bir söz deyirdi..Zümrüddə Nail kimi onunla danışırdı..Ondan yaşca kiçik olsa da bacısı,düşüncələri böyük idi...Minirə xalanın dediklərini xatırlayır-Sən ancaq mənim qismətimsən!...

Səbinə budilnikin səsinə oyanıb idman paltarlarını geyinərək pəncərədən baxır...Uşaqların yavaş yavaş yığışdığını görür...O,da tez Nəzrin ilə zəngləşib danışır..Çayını içib həyətə düşür..Blokda Aslanı görüb sevinir,onun boynunu qucaqlayaraq Nəzrini gözləyirlər...O,gələndən sonra birlikdə meydançaya gedirlər..Meydança evlərinə yaxın idi..Ora çatanda yığışan uşaqlara yaxınlaşıb onların yanında gördüklərinə təəccüblənir qızlar.

Müəllif: MiLady Ovod
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 6 051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri